şənbə günü, 03 oktyabr 2026
     

Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Bakının hər qarışı mənə doğma olsa da, onun rayonları arasında Sabunçu rayonunun həyatımda yeri bambaşqadır. Dünyaya bu rayonun o zaman eyni adlı qəsəbəsi olan, mərkəzdən cəmi 25 kilometr aralıda yerləşən Maştağa qəsəbəsində göz açdığımdan, bu rayonun inkişafı barədə danışmaq mənə daha rahatdır. Çünki bu inkişaf, bu vüsət gözlərim qarşısında baş verib.
Doğulduğum qəsəbənin və ətraf qəsəbələrin günü-gündən simasını dəyişdiyini, bir-birindən yaraşıqlı ticarət mərkəzlərinin, iaşə obyektlərinin ucaldıldığını, yolların çəkildiyini, hətta məhəllədaxili küçələrə belə asfalt örtüyünün döşəndiyini, məktəb və xəstəxanaların əsaslı təmir olunaraq günün tələbinə uyğunlaşdığını görmək, hər gün abadlaşan qəsəbələri gəzmək çox xoşdur. Vaxtilə bomboz ərazilər olan dənizkənarı qəsəbələrdə bu gün ən müasir standartlara uyğun, rəsmi qəbulların belə keçirilə biləcəyi otellərin inşa olunması həmin qəsəbələrin yol infrastrukturunun da müasir standartlara uyğun yenilənməsi ilə müşayiət olunur ki, bu da rayonun abadlaşmasına xidmət etməklə yanaşı, gələcəkdə turizmin inkişafı baxımından cəlbediciliyini artırır. Pespektivə gəldikdə isə, bugünkü sürətli inkişafın hansı perspektiv vəd etdiyini uzun-uzadı izah etməyə ehtiyac yoxdur və bu, minlərlə sakindən biri kimi məni də çox sevindirir. Uşaqlıq və gənclik illərimin keçdiyi bu rayon bu gün eyni zamanda mənə ona görə əzizdir ki, doğmalarımın məzarlarını qoynunda saxlayır. İndi həm də özəl günlərdə ziyarət yerimdir bu torpaq...
Əsası 1920-ci ildə qoyulan hazırkı Sabunçu rayonunun ərazisində o zaman 2 rayon - Maştağa və Lenin rayonları yaradılıb. 1965-ci ildə Maştağa rayonu "proletariatın dahi rəhbəri"nin adını daşıyan rayona birləşdirilərək Lenin rayonu adlandırılıb. Ölkə müstəqillik əldə etdikdən sonra 1992-ci ildə rayonun adı bir daha dəyişdirilərək, mərkəzi sayılan Sabunçu qəsəbəsinin adı ilə adlandırılıb. Yeri gəlmişkən, bu qəsəbənin Sabunçu adlandırılması burada hələ qədim zamanlardan kustar üsulla sabun bişirilməsinin geniş yayılması ilə bağlıdır. Hətta deyilənə görə, dahi Azərbaycan satiriki Mirzə Ələkbər Sabir də vaxtilə burada yaşayıb və müəllimliklə yanaşı, gündəlik dolanışığını təmin etmək üçün sabun bişirməklə də məşğul olub. Dahi satirikin o zaman dərs dediyi, rayonun Balaxanı qəsəbəsində yerləşən orta məktəb hazırda onun adını daşıyır.
Sabunçu rayonu ötən illər ərzində çox böyük inkişaf yolu keçib. Son illərdə tanınmayacaq dərəcədə simasını dəyişən rayon ölkənin ümumi inkişaf strategiyasının tərkib hissəsi olaraq aparılan abadlıq və quruculuq işləri sayəsində gündən-günə gözəlləşir. Elə təkcə rayonun yol infrastrukturunun yenilənməsi dediklərimizin ən gözəçarpan təsdiqi sayıla bilər. Ümumilikdə rayon ərazisində 599.2 kilometrlik yol şəbəkəsi var ki, bunun 130.6 kilometrini mərkəzi, 468.6 kilometrini isə məhəllədaxili yollar təşkil edir. Ötən ilin sonlarına olan məlumata görə, 45.000 metrə yaxın mərkəzi və məhəllədaxili yollarda təmir-bərpa işləri aparılaraq yollara asfalt örtüyü döşənib. Hazırda bu istiqamətdə davam etdirilən fəaliyyət sırasında ən önəmli olanı keçmiş Sabunçu dairəsindən Zabrat istiqamətində yolun genişləndirilməsidir. Bu vaxta qədər ikitərəfli hərəkət zolağı olsa da, sözügedən yolun ensizliyi xüsusilə pik saatlarında istər sürücü və sərnişinlərin, istərsə də fərdi avtomobil sahiblərinin əsəblərini tarıma çəkən tıxacların yaranmasına səbəb olurdu. Üstəlik nəzərə alınsa ki, Nardaran, Bilgəh bağlarına, dəniz sahilinə getmək üçün bu yoldan istifadə olunur, o zaman mövsüm vaxtı bu yolda yaranan mənzərəni təsəvvür etmək çətin deyil. Hazırda kənarlarındakı irili-xırdalı zövqsüz və səliqəsiz obyektlərin sökülməsi hesabına sözügedən trasın xeyli genişləndirilməsi işlərinin sürətlə həyata keçirilməsi çox keçmədən bu problemin birdəfəlik həllini tapacağını düşünməyə ciddi əsas verir. Bundan əlavə, rayonun "Koroğlu" metrostansiyası, Bakıxanov qəsəbəsi istiqamətində çəkilən müasir standartlara uyğun avtomobil yolları üzərində salınmış yol ötürücüləri və körpülər dizayn və arxitektura baxımından göz oxşamaqla yanaşı, həm də sürücü və piyadaların rahat hərəkətini təmin edir.
244.3 kvadrat kilometr əraziyə malik Sabunçu rayonu 10 qəsəbəni əhatə edir ki, bunlar Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran və Bilgəhdir. Cari ilin göstəricilərinə görə, burada rəsmi qeydiyyatda olan əhalinin sayı 234119 nəfər təşkil edir. Rayon üzrə məşğul əhalinin sayı isə 30 350 nəfərdir ki, bunun da 8735 nəfəri sənaye sektorunda, 1391 nəfəri inşaat sahəsində, 1239 nəfəri büdcə təşkilatlarında, 4854 nəfəri təhsil sahəsində, 10169 nəfəri isə digər sahələrdə çalışanlardır. Təhsil sahəsində çalışanların sayının çoxluq təşkil etməsi rayonda təhsil müəssisələrinin çox olması ilə bağlıdır. Belə ki, rayon ərazisində ümumilikdə 46 orta, 3 internat məktəb gənc nəslin təlim-tərbiyəsinə öz töhfəsini verir. Rayon ərazisində əhalinin sağlamlığı keşiyində duran 24 səhiyyə müəssisəsi fəaliyyət göstərir ki, bunların da əksəriyyəti son illərdə yüksək səviyyədə təmir edilərək ən müasir tibbi ləvazimatla təchiz olunub. Sənaye obyektlərinin çoxluğu isə Sabunçu rayonunun Azərbaycanın industriya sektorundakı önəmindən xəbər verir. Belə ki, rayon ərazisində 76 sənaye obyekti fəaliyyət göstərir ki, bunlardan ərazisinə və işçilərinin sayına görə ən böyüyü Balaxanı Operetinq Compani LTD-dir. Bu şirkətdə hazırda 1438 işçi çalışır. Bunlarla yanaşı, rayon ərazisində 49 tikinti, 8 nəqliyyat, 5 kənd təsərrüfatı və 317 ticarət obyekti fəaliyyət göstərir ki, bunlar da həm əhalinin işlə təmin olunmasında öz sözünü deyir, həm də ölkə iqtisadiyyatına və ölkədə qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.
Bakı kəndlərinin problemlərinə yaxından bələd olan biri kimi deyə bilərəm ki, cəmi 8-10 il bundan əvvəl bu qəsəbələrdə özəlliklə kommunal sektorda yaşanan ciddi problemlər bu gün artıq yox dərəcəsindədir. Çox da uzaq olmayan həmin dövrdə, Bakıətrafı qəsəbə və kəndlərin əksəriyyəti kimi, Sabunçu rayonunun da qəsəbələri qaz, işıq, susuzluq problemi yaşayırdı. Lakin son illərdə rayon ərazisində aparılan abadlıq və quruculuq işləri nəticəsində kommunal sahədə də ciddi uğurlara imza atılıb. Belə ki, əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması məqsədilə rayon ərazisində 33 yarımstansiya quraşdırılıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən ilin əvvəlinə olan tarixə qədər rayon ərazisində ümumilikdə 35.000 metr kabel çəkilərək 9 ədəd yeni TM quraşdırılıb. Eyni zamanda, xüsusilə kənd və qəsəbələrdə köhnə üsullarla - elektrik dirəkləri vasitəsilə çəkilən naqillərin təbii təsirlərə məruz qalması nəticəsində yaşanan enerji kəsilmələri nəzərə alınaraq naqillərin yerin altı ilə daha mütərəqqi şəkildə çəkilməsi təmin edilib ki, bunun da sayəsində özəlliklə qış aylarında əhalinin tez-tez üzləşdiyi işıqsızlıq halları minimuma endirilib. Bu problemin çözümünə həm də ətraf qəsəbələrin qazlaşdırılması öz müsbət təsirini göstərib. Belə ki, soyuq qış aylarında qazın yoxluğu və ya kifayət qədər olmaması səbəbindən evlərin qızdırılması məqsədilə elektrik enerjisindən istifadə yüklənmələrə səbəb olurdu ki, bunun da nəticəsində elektrik enerjisinin verilişi sahəsində ciddi problemlər yaşanırdı. Sevindirici haldır ki, son illərdə rayon əhalisinin təbii qazla fasiləsiz təminatında da ciddi uğurlara nail olunub. Belə ki, dövlət proqramı çərçivəsində rayon üzrə 938293 metr uzunluğunda qaz kəmərləri çəkilərək 7298 fərdi ev qazlaşdırılıb.
Sirr deyil ki, son illərə kimi Bakı kəndlərinən ən böyük problemlərindən biri də su ilə, daha doğrusu, onun yoxluğu ilə bağlı olub. Bəlli məsələdir ki, Abşeron ərazisi şoran torpaqlardan ibarət olduğundan, həyətlərdə qazılan quyulardan yalnız duzlu su çıxıb ki, onun da məişətdə istifadəsi mümkünsüzdür. Bu sudan yalnız əkin sahələrinin suvarılmasında istifadə olunur. Əhali içməli suya olan tələbatını isə suyu xüsusi maşınlarla pulla almaqla ödəyirdi ki, bu da ailə büdcəsinə çox ciddi əlavə yük idi. Sevindirici haldır ki, artıq Sabunçu rayonunun qəsəbələrində bu problem qismən həllini tapıb, bu istiqamətdə davamlı fəaliyyətin müşahidə olunması isə yaxın illərdə məsələnin tamamilə çözüləcəyini düşünməyə əsas verir. Sabunçu RİH-in saytının məlumatına görə, rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində ötən ilin əvvəlinə kimi rayon ərazisində 37946 metrə yaxın yeni su xətti çəkilib, ümumi tutumu 3500 kub olan 4 su anbarı tikilib.
Sabunçu rayonunun sosial-iqtisadi inkişafından danışarkən sözümə ətraf kənd və qəsəbələrdən başlamağım səbəbsiz deyil. Bəlli məsələdir ki, istənilən rayonun mərkəzi hissəsi daha abad və problemsiz olur. Ətraflara getdikcə isə problemlərin çoxluğu diqqət çəkir. Məhz ətraf qəsəbələrdəki inkişafın təsviri rayonun mərkəzində görülən işlərin hansı miqyasda olduğunu təsəvvür etməyə imkan verir. Bunun təsdiqi üçün isə rayonun mərkəzi olan Bakıxanov qəsəbəsinə vizual nəzər salmaq kifayətdir. Hər zaman səliqə-səhmanı ilə seçilən bu qəsəbənin son illər ərzində inanılmaz dərəcədə gözəlləşdiyini hər görən kəs təsdiqləyə bilər. Bu gün ərazisində aparılan tikinti və quruculuq işləri qəsəbənin simasını büsbütün dəyişib. Binaların fasadının üzlük daşları ilə bəzədilməsi, onların işıqlandırılması, park və xiyabanların köz oxşayan yenidənqurulması, yeni və müasir üslubda ticarət və iaşə obyektlərinin inşa olunması rayon rəhbərliyinin gərgin əməyindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Bakı şəhərinin və onun rayonlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində aparılan bütün bu işlər cəmi bir neçə ildən sonra bu qəsəbənin hətta ən abad qəsəbələrlə rəqabət apara biləcəyini düşünməyə əsas verir.
Hazırda rayonda aparılan abadlıq və quruculuq işləri ölkə başçısının da diqqətindən kənarda qalmır. Elə təkcə yola saldığımız 2013-cü ildə Prezident İlham Əliyev Sabunçu rayonuna 6 dəfə səfər edib ki, bunun da səbəbi burada inşa olunan müxtəlif təyinatlı obyektlərin təməlqoyma və açılış mərasimləri olub. Bu sıraya rayonun Bilgəh qəsəbəsində Müharibə və əmək əlilləri üçün pansionatın (Qocalar evi) əsaslı təmir və yenidənqurma işlərindən sonra təntənəli açılışı, Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı, Zabrat-Kürdəxanı- Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışı, Bakıxanov qəsəbəsində 252 saylı orta məktəbin əlavə korpusunun tikintisindən və 80 saylı tam orta məktəbin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanışlıq kimi səfərlər daxildir. Bu günlərdə isə ölkə başçısının rayon ərazisinə daha bir səfəri reallaşıb ki, bu da Bakının ev sahibliyi edəcəyi 2015-ci il Avropa Olimpiya Oyunlarına hazırlaq çərçivəsində metronun "Koroğlu" stansiyası yaxınlığında tikilməkdə olan Olimpiya futbol stadionunda aparılan işlərin gedişatı ilə tanış olmaq xarakteri daşıyıb. Bunlardan əlavə, son illərdə dövlət başçısının birbaşa nəzarəti və himayəsi altında rayonda bir çox önəmli layihələr həyata keçirilib ki, bunlardan biri də Balaxanı qəsəbəsində illərdən bəri Bakının tullantı poliqonu kimi tanınan ərazidə Bakı Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun və Sənaye Parkının yaradılmasıdır. "Təmiz şəhər" layihəsi çərçivəsində gerçəkləşdirilən bu işlər həm böyük Bakının məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq məqsədilə onların utilizasiyasını təkmilləşdirmək, həm də tullantılardan təkrar xammal alınmasını stimullaşdırmağı hədəfləyir.
Bütün bu görülən və görülməkdə olan işlərin miqyası deməyə əsas verir ki, Sabunçu rayonu hələ bundan sonra çox böyük inkişaf yolu keçərək simasını büsbütün dəyişməklə öncüllər sırasında layiqli yerini tutacaq. Bu işdə rayon rəhbərliyinə uğurlar arzulayıram.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur.





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ