şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 09.04.2014 / 11:28
Bölmə: Sosial
Bu il yanvarın 9-da Nazirlər Kabinetinin iclasındakı nitqində ötən ildə ölkəmizin sosial-iqtisadi inkişafını geniş təhlil edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də cari-sənaye ilində görüləcək işləri müəyyənləşdirdi. Cənab Prezident qeyd etdi ki, keçən il ölkəmiz üçün uğurlu il olub. Ölkənin dinamik inkişafı təmin edilib, böyük layihələr həyata keçirilib, Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb.
Hazırda ölkəmizin valyuta ehtiyatları 50 milyard dollara çatıb ki, bu da ümumdaxili məhsulun 70 faizini təşkil edir. 2013-cü ildə respublikada 110 min yeni iş yeri açılıb ki, onlardan 80 mini daimi iş yerləridir.
Ölkə üzrə qazanılan bu uğurlarda, şübhəsiz ki, ərazi inzibati vahidi kimi Sabunçu rayonunun da xüsusi payı var. Ərazisi 244,3 kv.km, əhalisi 234387 nəfər olan Sabunçu rayonunda 2013-cü ildə istehsal edilən və yerinə yetirilən işlərin ümumi həcmi 396,5 milyon manat olub. Keçən ildə bir işçiyə düşən orta aylıq əməkhaqqı əvvəlki il ilə müqayisədə 6,7 faiz artaraq 432 manat, sənaye sahəsində çalışanların əməkhaqqı isə 7,8 faiz artaraq 560,4 manat olub. İl ərzində rayonda 2395 yeni iş yerləri açılıb ki, onların da hamısı daimidir. Hazırda rayonun idarə və müəssisələrində çalışanların ümumi sayı 30350 nəfərdir.
Qeyd edək ki, AR Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və həmin Proqrama "Əlavə Tədbirlər Planı"nın icrası müddəti 2013-cü ildə başa çatıb. Həmin Proqram və Plana uyğun olaraq rayon ərazisində mühüm iqtisadi və sosial əhəmiyyətə malik obyektlər tikilib, yollar salınıb, əhalinin enerji daşıyıcılara olan ehtiyacı yaxşılaşdırılıb, ekoloji layihələr həyata keçirilib, mənzil fondunun təmir-bərpası, müxtəlif abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb. Bu Proqram və Əlavə Tədbirlər Planına uyğun olaraq rayonda ötən dövr ərzində 1 məktəb və 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilib, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə ocağında əsaslı təmir işləri başa çatdırılıb. Onların hamısı müasir avadanlıqlarla təchiz edilib. Hazırda 1 uşaq bağçası, "Muğam evi" və "Gənclər evi"nin tikintisi, 4 məktəb, 4 uşaq bağçası, 1 səhiyyə müəssisəsi və 1 mədəniyyət evinin əsaslı təmiri davam etdirilir.
Sabunçu RİH müharibə və əmək əlillərinə xüsusi qayğı göstərir. Belə ki, keçən ildə Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın (Qocalar evi) əsaslı təmiri və yeni korpusunun tikintisi başa çatdırılaraq, cənab Prezidentin iştirakı ilə istifadəyə verilib. Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi, sosial sığınacağın və gözdən əlillər üçün tədris bərpa mərkəzinin tikintisi isə bu il başa çatdırılacaq. Keçən il Maştağa-Nardaran və Pirşağı-Kürdəxanı qəsəbələrinin ərazisində tikilən 3 mini futbol və idman meydançaları gənclərin istifadəsinə verilib.
Sabunçu RİH mərkəzi dövlət orqanları və təşkilatların planlarına əsasən bir sıra sosial əhəmiyyətli obyekt və inzibati binaların tikintisi və təmir-bərpa işlərini də uğurla həyata keçirib. Belə ki, keçən ilin sonunda Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 saylı məktəbin köhnə binası sökülərək yerində müasir tələblərə cavab verən 3 mərtəbəli məktəb inşa edilib. Hazırda Fond tərəfindən həmin qəsəbədə 226 saylı uşaq bağçası üçün 3 mərtəbəli binanın inşası yekunlaşmaq üzrədir. 2014-cü ildə rayonda fəaliyyət göstərəcək "Asan Xidmət"in Bakıxanov qəsəbəsində inşa edilən inzibati binası da istismara hazırdır. Hazırda bu qəsəbədə Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi üçün binalar, Heydər Əliyev adına İstirahət Parkında xüsusi layihə əsasında yenidənqurma ilə yanaşı, həm də orada Heydər Əliyev Mərkəzinin inşası davam etdirilir.
AR Prezidentinin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən rayona ayrılan iki milyon manat hesabına İH-nin sifarişi ilə Zabrat, Nardaran, Maştağa qəsəbələrində yol tikintisi və asfalt örtüklərin salınması tam yerinə yetirilib, ətraf sahələr abadlaşdırılıb, yaşıllıqlar salınıb.
Gəzib gördüklərim
Rayonun köhnə neft-mədən ərazilərini gəzərkən gözümüzə inanmadıq. Burada rekultivasiya işləri aparılıb, çirkli gölməçələrin təmizlənməsi və doldurulması işləri davam etdirilib. Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodu sökülərək zərərli tullantılardan təmizləndikdən sonra həmin yerdə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınıb. 2013-cü il ərzində qəsəbə nümayəndəlikləri və kommunal istismar sahələri tərəfindən məişət tullantıları mütəmadi daşınıb, abadlıq, yaşıllaşdırma işləri aparılıb. Ərazidə olarkən biz bu işin davamlı olmasının şahidi olduq.
Sabunçu rayonunun sosial-iqtisadi inkişafı ilə əyani tanış olarkən Bakıxanov qəsəbəsindəki müasir bir şəhərcikdə də olduq. Qəsəbə daxilində göz oxşayan şəhərcik. Bu, "Akkord" Şirkətlər Qrupu tərəfindən inşa edilən və 4-5 il bundan əvvəl istifadəyə verilən çoxmərtəbəli yaşayış binalarıdır. 20 mərtəbəli 8 binadan ibarət bu massivdə hər cür şərait var. Şəhərciyin ərazisində gəzərkən sakinlərdən Rafael Həsənov, Könül İsmayılova və başqaları ilə söhbətləşdim. Onlar massivin baş komendantı Şahin Mahmudov, komendant Rəvan Mirzəliyev və texnik-nəzarəti Zabil İsmayılovdan razılıq edib dedilər ki, buradakı səliqə-sahman, təmizlik və asayişdə onların xüsusi rolu var.
Şəhərcikdə 3 supermarket, 1 "1001 xırdavat" mağazası, 2 meyvə-tərəvəz və 2 tikinti materialları mağazası, internet klub, qarışıq mallar mağazası, kafe, çayxana, sosial-iaşə obyektləri, uşaq-əyləncə meydançası, aptek, dəftərxana və dərsliklər mağazası 1824 ailə və yaxın ətrafa xidmət edir. Yaşayış massivi qaz, su, elektrik enerjisi, kanalizasiya xətti ilə tam təmin edilib. Massiv telefonlaşdırılıb, yaşıllıqlar salınıb, ağaclar əkilib. Burada təmizliyə, səliqə-sahmana xüsusi diqqət yetirilir. Söhbət əsnasında o da məlum oldu ki, şəhərciyin mərkəz və ətraf qəsəbələr ilə əlaqəsində heç bir nəqliyyat problemi yoxdur. Ciddi qrafiklə işləyən avtobuslar 10-15 dəqiqəyə sakinlərin mərkəzlə əlaqəsinə şərait yaradır. Arzumuz budur ki, belə gözəl yaşayış massivində qəzet köşkləri də olsun.
Bakıxanov qəsəbəsinin Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov, Sülh, R.Qəmbərov və digər küçələrinin genişləndirilməsi, aparılan abadlıq və yaşıllaşdırma işləri, xüsusi layihələr üzrə yaşayış binalarının fasadlarının üzlənməsi və digər işlərin uğurla davam etdirilməsinin şahidi oldum. Qəsəbənin dəmir yolu stansiyası ətrafında ötən əsrin sonunda plansız inşa edilmiş çoxlu ticarət, iaşə və digər obyektlərin sahiblərinə kompensasiya ödənilmiş və hazırda orada müasir tələblərə cavab verəcək 3 mərtəbəli yeni ticarət mərkəzinin tikintisinə hazırlıq işləri görülür.
Məlumdur ki, 2015-ci ildən Avropa Olimpiya Oyunlarının keçirilməsi barədə qərar verilib. Fəxrlə deyə bilərik ki, ilk dəfə bu oyunlar Bakıda keçiriləcək. Bununla əlaqədar Sabunçu qəsəbəsinin Böyükşor adlanan sahəsində 65 min nəfərlik Olimpiya Stadionu tikilir. Stadionun ətrafında və oraya çəkiləcək yeni yol qovşaqlarının layihəsi üzrə tikinti altına düşən 700-ə yaxın fərdi yaşayış evləri və müxtəlif təyinatlı obyektlərin sahiblərinə kompensasiyalar verilməklə, əlaqədar qurumlarla birgə onların sökülməsi təmin edilib. Eyni zamanda Bilgəh-Sumqayıt, Sabunçu-Zabrat-Maştağa və Zabrat-Pirşağı avtomobil yollarının tikintisi ilə əlaqədar podratçı təşkilatlara İcra Hakimiyyəti tərəfindən bütün zəruri dəstək verilir.
Rayonda gənclərin hərbi vətənpərvərlik və təlim-tərbiyəsi işi İcra Hakimiyyətinin prioritet məsələlərindən birinə çevrilib. Burada ordu sıralarına çağırışdan yayınma halları olmayıb. Təhsil sahəsində də yüksək göstəricilər əldə edilib.
Belə ki, 2012-2013-cü tədris ilində rayon üzrə ümumtəhsil məktəblərini bitirən 2298 nəfər məzunun 1961 nəfəri müxtəlif ali məktəblərə sənəd vermiş və onlardan 1043 nəfəri institut və universitetlərə daxil olub.
Rayon ərazisində 50-dək müxtəlif binalarda məskunlaşan 2100 məcburi köçkün ailəsi İH-nin diqqət mərkəzindədir. Belə ki, bu ailələrin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa işləri aparılıb, onlara su, elektrik enerjisi, qaz və digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanıb. 2013-2014-cü tədris ilinin başlanması ilə əlaqədar şəhid, məcburi köçkün və digər aztəminatlı ailələrin uşaqlarına 100 dəst məktəbli forması hədiyyə edilib. RİH əlaqədar təşkilatlarla 20 Yanvar-hüzn günü, Xocalı faciəsinin ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırım Günü, Novruz, Qurban bayramları, eləcə də Beynəlxalq Qadınlar, Gənclər, Müəllimlər günləri və müxtəlif peşə bayramları münasibətilə hər il olduğu kimi keçən il də silsilə tədbirlər keçirib.
Sabunçu RİH, həmişə olduğu kimi, keçən ildə də sakinlərin müxtəlif səpkili ərizə, tövsiyə və təkliflərinə həssaslıqla yanaşıb. Belə ki, 2013-cü il ərzində İH aparatına 5395 ərizə və 2533 məktub daxil olub. İcra hakimiyyəti başçısı tərəfindən İH-də 181 nəfər qəbul edilib, 43 səyyar görüşdə isə 10500 nəfər sakinin müraciətinə baxılıb. Bu tədbirlərdə 241 müxtəlif məsələ qaldırılıb və qaldırılan problemlərin 222-si öz həllini tapıb.
Göründüyü kimi, Sabunçu Rayon İcra Hakimiyyəti paytaxt və onun rayonlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramlarını uğurla həyata keçirir. Bu vəzifələrin reallaşması rayon əhalisinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, şübhəsiz ki, həm də ölkəmizin iqtisadi qüdrətinə, beynəlxalq aləmdə nüfuzunun artmasına stimul verir. Rayonda görülən işlərlə əyani tanışlığımız, gördüklərimiz, oxuduqlarımız jurnalist olaraq bizi əmin edir ki, hərtərəfli bu inkişaf tempi 2014-cü ildə də artan xətlə gedəcək.
Sabunçu RİH-nin cari ildə qazanacağı uğuru respublika ictimaiyyətinə çatdırmaq arzusu ilə.
Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə fəlsəfə doktoru
Yazı Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ