Bazar ertəsi günü, 09 noyabr 2026
     

Sənədsiz evlərlə bağlı problem əsasən bələdiyyələrdən qaynaqlanır

Image


Artıq bir neçə ildir ölkədə, xüsusən də paytaxt Bakı və ətraf qəsəbələrdə həllini tapmayan məsələlərdən biri də sənədsiz evlərlə bağlıdır.

Xatırladaq ki, məhz Bakı və ətraf qəsəbələrdə bir çox torpaq, ev sahiblərinin əlində bələdiyyə sənədləri var, amma sənədləşmə işində heç bir dövlət qurumu həmin sənədlərə yaxın durmur. Məsələ burasındadır ki, 16 ildir bələdiyyələrin torpaqla bağlı sərəncam vermək səlahiyyəti əlindən alınıb.

Bütün bunlar həm də ondan qaynaqlanır ki, Azərbaycanda bələdiyyələrin faktiki olaraq heç bir fəaliyyəti nəzərdə tutulmur. Yəni, bələdiyyə sənədi, belə demək olarsa, keçərsizdir. Hətta illərlə bələdiyyə vergisini ödəyən şəxslərin belə həmin qurumdan aldığı sənəd nəzərə alınmır. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə “Azadlıq” radiosuna bildirib ki, qeyri-rəsmi statistikaya görə, hazırda Bakı və Abşeron ərazisində çıxarış ala bilməyən 500 mindən artıq fərdi ev var: “Bu evlərin böyük əksəriyyətinin sənədi bələdiyyə tərəfindən verilmiş sərəncamlardır ki, vətəndaşlar onların əsasında torpaq alıblar, onun üzərində ev tikiblər və həmin mülkiyyəti özəlləşdirə bilmirlər. Amma bu, bütün bələdiyyə sənədlərini əks etdirmir. Yəni sağlam şəkildə bələdiyyələr tərəfindən (hərrac yolu ilə) satılmış torpaqlar var ki, həmin torpaqlarda rahat şəkildə çıxarış almaq olur”. Onun deməsinə görə, bəzən bilərəkdən, bəzən də bilməyərəkdən müxtəlif təyinatlı torpaqları da bələdiyyə torpaqları kimi satıblar: “Əkin sahələri, neft əraziləri da bələdiyyə torpağı kimi satıldı. O torpaqlarda tikilən evlərin sahibləri sənədi götürüb çıxarış almaq istəyəndə bəlli olur ki, o torpaq bələdiyyənin deyil, tam fərqli qurumun balansında olan torpaqdır və bələdiyyələrin onları satmağa hüququ yox imiş”. Mövzu ilə bağlı bələdiyyələr vurğulayırlar ki, bu problem hələ bələdiyyələr yaradılmamışdan, yəni 1999-cu ildən öncə bir sıra vətəndaşların torpaqları qanunsuz zəbt etməsi ilə başlayıb. Onlara görə, əgər qanunsuzluqlarda hansısa bələdiyyələr də iştirak edibsə, qanun qarşısında cavab verməlidirlər. Amma bu istiqamətdə də hələlik hansısa addımlar atılmayıb.  Düzdür, hökumət bu il ərzində müəyyən dəyiikliklərin olmasını istisna etmir. Bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mətbuata açıqlamasında bildirib ki, 2023-cü il sənədsiz ev və obyektlərin sənədləşdirilməsi üçün düşərli ola bilər. belə ki, onun sözlərinə əsasən, Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub: “İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların  “bir pəncərə” prinsipi ilə tam elektron şəkildə qeydiyyata alınması üçün lazımi sistemin yaradılmasını, prosesin elektron portal vasitəsilə reallaşdırılmasını nəzərdə tuturuq”.

O bildirib ki, ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb. Elşad Məmmədov vurğulayıb ki, sənədiz evlərin inventarlaşdırması ilə yanaşı, planlama işləri də həyata keçirilir. Qurum səlahiyyətlisi deyib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflər hazırlanacaq. Onun sözlərinə görə, sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesinn yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulur.

Ekspertlər, ümumiyyətlə, bu məsələnin mümkün qədər tez həllini zəruri hesab edirlər. Digər məlumata görə, 2023-cü ilin mart ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış, yəni “kupça” ilə təmin ediləcək. Bu o deməkdir ki, hansı ildə inşa edilməsindən asılı olmayaraq, tikintisi sözügedən məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək. Digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Beləliklə, burada söhbət 40 min qeyri-yaşayış obyektindən, həm də əlavə 500 minə yaxın evdən gedir. Həmin  40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikilib, həmin obyektlərə “kupça” verilmir. Çünki evlərdə olduğu kimi qeyri-yaşayış obtyektlərində də sənədlər qaydasında deyilsə, torpağın təyinatı ilə üst-üstə düşmürsə, ona çıxarış verilmir. Həmin obyektlərin əksəriyyətində tikinti normativləri qorunmayıb. Məsələn, müəəyən ölçüdə torpaq alıb, nəsə tikib. Yaxud bir hissəsində ev, digər qismində obyekti var. İlkin olaraq həmin obyektlərin sənədləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub ki, sənədləşdirilsin. Çünki bu obyektlər illərdir ki, fəaliyyət göstərir. Ünvan olaraq vergilərdən qeydiyyatdan keçib, kassa aparatları quraşdırılıb, vergi ödəyirlər. İşıq, su,qaz xətləri çəkilib. Obyektdirsə, mənzil kimi yox, qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Çəkilən bütün kommunikasiya xətləri texniki şərtlə qeyri-yaşayış obyekti kimi çəkilir. Bütün bu göstərilənlər varsa, sənəd verilməsi zərurətə çevrilir.  Bu baxımdan ilkin növbədə 40 min qeyri-yaşayış obyekti, daha sonra da 500 min fərdi yaşayış evinə sənəd verilməsi nəzərdə tutulur. Amma yuxarıda qeyd edildiyi kimi, prosesin sürətləndirilməsi zəruridir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ