şənbə günü, 03 oktyabr 2026
     

Həzrət Əli İbn Əbu Talib

Image


Həz.Peyğəmbər buyurub: "Biz bu işə peyğəmbərliklə və Allahın rəhməti ilə başladıq. Məndən sonra 30 il xilafət və rəhmət olacaq. Sonra məlik-i abid (zor gücünə hakimiyyəti ələ alanların dövrü-V.C.) olacaq. Sonra da ümmətimdə zülüm, işgəncə və qarışıqlıq olacaq". İslam tarixinə bir də qısaca nəzər salsaq, bu kəlamın haqq olması qarşısında vəzifəmizi yalnız heyranlığımızla ifadə edə bilərik...
"Məndən sonra 30 il xilafət və rəhmət olacaq" buyuran həz. Məhəmməd, həmin müddət ərzində xəlifə olacaq dörd varisinin hakimiyyətini nəzərdə tuturdu. Bu dörd varislərdən hər biri Xəlifə-i Raşidə olaraq insanlara İslam dinini Həz.Peyğəmbər kimi anladan dövlət başçıları olub. Onlar heç bir məzhəb təriqət yaratmayıblar.
Doğumu
Həz.Əli 1415 il bundan qabaq, Fil ilinin 30-u, Rəcəb ayının 13-ü, cümə günü Məkkədə anadan olub. Bu tarix miladi 599-cu ilə uyğun gəlir. Anası Əsəd qızı Fatimə, atası Peyğəmbər(ə)-nin əmisi Əbu Talibdir. Kasıb və ailəsi çox olan Əbu Talib, yetim qalan həz.Peyğəmbəri himayəyə götürdü. Peyğəmbər(ə) isə sonradan həz.Əlini öz evində böyüdüb tərbiyə etdi. həz.Əli həm də Peyğəmbər(ə)-nin kürəkəni olub. İslamı ilk dəfə qadınlardan həz.Xədicə, kişilərdən isə həz.Əli qəbul edib. "O gün İslam yalnız həz.Peyğəmbər ilə Xədicənin evində idi. Mən də onlardan 3-cüsü idim. Vəhy nurunu görür, peyğəmbərlik qoxusunu duyurdum" (həz.Əli). həz.Əli Peyğəmbər(ə) tərəfindən hələ sağlığında cənnət vəd edilən 10 adamdan biridir.
Ləqəbləri
Peyğəmbər(ə) tərəfindən verilən Əbu Turab ("Torpaq atası"), Mürtəza ("Allah rizasına nail olan"), Əsəd Allah Əl qalib ("Allahın yenilməz şiri"), Şahi vilayət, şahi övliya, şahi mərdan ("İnsanların şahı, sultanı") və s. həz.Əlinin ləqəbləridir.
həz.Əlinin eyni zamanda müharib, dövlət xadimi, elm və kəramət sahibi - vəli olması onun dəyərləndirilməsində müəyyən çətinliklər yaradıb. Bəziləri isə onun müstəsna məziyyətlərinə qısqanaraq, təfritə düşürlər. Sözsüz ki, həz.Əlinin həqiqi qiymətini Allah və onun Elçisi verib. "Əlini sevən məni sevir" buyurub Peyğəmbər(ə). Özündən sonra ona qiymət vermədə çətinlik çəkən bəndələr üçün Həzrət buyurub: "Mənə görə iki bölük həlak olacaq: biri məni həddən artıq sevənlərdir ki, sevgi onları gerçək olmayan yola sürüklər. İnsanların xeyirləri mənim haqqımda nə ifrat fikirdə olanlar, nə də mənə kəskin nifrət edənlərdir. Yaxşılar orta yol seçənlərdir. Bu yolu seçin". O, yalançı və yaltaqlara belə deyirdi: "Mən sizin tərifinizdən aşağı, könlünüzdə tutduğunuzdan isə yuxarıyam. Söyləmədiyim sözü bilərəkdən mənə istinad edən, mənim adıma yalan deyən adam cəhənnəmdəki yerini indidən hazırlasın".
Həz.Əli sərkərdə kimi
Qureyş başçıları həz.Peyğəmbərin Mədinəyə hicrət edəcəyi axşam onu yatağında öldürmək qərarına gəldilər. Peyğəmbər(ə) həz.Əliyə tapşırdı ki, o, peyğəmbər yatağında yatsın. Əllərində qılınc yatağa həmlə edən qatillərin: "Bəs Məhəmməd hanı" sualına, həz.Əli "mən onu saxlamağa məsul və məmur deyildim" - dedi. Əli(ə) Bədr, Uhud, Xəndək və ümumiyyətlə bütün müharibələrdə fəal iştirak edib. O, Fələkdə Səd Qəbiləsinə qarşı döyüşü özü idarə edib. Xeybər müharibəsində həz.Peyğəmbərin Aişənin baş örtüyündən şəxsən hazırladığı bayrağı isə həz.Əli daşıyıb. Onun rəhbərliyilə Yəmənə edilən səfər nəticəsində həmdanilər İslam dinini qəbul ediblər. Peyğəmbər(ə) hələ Hudeybiyyə döyüşündən qayıdarkən deyib: "Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır". Xəlifə Osmanın evinin mühasirəsində isə həz.Əlinin göstərişilə onun oğulları-Həz.Həsən və Həz.Hüseyn həz.Osmanı müdafiə ediblər. Söylədiyinə əməl etməyən qorxaqlar üçün Həzrət buyurub: "Sayı az olan düşmən dəstəsi gələn kimi hər biriniz evə girib qapını bağlayır, siçan kimi deşiyə soxulursunuz. And olsun Allaha ki, sizin yardım etdiyiniz hər kəs alçalıb. Siz evlərinizin qabağında çox, bayraqlar altında isə azsınız. Siz yuxuya gedən oyaqlarsınız. Özünüz mənim qarşımda, fikriniz başqa yerdədir. Korlar kimi baxırsınız. Karlar kimi qulaq asırsınız. Lallar kimi danışırsınız".
Həz.Əli xəlifə kimi
həz.Əli III xəlifə Osmanın şəhadətindən sonra xilafətə keçmək təkliflərini dəfələrlə qəbul etməyib. Lakin o, 24 iyun 656-ci ildə çoxminli insanların təkid və biətilə hakimiyyəti Peyğəmbər(ə) məscidində qəbul etdi. Bununla da o, İslam aləmində ümumxalq referendumu ilə seçilən ilk dövlət başçısı olub. Yeri gəlmişkən, müsəlman dünyasında ilk dəfə parlament üsulu ilə hakimiyyətə gələn Həz.Osman (644-cı il) olub. Müqayisə üçün qeyd edək ki, xristian aləmində papaların seçki üsulu ilə ilk dəfə seçilməsi bu tarixdən 400 il sonra baş verib.
Həz.Əli ilk gündən rüşvət, xalq malını mənimsəmə, yalan və s. kimi neqativ hallara qarşı mübarizə aparıb. Həzrət yazır: "Gecənin birində bir nəfər ağzıörtülü qabla oğrular kimi yanıma gəldi. Halva gətirmişdi mənə. Halbuki, o halva mənim üçün bir ilan qusmağı, ilan zəhəri idi. Dedim: bu hədiyyədir, zəkatdır, ya sədəqə? Zəkat və sədəqə biz Əhli-beytə haramdır. Dedi: xeyr, bu bir ərmağandır. Dedim: analar yasını tutsun, dində mənə nizam öyrədəcəksən? And olsun Allaha, bir qarışqanın ağzından arpa dənəsinin qabığını almaq üçün mənə 7 iqlimi və bu iqlimlərin altındakı ölkələri versələr belə, yenə də qəbul etmərəm". Xəlifə Əli əksəriyyəti kasıb yaşayan bir ölkənin rəiyyətini utandırmamaq üçün, özü də onlar yeyəndən yeyər və onlar geyən libaslardan istifadə edərdi.
"Əla dedi: Ya Əli, qardaşım Asimdən şikayətim var. O bir əbaya bürünərək, dünyanı tərk edib". Həzrət Əli Asimi çağırtdırıb ona dedi: "Ey nəfsinə düşmən olan adamcığaz, Şeytan səni aldatmaq istəyir. Arvad-uşağına mərhəmətin yoxdurmu? Allahın sənə təmiz şeyləri halal etdiyini görmürsən? Nə üçün onlardan faydalanmırsan?" Asim dedi: "Ya Əli, paltar və yeməyin çox sadədir. Sənə oxşamaq istəyirəm". Həzrət buyurdu: "Vay sənin halına. Mən sənə bənzəmərəm. Allah ədalət imamlarına insanların ən kasıbları ilə bərabər yaşamalarını əmr edib ki, yoxsulun yoxsulluğu özünə ağır gəlməsin. Tox qarına necə yata bilərəm ki, ətrafımda acqarınlar var".
Ümumiyyətlə, həz.Əlinin ədalət haqqındakı məziyyətləri Davud(ə) və Süleyman(ə) möcüzələrilə bərabər tutulmağa layiqdir. Məmur məddahlığına dözməyən həz.Əli, ədalət və doğruçuluğa, idarəetmədə isə qanunların aliliyinə xüsusilə fikir verirdi. "Doğru sözləri məndən gizlətməyin. Yaltaqlıqla, dil rüşvəti verməklə məndən uzaqlaşmayın. Elə bilməyin ki, mənə doğru söyləsəniz xoşuma gəlməz. Doğru sözdən xoşlanmayan adam ədalətlə hökm edə bilməz. Biz insanları hakim təyin etmədik, Quranı hakim bildik". (Müqayisə et: "Şah qanun deyil, qanun şahdır" - V.C)
Həz. Əli alim kimi
"Mən elmin şəhəri, Əli o şəhərin qapısıdır. Elm axtaran Əlidən öyrənsin" buyurub Peyğəmbər(ə). Bu baxımdan İslam aləminin Quran və Peyğəmbər(ə) kəlamlarından sonra həz.Əlinin "Nəhcul Bəlağa", "Qürəlül Hikəm" və "Divan"ı da bəlağət, fəsahət, hikmət və məntiq baxımından digər əsərlərlə müqayisədə bir o qədər ucadır. həz.Əli qələminin bu cür diqqətəşaən cəhətlərinə görə, onun əsərləri hələ XIII-XIX əsrlərdə ingilis, alman, italyan və başqa dillərə tərcümə olunub. "Peyğəmbər(ə) məndən başqa kimsəyə nəsib olmayan elmini mənə lütf etdi" deyən həz.Əli, Peyğəmbər(ə)-nin vəfatından sonra və onun arzusu ilə 6 nəfərlik daimi Məclisin üzvü idi. Peyğəmbər(ə)-nin Məkkədən Mədinəyə köç etdiyi günün İslam tarixi üçün başlanğıc qəbul edilməsini də xəlifə Ömərə həz.Əli tövsiyə edib. Vilayətlərdən gələn şikayətləri araşdıran həz.Əli, həm də Allah kəlamının vahid mətnini - Quranı tərtib edən işçi heyətin üzvü idi. həz.Əli Peyğəmbər(ə)-dən sonra ən böyük Quran bilicisi və şəriət hökmçüsü idi. "And olsun Allaha, Quranda elə bir ayə yoxdur ki, nə üçün, harada və kimin haqqında nazil olduğunu bilməyim" (həz.Əli).
"Mən elmin şəhəri, Əli də onun qapısıdır" Peyğəmbər(ə) kəlamından qısqanan xaricilərdən (İslam dövlətinin Şərqində asayişi pozan qədim firqələrdən biri) on alim bu qərara gəldi ki, hər biri həz.Əliyə eyni sualı verəcək. Əgər həz.Əli on suala müxtəlif cavablar verərsə, deməli o, həqiqətən alimdir. Sual isə belə idi: "Ya Əli, elm üstündür, ya mal?". Həzrət on nəfərin hər birinə belə cavab verdi ki, elm üstündür. Çünki: 1) Elm peyğəmbərlərin, mal isə fironların mirasıdır; 2) Elm sahibinin dostu, mal isə düşmənidir; 3) Elm sahibini qoruyar, sahibi isə əksinə, malını; 4) Mal xərcləndikcə tükənər, elm sərf edildikcə artar; 5) Mal sahibinə xəsis deyərlər, elm sahibini isə verimli isimlərlə çağırarlar; 6) Malı oğrudan qoruyarlar, elmi qorumağa ehtiyac yoxdur; 7) Mal qaldıqca azalar, yox olar; elm isə nə azalar, nə də yox olar; 8) Mal qəlbi qatılaşdırar, elm qəlbi yumşaldar və rəhmətə səbəb olar; 9) Mal insanı azdırar, elm isə ona həddini göstərər; 10) Elm qəlbi nurlandırar, mal qəlbi qaraldar. Bu cavablardan sonra on xaricinin hamısı həz.Əlini təqdir etdi.
Həz.Əli vəli və kəramət sahibi kimi
Vəli Allahın rizasını qazanan insana deyilir. Vəlilərin qəlbləri haqqın nəzərgahıdır. Kəramət isə hansı peyğəmbərin ümmətindən olursa-olsun, vəlilərdə olan üstün cəhətlərdir. Dünyəvi elmlər xaricində olan bilgilərə malik şəxslər kəramət sahibləri - vəlidirlər. Allah hər bir peyğəmbərə onun zamanında mübahisəsiz, qüvvətli möcüzə verib ki, onlar bunu xalqa göstərsinlər. Bəsirət və fərasət sahibləri olan vəlilər isə kəramətlərini gizlədərlər. Ümumiyyətlə, kəramətin istənilməsi və izhar edilməsi bəyənilmir.
Vəlilər uzaq məsafələrdəki hadisələri görür, eyni anda çox yerdə görünə bilir, qəbirdəki insanın kim olduğunu və onun vəziyyətini duyur, qarşısındakı şəxsin nə düşündüyünü bilir, gələcəkdən xəbər verir. Mənbələrdə həz.Əlinin 60 kəraməti təsbit olunub. həz.Əli müəllifi olduğu "Nəhcul Bəlağa" kitabında yazır: "Həqiqətlərin çoxu inkar etdiyiniz şeylərdədir. Elə gizli biliyə sahibəm ki, sizə açsaydım, dərin quyulara sallanan iplər kimi sallanıb titrərdiniz. Məndən soruşun, məni itirməmiş soruşun. And olsun Allaha ki, sizinlə qiyamət arasında nələr olacaqsa, onu xəbər verərəm. Sizin hər birinizin haradan və necə gəldiyini, hara və necə gedəcəyini xəbər verərəm. Özü də bunu çəkinmədən edərəm. Fəqət mənim üzümdən Rəsuləlləhi da inkar edəcəyinizdən qorxuram... Doğrudan da siz aranızdan ölən bir adamın gördüyünü görsəydiniz fəryad edər, qorxar və qulaq asardınız. Amma onların gördüyünü görə bilmirsiniz. Çünki gözləriniz qarşısında pərdə var. Lakin pərdə qaldırılsa belə, mənim yəqinim artmaz. Həqiqətən Rəbbim mənə anlayan bir ağıl, danışan bir dil ehsan edib. həz.Peyğəmbəri yuyanda yardımçılarım mələklər idi. Onların səsi hələ də qulağımdadır. Ona salavat çevirirdilər. Bu, onu qəbrə qoyanadək davam etdi".
Həz.Əlinin şəhadəti
Əli(ə) xarici Mülcəm tərəfindən zəhərli qılıncla şəhadətə yetişib. Bu hadisə hicri tarixinin 4-cü ilində Ramazan ayının 17-sində baş verib (24 yanvar 661-ci il). O, üç gündən sonra vəfat etdi və əksər məxəzlərə görə, Kufədə Fəratın daşmasını qoruyan su bəndinin yanında dəfn edildi. Sonradan burada Nəcəf şəhəri (Məşhəd Əli) inşa edildi. Ağır yaralanan Əli(ə), oğulları Həsən(ə) və Hüseyn(ə)-yə dedi: "Yaşasam, qanımı özüm alacam. Ölsəm, qatili bağışlamanız mənim üçün Allaha yaxınlıq, sizin üçün bir savab olar. Əli qətl olundu deyib, müsəlmanların qanına bulaşmağınızı, intiqam almağınızı istəmirəm. Öldürsəniz isə, yalnız məni öldürəni öldürün. Onun mənə vurduğu bir zərbədən ölməli olsam, siz də ona yalnız bir zərbə vurun. Əzalarını kəsib, ona əziyyət verməyin. Zira Rəsuləlləh buyurub: "Öldürəcəyiniz köpək də olsa, ona əzab verməyin".
Budur, qatil Mülcəm həz.Həsənin əlindədir. Camaat onu parça-parça etməyi tələb edir. Həsən(ə) camaata: "Atam başqa şey vəsiyyət edib. Xainə işgəncə verilməyəcək. Ədalətlə qisasa-qisas alınacaq" - dedi. həz.Həsən Mülcəmin Əli(ə)-nin qanına bulaşan zəhərli qılıncını gətizdirib, ona dedi: "Atamı bu qılıncla öldürdün?" Mülcəm: "Bəli, mən bu qılıncı günlərlə itilədim. Və sonda insanların ən pisi bu qılıncla öldürülsün deyib, atanı öldürdüm". həz.Həsən ona: "Allah duanı qəbul edib, ey bixəbər. Doğrudan da, son olaraq, ən pis adam bu qılıncla öldürüləcək" - deyib, qılıncla Mülcəmin başını bədənindən ayırdı. Lakin qanlı qılınc bir dəfə də havaya qalxdı. Camaat özünü itirdi. həz.Həsən kimi əməli saleh adam qılıncı bədəndən ayrılmış başa ikinci dəfəmi vuracaqdı? Fəqət Həsən(ə)-nin niyyəti başqa idi. Bu qılınc yenə də kimisə öldürəcəkdi. Və o adam da dünyanın ən pis adamı olmalı idi. Həsən(ə) ikinci dəfə qaldırdığı qılıncı daş bünövrəyə elə vurdu ki, qılınc parça-parça oldu.
həz.Əli haqsızlığa qarşı canı, malı, elmi, qılıncı, imanı ilə həmişə cihad edib. O, mənəviyyatsız cəmiyyəti belə xarakterizə edib: "Azğınlıq bayrağı qalxarkən, insanlar bir-birinə qurd kəsilər. Buyruq sahibi canavara dönər, orta hallıları yeyici olar. Yoxsullar isə ölərlər. Oğul ataya dərd olar, doğruluq əlçatmaz olar, yalan çoxalar, sevginin yalnız adı qalar, pislik etmək adətə çevrilər, namus və təmizlik təəccüblü hala düşər. İslam isə tərsinə geyilən libasa dönər". Bu kəlam 1400 il bundan öncə deyilib. Lakin o, sanki dinin siyasətə alət edildiyi, hər şeyin maddi dəyərlərlə ölçüldüyü çağdaş dünyamız üçün deyilib. Namus və təmizliyinin təəccüblü hal olduğu dünya üçün...





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ