şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Asudə vaxtın təşkili ilə bağlı dövlət siyasətinin gənclərin mənəvi inkişafına təsiri...
Tarix: 05.03.2014 / 11:52
Bölmə: Sosial
Gəncliyin inkişafı, onların problemlərinin həlli və perspektivdə atılacaq addımlar dövlətimizin bu təbəqəyə olan xüsusi diqqətinin nümunəsidir. Gənclərin milli mənlik şüurunun inkişafı onlarda vətənpərvərlik hirslərinin aşılanmasına öz təsirini göstərir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda "Gənclər evi"nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsi nəzərdə tutulub. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin gənclərlə bağlı yeritdiyi siyasət uğurludur. Sözügedən proqram ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Təsəadüfi deyil ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Məsələ ondadır ki, 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 385 min manat ayrılmışdısa, yeni proqrama görə 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu da əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Bu proqramın gənclərin milli mənlik şüurunun dərkində və vətənpərvərlik hisslərinin güclənməsində əhəmiyyəti böyükdür. Ümumilikdə son illər müşahidələr göstərir ki, bu istiqamətdə dövlətin gənclər siyasəti daha da gücləndirilib. O baxımdan, gənclər proqramının təsdiqlənməsi də gənclərə dövlət qayğısının artdığını göstərir. Digər vacib məqam gənclər siyasətinin həyata keçirilməsi üçün infrastrukturun inkişafı ilə bağlıdır. Belə ki, sözügedən proqram çərçivəsində Bakıda Gənclər Mərkəzinin və 10 rayonda "Gənclər evi"nin tikintisi nəzərdə tutulur. Təsadüfi deyil ki, görülən bu işlər çərçivəsində artıq 12 rayonda "Gənclər evi" fəaliyyət göstərir. Bu ildən başlayaraq, ölkənin bir rayon və ya şəhərinin "Gənclər paytaxtı" elan ediləcəyi gözlənir. Bunun üçün gənclərin istəkləri nəzərə alınmaqla, müsabiqə, səsvermə keçiriləcək, paytaxtda gənclərlə bağlı tədbirlər inkişaf etdiriləcək. Həmin rayon gəncləri iş sahəsində təcrübə əldə edəcək. Digər tərəfdən, Azərbaycan dövləti "qara qızılın insan kapitalına çevrilməsi" kontekstində geniş biliklərə və dünyagörüşə malik yeni kreativ nəsil gənclərin formalaşmasına xüsusi önəm verir. Azərbaycanda bu gün uğurlu gənclər siyasəti həyata keçirilir. Sözügedən siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub desək, yanılmarıq. Məsələ ondadır ki, son dövrlər dövlət gənclərlə bağlı sosial dəstək, gənclərin asudə vaxtını səmərəli keçirməsi ilə bağlı layihələrə xüsusi önəm verir. Sözügedən dəstəyin mühüm istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər ölkəmizdə gənclərlə bağlı görülən bir sıra işlər və bu çərçivədə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati təminatların yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının artmasına kömək edib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir. Yuxarıda sadalananlarla yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkil olunması da dövləti ciddi düşündürən bir məsələdir. Bununla bağlı da sistemli və düşünülmüş tədbirlər görülür. Bəllidir ki, gənclərin asudə vaxtı çox olur. Bu vaxtdan səmərəli istifadə edilməməsi müxtəlif mənfi fəsadlara gətirib çıxara bilər. Bəzən asudə vaxtın çoxluğu gənclərin zərərli vərdişlərə qurşanmasına səbəb olur. Son vaxtlar gənclərlə bağlı yürüdülən siyasət çərçivəsində bölgələrdə inşa edilən olimpiya idman kompleksləri gənclərin idmana həvəsləndirilməsi, fiziki inkişafının təmin olunması üçündür. Yalnız fiziki cəhətdən sağlam gəncliklə dövlətin irəliləyişinə nail olmaq mümkündür. Gənclərin asudə vaxtının səmərəli keçirilməsi baxımından onların idmanla məşğul olmasının rolu əvəzsizdir. "Sağlam bədəndə sağlam ruh olar" deyilib. Bədənin sağlamlığını qorumaq üçün isə insan bu prosesə gənc yaşlarından start verməlidir. Ölkə əhalisinin sayında gənclərin xüsusi çəkisini nəzərə alsaq, fərdi təşəbbüslərin gənclərin ümumi sağlamlığındakı roluna təsirini məqbul saymaq olmaz. Yəni hansısa gəncin fərdi idmanla məşğul olması bəyəniləndir, ancaq bunun daha çox fərd kimi onun özünə xeyri ola bilər. Gənclərin fiziki inkişafına nail olmaq bütün dövlətlərin yürütdüyü siyasətdə prioritet faktor olaraq qalır. Fiziki inkişaf, sağlamlaşma ilə yanaşı, həm də gənclərin mənən formalaşmasına xidmət edir. Milli gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürməlidir. Bu sahəyə dövlət qayğısının nə dərəcədə olduğunu araşdırdıqda məlum olur ki, Azərbaycan dövləti gənclərin fiziki inkişafına nail olmaqla onların mənəvi formalaşması ilə bağlı mühüm dövlət tədbirləri həyata keçirir. Məlumdur ki, bütün bu tədbirlər gənclərin asudə vaxtının səmərəli təşkil olunması proqramı əsasında baş tutur.Gənclərin asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı dövlət, onlara yaradılan idman şəraiti ilə yanaşı, digər tədbirlərin də həyata keçirilməsinə xüsusi dəstək verir. Gənclərin yay tətillərini səmərəli keçirməsi üçün yaradılan yay məktəbləri layihəsi çərçivəsində gənclər həm gözəl istirahət edir, həm də onların digər gənclərlə sağlam ünsiyyəti yaranır. Sözsüz ki, dövlət tərəfindən gənclərin asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin və gənclərə verilən dəstəyin onların milli şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artmasına böyük təsiri var. Bütün bunlar gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə, gənclərlə işin yeni müstəvidə qurulmasına, onların ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinə və yeni inkişafın əsas qüvvəsinə çevrilməsinə imkan verəcək. 2011-ci ilin aprelində prezident gənclərlə görüşündə bu istiqamətdə fəaliyyətin gücləndirilməsini və gənclərə dövlət qayğısının artırılmasını əsas vəzifə kimi qeyd edib. Gənclərin asudə vaxtının səmərəli təşkilinin onların həyatında oynadığı müsbət rol danılmazdır. Gələcək nəslin sağlam yetişməsi, onların milli şüura bağlı vətənpərvər olması baxımından bu məsələ olduqca əhəmiyyətlidir. Ümumilikdə asudə vaxtın vətənpərvərliklə əlaqəsini təhlil etdikdə ortaya bir amil çıxır. O da idmandır. İş ondadır ki, ruhən sağlam olmayan gəncin vətənpərvərliyi də zəif olacaq. Deyilən müsbət nəticəni əldə etmək üçün biz gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmalıyıq. Bu kimi layihələrin həyata keçirilməsində dövlət tərəfindən böyük dəstək göstərilir. Bu məsələdə Gənclər və İdman Nazirliyinin adını xüsusilə vurğulamaq istərdim. Bəzi idman federasiyaları da işə dəstək verir. Onu da qeyd etməyə dəyər ki, hər şey maddiyyata bağlı olanda bəzən müxtəlif problemlər ortaya çıxa bilir. Məsələn, hansısa gənc ağıllıdır və asudə vaxtını səmərəli keçirmək istəyir. Ola bilər ki, onun maddi imkanı hansısa zala aylıq pul ödəməyə çatmasın. Bütün bunları nəzərə alaraq məsələyə kompleks yanaşmaq lazımdır. Əsas odur ki, gəncləri zərərli vərdişlərdən qoruya biləsən. Bunun üçün də kompleks tədbirlərin görülməsi vacibdir. Dərindən araşdırdıqda məlum olur ki, çox insanlar həyatını məhz bu amilə görə qurban verir. Gənclik insanın ən həssas dövrüdür. Yəni həmin dövrdə insanın təməli necə qoyuldusa elə də gedəcək. Bütün zərərli vərdişlərə olan meyl isə boş vaxtın çoxluğundan irəli gəlir. O cümlədən, gənclərin asudə vaxtları çərçivəsində onların hərbi hissələrdə əsgərlərlə görüşləri təşkil edilməlidir. Asudə vaxt baxımından hərbi xidmətə qədər gənclərin idmana cəlb olunmasının və onların əsgərlərlə görüşməsinin yeniyetmələrin milli şüuruna və vətənpərvərlik hisslərinə çox müsbət təsiri olur. Bəzən müəyyən qrup gənclərin daha çox şou-biznesə meylləndiyini görürük. Bu da müəyyən narahatlıq yaradır. Çünki müharibə şəraitində olan ölkədə çalışıb Vətəninə bağlı olan, igid döyüşçülər yetişdirməliyik. Gənclərin asudə vaxtını səmərəli keçirməsi baxımından təbliğatın artırılmasına böyük ehtiyac var. Sözügedən məsələni dəyərləndirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, son illər bu istiqamətdə bir sıra işlər görülür: "Gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı dövlətin gördüyü işlər dəstəklənməlidir. Bununla bağlı bir sıra proqramlar həyata keçirilir. Onu da qeyd edim ki, gənclərin asudə vaxtı ilə bağlı məsələlər sovet dönəmində də dəbdə idi. Düzdür, o dövrdə indikindən fərqli olaraq formalizm halları çox idi. İndi isə məsələyə kompleks yanaşmanın olduğunu görürük. Yəni gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların işlə təmin olunmasına da xüsusi önəm verilir. Bu sahədə müəyyən çatışmazlıqlar da var, amma mənə elə gəlir ki, bütün bunlar zamanla aradan qaldırılacaq. Məsələn, görürsən ki, hansısa rayonda idman obyekti təyinatı üzrə işləmir. Hesab edirəm ki, bu istiqamətdə nəzarət və diqqəti daha da artırmaq lazımdır. Çalışmaq lazımdır ki, gənclər ora cəlb olunsun".
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi...
- VİDEO
03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik
- Prezident təyinatı verdi...
03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...
03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı
03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil
- Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...
03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"
03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır"
- Prezident
03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"
03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur"
- Prezident İlham Əliyev
03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir"
– XİN
03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib
03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- FOTO
03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...
03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ