Gəlmişik, ana məktəb, al bizi qucağına...

img

Ana məktəb, xoş gördük,
Gəldik, qarşıla bizi...
Görüb bəyəndik bu gün
İşıqlı sinfimizi...

Birincidi Emilimiz
Qədəmləri mübarək!
Gedib məktəbə bu gün
Əllərində gül-çiçək.

Bizim ağıllı Dərya
Oxuyur dördüncüdə.
Əladır qiymətləri
Bizimdir sevinci də... 

Yeni dərs ilinin başlaması səbəbindən hamının üzündə bir sevinc var, müəllimlərin, şagirdlərin, ata və anaların çöhrəsi işıqlanıb, sanki yer-göy gülür, şadlanır. Birincilərin sevincini, həyəcanını isə ifadə etmək çətindən çətindir. Birincilər sırasına “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin nəvəsi Emil bala da qoşuldu. Qeyri-adi, olduqca maraqlı uşaq olan Emilin qədəm qoyduğu ana məktəbdə gələcəkdə daha böyük uğurlara imza atacağı şübhəsizdir. Emil məktəbə gedəcəyi günü intizarla gözələyirdi, nəhayət ki, o əziz gün yetişdi və balaca Emil birinci sinfə getdi.

Aydın Quliyevin digər nəvəsi Dərya balamız isə 4-cü sinfə gedir. Öz yaşıdları arasında seçilən ağıllı, zəkalı Dərya məktəbdə dərslərin ənənəvi qaydada keçirilməsinə çox sevinir, şagird yoldaşlarını, müəllimlərini, başlıcası isə isti ana qucağı kimi əziz olan məktəbi gördüyünə, onun hərarətini hiss etdiyinə çox sevinir.

Əziz Emil və Dərya, yeni dərs iliniz mübarək! Sizin timsalınızda bu il birinci sinfə gedən, eləcə də sinifdən-sinfə keçən bütün balaları təbrik edirik, sizə biliklər öyrədən müəllimlərinizə isə uğurlar arzulayırıq.

Son xəbərlər