Cümə günü, 13 noyabr 2026
     

Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından istifadənin müasir vəziyyəti

Image


Qurani-Kərimdə göstərilir ki, Allah-taala yer üzünə nemətləri ona görə məhdud göndərdi ki, adamlar onların bölgüsündə ədalətli olsunlar. Ümumiyyətlə, nemətlərlə bağlı nə varsa, hamısı nisbi məhdudluğa malikdir. Hətta hüdudsuz görünən hava, dağ, dərə və çox yüksəklikdə havaya olan tələbatın ödənilməsi də məhdudluğa malikdir.

Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox zəngin yeraltı və yerüstü təbii ehtiyatlara malikdir. Ona görə də bu məhdud təbii ehtiyatlardan qənaətlə istifadə olunması daim diqqət mərkəzində durmalıdır.

Su ehtiyatlarından söhbət gedərkən qeyd etmək lazımdır ki, su həyatdır, su dirilikdir, bolluqdur, bərəkətdir, firavanlıqdır, nəhayət, sağlamlıqdır.

Allahın da qüdrəti sudadır. Şərqdə deyirlər ki, get dərdini suya söylə, çətinliyə düşəndə duru, axar suya bax. Ona görə də bütün bu deyilənlər dağlarımızdan, çaylarımızdan süzülən, axıb gələn sular haqqında deyilib.

Respublikanın su ehtiyatlarının əsas hissəsini çay suları təşkil edir. Azərbaycanda 33665 km uzunluğunda 8360 çay var. Bu çaylar içərisində Kür və Araz çayının mühüm rolu var.

Naxçıvan MR ərazisindən keçən Araz çayı öz başlanğıcını Türkiyədən – Bingöl silsiləsindən 2990 metrə hündürlükdən götürüb Sabirabad rayonu ərazisində Kürə tökülür. Elə buna görə də 1072 km uzunluğunda olan Araz çayı Kürün qolu adlanır. Ümumiyyətlə götürsək, respublikanın həyatında bütün sahələrdə Araz çayı mühüm rol oynayır.

Çaylar üzərində tikilmiş elektrik stansiyaları respublikanın enerji təminatında əsas rol oynayır. Başqa çaylarla yanaşı, Araz və Kür çayları üzərində tikilən stansiyalar enerji təminatı və su mənbəyi rolunu oynamaqla iqtisadi səmərəyə malikdir.

Qeyd edək ki, Naxçıvanda yağıntıların azlığı kənd təsərrüfatı sahələrinin normal inkişafını təmin etmir. Buna görə də əkinə yararlı torpaqların çox hissəsi suvarılır. Bütün əkin sahələrinin 80 faizdən çoxunu suvarılan torpaqlar təşkil edir.

Naxçıvanın ərazisi su ehtiyatları ilə olduqca qeyri-bərabər təmin olunub. Gilan çayından şərqdə yerləşən ərazilərdə su təminatı kifayət qədər, qərbdə azdır, Arazboyu düzənliklər isə, demək olar ki, sudan məhrumdur.

Naxçıvan MR ərazisinin bütün çayları Araz çayı hövzəsinə aid olub, ümumi sayı 400-ə çatır. Bunlardan ən böyükləri Araz, Naxçıvan, Əlincə, Gilan və Ordubad çaylarıdır. Bunların da əsas qidasını qar, yeraltı və yağış suları təşkil edir. Çay sularının il ərzində paylanmasında da hiss ediləcək dərəcədə qeyri-bərabərlik müşahidə edilir.

Əsas problemlərdən biri də içməli su problemidir. Keçmişdə bulaqlardan başqa içməli su mənbələri kimi kəhrizlərdən istifadə edilirdi. Hazırda kəhriz sularından suvarmada istifadə edilir. Muxtar Respublikada tikilmiş bir çox iri və kiçik su anbarları burada su problemini qismən həll etsə də, kənd təsərrüfatının və əhalinin su təchizatı öz həllini gözləyir.

Naxçıvanın xalq təsərrüfatının gələcək inkişafı su problemlərinin həlli məsələləri ilə sıx bağlı olmaqla, suya olan tələbatın durmadan artdığı bir şəraitdə əlavə tədbirlərin axtarışı ilə bağlıdır. Ərazinin quraqlıq  şəraitində yerləşməsinə baxmayaraq, su ehtiyatlarının həcmi bütün xalq təsərrüfatı tədbirlərini ödəyəcək səviyyədədir. Bunların il ərzində qeyri-bərabər paylanması yeni su anbarlarının tikilməsini tələb edir. Lakin su anbarları düzən yerlərdə yox, çayların yuxarı axınında, dar və dərin dərələrdə tikilməli və yaz-yay daşqın sularını tənzimləməlidir.

Çayların orta illik su ehtiyatı 1 milyard kubmetrdən artıqdır. Bunun 60 faizdən çoxu Şərqi Arpaçayın payına düşür. Naxçıvançayın illik su tutumu 160 milyon kubmetrə, Gilançayın isə 100 milyon kubmetrə yaxındır. Ərazidəki çaylar dağ çayları olduğundan, nəqliyyat üçün əlverişli deyildir. Lakin buna baxmayaraq, enerji ehtiyatı böyükdür və mühüm iqtisadi əhəmiyyətə malikdir. Hesablamalara görə, Şərqi Arpaçay, Naxçıvançay, Gilan və Əlincə çaylarının ümumi enerji ehtiyatı 480 milyon kilovatt-saata çatmaqla, MR-in bütün çay hövzəsinə düşən enerji ehtiyatının 80 faizini təşkil edir. Bu çaylar üzərində gələcəkdə SES-lərin tikilməsi böyük əhəmiyyət kəsb etməlidir. Araz çayının Naxçıvan ərazisi hissəsinin iqtisadiyyatın yüksəldilməsindəki imkanları xüsusi olaraq nəzərə alınmalıdır. Naxçıvanda olan çayların illik axınının 75 faizdən çoxu kənd təsərrüfatında istifadə edilmir. MR-də su hövzələrinin yaradılması və su ehtiyatının toplanması vacib məsələlərdən biridir. Bu məsələnin həlli respublika ərazisində yaşıllığın artırılmasına, süni meşələrin sahəsinin genişləndirilməsinə imkan yarada bilər. MR-in quraqlıq zonada yerləşməsi və buxarlanmanın səth axımından üç dəfə çox olması su ehtiyatlarının qorunmasını və onlardan son dərəcə səmərəli istifadə olunmasını tələb edir.

MR-in sərvətlərindən biri də hələ qədim zamanlardan insanların sağlamlığının qorunmasında və təsərrüfat fəaliyyətində mühüm əhəmiyyət kəsb etmiş kəhrizlərdir. Kəhrizlərin adi bulaqlardan fərqi tərkibində minerallaşmanın azlığı, suyunun sutkalıq debitinin çoxluğu və ilin bütün fəsillərində eyni sərinlikdə olmasıdır. Məhz buna görə də qədim zamanlardan bu vaxta kimi insanların məskən saldıqları ərazilərdə kəhrizlərin suyundan daima istifadə olunub və olunmaqdadır. Yeri gəlmişkən deyək ki, respublikamızın ərazisində 4 mindən çox kəhriz var. Bunun 500-dən çoxu Naxçıvanda qeydə alınıb.

Kəhrizlərdən istifadə məsələsində respublikamızın iqtisadi zonaları içərisində Naxçıvan xüsusi yer tutur. Buradakı kəhrizlərdən hələ qədim zamanlarda Şərq ölkələrinə xas olan hidrotexniki qurğular vasitəsilə istifadə olunduğu özünü aydın göstərir. Hazırda Muxtar Respublikada olan 500-dən çox kəhrizin 400-ə qədəri fəaliyyətdədir. Bunlardan 200-ə qədəri Şərurda, 100-ə qədəri Babəkdə, 60-a qədəri Ordubadda, 40-ı isə Naxçıvan şəhəri daxil edilməklə, Culfa və Şahbuz rayonları ərazisindədir.

Naxçıvanda olan kəhrizlərdən istifadə etmək üçün 3800-ə yaxın hidrotexniki qurğu işlədilməklə, 142400 metrdən artıq yeraltı kanal çəkilib. Bu kanallardan axıdılan suyun ümumi sərfi saniyədə 2000 kubmetrə çatır. Hazırda Naxçıvan şəhərində fəaliyyətdə olan kəhrizlərin suyundan istifadə olunmasına baxmayaraq, suların bir hissəsi lazımsız axıdılır. Şəhər əhalisinin içməli suya olan tələbatı tam ödənilmir. Hesablamalar göstərir ki, faydasız axıdılan kəhriz suyunun itkisi aradan qaldırılarsa, Naxçıvan şəhəri əhalisinin içməli suya olan tələbatı ödənilməklə yanaşı, ildə 2000-2500 hektara yaxın sahəni suvarmaq olar.

Təcrübə göstərir ki, kəhriz suyu ilə suvarılan sahədə məhsuldarlıq xeyli artır. Bu, xüsusilə dənli bitkilərin suvarılmasında özünü daha aydın göstərir.

Kəhrizlərin bərpası, eyni zamanda, təbiətin mühafizəsində mühüm rol oynayan amillərdən biri kimi qiymətləndirilməlidir. Kəhrizlər mahiyyət etibarilə təbiətin qədim inciləri sayılır. Bunları qayğıkeşliklə qorumaq, istifadəsiz qalanlarını isə xalqın istifadəsinə vermək və təsərrüfat fəaliyyətində kəhrizlərin rolunu artırmaq qarşıda duran mühüm məsələlərdəndir.

Qeyd etmək lazımdır ki, su inqilabdan əvvəl Naxçıvan qəzasında daha ciddi məsələ idi. Hələ Sovet hakimiyyəti qurulanadək hazırlanmış bir məlumatda bu çətinlik daha dəqiq əsaslandırılır. Məlumatda göstərilir ki, Naxçıvan qəzasında su işi çətindir. Arpa çayını nəzərə almasaq, qalan çaylar azsuludur. Məsələn, Naxçıvan çayı 13117 desyatin suvarılan torpaqdan 8200, Cəhri çayı 2170 desyatindən 1214, Əlincə çayı 3088 desyatindən 1800, Vənənd və Gilan çayı 6957 desyatindən 5202 desyatin sahəni suvarırdısa, Arpa çayı 13103 desyatin yararlı əkin sahəsindən 12943 desyatin əkin sahəsini su ilə təchiz edirdi. Xok su dairəsi (Qarabağlar, Xok, Şahtaxtı, Qıvraq, Qabıllı və Yurtucu) 162 kəhriz və 88 çeşmə ilə hər il 3600 desyatin əkin sahəsindən ancaq 1185 desyatin sahəni suvarırdı.

Bu, Naxçıvanın təbii iqlim şəraiti ilə əlaqədardır. Coğrafi vəziyyəti və təbii şəraitinə görə Naxçıvan MR məhdud su ehtiyatına malikdir. Muxtar Respublikanın Naxçıvan çayından qərbə doğru olan hissəsində Arpaçay istisna edilərsə, demək olar ki, səth suları yox dərəcəsindədir. Şərq hissəsində isə çaylar çox olsa da (Naxçıvançay, Əlincəçay, Gilançay, Düylünçay, Quruçay, Vənəndçay, Əylisçay, Qaradərəçay, Qanzaçay, Gilidçay), bu çayların azsulu olması üzündən kənd təsərrüfatının suya olan tələbatı tam ödənilmir. MR-in cənub ərazisindən axan sərhəd Araz çayının yatağı əkin sahələrindən aşağı səviyyədə yerləşdiyinə görə onun suyundan suvarma işlərində son dərəcə az istifadə olunur.

Ümumiyyətlə, bütövlükdə götürdükdə su ehtiyatlarının artırılması təkcə içməli suya və təsərrüfat suyuna olan tələbatın ödənilməsi deyil, əkin sahələrinin su təchizatının yaxşılaşdırılması da vacibdir. Məlum olduğu kimi, ölkənin kənd təsərrüfatının əksər hissəsi suvarma və drenaj sistemindən asılıdır. Bu sistem onilliklər ərzində dəyişikliyə uğrayıb.

Muxtar Respublikada kənd təsərrüfatına yararlı torpaqların əsas həcmi düzənlik – aran rayonlarında yerləşir. Bu zonalar öz isti iqlimi, az atmosfer yağıntılarının olması ilə səciyyələnir. Yüksək və sabit məhsul götürmək üçün həmin sahələrdə irriqasiya-meliorasiya tədbirlərinin aparılması tələb olunur.

Naxçıvan regionunda meliorasiya və irriqasiya sistemlərinin inkişafı bütün dövrlərdə diqqət mərkəzində saxlanıb. Burada su ehtiyatlarını artırmaq məqsədilə mövcud su anbarlarında təmir işləri aparılır, yenilərinin tikilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Nazim ƏHMƏDOV,
İqtisad elmləri doktoru, professor




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ