şənbə günü, 26 sentyabr 2026
     

Azərbaycanda 25-30 faiz su azalması – problemin kökü nədir?

Image


Hər il alimlər qlobal iqlim dəyişmələri ilə bağlı müxtəlif proqnozlar verirlər. Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə 39 ölkədə, o cümlədən də Azərbaycanda su qıtlığının olacağı ilə bağlı ehtimallar irəli sürülür.

Azərbaycanın su arteriyası olan Kürün suyu 30 faizə qədər azalıb. Xəzər dənizi Kürə axmağa başlayıb və nəticədə çayın suyu yararsız vəziyyətə düşüb. Hazırda Kürün hövzəsində yerləşən Aran rayonlarının bir neçəsində içməli su problemi yaranıb. İnsanlar təhlükə ilə üz-üzədirlər. Paytaxt Bakının bəzi ərazilərində də su fasilələrlə verilir. Kürün suyunun azalması ilə çayda kiçik adaların əmələ gəlməsi və Mingəçevir su anbarında suyun səviyyəsinin aşağı düşməsi artıq həyəcan siqnalıdır. Yalnız bir çıxış yolumuz var – sudan qənaətlə istifadə etmək!

BMT-nin məlumatına görə, su qıtlığı səbəbindən səhralaşma, torpaqların deqradasiyası və quraqlıq dünyanın 4 milyard hektar ərazisini, 168 ölkədə yaşayan 1,5 milyard əhalini birbaşa təhdid edir. Hazırda 2 milyarddan çox məhsuldar torpaqların susuzluq səbəbindən yararsız hala gəldiyi dünyada BMT-nin hesablamalarına görə, 2030-cu ilə qədər ərzaq istehsalı üçün 300 milyon hektar əlavə torpaq sahəsi lazım olacaq. Bu səbəbdən qlobal iqtisadiyyatın 2050-ci ilə qədər 23 trilyon dollar itirəcəyi proqnozlaşdırılır. Təşkilatın digər bir məlumatında qeyd olunur ki, su çatışmazlığından hər il 12 milyon hektar əkin sahəsinə ziyan dəyir və bu da növbəti on il ərzində kənd təsərrüfatında 2 faiz azalmaya səbəb olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf  Bankı, həmçinin, Dünya Bankının rəhbər şəxsləri ilə keçirdiyi videogörüşlərdə su qıtlığı məsələsi əsas müzakirə mövzularından biri olub. AYİB prezidenti ilə görüşdə İ.Əliyev suvarma sistemlərinin yenidən qurulması məsələsinin infrastruktur sektorunda hökumətin əsas prioriteti olacağını deyib: “Çünki bütün digər infrastruktur layihələri demək olar ki, başa çatıb. Ötən il bizdə çox ciddi quraqlıq oldu. Çox ciddi quraqlıq bu il də müşahidə olunur. Anbarlarda saxlanan su həcmləri heç vaxt görünmədiyi qədər azdır”.

Azərbaycanda su qıtlığının səbəbi və bu problemin necə həll olunacağını öyrənmək məqsədilə mütəxəssislərə müraciət etdik.

  • Telman Zeynalov: “Prezidentin sərəncamı ilə artezian quyuları qazılıb, bunu əhalinin və suvarma sahələrinin ixtiyarına vermək istəyiriksə, niyə buna əməl olunmur?”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda su qıtlığı fikrini kommersiya maraqları olanlar ortaya atırlar: “Azərbaycan 3 tərəfdən dağlarla əhatə olunub. Düzdür, daimi axan iri çaylarda su azalır. Amma şimal bölgəsində dağ cayları var. Yaz və yay aylarında bura bol sulu olur. Onları su anbarlarında toplamaq və iri şəhərlərə vermək, eləcə də suvarmada istifadə etmək olar. Bu işləri isə yerli icra hakimiyyəti görməlidir. Ölkə başçısı sərəncam verib ki, əhalini həm içməli, həm də kənd təsərrüfatını suvarma suyu ilə təmin etmək lazımdır. Onlar oturub düşünməlidirlər ki, yerli sakinlər su ilə bağlı problemdən şikayət etməsinlər və bu şikayət Prezidentə çatmasın. Son dövrlərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu məsələyə düzgün və diqqətlə yanaşır. Qurum regionlarda su anbarları yaradır. Bu anbarların yaradılmasının əsas səbəblərindən biri keyfiyyətli su enerjisi almaq, yay vaxtlarında xüsusilə quraqlıq dövründə kənd təsərrüfatı ərazisini suvarmaq, həmçinin, əhalini içməli su ilə təmin etməkdir. Prezidentin də dediyi kimi, sərhədyanı bölgələrimizdə içməli su və suvarma suyu qıtlığı yaranıb. İki il əvvəl ölkə başçısı tərəfindən həmin bölgələrdə 25-ə qədər artezian quyularının qazılmasına dair sərəncam verilib. Artezian quyuları qazılıb, amma harada istifadə olunur, bilinmir. Əsas məsələ də elə budur. Əgər Prezidentin sərəncamı ilə artezian quyuları qazılıb, bunu əhalinin və suvarma sahələrinin ixtiyarına vermək istəyiriksə, niyə buna əməl olunmur? Həmin zonalardakı çayların özəyində kimlərsə restoran və çayxanalar düzəldir, bu inşaat susuz alınmır. Onlar öz iqtisadiyyatlarını inkişaf etdirirlər. Amma camaatın iqtisadiyyatını, kənd təsərrüfatını məhv edirlər. Qrunt sularının səviyyəsini aşağı salırlar. Beləliklə, torpaqlar quruyur və külək erroziyasına məruz qalır. Bakıda tozanaqlı hava da bu səbəbdən baş verir”.

  • Anar Cəbrayıllı: “Qurum il ərzində müxtəlif su mənbələrindən 650 milyon kubmetr götürərək emalını və istehlakçılara çatdırılmasını həyata keçirir”

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, qurum il ərzində müxtəlif su mənbələrindən 650 milyon kubmetr götürərək emalını və istehlakçılara çatdırılmasını həyata keçirir: “Bu da içməli su ehtiyatlarının 1,8 faizidir. Azərbaycanda su qeyri-bərabər paylanıb. Ölkənin 35-40 faiz əhalisinin məskunlaşdığı Abşeron yarımadasında şirin su mənbəyi yoxdur. Hər bir insanın su, sanitariya hüququ var və bu, BMT-nin davamlı inkişaf məqsədlərindən biridir, eynilə təmin olunmalıdır. Biz insanlarımıza çağırış edirik. “Su, Allahın suyudur”, deyib keçməyək. Suya qənaət olunmalı, israfçılığa yol verilməməlidir. Qış aylarında Abşeron yarımadasına saniyədə 11 kubmetr su veririk. Bu zaman heç bir problem olmur. Yayda biz bu miqdarı 17-18 kubmetrə qədər artırırıq. Amma problem yenə də var. Çünki insanlar yayda içməli sudan daha çox suvarma məqsədi üçün istifadə edirlər”.

Həmsöhbətimizin sözlərinə görə, Kür çayında suyun səviyyəsinin azalmasının içməli su ehtiyatlarına təsiri yaşanır. Belə ki, hazırda Neftçala kəndlərinə su vermək üçün orada yerləşən modul tipli qurğulara maşınlarla su daşınır, daha sonra nasoslarla bulaqlara vurulur: “Neftçalada su yoxdur. Məcbur qalıb maşınlarla su veririk o əraziyə. Təsəvvür edin, binada yaşayan insanlar su krantını açır və su gəlmir. Ancaq Saatlı və Sabirabadda 13 modul tipli qurğu var və onlar suvarma kanallarından suyu götürüb təmizləyərək əhaliyə verir. Hazırda mənbədə su olmadığı üçün bu qurğular da fəaliyyətini dayandırıb. Həmin qurğular işləmir və insanlara içməli su vermir”.

  • Xosrov Musayev: “Yaxın gələcəkdə Azərbaycanda su qıtlığı olacaq”

Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini Xosrov Musayev bildirdi ki, Neftçala rayonunda Kür çayında suyun səviyyəsi aşağı düşüb: “Yaxın gələcəkdə Azərbaycanda su qıtlığı olacaq. Azərbaycanda 20-25 faiz su azala bilər. Bunun səbəbi nədir? Dünyada gedən qlobal iqlim dəyişikliyi nəticəsində temperatur 1 dərəcə qalxıb. Bu, bəlkə də kimlərəsə kiçik rəqəm görünər. Amma bu, dünya üçün böyük bir rəqəmdir. O cümlədən, Azərbaycanda da tədqiqatlar aparılır ki, son 20 ildə temperatur niyə 1 dərəcə qalxıb. Bu, dünyada iqlimə təsir edir. Ən narahatedici məqamlardan biri odur ki, yağıntının miqdarı azalıb. Meşələrin qırılması və yay aylarında xüsusi olaraq buxarlanmanın yağıntıdan 2-7 dəfə çox olması su qıtlığı yaradıb. Su qıtlığı yarananda nəticədə zərbə Kür çayına dəyir. Təəssüfedici məqamlardan biri odur ki, Azərbaycanda su ehtiyatının 72 faizi kənar ölkələrdə formalaşıb, yəni tranzit çaylarıdır".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ