Cümə günü, 13 noyabr 2026
     

İgid ömrü - On birinci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Sərvər: “Beşgünlük körpəmi əsgərin yoldaşına əmizdirdilər”

- Bozdağ deyilən yer hara idi?

Sualımıza daha yaxşı bələdçi kimi Nazim aydınlıq gətirir:

- Bozdağ dağın başında yerləşən hündürlüklərdən biri idi. Adam ordan baxanda Xocalı ovcunun içi kimi aydın görünürdü. Orda dayananda ermənilər dinc əhalini də sərbəst vura bilirdilər. Ona görə ermənilərin bu mövqelərinin dağıdılması son dərəcə labüd idi.

Sərvərin Xocalı dəhşətini necə xatırlamasını və bu gecənin içində Füzuli ilə əlaqəsinin olub-olmadığını  soruşuram. Deyir həmin gecə Füzulini görməyib. Füzuli kəndin başqa səmtində olub o zaman. Ümumi mənzərəni və o gecə yaranmış qorxunc situasiyanı yenə də Nazim aydınlaşdırır bizim üçün. Əlbəttə ki, kəndin koordinatlarını söyləməklə:

- Xocalı üç bölük kənd idi. Ön tərəfdə - Xocalıya girişdə bizim kənd yerləşirdi. Yəni, Qaçqınlar kəndi kimi tanınan Dərələyəz. Sərvər müəllimgilin məskunlaşdırıldığı fin evləri isə Qaladərəsi kəndinin üst hissəsindəydi. Orda səksən ev tikilmişdi. Fərqanədən gələn mesxeti türkləri də bu evlərdə yaşayırdılar. Digər hissə isə qədim Xocalı kəndi idi.

Sərvər:

- Bizim mesxeti türklərinin də çoxu qırıldı Xocalı faciəsi gecəsi...

- O zaman siz mesxeti türkləri də kompakt şəkildə - bir yerdə çıxa bilməmisiniz...

Sərvər:

- Bu heç mümkün də deyildi. Pərakəndə şəkildə çıxdı hamı Xocalıdan.

Nazim:

- Yox. Hər kəs necə gəldi tərk etdi Xocalını. Bilirsiniz necə oldu?! Əhali bir istiqamətdə çıxa bilmədi. Müxtəlif istiqamətlərə səpələnib çıxış yollarını arayırdılar. Böyük bir qism Kətik bağı tərəfdən hərəkətə başladı. Bir hissə Fərrux dağı istiqamətindən, bir hissə Bozdağ istiqamətindən, Sərvərgil səhv eləmirəmsə, Fərrux, Cinli tərəfdən çıxmışdılar. Bax belə, pərakəndəlik yarandı.

- Bəs siz döyüşçülər mobil vəziyyətdə deyildiniz bu zaman? Axı postları qoruyurdunuz. Neçə post qurmuşdunuz Xocalıda?

Sərvər:

- On beş-on yeddi postumuz var idi.  

- Xocalı Özünümüdafiə batalyonu bu postlara nəzarət edirdi deməli. Bəs Xocalıdan çıxanda batalyon bir yerdə çıxmaq qərarı vermədi?

- Yox. Bu zaman artıq erməni-rus birləşmələri bir neçə tərəfdən kəndin içərisinə soxulmuşdular. Həm Xankəndi, həm Əsgəran, həm də digər kəndlər istiqamətindən hərtərəfli hücum başladı Xocalıya. Bu, pərakəndəlik yaratdı istər-istəməz. Vaxt belə qalmadı ki, yekdil qərar verilib çıxmaq əmri alsınlar batalyonun əsgərləri.

- Bilirsiniz, müxtəlif fikirlərlə rastlaşıram həmsöhbətlərimlə. Bir çoxları həmin gecə heç bir döyüşün olmadığını söyləyir, amma məsələn, Eldar Mahmudov adlı kəşfiyyatçı-döyüşçü dedi ki, biz mühasirəni yara-yara əhalinin bir qismini gətirib çıxartdıq.

Bu sualımın cavabında həm Sərvər, həm də Nazim Eldarın söylədiyi bu döyüşün Xocalıda deyil, artıq dağlarda baş verdiyini təsdiq edirlər. Bu döyüşlərin ümumi xarakterli olmadığını, ayrı-ayrı erməni qruplarına qarşı lokal xarakterli baş verdiyini bildirirlər. Nazim söyləyir ki, onlar da yaralı Aqil Quliyevi gətirərkən Kətik istiqamətində belə bir pusqudan döyüşə-döyüşə keçə biliblər, lakin Ağdamın Şelli kəndinə az qalmış növbəti pusquya düşərkən insanlar daha çox qətl olunublar. Kətik yolunu keçəndən sonra, təxminən bir kilometr yarımlıq məsafədən sonra, Qaraqaya deyilən əraziyə yetişəndə bu qətliam baş verib. Burda hərbi texnikadan da insanları atəşə tutublar.

Həmin ərazidə yalnız ermənilərin, yoxsa rusların da olub-olmadığı ilə maraqlanıram. Həmsöhbətlərim rusların da burada ermənilərlə bərabər olduqlarını söyləyirlər. Burda hətta ruslarla ermənilər geyimlərinə görə bir-birindən fərqlənirmişlər də. Ermənilər əsasən gödəkçələrdə, rus əsgərləri isə o zaman Müstəqil Dövlətlər Birliyinin (MDB) hərbçilərinə məxsus “afqanka” adlanan geyimlərdə olublar. Həmsöhbətlərim Füzulinin də məhz həmin ərazidə şəhid olduğunu bildirirlər. Nazim söyləyir ki, Füzuli bu ərazidən səhərəcən nə qədər mülki əhalini, nə qədər meyitləri daşıyıb. Hava işıqlaşınca. Sonuncu dəfə isə...özü də boğazından yaralanıb və şəhid olub. 

“Xocalını viran qoymuş yeddi rus tankı Stepanakertə qayıtdı”

Nazimin sözlərinə görə, həmin ərazidə ermənilərlə onların arasındakı məsafə 40-50 metrə qədər yaxın olub. Hətta o dərəcədə ki, o, səslərindən və sifətlərindən əvvəldən tanıdığı ermənilərin kimliyini belə ayırd edə bilirmiş. Əvvəlcə bu yerdə bir BTR dayanıbmış, sonradan Əsgəran tərəfdən əraziyə daha bir BMP də gətirilib. Ermənilərin onları qırmaq üçün şəraitləri camaat çökəkliyə düşəndən sonra isə daha əlverişli olub. Sərvərsə həmin ərazidə baş verənləri görə bilməyib. Ona görə onun Füzulinin yaralanması və şəhid olmasından xəbəri olmayıb. Səbəbi:

- Camaat çıxanda biz qaldıq Qaladərəsində. Mən səngərdən çıxmırdım. Ermənilərlə atışırdım. Yaralanmışdım da. Nə isə. Qoy kəsə danışım. Gəldim ki ailə üzvlərim, uşaqlarım zirzəmidədirlər. O cümlədən qonşularım. Bunları götürdüm çıxanda atam dedi ki, mən ömrümü yaşamışam, bu dağları qalxa bilməyəcəm, məni burda burax, balaları salamat çıxart. Nə qədər yalvardım, ağladım, xeyri olmadı, çəkib çıxara bilmədim onu ordan. Nə isə, hardasa səhərə yaxın saat 5-ə işləmiş Xocalıdan çıxdıq. Xocalı artıq tutulmuşdu bu vaxtı.

- Deməli, tam işğal olunmuşdu siz ordan çıxanda...

- Əlbəttə. Yavaş-yavaş çıxdıq Noragıha tərəf. Mən axı həm də o yolları yaxşı tanımırdım. Özbəkistandan gəlmiş adam, gələndən də düşmüşəm döyüş və mühasirə şəraitində yaşamışam. Hara gedəcəm, nə qədər yol gedəcəm, bilmirəm. Amma istiqamətindən bilirdim ki, bura Noragıhdı. Birtəhər gəlib çıxdım ora. Səhər açıldı. Səhər açılan kimi, öz “işini” görüb qurtarmış rus tankları aradan çıxıb gecəki faciədə törətdiklərinin izlərini itirmək üçün keçib getdilər. Gördüm rədd olub gedirlər, camaatı yatızdırdım yerə ki, görünməyək. Saydım tankları. Xocalını viran qoymuş yeddi tank keçdi Stepanakertə tərəf. Sonra qalxıb yol gəldik, yol gəldik nə qədər. Uşaqlarım xırda-xırda. Acıblar, ağlayırlar, bir tərəfdən də soyuq, şaxta. Qar yeyirlər. Amma dayanmırıq, gedirik. Elə yer var, meşə yoxdu, düzənlikdi, oraları gözləyirik axşam düşsün, sonra keçək oralardan. Mən də yorğun, yaralı. Dayanandan sonra gündüz yatıb yuxuya getmişəm qarın üstündə. Arvad-uşaq da yanımda oturub. Zatən qardaşımla mən ikimiz idik kişilərdən. Başqa kişi yox idi. Birdən yoldaşım çağırıb məni yuxudan oyatdı ki, ay Sərvər, erməni gəldi keçdi yanımızdan. Dedim bəs mənə niyə demədin? Dedi, mamam dedi qoy getsin. Aaa...qoy getsinlə olmur axı! Bir-iki saat keçər gəlib bizi tutarlar. Düşdüm bu erməninin dalınca. Tutub gətirdim. Dedim bu qranatı, bu avtomatı görürsən? Ya bunu başında partladacam, bu otuz patronu da qarnına dolduracam, ya da bizi çıxart düz Ağdama. Razılaşdı ki. bizi çıxaracaq. İndi yol gedə-gedə arada dincəlməyə dayanan kimi yuxu basır bizi. Ona görə də yoldaşımın yaylığı ilə bunun əllərini arxadan bağladım. Düşdü qabağımıza, gəldik, gəldik, postlara çatdıq. Baxdım ki, hər halda Ağdama yaxınlaşmışıq. Gedib-gedib bulağın üstünə çıxdıq. Bu bulağa çatanda erməni dedi burdan o tərəfə öldürsəniz də getməyəcəm. Nə qədər təpindim xeyri olmadı. Mamam dedi, burax onu getsin. Gətirib çıxartdı da bizi. Dedim axı, hara gətirib çıxartdı, nə bilirsən bura haradı... Əlqərəz, mümkün olmadı, əllərini açıb, aparıb dağın üstündən bir dənə vurdum sifətindən. “AAA” elədi düşdü. Dedim ölsən də sağ ol, ölməsən də sağ ol, daha burdan durub gedib kimisə çağırsan da çatdırıb bizi tutdura bilməyəcəksən.

Bundan sonra erməninin göstərdiyi yolla - traktorun izini tutub getməyə başladıq. Bir xeyli getmişdik, birdən qardaşım dedi ki, ay abi (qardaş), birdən o bizi aldadar, gedib çıxarıq Əsgərana. Bu söz başıma batdı, yolumuzu çevirdik bu tərəfə, dərələrdən sürünə-sürünə. Ağacların gövdəsindən yapışırıq qardaşımla, qalanları da bizdən tutub birtəhər sürünə-sürünə adlayırlar çətin keçidləri. Beşgünlük uşaq əlimizdən düşdü yumalandı üzü enişə, gedib bir xeyli aralıdan tapıb gətirdim. Bir qədər də gələndən sonra bunların taqəti olmadı hərəkət etməyə. Hamısı yatıb yuxuladılar. Dedim çalışın hamınız yuxulamayın, mən getdim kömək dalınca. Özüm də güclə yeriyirəm. Birtəhər gedirəm irəli. Ancaq gedə-gedə izimin qarın üstündə düşməsinə fikir verirəm ki, qayıdıb gələndə bunları tapa bilim. Əllərim buz bağlayıb heç nəyi tutmur. Birdən itlərin səsini eşitdim. Bildim ki kənddi. Düşündüm, hər halda burda post olar. Qışqırıram. Səsim də çıxmır.

Sərvərin danışığının bu məqamında Nazim yenə də köməyə gəlib deyir ki, həmin yer Ağdərənin Əliağalı kəndiymiş. Əgər bir az da yuxarı qalxsaymışlar, Ağdərənin Vəng, Sırxavənd kəndlərinə gedib çıxacaq imişlər. Elə bir çoxları da ərazini tanıya bilmədiklərindən həmin ərazidə yolları səhv salıb gedib ermənilərə əsir düşübmüşlər.

Sərvər davam edir:

- Birtəhər patronları qarın üstünə tökdüm ki, trassel güllələri seçib atım məni görsünlər. Ancaq donmuş barmaqlarım keyidiyindən güllələri götürə bilmədi. Barmaqlarımı ağzıma soxub bir az isitdikdən sonra bu güllələrdən üç dənə tapdım. Güllələri yuxarı atdım, yenə qışqırdım. Ordan mənə cavab olaraq gülləylə ərazini vurdular. Sən demə, mən çayın üstündəymişəm, bunlarsa aşağıda. Ona görə güllələri məni tutmayıb. Yenə birini atdım. Səs gəldi: kimsən? Dedim ki, mənəm, Xocalıdanam. Dedilər, yalan demə, sən ermənisən. Dedim niyə elə deyirsən ki? Dedi danışığın erməni kimidi. Dedim nə erməni, mən türkəm, mesxetiyəm. Uşaqlarım, camaat da yolda qalıb. Dedilər onda gözlə gedək onları da gətirək. Soruşdular ki, orda nə qədər adam qalıb? Dedim təxminən otuz nəfər. Adımı bunlara dedim. Ancaq məni yuxu apardı. Bir də gözümü bunların səsinə açdım. Gördüm Sərvər! Sərvər! deyib qışqırırlar. Cavab verdim. Bunlar getdi uşaqlarımın, camaatın dalınca, iki əsgər məni qollarımdan tutub apardılar evə. Burda bir ağsaqqal vardı. Kişiyə ancaq salam verdiyimi xatırlayıram. Elə bununla da huşdan getmişəm. Nə isə. Sağ olsunlar, gedib orda qalanları tapıb gətiriblər. Gözümü açdım ki, kişi də mənim üstümü odeyalla-filanla örtüb, ayağımı da isti suya qoyub. Dedim ağsaqqal eləmə, sağ ol. Dedi ay bala, sakit dur. Yavaş-yavaş özümə gəldim. Geyindirdilər mənə təzə kostyum. Əsgərlərdən kiminsə həyat yoldaşı təzəlikcə azad olubmuş. Apardılar mənim beşgünlük körpəmi ona əmizdirdilər.

Nazim: “Zori Balayan Fərrux dağını Qarabağın “qızıl açarı” adlandırmışdı

Söhbətimizin bu məqamında Sərvəri tapmağımızın səbəbkarının Füzulinin bacısı Fiqurə xanım olduğunu söyləyirəm. Fiqurə xanımı tanıyıb-tanımadığını soruşuram. Deyir, nə danışırsız, Füzulinin yadigarını tanımaya bilərəm?! Bu zaman Nazim deyir ki, Sərvərin ürəyi daim Xocalı ilə, Xocalının taleyi ilə döyündüyündən, o, nəinki Fiqurə xanımı, az qala uşaqlı-böyüklü xocalıların hamısını tanıyırmış. Sərvərin Xocalıda yükü çox ağır olub. Nazim Sərvərin komandanlığı altında daha bir neçə döyüş epizodunu xatırladır bizə. Deyir 1992-ci ilin oktyabr-noyabr aylarında güclü döyüşlər gedirdi Fərrux dağı uğrunda. Sərvər beş-altı nəfərlə oranı alıb iki-üç saat orda oturdu, ancaq arxadan kömək gəlmədiyinə, xəyanət olunduğuna görə qayıtdı yenidən Xocalıya. Orda iki-üç nəfər əsgərimiz də şəhid oldu. Zori Balayan Fərrux dağını Qarabağın “qızıl açarı” adlandırmışdı. Əgər həmin yüksəkliyi əldə saxlaya bilsəydik, Xocalıya, Əsgərana, hətta Xankəndinə də nəzarət etmək mümkün olacaq idi. Sərvərin o döyüşlərdə göstərdiyi şücaətlər az-az oğlanlara qismət olur. 

Sonda “vosem-şestoy” deyilən ərazi barədə soruşuram. Bu adın nə məqsədlə, çox güman ki, yaşayış məskənlərindən yerləşdiyi məsafəyə görə belə adlandırıldığını dəqiq bilmirlər biri Xocalıda yaşayarkən xeyli gənc olmuş, biri isə ümumiyyətlə yalnız qonaq-döyüşçü statuslu xocalılı olan müsahiblərim (sonrakı həmsöhbətlərimlə təmasda olarkən “vosem-şestoy”un nə demək olduğu aydınlaşacaq – N.Z.). Ancaq həmsöhbətlərim buranın Füzulinin ermənilərə qarşı əsas fəaliyyət məkanı olduğunu dilə gətirirlər.

...Beləcə, “Azərbaycan bayrağı” ordenli qəhrəman, cəsur döyüşçü, mesxeti türkü, Xocalı Özünümüdafiə batalyonun komandiri Sərvər Rəcəbovla onun dünyamızdakı sonuncu günündə görüşüb yazıya aldığım qeydləri tamamlamalı oluram. Təəssüf ki, onunla “canı ilə əlləşən”, həyatla axirət arasında çabalayan sonuncu günündə görüşə bildik. Bəlkə də ağrıları ona Füzuli haqqında bir sıra xatirələri çözələməyə, yada salmağa imkan vermədi. Hər halda, bizlər üşün bu bir qənimət görüş oldu. Vətənimiz uğrunda canını qoymuş bir igidlə son anında da olsa ən azı söhbətləşdik, onun ürəyində qübar bağlamış Xocalı düyünü və Füzuli nisgilini yazıya gətirə və bütün oxuculara, eləcə də gələcək nəsillərə çatdıra bildik. Buna görə Nazimə təşəkkür borcumuzu çatdırmaqla bərabər, özümü də bir qədər rahat hiss etdim. Uca Allahdan Sərvər müəllimə rəhmət diləyib, axtarış-yazılarımıza davam edək!

Nəzirməmməd Zöhrablı
Jurnalist-publisist 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ