Cümə axşamı günü, 12 noyabr 2026
     

Nizami Gəncəvinın Azərbaycan şairi kimi tanıdılmasında Heydər Əliyevlə Mir Cəfər Bağırovun xidmətləri əvəzsizdir

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkirinin şərəfinə “Nizami Gəncəvi İli” elan etdi.

Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli lider Heydər Əliyev də Nizami irsinə daim xüsusi diqqət yetirmişdir. Məhz H.Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.

2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Amma çox az adam bilir ki parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan dahi Azərbaycan  şairi N.Gəncəvinin yubiley tədbirləri ilk dəfə ötən əsrin 40-cı illərində, o dövrdə Sovet Azərbaycanının  rəhbəri olmuş Mircəfər Bağırovun təşəbbüsü ilə həyata keçirilməyə başlanmışdı. Həmin dövrdə istər Sovet İttifaqında, istərsə də dünyada N.Gəncəvi fars şairi kimi tədqiq və təbliğ olunurdu. Doğrudur, 1903-cü ildə görkəmli ədəbiyyatşünasımız Firidun bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” əsərində Nizamini tatar-türk şairi kimi göstərmiş və onun farsca yazıb-yaratmasını orta əsrlərdə bu çoğrafiyada ədəbiyyat dilinin fars dili olması ilə bağlamışdı. Firidun bəyin arqumenti bununla da bitirdi. Yəni F.Köçərlinin bu fikri heç də Nizami Gəncəvinin Azərbaycan-türk şairi olmasını əsaslı şəkildə sübuta yetirmirdi. Ona görə də 1933-cü ilə qədər (M.C.Bağırov siyasi hakimiyyətə gələnə qədər) həm Azərbaycanda, həm də SSRİ-də Nizami fars şairi kimi təqdim olunurdu. Yalnız Mircəfər Bağırovun Azərbaycan rəhbərliyinə gəlişindən bir neçə ay sonra, 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqı təsis edilən zaman, yaradıcı insanların qarşısında Nizami Gəncəvinin  azərbaycanlı olmasını əsaslı şəkildə sübut edərək, yeni tədqiqat əsərlərinin yazılması məsələsini qaldırır. Bu məqsədlə o, dahi şairin əsərlərinin Azərbaycan türkcəsinə tərcümə edilməsi tapşırığını verir. Fəqət, problem ondan ibarət idi ki, sovet şərqşünaslığı bütün ədəbi mənbələrdə Nizamini fars şairi kimi təqdim edirdi. Eyni zamanda, o dövrdə Azərbaycan şərqşünaslıq məktəbi kadr baxımından zəif olduğundan, sovet şərqşünaslığının mərkəzi sayılan Leninqrad məktəbinə qarşı gedə bilmirdi. Bütün bunlara baxmayaraq, Mir Cəfər Bağırovun tapşırığına əsasən, tanınmış ziyalılarımız: Abdulla Şaiq Nizaminin “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsini dilimizə poetik tərcümə edir, İbrahim Tahir Musayev N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasını dilimizə çevirir və filologiya elmləri doktoru, ədəbiyyatşünas Mikayıl Rəfili “Nizami dövrü: həyatı, yaradıcılığı” və “N.Gəncəvi və onun yaradıcılığı” adlı əsərləri qələmə alır. Bununla da Nizami irsi ilə bağlı Azərbaycanda çox ciddi tədqiqatlara start verilir. M.Bağırov, həmçinin, Nizami Gəncəvinin Azərbaycan şairi olmasını əsaslandırmaq üçün Sovet İttifaqının tanınmış şərqşünaslarını bu işə cəlb edir. Bu ona görə lazım idi ki, N.Gəncəvi Azərbaycanda türk şairi kimi göstərilsə də, akademik çevrələrdə, xüsusilə Leninqrad şərqşünaslıq məktəbi tərəfindən hələ də fars şairi kimi qəbul edilirdi. M.Bağırovun təşəbbüsünə ilk dəstək Leninqrad şərqşünaslıq məktəbinin nüfuzlu nümayəndəsi, görkəmli şərqşünas və iranşünas Yevgeni Bertelsdən (Bertels Yevgeni Eduardoviç: şərqşünas, SSRİ EA müxbir üzvü (1939), Özbəkistan (1944) və Tacikistanın əməkdar elm xadimi (1946), İran EA (1944) və Ərəb EA-nın (Dəməşq) müxbir üzvü (1955), SSRİ Dövlət mükafatı laureatı (Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görə, 1948) gəldi. Onun 1939-cu ildə mərkəzi qəzetlərdə məqalə kimi, 1940-cı ildə Bakıda “AzFan” nəşriyyatında isə “Dahi Azərbaycan şairi Nizami” əsəri kitab halında çap olundu. 1939-cu ilin aprelində “Pravda” qəzetində ukraynalı şair Mikolo Bajan (Mikolo Bajan:1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946-1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını alıb) Nizamini Azərbaycan şairi elan edərək, onu fars qılafından çıxardı. O, məqaləsində Stalinlə görüşünü xatırlayaraq, müzakirə mövzularından birinin də Nizami Gəncəvi ilə bağlı olduğunu qeyd edir. Bajan yzırdı: “Stalin mənə söyləyirdi ki, Nizami poemalarında etiraf edib ki, ona öz xalqının ana dilində yazmağa imkan verilmirdi. Ona görə də o, fars dilində yazırdı”. Əslində, Stalinin bu mövqeyi Mir Cəfər Bağırovdan qaynaqlanırdı. Artıq Stalinin bu yanaşmasından sonra sovet şərqşünaslıq elmi Nizami Gəncəvinin Azərbaycan şairi olması istiqamətində ciddi  tədqiqatlar aparmağa və bu faktı ictimailəşdirməyə məcbur oldu.

Stalinin bu yanaşmasına minnətdarlıq kimi, Azərbaycan ziyalıları adından mərkəzi qəzetlərdə Səməd Vurğunun, Rəsul Rzanın və Süleyman Rüstəmin şeirləri çap olundu. Bütün bunlardan sonra M.Bağırovun təşəbbüsü ilə Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edildi. Bu qərar çərçivəsində həm də bütün sovet ensiklopediyalarında Nizami Gəncəvinin Azərbaycan şairi olması haqqında məlumatların verilməsi nəzərdə tutulurdu. Əlbəttə, Azərbaycanın vətənpərvər və ləyaqətli oğlu M.C.Bağırovun strateji siyasi əhəmiyyətli bu addımları erməni millətçilərinin heç də xoşuna gəlmirdi. N.Gəncəvinin 800 illik yubileyi münasibətilə 1940-cı ildə erməni daşnaklarının ədəbi nümayəndəsi Mariyetta Şaginyan “Nizami Gəncəvi” adlı əsər yazır. Əsər çapa getməzdən öncə Moskvanın “Dövlət Bədii Ədəbiyyatı” nəşriyyatının rəhbərliyi ehtiyat edərək,  əlyazmanı M.C.Bağırova göndərir. M.C.Bağırov bu əlyazmanı araşdırmağı Tarix İnstitutunun direktoru İsmayıl Hüseynovdan xahiş edir. İsmayıl Hüseynov bir müddətdən sonra M.Şaginyanın əsərinin olduqca təhlükəli olduğunu və təxribat xarakteri daşıdığını Bağırova məruzə edir. M.Şaginyan əsərində Nizaminin milli kimliyini bir kənara qoyaraq, sadəcə, onun dini görüşlərini önə çıxarır. O, Nizami Gəncəvi dövründə şiəliyin aparıcı məzhəb olduğunu və onu İran cəmiyyətinin təfəkkür tərzində separatçılığa meylli kimi göstərir. Sual olunur: nəyə görə Şaginyan birdən-birə şiəlik xəttini xüsusi vurğulamağa başlamışdı? Əslində, o, adının önündə Mir sözünü daşıyan Mircəfər Bağırova sataşırdı. Bununla, eyni zamanda, Azərbaycan şiələrini sürüşkən, satqın, mərkəzi hakimiyyətə qarşı separatizmə meylli qüvvə kimi göstərməyə çalışırdı. Əlbəttə ki, M.C.Bağırovun bu kitab barədə rəyi kəskin tənqid üzərində qurulmuşdu (bu rəy bizim Milli Arxiv İdarəsində (keçmiş partiya arxivi) qorunur). Bağırovun təşəbbüsü ilə hazırlanan rəyin müəllifi Tarix İnstitutunun direktoru İsmayıl Hüseynov idi (İsmayıl Hüseynov: tarix elmləri doktoru adını alan ilk azərbaycanlı, 1941-1944 və 1958-1960-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, 1960-1966-cı illərdə isə AEA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1949-cu ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərman”ı ilə təltif olunmuş və “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür). Həmin rəydən qısa bir iqtibası oxuculara təqdim edirik:

“Şaginyan Nizami yaradıcılığında yaxşı nə varsa, hamısını xarici təsirlərin nəticəsi kimi izah edir. Şaginyanın İslamda şiəlik cərəyanına aid fikirləri də həqiqətə uyğun deyil. Nizami Gəncəvi dövründə və ondan əvvəl şiəlik İran separatizmini əks etdirə bilməz. İranda hansısa ciddi azadlıq hərəkatının olduğunu və ya separatizmin şiəlik kontekstində baş verməsinin müəllif tərəfindən söylənilməsi yanlış və yolverilməzdir (burada Şaginyan şiəliyi guya separatizmə meylli xətt kimi Moskva elitasının diqqətıinə çatdırmağa çalışırdı - A.M.). Şiə məzhəbinin yaranmasına gəldikdə isə o, xəlifə Əlinin qətlə yetirilməsi ilə əlaqədar deyil, Məhəmmədin vəfatından sonra Əlinin hakimiyyətə gətirilməməsi nəticəsində meydana gəlmişdir. Şaginyan çox nahaqdan şiəliyi iranlılara aid edir”.

Moskvaya göndərilən bu rəydən sonra (Bağırovun həbsinə qədər) Şaginyanın kitabı işıq üzü görmür. Yalnız 1955-ci ildə M.Şaginyan sözügedən əlyazmasını “Nizami haqqında etüdlər” adı ilə Yerevanda 4000 tirajla çap etdirir. Bununla da M.Şaginyanın Bağırov tərəfindən qadağan edilmiş kitabı işıq üzü görür. Mircəfər Bağırovun Şaginyana bu münasibəti və onu  Bakıdan qovması sonralar Azərbaycan rəhbərinə qarşı qurulmuş məhkəmədə ona qarşı ittiham kimi səslənirdi.

Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin 800 illik yubileyinin 1941-ci ildə keçirilməsi planlaşdırılsa da, müharibənin başlanması ilə bu qəbildən olan yubiley tədbirləri təxirə salındı. Lakin hətta ağır müharibə şəraitində belə Leninqrad Şərqşünaslıq məktəbi kiçik tərkibdə olsa da, “Azərbaycan şairi Nizami Gəncəvi-800” devizi altında tədbir keçirə bildi. Nizami Gəncəvinin yubileyi müharibədən sonra  - 1949-cu ildə böyük təmtəraqla qeyd olundu. Beləliklə, M.C.Bağırovun birbaşa iştirakı, şəxsi təşəbbüsü və fəaliyyəti sayəsində sovet dövlətinin Nizami Gəncəviyə diqqəti artdı və dahi şairin milli kimliyi ilə bağlı o dövrə qədər formalaşmış əsassız fikirlər kökündən dəyişdi.

Adıgözəl Məmmədov
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

P.S. Dahi Nizaminin məzhəbinin əhli-sünni olması tarixi faktdır. Bunu özü salnaməsində qeyd edib. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ