çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında necə yaradıldı...

Image


XX əsrin əvvəllərinə qədər Qafqazda tarixən heç bir dövləti, kiçik çarlığı belə olmayan ermənilərin burada, xüsusən də Azərbaycan torpaqlarında hansı yollarla öz dövlətlərini qurduğu zaman-zaman müzakirə edilir. Gəlinən nəticələr onu deməyə əsas verir ki, ermənilərin torpaqlarımızda dövlət qurmalarında onlara böyük dövlətlər, xüsusən də Çar Rusiyası böyük dəstək verib.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında XX əsrin əvvəllərində Azərbaycan ərazilərində qurulan saxta erməni dövləti haqqında ifşaedici faktlar səsləndirib. “Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan, əslində, Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, ­yaşayacağıq” - deyə Prezident İlham Əliyev bu fikirləri qeyd edib.

  • Kərim Şükürov: “Azərbaycan xalqına qarşı soyqırımların təşkilatçılığını və yerli türklərin torpaqlarını işğal edərək burada erməni dövləti yaradılmasını da daşnaklar həyata keçirdilər”

Azərbaycan torpaqlarında qurulan, yaradılan saxta erməni dövləti haqqında tarix üzrə elmlər doktoru, professor, Dövlət mükafatı laureatı Kərim Şükürov çox maraqlı, detallı araşdırmalar meydana çıxarıb.

K.Şükürov bildirir ki, ermənilərin Cənibi Qafqazda kök salmasına şərait yaradan amillər, dövlətlər olub. O qeyd edir ki, Çar Rusiyasının həyata keçirdiyi məkrli siyasət ermənilərə əl-qol açmaq imkanı yaradıb. “Rusiya imperatoru I Aleksandr 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, bu manifest Rusiyanın iddiasının daha böyük olduğunu göstərirdi. Vaxtilə erməni-gürcü federativ dövlətindən bəhs edən ermənilər gürcü çarlığını ləğv edən imperator manifestini sevinclə qarşıladılar. Artıq bölgəyə daxil olan Rusiyanın ermənilərə də münasibəti birmənalı deyildi. Buna baxmayaraq, ermənilər Rusiyanın Azərbaycan xanlıqları, Qacarlar (1804-1813) və Osmanlı dövləti ilə (1806-1812) müharibələrindən maksimum yararlanmağa çalışırdılar. Bu mərhələdə onlar istədiklərinə nail ola bilmədilər.

1804 və 1808-ci illərdə rus qoşunlarının İrəvana yürüşü uğursuz oldu. 1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə bağlanan müqavilə nəticəsində məlikliklərə dair planlar boşa çıxdı. Belə bir vəziyyət erməniləri təmin etmədiyindən, siyasi varlıqlarını ortaya qoymaq üçün Rusiyanın Qacarlar və Osmanlı dövləti ilə münasibətlərinin kəskinləşməsi və yeni müharibələrin (1826-1828, 1828-1829) başlanmasında müəyyən rol oynadılar. Qarabağ məlikliklərinə olan ümidlər puça çıxdığına görə İrəvan xanlığının işğalının həyata keçirilməsi ətrafında oyunlar başlandı. Erməni ənənəsinə uyğun olaraq, erməni dövləti üçün IV əsrdə yaradılan konsepsiya bu dəfə də Qarabağ məliklikləri üçün uydurulmağa başladı. Raffi ləqəbli Akop Məlik-Akopyan (1835-1888) 1880-ci illərin əvvəllərində sonralar ermənilər tərəfindən dəfələrlə çap olunan “Xəmsə məliklikləri” adlı kitab yazdı. Bu dəfə də məlikliklərin süqutunda xəyanətə xüsusi yer ayrıldı və xəyanətkarlığın əsas simvolu Vərəndə məliyi Məlik Şahnəzər oldu”.

“Ermənilərin Azərbaycan torpaqlarında konsolidasiyası”ndan bəhs edən professor Şükürlü qeyd edir ki, bundan sonra kütləvi köçlər və Erməni vilayətinin yaradılması gündəmə gəlib. K.Şükürov vurğulayır ki, bu dövrdə ermənilərin mövqeyini Lazarev nəslindən olan Xristofor Lazarev və Gürcüstan və İmeretiyada erməni yeparxiyasının rəhbəri, sonralar isə patriarx olan (1842-1857) Nerses Aştaraketski təmsil edirdi. Onun qeyd etdiyinə görə, 1827-ci ildə Benkendorf vasitəsilə Lazarev tərəfindən tərtib edilən “Ermənilər haqqında” məruzə qeydləri çara təqdim edildi. Burada qədim erməni dövlətinin bərpasından, Rusiya tərkibində onun muxtar vəziyyətindən bəhs olunurdu. “1827-ci il oktyabrın 1-də İrəvan işğal edildikdən sonra xanlığın yeni statusu məsələsi yarandı. Rusiyanın yerli hakim dairələri İrəvan xanlığının işğalından sonra onu vilayətə çevirdi, burada müvəqqəti idarə yaradıldı. Beləliklə, ilkin vəziyyətə görə, Rusiyaya müqavimət göstərən və ləğv olunan digər Azərbaycan xanlıqları kimi, İrəvan xanlığında da vilayət quruluşunun təmin edilməsi nəzərdə tutulurdu. Ermənilər isə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Lazarevin 1827-ci ilin sonlarında tərtib etdiyi “xüsusi layihə”də yenə də muxtar erməni dövlətinin bərpasından bəhs edilirdi.

1828-ci ilin fevralında imzalanan “Türkmənçay” müqaviləsi İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçməsini təsdiq etdi. Çar I Nikolay “Türkmənçay” müqaviləsindən qısa bir müddət sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan Erməni vilayəti yaratdı və onu çar tituluna daxil etdi. Belə bir fərmanın meydana gəlməsini təsadüfi hesab etmək olmaz. Ermənilərin burada ciddi təsiri ilə yanaşı, Rusiya imperiyası Osmanlı və Qacarlar ilə sərhəddə özünə etibarlı dayaq yaratmaq istəyirdi.

Beləliklə, ermənilər Erməni vilayəti kimi siyasi status aldılar. Vilayət idarəsində təmsil olunan Aştaraketski bundan istifadə edərək müsəlmanların sıxışdırılması ilə ermənilərin mövqeyini daha da möhkəmləndirməyə çalışırdı. Bununla, eyni zamanda, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi. Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi “Türkmənçay” və “Ədirnə” müqavilələrində rəsmiləşdirilsə də, onların bundan məharətlə istifadə etməsi xüsusi qeyd edilməlidir. Bu şərtlər daxilində İran və Osmanlı dövlətindən köçürülmüş 130 mindən çox erməni keçmiş İrəvan, Qarabağ, Naxçıvan və digər xanlıqların ərazisində yerləşdirildi. Ermənilər “siyasi status”la birlikdə, demoqrafik yüksəliş də əldə etdilər. Bütün bunlarla bərabər, Erməni vilayətinin təcrübəsi göstərdi ki, ermənilər kilsə, ticarət və siyasi intriqalarda nə qədər çevik olsalar da, dövlətçilik sahəsində o dərəcədə naşı olaraq qalırlar. Çar I Nikolay 1837-ci il Qafqaz səfəri zamanı Erməni vilayətini yaratmaqla ermənilərə nə dərəcədə önəm verdiyini də göstərmək istəyirdi. Onun burada qarşılaşdığı mənzərə isə hökmdarı özündən çıxardı. Erməni vilayətinə dair həmin dövrdə yazılan və çap edilən nəşrlər də vilayətin real vəziyyətini gizlədə bilmirdi. Yarıtmaz fəaliyyətinə görə erməni Bebutov başda olmaqla, vilayət administrasiyası işindən uzaqlaşdırıldı. 1840-cı ildə isə Erməni vilayəti ləğv edildi. Ermənilər siyasi statusdan fərqli olaraq, kilsənin mövqeyini möhkəmləndirməyə nail oldular. 1836-cı ildə erməni-qriqorian kilsəsi haqqında əsasnamə onun hüquqi vəziyyətini stabilləşdirdi. Alban kilsəsi ilə tarixi mübarizə də erməni kilsəsinin xeyrinə həll edildi. Erməni kilsəsinin mərkəzi olan Eçmiədzin Erməni vilayətində də təsirli rola malik oldu. Ermənilər siyasi məsələlərdəki problemlərə baxmayaraq, kilsənin mənafeyinə qarşı yönələn hər hansı bir addımı qəti müqavimətlə qarşıladılar. Bu özünü 1903-cü ildə göstərdi”.

İrəvanın erməni siyasi mərkəzinə çevrilməsi siyasəti və onun iflası haqqında da danışan K.Şükürov bildirdi ki, ilk vaxtlar İrəvan vilayətinin, sonra isə bütövlükdə, Erməni vilayətinin siyasi mərkəzi kimi İrəvan şəhəri müəyyən edildi. Ehsan xanın siyasəti nəticəsində Naxçıvanda yerli hakimiyyətin möhkəmlənməsi ilə ermənilərin burada fəaliyyətinin aradan qaldırılması onların İrəvan ətrafında siyasi intriqasını daha da gücləndirdi. “Çar hökuməti də İrəvanın Rusiya işğalına qarşı kəskin müqavimətini, onun strateji əhəmiyyətini və ermənilərin işğal prosesindəki rolunu nəzərə alaraq onların vəziyyətini möhkəmləndirməyə çalışdı. Bütün bunlara baxmayaraq Erməni vilayətində olduğu kim, İrəvan şəhərində də ermənilər onlara ayrılan missiyanı yerinə yetirə bilmədilər. Ermənilər daha çox gəlir əldə etmək məqsədilə işğaldan sonra iqtisadi həyatı canlanan Tiflis, Gəncə, Şamaxı, Bakı və digər şəhərlərə meyl edirdilər. İrəvanın vilayətin ləğvindən sonra qəza şəhərinə (1840–1849), sonra isə quberniya şəhərinə çevrilməsi də vəziyyəti dəyişmədi. İrəvan əhalisinə, şəhər həyatının xüsusiyyətlərinə görə Azərbaycan şəhəri kimi varlığını davam etdirməkdə

idi”.

“Erməni məsələsi” və ermənilərin ondan yararlanmaq cəhdlərindən də danışan görkəmli tarixçi-alim qeyd edir ki, Rusiya 1853-1856-cı illər Krım müharibəsində məğlub olduqdan sonra Osmanlı imperiyasından qisas almaq üçün məqam gözləyirdi. “Belə bir fürsət 1877-ci ildə yetişdi. Rusiya Osmanlı imperiyası ilə 1877-1878-ci illər müharibəsində qələbə qazandı. San-Stefano (19 fevral - 3 mart 1878-ci il) barışığı, sonra isə Berlində sülh müqaviləsi (1-13 iyun 1878-ci il) bağlandı. Bu müqavilə ilə “erməni məsələsi” adlanan siyasət beynəlxalq gündəmə daxil oldu.

Bu, mahiyyət etibarilə, böyük dövlətlərin Osmanlı imperiyasının daxili işlərinə qarışmasına əsaslanırdı. Rusiya bununla həm Osmanlı imperiyasını zəiflətmək, həm də Rusiya ermənilərinin diqqətini imperiyadan qonşu dövlətə keçirmək istəyirdi.

Ermənilər də “erməni məsələsi”ndən maksimum yararlanmağa çalışırdılar. Onun əsas istiqamətini Rusiya və Osmanlı ermənilərinin siyasi fəaliyyətinin ilk dəfə olaraq vahid istiqamətdə birləşməsinin baş verməsi təşkil edirdi. Əsas hədəf isə Osmanlı imperiyası idi. Bunun üçün ermənilər siyasi cəhətdən təşkilatlanmağa başladılar. 1887-ci ildə erməni sosial-demokrat partiyası – “Qnçak”, 1890-cı ildə isə erməni inqilabi federasiyası – “­Daşnaksütyun” meydana gəldi. “Daşnaksütyun” qısa bir zamanda ermənilər arasında möhkəmlənə bildi. Hər bir erməni dini baxımdan qriqorian olmaqla bərabər, siyasi cəhətdən daşnaklaşmağa məhkum edildi. Azərbaycan xalqına qarşı soyqırımların təşkilatçılığını və yerli türklərin torpaqlarını işğal edərək burada erməni dövləti yaradılmasını da daşnaklar həyata keçirdilər.

1890-cı illərdə ermənilər Osmanlı dövlətinə qarşı genişmiqyaslı üsyana qalxdılar. Bu qiyamlar ləğv edildikdən sonra ermənilər siyasi fəaliyyəti Rusiyaya keçirdilər. Daşnaklar tərəfindən yayılan xəritələrdə erməni dövlətinin tərkibinə Osmanlı torpaqları ilə bərabər, Rusiyanın hakimiyyəti altında olan Azərbaycan torpaqları da daxil edilirdi.

Ermənilərin artan imkanlarından narahat olan çar hakimiyyət dairələri onların hüquqlarının məhdudlaşdırılması üçün fəaliyyətə keçdilər. 1903-cü ildə erməni-qriqorian kilsəsinin əmlakının müsadirə edilməsi haqqında fərman verildi. Erməni-qriqorian kilsəsinin rəhbərliyi ilə çar hökumətinə qarşı terror hərəkatı başlandı. Nəticədə hökumət geri çəkilməyə məcbur oldu. Bu hadisələr Rusiyanın tərkibindəki Azərbaycan torpaqlarında dövlət yaratmaq sahəsində imperiyaya keçən təşəbbüsləri ermənilərin yenidən öz əllərinə almasına da təkan verdi.

Ermənilər Azərbaycanın Qarabağ bölgəsində dövlət yaratmaqla itirdikləri ümidlərini geri qaytarmaq və siyasi mərkəz kimi möhkəmlənə bilmədikləri İrəvan və ətrafında mövqelərini gücləndirmək üçün yeni bir vasitəyə – azərbaycanlılara qarşı soyqırımlara əl atdılar. Təsadüfi deyil ki, 1905-1906-cı illərdə tarixə “erməni-müsəlman davası” kimi daxil olan münaqişələrin gedişində ermənilər ən qanlı hadisələri Qarabağ və İrəvanda törətdilər. Erməni kapitalının ən çox mərkəzləşdiyi Bakıda da azərbaycanlılara xüsusi qəddarlıqla divan tutuldu. Çar hökuməti 1903-cü il təcrübəsini nəzərə alaraq bu hadisələrdən erməni-qriqorian kilsəsinə deyil, daşnaklara qarşı istifadəyə üstünlük verdi. Burada daşnakların gənc türklərlə yaxınlaşması da öz təsirini göstərdi. Daşnaklar üzərində 1907-1908 və 1911-ci illərdə məhkəmə quruldu. Rusiya “erməni məsələsi”ndə təşəbbüsə yiyələnmək üçün Osmanlı dövlətinə təzyiqi artırırdı. Nəticədə 1914-cü ilin yanvarında erməni islahatına dair müqavilə imzalandı.

Yaxınlaşan I Dünya Müharibəsi ilə bu müqavilə əhəmiyyətini itirdi. Rusiya siyasi rıçaqlardan ermənilərdən öz siyasəti üçün vasitə kimi istifadəyə keçdi. Ermənilər də müqavilə ilə yaradılmış vəziyyətdən istifadə edərək Osmanlı ərazisində dövlət yaratmaq iddiası ilə ruslarla ittifaqı gücləndirməyə çalışdılar. Bununla da ermənilərin Osmanlı ərazisində dövlət yaratmaq iddiası real şəkildə ortaya çıxdı.

Beləliklə, ermənilərin dövlət yaratmaq iddiasının “Azərbaycan layihəsi” yeni, “Osmanlı layihəsi” ilə əvəz olundu. Onun Rusiyanın bir-birini əvəz edən üç hakimiyyətinə – Çar Rusiyası, Müvəqqəti hökumət və Sovet Rusiyasına uyğun üç variasiyası oldu.

1914-cü il 19 iyulda (1 avqustda) I Dünya Müharibəsi başlandı. Dünya Müharibəsi erməniliyin əsrlərlə formalaşmış mahiyyətini açıb göstərdi, erməni cəmiyyətinin bütün təbəqələrini və onları təmsil edən aktorları hərbi-siyasi meydana çıxardı. İlk dəfə bu sırada yeni bir dəstə - əlinə silah keçən və onu dinc türk-müsəlman əhaliyə qarşı yönəldən, sərkərdə kimi təqdim olunan hərbi güruh (Andronik, Dro və b.) peyda oldu. Rusiya ordusu tərkibinə daxil olan erməni könüllü korpusunun bu hərbi güruhu yerli erməni silahlı qüvvələri ilə birləşib, müharibə qanunlarının ziddinə olaraq, Şərqi Anadolunun türk–müsəlman əhalisini məhv edir, həmin əraziləri etnik təmizləmə yolu ilə erməni dövləti qurmaq üçün hazırlayırdı. Bu hərbi canilər sonra Azərbaycan ərazisində də fəaliyyətlərini davam etdirdilər. Osmanlı hökuməti də hərbi vasitələrlə birgə, müharibə dövrünün tələblərinə uyğun dövlət tədbirləri də həyata keçirirdi. 1915-ci ildə ermənilərin köçürülməsi haqqında qanun qəbul edildi. Hərbi əməliyyatlar və köçürülmə zamanı 500 mindən çox erməni Rusiyanın hakimiyyəti altında olan ərazilərə, o cümələdən, Qərbi Azərbaycan torpaqlarına, İrəvan ətrafına köçdü. Qafqaz cəbhəsindəki uğurlu hərbi əməliyyatlar nəticəsində Osmanlı ərazisinin böyük bir hissəsini ələ keçirən Rusiya burada idarəçiliyin təşkilinə başladı. Bu məqsədlə 1916-cı ilin iyulunda Türkiyədən müharibə hüququ üzrə tutulmuş vilayətlərin idarəsi haqqında müvəqqəti əsasnamə təsdiq olundu. Həmin ərazilərdə Qafqaz administrasiyasına tabe olan general-qubernatorluq yaradıldı. Bununla da ermənilərin bu torpaqlarda Rusiya vasitəsilə dövlət yaratmaq arzuları gözündə qaldı. I Pyotrdan bəri ermənilərin əvvəlcə Azərbaycan torpaqlarında, sonra isə Osmanlı ərazisində dövlət yaradacaqları ilə bağlı çar hökumətinin köməyinə bəslədikləri ümidlər bu dəfə doğrulmadı, 1917-ci ilin fevralında süqut etdi.

Ermənilərin İsrail Ori vasitəsilə çar I Pyotr ilə münasibətlər yaratmasından 200 ildən çox dövr keçsə də, Çar Rusiyası ermənilərin ümidlərini doğrultmadan dağıldı. Buna baxmayaraq, ermənilərin Rusiya oriyentasiyası aktuallığını itirmədi. Rusiyada qurulan sonrakı hökumətlər ermənilərin ümidlərini doğrultmaq üçün daha fəal siyasət yeritməyə başladılar. Müvəqqəti hökumət, ardınca isə sovet hökuməti ermənilərə dəstəyini aydın şəkildə ifadə etdilər” - deyə K.Şükürov bildirir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ