şənbə günü, 03 oktyabr 2026
     

III xəlifə həzrəti Osman İbni Əffən

Image


Həz.Peyğəmbər buyurub: "Biz bu işə peyğəmbərliklə və Allahın rəhməti ilə başladıq. Məndən sonra 30 il xilafət və rəhmət olacaq. Sonra məlik-i abid (zor gücünə hakimiyyəti ələ alanların dövrü-V.C.) olacaq. Sonra da ümmətimdə zülüm, işgəncə və qarışıqlıq olacaq". İslam tarixinə bir də qısaca nəzər salsaq, bu kəlamın haqq olması qarşısında vəzifəmizi yalnız heyranlığımızla ifadə edə bilərik...
"Məndən sonra 30 il xilafət və rəhmət olacaq" buyuran həz. Məhəmməd, həmin müddət ərzində xəlifə olacaq dörd varisinin hakimiyyətini nəzərdə tuturdu. Bu dörd varislərdən hər biri Xəlifə-i Raşidə olaraq insanlara İslam dinini Həz.Peyğəmbər kimi anladan dövlət başçıları olub. Onlar heç bir məzhəb, təriqət yaratmayıblar.
həz.Osman (575-656) Qureyşin Əməvilər qolundandır. Şəcərə baxımından onun adı belədir: Osman bin Əffən, bin Əbül As, bin Uməyyə, bin Əbdüşşəms, bin Əbdi Mənəf.Əbdi Mənəf isə Rəsul Əkrəmin babasıdır. həz.Osmanın anasının adı Ərva, nənəsi Beydə Ummül-Hakim həm də Peyğəmbər(ə)-nin xalasıdır. həz.Osman İslamiyyətə qədər çox varlı tacir olub. O, İslamı dostluq etdiyi həz.Əbu Bəkirin tövsiyəsilə qəbul edib. həz.Osman dini qəbul edərkən, müsəlmanların sayı 35-dən artıq olmayıb. Qureyş Məkkədə müsəlmanlara işgəncə verdiyi zaman, həz.Osman xanımı Ruqiyyə ilə Həbəşistana hicrət etdi (615-ci il). "Bu ümmət içərisində arvadı ilə ilk hicrət edən Osmandır" (Həz.Məhəmməd).
Həz.Osman zunnureyndir
İslamı qəbul edən həz.Osman Peyğəmbər(ə)-nin qızı Ruqiyyə ilə evlənib. Ruqiyyə 624-cü ildə vəfat edəndən sonra, həz.Məhəmməd 2-ci qızı Ummül-Gülsümi də ona verdi. İki dəfə Peyğəmbər(ə)-nin kürəkəni olduğu üçün ona "zunnureyn" (iki nur sahibi) ləqəbi verilib. həz.Osman yalnız Ummül-Gülsümün vəfatından sonra (630-cu il) Fahimə, Ummü Əmr, Ummü Bəni və Nailə ilə evlənib. Yazılı mənbələrə görə, onun övladlarının adları Xalidə, Əmr, Əbən, Ömər və Məryəmdir. həz.Osmanın əxlaq, iffət, həya, ibadət və səxavətini qiymətləndirən Peyğəmbər(ə) buyurub: "Əgər 40 qızım olsaydı, bir-birindən sonra 40-nı da Osmana verərdim". həz.Osman Təbuk hərbində iştirak edən 30 min əsgərin 10 minini öz vəsaiti hesabına yemək, paltar və digər sursatla təmin edib.
Həz.Osman III xəlifədir
həz.Osman İslam tarixində parlament üsulu ilə seçilən ilk xəlifədir. Onun xəlifəliyi dövründə (644-656) İslam dövlətinin sərhədləri daha da genişləndi. Xəlifə Ömərin qətlindən sonra baş verən lokal üsyanlar yatırıldı. Azərbaycanın 2-ci fəthi də xəlifə Osmanın adı ilə bağlıdır. həz.Osmanın ən böyük xidməti Quranın tərtibidir. Quranın vahid, dəqiq, doğru, son və qəti mətninin tam müəyyən edilməsi məhz xəlifə Osmanın əmri və bilavasitə iştirakı ilə olub.
Peyğəmbər(ə) dövründə Quranı xalqa bir neçə hafiz öyrədirdi. Onların məşhurları İbni Məsud, Səlim, Ubeyy bin Kəb və Muaz bin Cəbəl idi. həz.Əbu Bəkr zamanının döyüşlərində bir çox hafiz şəhid olduğu üçün həz.Ömər təklif etdi ki, Zeyd ibn Sabitin rəhbərliyilə bir işçi heyət Quran ayələrini toplayıb kitab halına gətirsin. həz.Əbu Bəkrdən sonra bu kitabı həz.Ömər, onun vəfatından sonra isə Peyğəmbər(ə)-nin arvadı Hafisə (O, həz.Ömərin qızı idi) saxlayırdı. Lakin İslamın coğrafiyası genişləndikcə, Quran da müxtəlif ləhcələrdə oxunur və hətta təhriflərə məruz qalırdı. Bunu görən Huzəyfə həz.Osmana dedi: "Məhəmməd ümmətinə yardım et... Tövrat və İncildə olduğu kimi, Quranda da ixtilaflar əmələ gəlir". Bu sözdən sonra Xəlifə buyurdu: "Mushafların (lülə halında bükülən yazılı kağızlar, Quran, kitab) anası (əsli) Əbu Bəkrin zamanındakı mushafdadır. Onu çoxaldıb vilayətlərə göndərin ki, xalq ona uysun". Bu işi görmək üçün həz.Osman yenidən Zeyd ibn Sabitin başçılığı ilə işçi heyət təşkil etdi. Heyət qərara aldı ki, Quran Qureyş ləhcəsilə nazil olduğu üçün həmin ləhcəyə toxunulmasın. Sonra vaxtilə Əbu Bəkr tərəfindən kitab halına salınan və Hafisədə saxlanılan Quran surələri sırasına görə tərtib edildi. Belə ki, Fətiha istisna olmaqla, bütün surələr, əsasən, uzundan qısaya qaydası ilə tərtib olundu. Heyət 7 mushaf hazırladı. Onlardan biri (buna imam deyilir) Mədinədə saxlandı. Mənbələrə görə, həz.Osmanın qanı bu Quranın üstünə tökülüb. Həmin kitab hazırda Türkiyənin Topqapı muzeyində mühafizə olunur. Qalan 6 mushaf isə dəmir sandıqlarda vilayətlərə göndərildi.
Xəlifə Osmanın kəramət və fərasəti
Cümə namazından sonra bir ərəb həz.Osmana dedi: "Təbbət surəsini hansı ağıl və məntiqlə daha fəzilətli olan İxləsdən sonra tərtib etdin?" Xəlifə buyurdu: "Gözlərini sil ki, Lövhi Məhfuzdakı tərtibi görə biləsən". Ərəb həz.Osmandakı bu kəraməti görən kimi, ona olan məhəbbəti daha da artır.
Əbu Hurayra Xəlifənin yanına gedərkən gözü bir qadına sataşdı və bir müddət onun arxasınca baxdı. Bunu sezən həz.Osman dedi: "Yazıqlar olsun mənə ki, səni gördüm. Zina əsəri gözlərindən oxunur". Hurayra ona: "Ya əmirəlmöminin! Məhəmməd(ə)-dən sonra vəhy gəlib?" Xəlifə dedi: "Xeyr! Məhəmməd(ə)-dən sonra vəhy gəlməyib. Lakin Peyğəmbər(ə) buyurub: "Möminlərin fərasətindən qorxun. Çünki onlar Allahın nuru ilə görürlər".
Mərvan fitnəsi
həz.Osmanın qətl olunmasında Mərvan bin Əl-Hakimin fitnə-fəsadı böyük rol oynayıb. Mərvan Peyğəmbər(ə)-nin vəhy yazan katiblərindən biri idi. Ali-İmran surəsi nazil olanda, həz. Məhəmməd bu surənin yazılmasını Mərvana tapşırdı. Mərvan da Ali-İmran əvəzinə Ali-Mərvan (Mərvan ailəsi) yazdı. Mərvan güman etdi ki, Peyğəmbər(ə) bunun fərqinə varmayacaq və beləliklə onun adı qiyamətə qədər zikr olunacaq. Halbuki, Quranın hətta bir hərfinin belə qiyamətə qədər dəyişməyəcəyini Allahın özünün vəd etdiyini axmaq Mərvan da çox yaxşı bilirdi. Bu hərəkətinə görə Peyğəmbər(ə) onu Mədinədən qovdu. həz.Əbu Bəkr xəlifə olarkən Mərvan ondan əfv dilədi, Mədinəyə gəlmək üçün ona yalvardı. Həz Əbu Bəkr: "Fəxri kainatın sürgün etdiyi adamı mən necə əfv edib, Mədinəyə gəlməsinə icazə verərəm" - deyib, Mərvanı yaxına buraxmadı. Mərvan həz.Ömərin xəlifəliyi dövründə ona da yalvardı. Lakin həz.Ömər ona xəbər göndərdi ki: "Rəsulu Əkrəm və Əbu Bəkrin etmədiyi bu işi mən görə bilmərəm".
Həz.Osman xəlifə olarkən Mərvanın taleyi güldü. Həlim, yumşaq xasiyyətli Osman, həm də Mərvanın qohumu idi. Nəticədə həz.Osman Mərvanın Mədinəyə gəlməsinə icazə verdi. Sonradan Mərvan xəlifəyə yarınaraq, hər gün onun hüzurunda olmağa layiq vəzifəyə - xəlifənin katibi rütbəsinə yiyələndi. Mərvanı həm İslam aləmi, həm də həz.Osmanın özü üçün təhlükə hesab edən həz.Əli Xəlifəyə deyirdi: "Biz bir şeydə səndən irəli getməmişik ki, onu sənə xəbər verək. Sən də bizim bildiklərimizi bilirsən. Sən yaxınlıq baxımından həz.Peyğəmbərə daha yaxınsan... Allah xatirinə, bu ümmətin öldürülən imamı olma. Çünki bu ümmət içində bir imam öldürülsə, onun üzündən qiyamətə qədər dava-dalaş sürüb gedər. Saç-saqqalının ağardığı, ömrünün sona çatdığı bir vaxtda Mərvanın istədiyi yerə apardığı adam olma".
Xəlifə ilə onun əleyhinə çıxan heyət arasında sual-cavab
Mənbələrə görə, həz.Osman xəlifəliyinin ilk altı ilində qohumlarının heç birinə vəzifə verməyib. Lakin Mərvanın katib vəzifəsinə gətirilməsi və onun xəlifəyə bilavasitə təsiri nəticəsində sonradan həz.Osmanın çoxlu qohumları vəzifələrə sahib durub. Bu zaman həz.Əbu Bəkr və həz.Ömərin seçib yerləşdirdiyi kadrların əksəriyyəti vəzifələrdən uzaqlaşdırılıb. Xəlifənin "kadr islahatı", hicrətin (622-il) 30-cu ilində Peyğəmbər(ə)-nin üzüyünün həz.Osmanın əlindən Əris quyusuna düşməsi və digər neqativ hallar əhalinin müəyyən hissəsinin narazılığına səbəb oldu. Abdullah ibni Səbə adlı birisi hamıya deyirdi: "Osmana qarşı çıxmaq ibadətdəndir". O, Misir, İraq, Suriyada antiosman təbliği aparırdı. Bundan sonra həz.Osmanla onun əleyhinə olan heyət arasında belə dialoq oldu.
Sual: Zəkatı sahiblərinin ixtiyarına verdin. Halbuki, əvvəllər zəkatı zəkattoplayanlar yığırdı.
Cavab: Məmurlar yığdıqları zəkatı mənimsəyirdilər.
Sual: Rəsulu Əkrəm Hakəmi bin As ilə Mərvan bin Əl-Hakimi Mədinədən sürgün etdi. Osman isə onları Mədinəyə gətirdi.
Cavab: Rəsulu Əkrəm xəstə ikən bu icazəni ondan aldım. Şahidim olmadığı üçün Əbu Bəkr və Ömər onların gəlməsinə icazə vermədi. Xəlifə olandan sonra bu işi mən gördüm.
Sual: Əməvilərə nə üçün üstünlük verirsən?
Cavab: Hamı bilir ki, Allah mənə çoxlu sərvət verib. Əməvilərə beytül-maldan yox, öz şəxsi varımdan verirəm.
Sual: Nə üçün Quranın bir nüsxəsini yazdırıb, qalanlarını yandırtdın?
Cavab: Quranın oxunuşunda ixtilaflar oldu. Fitnə olmasın deyə bir nüsxə yazdırdım.
Sual: həz.Əbu Bəkr Rəsulu Əkrəmə hörmətən minbərdə bir pillə aşağıda durdu. həz.Ömər də Əbu Bəkrə hörmətən bir pillə aşağıda durdu. Halbuki, sən belə etmədin?
Cavab: Əgər minbərdə durmaq bu üsulla davam etsəydi, bir quyu qazıb, o quyunun içində xütbə oxumaq lazım gələrdi.
Sual: Rəsulu Əkrəmin üzüyünü nə üçün itirdiniz?
Cavab: Camaat şahiddir ki, üzük Əris quyusuna düşdü. Nə qədər axtardıqsa tapılmadı. Və s, və i.
Saxta fərman
həz.Osmanın ixtiyar yaşı və həlimliyindən istifadə edən valilər xalqa əziyyət verirdilər. Nəticədə bəzi yerlərdə kütləvi ixtişaşlar baş verirdi. Bu ixtişaşlarda İraq əhli xüsusilə fərqlənirdi. Həmin səbəbdən ərəb aləmində "Əhli İraq, əhli nifaq" sözü bir zərb-məsələ çevrildi... Bu az imiş kimi, Misirdən narazı bir dəstə paytaxta gəlib, valinin işdən çıxarılmasını tələb etdi. Xəlifə Osmanın xahişilə həz.Əli narazı camaatla danışığa başladı. Ümumi rəy belə oldu ki, xəlifə: 1) Misirin valisini işdən çıxarıb, onun yerinə həz.Əbu Bəkrin oğlu Məhəmmədi təyin etsin.; 2) Mərvanı qovsun. 1-ci məsələ barədə xəlifə Misirin valisinə yazdı ki, işləri Məhəmmədə təhvil versin. Məhəmməd fərmanı-məktubu xəlifədən alıb Misirə yola düşdü. 2-ci məsələ barədə isə həz.Osman möhlət istədi. Vəziyyətin belə olduğunu görən Mərvan növbəti fitnəyə əl atdı. O, köhnə valiyə yazdı: "Vali sənsən. Məhəmməd ora gələn kimi səni əvəz edəcək. Onu tut, başını kəs və mənə göndər. Biz səni işdən çıxarmaq fikrindən döndük". həz.Osman abdəst almaq üçün üzüyü (üzük həm də xəlifənin möhürü idi) barmağından çıxardan vaxt Mərvan yazdığı məktubu həmin üzüklə möhürlədi. Beləliklə, 2-ci -saxta fərman hazırlayan Mərvan, onu bir çaparla Misirə göndərdi. Yolda Məhəmməd çaparı gördü və ondan şübhələndi. Mühafizəçilərinə əmr etdi ki, onu yoxlasınlar. Saxta fərman axtarış zamanı çaparın su bardağından çıxdı. Fərmanı oxuyan Məhəmməd dəhşətə gəlib, Mədinəyə döndü.
"Yəmud-dar"
Məhəmməd öz dəstəsilə paytaxta gəlib, xəlifədən məsələyə aydınlıq gətirməsini tələb etdi. həz.Osman məktubdakı möhürün onunku olduğunu təsdiqləyir. Lakin bildirir ki, məktubdakı xətt Mərvanındır. Hiddətlənən camaat şərt qoydu ki, o ya xəlifəlikdən əl çəkməli, ya da Mərvan açıq mühakimə olunmalıdır. Mərvandan keçə bilməyən həz.Osman qapıları bağlatdırıb öz evinə çəkilir. Camaat evi mühasirəyə alır. həz.Osmanın evinin mühasirə olunması xəbərini eşidən həz.Əli, oğulları Həsən və Hüseyn həzrətlərini xəlifəni qorumağa göndərir. Onlar evin qapısında dayanıb heç kimi içəri buraxmırlar. Lakin hiddətlənən bir dəstə evin arxa divarını söküb içəri girir. Mənbələrə görə, evə girənlər Sudan, Kutariyə, Qafiçi və başqaları olub. Xəlifə bu zaman Quranın Bəqara surəsinin 137-ci ayəsini oxuyurdu. Qafiçi xəlifəni zəncirlə vurur. Onun qanı oxuduğu Quran ayələrinin üstünə tökülür. Sudan onu qılıncla vurur. Mənbələrə görə, öldürücü zərbəni Kinanə bin Bəşir tamamlayır. Təcili həz.Əlini çağırırlar. Faciədən yolda xəbər tutan həz.Əli deyir: "Ya Rəbbim! Bu cinayətə etiraz edirəm". Yaralı xəlifə həz.Əliyə xitabən buyurur: "Güman etmə ki, mən bunun baş verəcəyini bilmirdim. Yuxuda həz.Məhəmmədi görmüşdüm. Mənə görə heç kimə zərər vermə..."
Mərvan fitnəsindən doğan bu hadisə İslam aləmində "Yəmud-dar" (Ev günü) adlanır.
İğtişaş və qarşıdurma nəticəsində həz.Osmanı üç gün dəfn edə bilmədilər. həz.Osmanın cənazə namazını Zübeyr qılıb. Onu yalnız 3-cü gün bir şəhid kimi, yumadan, qanlı paltarı ilə Mədinədəki Bəqi qəbiristanlığında dəfn etdilər. Camaat, hətta qatillər belə, faciənin miqyasını, gələcək nəslə mənfi təsirini yalnız bundan sonra dərk etdilər. Lakin heyhat, artıq gec idi... Faciəyəyə qədər tam birlik və bərabərlikdə yaşayan müsəlmanlar arasına müxtəlif ayrılıqlar girdi. Bu baxımdan, faciənin şahidi olan Hüzeyfənin dediyi bu kəlam çox ibrətamizdir: "həz.Osmanın şəhadətilə açılan fitnə qapısı qiyamətə qədər bağlanmayacaq".
Ömrünün sonunda hakimiyyəti fitnəkar Mərvanın məsləhətilə idarə edən xəlifənin öldürülməsi xəbərini eşidən Həz.Aişə deyib: "Bu, onun öz əli ilə özünə hazırladığı nəticədir". Peyğəmbər(ə) isə şəhidlik, təqva və cicrət, comərdlik, gözəllik və iffət, ar və həya, ibadət və ixtiyarlıq nümunəsi olan Həz.Osman barədə belə buyurub: "Mən Osmanın düşmənlərinin düşməniyəm. Osman ibni Əffən ümmətimin xeyirlisi və kərəmlisidir".
Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru
Qeyd: Məqalədə ƏT-Təbərinin (v.e.923) "Tarix" və Şeyx Şəmsəddin Əs-Sivasinin (v.e.1597) "Dörd seçkin dost. Dörd Xəlifə" kitabından istifadə edilib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ