Cümə axşamı günü, 12 noyabr 2026
     

Dilçiliyin qorunması barədə 2013-cü il Prezident sərəncamının unudulmuş mühüm bəndi - antiplagiat sistemi…

Image


Plagiatlıqla mübarizə, onun qarşısını almaq nə qədər çətin prosesdirsə, plagiatın müəyyən edilib üzə çıxarılması da bir o qədər çətindir. Əlbəttə, bu prosesi asanlaşdırmaq üçün ən uyğun vasitə antiplagiat sisteminin yaradılması və tətbiq edilməsidir.

Azərbaycan Milli Elmlər Akademiyası da daxil olmaqla, ölkəmizin əksər elm və ali təhsil müəssisəsində  antiplagiat proqramından istifadə edilir, mütəxəssislərin verdiyi bilgiyə görə, amma bu proqram vasitəsilə plagiatı tam olaraq müəyyən etmək olmur. Bu da onunla bağlıdır ki, mövcud proqram yalnız internet resurslarında yerləşdirilən materialları saf-çürük edə bilər, digər daşıyıcılarda olanlara isə “əli çatmır”.  

Son günlər sosial şəbəkələrdə elm adamları plagiatlıqla mübarizənin ən yeni və optimal üsullarının tapılaraq tətbiq edilməsi yollarını müzakirə etdiyi bir vaxtda, digər bir vacib məsələni də gündəmə gətiriblər. Mütəxəssislər deyirlər ki, hələ də Azərbaycan dilində antiplagiat sistemi yaradılmayıb. Baxmayaraq ki, Prezident İlham Əliyevin 9 aprel 2013-cu il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının 6.4.6. bəndi Azərbaycan dilində antiplagiat sistemin yaradılması ilə bağlı olub, amma bu bənd icra olunmayıb. Qeyd edək ki, Dövlət Proqramının müvafiq bəndindən irəli gələn məsələnin həlli isə Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texno­logi­ya­­la­r Nazirliyi, Müəllif Hüquqları Agentliyi 2013-2016-cı illər ərzində yerinə yetirməli, Azərbaycan dilində antiplagiat sistemini yaratmalı idilər. Ekspertlər deyirlər ki, Dövlət Proqramının sözügedən bəndinin tələbləri yerinə yetirilməmiş qalıb və bu sistem yaradılmayıb.

  • “Azərbaycan dilində antiplagiat sisteminin yardılması AMEA-nın və AAK-ın təkbaşına görəcəyi iş deyildi...”

Dosent, filologiya üzrə fəlsəfə doktoru, tanınmış dilçi-alim Rasim Heydərovun qeyd etdiyinə görə, Azərbaycan dilində antiplagiat proqramının hazırlanmaması plagiatlıqla mübarizəyə əngəl törədir:  

“Bizdə plagiatla mübarizə çox çətindir. Hələ 2013-cü il Dövlət Proqramında Azərbaycan dilində antiplagiat sisteminin yaradılması (6.4.6) nəzərdə tutulurdu, amma başqa bəndlər kimi, bu bənd də yerinə yetirilmədi. Hazırda istifadə olunan proqramlar bizim dilimiz üçün nəzərdə tutulmayıb. Bu proqramla işləyənlər isə proqramın mahiyyətini anlamırlar. AAK isə nöqtə-vergül yoxlamaqla işini bitmiş sayır. Hələ də bütün dünyada olduğu kimi, vahid elmi baza yoxdur. Məsələn, Rusiyada RİNÇ bazası var. Bizdə hələ indi elmi jurnala sayt tələb olunur. Bu saytlar nə vaxt bir bazada birləşdiriləcək, məlum deyil. Məqalələr bütöv şəkildə başqa-başqa adlarla bir neçə jurnalda çap olunur. Çox vaxt məqalənin, hətta monoqrafiyanın kimə aid olduğunu müəyyən etmək olmur. Bir də görürsən haçansa yazdığın məqalə başqa bir jurnalda, hətta xaricdə səndən xəbərsiz kiminsə adı ilə nəşr olunub. Bu problemlərin həlli asan deyil”.

R.Heydərovun sözlərinə görə, Azərbaycan dilində antiplagiat proqramının yaradılması böyükhəcmli bir işdir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Milli Kitabxana, o cümlədən də elmi əsərlər, məhsullar hazırlayıb çap edən elmi jurnalların hamısı antiplagiat sisteminə qoşulmalıdır ki, o proqram işləyə bilsin: “Kənardan baxanda, ola bilsin, proqramın işləməsi çox adi görünür. Bizdə əcnəbilərin hazırladığı proqramlardan istifadə olunur. Polşanın və başqa ölkələrin antiplagiat proqarmlarını nəzərdə tuturam. O proqramlar Azərbaycan üçün hazırlanmayıb. Siz həmin proqramlar vasitəsilə hansısa bir materialı rus dilində axtarışa versəniz, o proqramlar həmin materialları tezliklə tapırlar, çünki həmin proqramın bütün resurslara girişi var. Bizə isə milli antiplagiat proqramı, sistemi hazırlamaq lazımdır ki, həmin proqramın həm kitabxanalara, dissertasiyalara, AAK-ın arxivinə girişi olun. Bu proqrama hansısa yeni işi, məqaləni, disseratsiyanı yoxlamağa verəndə o proqramın bütün bazalara girişi olmalıdır ki, görsün bu, indiyə qədər işlənmiş mövzudur, yoxsa tamamilə yeni bir mövzudur. İndiki proqrama 15 il bundan əvvəl yazılan bir dissertasiyanı versən, o bunu tapmayacaq, çünki həmin işlər bazada yoxdur, bu, bazada olmalıdır ki, proqram aşkarlasın. İkinci problem odur ki, bizdə antiplagiat proqramına baxsanız, orada yazılıb ki, işləyən insan deyil, proqramdır. Bu o deməkdir ki, proqramın aşkarladıqlarının saf-çürük, təhlil edilməsi üçün xüsusi qrup işləməlidir, amma bizdə o proqramın tutduqlarını təhlil edənlər yoxdur. Bu proqram istinadır da, internetdə olan sözləri də tutur, sonra ümumi rəqəm çıxarır. Bizdə bir çoxu ümumi rəqəmi çıxarır və bununla işini bitmiş sayır, amma iş bununla bitmir, gərək həmin dissertasiya təhlil olunsun ki, proqramın tutduğu doğrudumu, yanlışdımı. Bizdə buna baxan yoxdur, istinad olanda belə deyirlər ki, bu, plagiatdır, get bunu çıxar. Yenə də deyirəm, milli proqram hazırlanarkən Akademiyanın kitabxanasının və Milli Kitabxananın ona qoşulması vacibdir. Həmçinin də Ali Attestasiya Komissiyasının da bazası ora yerləşdirilməlidir ki, ümumi baza formalaşsın. Azərbaycanda da RİNÇ və sair kimi bazalar olmalıdır. Ölkəmizdəki bütün elmi jurnallar bir mərkəzdə yerləşdirilməlidir ki, antiplagiat sisteminin onların hər birinə girişi olsun, bundan sonra antiplagiat sistemi işləyə bilər”.

R.Heydərov hesab edir ki, Azərbaycan dilində antiplagiat siteminin indiyə qədər hazırlanmaması heç də Milli Elmlər Akademiyasından asılı olan məsələ olmayıb, bu proses kompleks yanaşma tələb edir. “Bu məsələ 2013-2016-cı illərdə həyata keçirilməli idi. O proqamda təkcə bir iş deyil ki, orada bir çox məsələ icra olunmamış qaldı. Yəni orada əksini tapan o məsələlərin hamısı olmalı idi ki, bunun üçün də böyük maliyyə resursları lazımdır, o proqramı həyata keçirmək elə də asan məsələ deyil, bir qurum təkbaşına onu edə bilməz. İndi-indi AAK tələb edir ki, elmi jurnalların özlərinin saytları olsun və orada öz arxivlərini yerləşdirsinlər. Bu hələ onun bir qoludur, bu sistem oturuşmalıdır. Azərbaycan dilində antiplagiat sisteminin yardılması AMEA-nın və AAK-ın təkbaşına görəcəyi iş deyildi, ümumiyyətlə, bu, kompleks yanaşma tələb edirdi, bu iş müxtəlif təşkilatlarla birgə işlənməli idi. Burada elə bir sistem qurulmalıdır ki, bütün kitabxanalara girişi olsun. AAK-da bütün dissertasiyaların əsli olur, bu dissertasiyaların hamısına proqramın girişi olmalıdır, ondan sonra Azərbaycan dili üçün antiplagiat sistemi hazırlanmalıdır ki, onun hər bir universitetə, elm mərkəzinə və sair girişi olmalıdır”. 

R.Heydərov hesab edir ki, milli antiplagiat sistemin yaradılması üçün bütün aidiyyəti təşkilatlar əl-ələ verməli, kompleks şəkildə bu işi həyata keçirməlidir, bunun isə gerçəkləşməsi beş günə, bir aya başa gələn iş deyil, buna illər lazımdır.    

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ