çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan dilində namaz - yeni müzakirələr...

Image


Son illər cəmiyyətimizdə dini ibadətlərin Azərbaycan dilində aparılması məsələsi aktuallaşıb. Bir sıra insanlar deyir ki, yas mərasimdə bütün dualar, surələr, hətta Yasin surəsi belə ana dilimizdə oxunmalıdır. Yəni camaata duaların sözləri Azərbatcan dilində çatdırılsın. Namaz məsələsində də bu qənaətə gələnlər var ki, bu əsas ibadət ana dilimizdə olsun, bu arada namazın sözlərinin tərcüməsi də hazırlanıb yayılıb. 

Bir qisim insanlar “namaz Azərbaycan dilində qılınsın”, digər qisim adamlar isə “hər millət duanı öz dilində etsə, namazı öz dilində qılsa hərc-mərclik, xaos yarana bilər” deyir.

Namazın Azərbaycan dilində qılınması nə dərəcədə mümkün ola bilər? Bu, islam dininin tələblərinə uygundurmu? Məgər kim istəsə öz dilində namaz qıla bilərmi? Namazın Azərbaycan dilində qılınması məsələsi niyə bu qədər aktuallaşdı, bu müzakirələr niyə açıldı?

  • Azər Həsrət: “Bu mövzunun üzərinə gedilməlidir”

“Namaz Azərbaycan dilində qılınmalıdır” fikrində olanlardan biri olan siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələyə toxunulması çox vacibdir: “Niyə məhz öz dilimizdə, yaxud ayrı-ayrı xalqların dilində bu vacibatların icra edilməsi gərəkdir? Bunun izahı çox sadədir. Quranın dili nazil oldunduğu dövrdən başlayaraq ərəbcədir. Ərəbcə də bir millətin dilidir. Təbii ki, Peyğəmbər də ərəb olduğu üçün onun kitabı da ərəbcə idi, öz xalıqına da, hətta deyərdim öz qövmünə ərəb dilində müraciət edirdi. Sözsüz ki, namazı da ərəbcə qılınırdı, ayinlər də ərəbcə icra olunurdu. Çünki ərəb tayfalarına ərəbcədə müraciət edilməli idi. Amma sonradan islam dini bəzən zorla, bəzən xoşla yayıldı və dünya dinlərindən birinə çevirildi və hazırda 2 milyarddan artıq insan bu dinin ardıcılıdır. Belə olan şəraitdə hər bir xalqın, hər bir millətin dini icraatı öz dilində həyata keçirməsi daha məqsədəuyğundur. Niyə? Ona görə ki, lap Azərbaycandan danışırıqsa, Azərbaycan xalqı, Azərbaycan müsəlmanlarının böyük əksəriyyəti ərəb dilini bilmir. Hətta mollalar ərəb dilini bilmədən Quran oxuyurlar. Amma bilmədikləri dildə nələrisə əzbərləyib təkrarlamaq nə verir? Yaxud niyə insanlar bilmədikləri dildə hansısa dualar etməlidirlər? Üstəlik də, bilmədikləri dildə dualar edərkən, namaz qılarkən, Quran oxuyarkən də həmin dili təhrif edirlər. Ərəb dili ilə tanış olmayan adamlar mətnləri hardansa əzbərləyirlər və onu ərəb dilində ifadə etməyə çalışırlar, bu alınmır. Niyə alınmır? Çünki dili bilmirlər. Mən özüm 1 il ərəb dili kursuna getmişəm, ərəb dili ilə az-çox tanışlığı olan birisiyən. Tutaq ki, Qurandan hanısa ayəni oxusam təhrif etmirəm. Amma əksəriyyət onu bilmir axı. İbadət edənlərin çoxu ərəb dilini bilmədiyi üçün məntiqli olardı ki, insanlar öz dilimizdə namaz qılsınlar, dua etsinlər, Quran oxusunlar. Əlbəttə, mən Quranın ərəb dilindəki orjinalını kənara qoymağı  təklif etmirəm, o da yerində qalsın. Eyni zamanda məscidlərdə Qurandan nəsə oxuyanda xütbələr ərəb dilində olsun. Amma Allahla danışarkən niyə bütün millətlər ərəb dilində danışmalıdır ki? Məgər Allah Azərbaycan dilini anlamır. Məntiqlə Allah hər şeyi biləndir, hər şeyi görəndir, hamımızdan çox hər şeyi anlayandır”

A.Həsrətin fikrincə, ona görə də hər bir millət Allaha öz ana dilində müraciət edə bilər, burada heç bir problem yoxdur. A.Həsrətin sözlərinə görə, bəzi insanlar deyirlər ki, xaricdə müxtəlif xalqların nümayəndələri bir yerdə namaz qılırlarsa, onların hər biri də öz dillərində namaz qılıb, dua etsələr xaos olar. A.Həsrətin bildirdiyinə görə, belə məqam yaranarsa, onda ortaq dil kimi ərəb dilinə üstünlük verilməlidir: “Amma bizdə, tutaq ki, məscidə 200 nəfər müsəlman yığışıb və hamısı da azərbaycanlıdırsa, onların hamısı da Azərbaycan dilində namaz qılarsa burada hansı qarşıqlıqdan söhbət gedə bilər? Ona görə də düşünürəm ki, bu mövzunun üzərinə gedilməlidir. Bilirsiz, bu nəyə görə lazımdır? Bu insanlarımızın dini savadlılığını artırmaq üçün vacibdir. Namaz qılanların əksəriyyətinin bəzən dindən belə xəbəri olmur. Ərəb dilində onlara kimlərsə nəyisə əzbərlədirlər, adamlar da onları təkrarlayır, amma nə dediklərini özləri başa düşmürlər. Bəzən cəmiyyətdə belə bir fikir də var ki, birisi gəlib ərəb dilində söyüş söysə bizim insanımız “Allahu Əkbər”, yaxud “inişallah”, “maşallah” deyəcək. Ona görə ki, ərəb dilini bilmirlər. Elə biləcəklər ki, kimsə Quranla, dinlə bağlı yaxşı söz deyir. Cəhalətdən qurulmaq üçün belə bir təklifin üzərində dayanıram”.

  • İsmayıl Əhməd: “Namaz ilahi hökmdür, o qaydasında qılınmalıdır”

Tanınmış ilahiyyatçı İsmayıl Əhməd isə sualımıza belə cavab verib: “Dualar ana dilində edilə bilər. Bunun qaydası, vaxtı yoxdur. Amma namaz ilahi hökmdür, o qaydasında qılınmalıdır və bu qaydalara vaxtı və forması daxildir. Allahın istəyi də kəlmə-kəlmə sözlərin mənasını başa düşmək deyil. Ümumi məzmun başa düşülsə kifayətdir. Xaosa gəldikdə, bu camaat namazında, xüsusən Həcc ziyarətində müşahidə oluna bilər. Amma məsələ  tam başqadır. Siz o sözlərin qarşılıqlı mənasını heç bir dildə eynisi ilə tapa bilməzsiniz. Həm də  söhbət tək bir sözdən yox,  onlarla sözdən gedir. Bir adam gəlib  istifadə etdiyi dildə mənə Allah sözünün qarşılığını desin, görüm o hansı sözdür. Məsələn siz, bildiyiniz dillərdə Allah sözünü hansı sözlə əvəz edə bilərsiz ki, o eyni mənanı versin? Oxşarını yox, eynisini. Eynisi də budur :”Pərəstişə layiq olan, bütün sifətləri ilə mütləq varlıq olan”. İndi bir kəlmə ilə mənə bu mənanı çatdırın. Amma ərəb dilində mən bunu tək Allah sözü ilə çatdıra bilirəm. Çünki ifadə etdiyi məna budur”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ