çərşənbə günü, 04 noyabr 2026
     

“Ermənistanda Paşinyanın dəstəkçiləri elə danışır ki, sanki Münhendə divara sıxılan Əliyev idi”

Image


Siyasi gündəmin hələ də əsas prioritet mövzularından biri  fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatdır. Belə görünür ki, erməni tərəfi bu debat zamanı aldıqları zərbəni həzm etməkdə ciddi çətinlik çəkir. Əks təqdirdə bu debatın nəticələri, onun Ermənistanı biabırçı məğlubiyyətə düçar etməsi qarşı tərəfdə belə geniş müzakirə olunmazdı.

Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın özündə də etiraf edirlər. Məsələyə yenidən qayıdan politoloq Aleksandr Manasyan hesab edir ki, Paşinyan özünün ilk ictimai debatına hazırlıqsız gəlməklə ölkəni pis vəziyyətdə qoyub: “Bağlı qapılar arxasında müzakirələr asan olur, lakin iki dövlət başçısının rəqabət apardığı mətbuat konfransının gedişində hər şey başqa cürdür. Birinci halda konkret nəyin müzakirə olunduğu məlum deyil, lakin ehtimal etmək mümkündür. Mətbuat konfransı isə mitinqə bənzəyir. Amma bu mitinq İrəvanda keçirilmir və ona yaxşı hazırlaşmaq lazımdır”. Onun sözlərinə görə, Nikol Paşinyanın şəxsində erməni tərəfinin bəyanatı çox da inandırıcı deyildi. Ekspert əlavə edir: “Paşinyanın Böyük Tiqran haqqında və Ermənistanda inqilabla bağlı söylədiyi tarixi sübutlar zəif olub”. Onun fikrincə, bunu hətta aparıcı da başa düşdü və o təəccüblənmişdi. Eyni zamanda, Manasyan qeyd edib ki, bu cür sübutlar ABŞ, Rusiya və Avropa İttifaqı kimi böyük aktorların xoşuna gəlmir. Belə ki, həmin vaxt bir çox dövlət mövcud deyildi və belə bəyanatlar onların qüruruna və şərəfinə toxunur: “Əgər hökumət başçısı bu yolla getməyə qərara veribsə, onda həmin sübutları da ağılla və daha dəqiq təqdim etmək lazım idi. Bu, mənfi reaksiya doğurmazdı”. O, tarixi faktlara müraciəti yersiz hesab edir: “Ümumiyyətlə, Paşinyanın etdiyi kimi, tarixə bu qədər dərin ekskursiyanın heç bir mənası yox idi. Çünki həmin vaxt hüquqi aspektlər tarixi sübutlardan heç də az əhəmiyyətli deyildi”.

Digər  erməni şərhçi Tevos Arşakyan Münhen məğlubiyyətindən sonra Paşinyanın tənqidçilərinin artdığını vurğulayır. Onun sözlərinə görə, Münhendə məzmunsuz, tutarsız və biabırçı nitqinə görə son günlərdə Paşinyana “təpik vurmayan” qalmadı: “Bu biabırçılıq nəticəsində Paşinyanı təkcə rəqibləri yox, həm də dünənə qədər onun üçün yaxasını cıranlar da sərt tənqid edir. Hökumət başçısının tənqidçilər ordusu qar uçqunu kimi artmaqda davam edir”. Arşakyan erməni cəmiyyətinin dərin təəssüf içində olduğunu vurğulayıb:“Vaxtilə xalq olaraq Sarkisyanın kriminal-oliqarx rejimindən xilas olmağımıza sevinirdik. Ümid edirdik ki, həyatımız yaxşılaşacaq, lakin 2 il ərzində heç nə dəyişmədi. Nə Ermənistanın daxilində, nə də beynəlxalq səhnədə heç nə ilə qürur duya bilmirik. Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB sammitlərində Paşinyan kölgədə qalır. Belə görünür ki, o, beynəlxalq meydançalarda özünü apara bilmir, axı beynəlxalq səhnə nə tərəfdarları önündə çıxış etdiyi Ermənistan, nə də hücuma keçdiyi sosial şəbəkədir. Münhen bunu bir daha təsdiqlədi. Və məsələ təkcə Əliyevin mükəmməl ingilis dili qarşısında Paşinyanın aksentlə danışması deyil. Nəticədə ingilis dili ana dilimiz deyil və bunun üçün tərcüməçilər var. Acınacaqlısı odur ki, Paşinyan Əliyevin hücumları qarşısında duruş gətirə bilmədi. Artıq politoloqlar danışır ki, Münhendə Nikol yazıq və köməksiz, Əliyev isə inamlı idi. Paşinyan dünyanın gözü önündə “Qarabağın öz müqəddəratını təyin etməsi” prinsipindən qətiyyətlə danışmalı idi, lakin bu olmadı. Əliyev, faktiki olaraq, onu ağır yumruqlara qonaq etdi və budur, “nokaut”. Gülməlisi odur ki, Paşinyanı dəstəkləyən ekspertlər, jurnalistlər elə danışırlar, sanki Münhendə divara qısılan Əliyev idi. Onlar sadəcə gic kimi görünürlər. Bəlkə onlar düşünür ki, insanlar kordur və həqiqətin nə olduğunu bilmirlər?”.

Öz növbəsində, başqa bir poliotloq David Mkrtçyan hesab edir ki, Paşinyanın uğursuzluğu hazırkı hökumətin də imicini zərbə altına qoyub: “Paşinyanın rüsvayçı hazırlıqsızlığı hətta onun tərəfdarları üçün də aydın oldu, hazırkı hakimiyyəti çətin vəziyyətə saldı. İndi vəziyyəti düzəltmək üçün Paşinyan növbəti populist addım atmağa qərar verib. O, Qarabağ probleminin nizamlanması üzrə özünün “Münhen prinsipləri” barədə bəyanat verib. Yəqin ki, Paşinyan öz tərəfdarlarına onların təbliği barədə göstəriş verəcək ki, hansısa üsulla Münhendəki davranışını unutdursun. Lakin bu, növbəti populist addımdır. Bundan başqa, artıq tamamilə aydındır ki, o, saman çöpündən tutaraq bu rüsvayçı vəziyyətdən çıxmağa can atır. Paşinyanın öz ölkəsini gülməli vəziyyətə salması erməniləri utandırıb. Təəssüf ki, Paşinyanın sözləri təkcə Məmmədyarovda yox, hər halda, Münhen, Moskva, Vaşinqton, Parisdə və digərlərində də gülüş doğurub. Artıq Paşinyanın kim olduğu hamıya məlumdur. Reallıq belədir”.

Ermənistanın sabiq baş naziri Xosrov Arutyunyan isə qeyd edir: “İlk təəssürat: Paşinyan sanki beynəlxalq ictimaiyyət qarşısında çox orijinal, bir çoxlarından, xüsusən Ermənistanın keçmiş rəhbərlərinin mövqelərindən fərqli yanaşma ilə dayanmaq istəyirdi. Xüsusilə söhbət danışıqlar prosesində yersiz olan “mikroinqilab” terminindən gedir. Bu termin mahiyyət etibarilə heç bir çərçivəyə sığmırdı və qarışıqlıq yaradırdı. Söhbət kreativ olmayan addımlardan gedirsə, onda bu cür də danışmaq lazımdır. Lakin “inqilabın” buna heç bir dəxli yoxdur. O öz fikirlərini dəqiq ifadə edə bilmədi”. Debatların gedişinə tamamilə ədalətli qiymət verən Paşinyanın sələfi əlavə edib ki, uğursuzluğun səbəbi, mütəxəssislərin də qeyd etdiyi kimi, Paşinyanın beynəlxalq tədbirlərə uyğun gəlməyən ingiliscə səviyyəsi ola bilər: “Amma məsələ dil bilməkdə deyil, arqumentlərin zəif olmasındadır!. Əliyev fikirlərində dəqiq idi: problem ərazi ilə bağlıdır, mübahisə Ermənistanla Azərbaycan arasındadır, Ermənistan bizim torpaqlarımızı işğal edib. Hər şey son dərəcə dəqiq ifadə edilib. Təəssüf ki, Əliyev öz fikirlərində Paşinyana nisbətən daha dəqiq və cəsarətli idi. Belə təəssürat yaranırdı ki, Paşinyan bu görüşə pis hazırlaşıb, ağlına gələn sözləri və fikirlərini düşünmədən çatdırır. Beynəlxalq ictimaiyyətin gözləntiləri barədə suala cavab qeyri-kafi oldu, çünki münaqişənin hərb yolu ilə həlli olmadığı bəyanatı çoxdan qəbul edilib, onun davamı da olmalıdır”. Ermənistanın “Alternativ layihələr qrupu”nun üzvü, politoloq Vahe Hovhannisyan isə məsələyə belə yanaşır: “Münhendə baş tutmuş Paşinyan-Əliyev tok-şousu və bunun media müzakirələri bir neçə dəqiqləşdirmə aparmağa vadar edir”. O qeyd edib ki, Ermənistan cəmiyyəti, o cümlədən Paşinyanın seçdiyi kütlə nə baş verdiyini başa düşmək istəyir: “Bu, siyasi baxışlardan asılı olmayaraq hər kəsi narahat edən, ümumilikdə təhlükəsizliklə əlaqəli olan məsələdir.
Münhendən sonra Paşinyanın komandası yeraltı vəziyyətə düşdü. Onun 88 nəfərlik şanlı parlamentindən heç bir səs çıxmadı. Onlar öz liderlərini qoruya bilmədilər. Bu təkcə Paşinyanın faciəsi deyil, həm də o deməkdir ki, ölkədə siyasi çoxluq, siyasi sistem, siyasi düşüncə yoxdur və buna görə də böyük uğursuzluğun qarşısını almaq üçün zəmanət mövcud deyil. Və bu çox ciddi narahatlıq doğuran məsələdir. Onu ehtiva edir ki, bugünkü siyasi düşüncə və resurslarla ölkə irəliləyə bilməz”.

Bütün bunlar Münhen prosesinə Ermənistanda hansı münasibət sərgiləndiyini aydın təsəvvür etməyə itmkan verir. Dünya isə bir daha şahidlik etdi ki, panel müzakirələr zamanı Azərbaycan prezidenti çox dəqiq, səlis və məntiqli çıxışı ilə işğalçının kim olduğunu göstərdi. Beynəlxalq miqyasda bir daha təsdiq edildi ki, Ermənistan öz ordusunu Dağlıq Qarabağdan və işğal etdiyi digər Azərbaycan torpaqlarından çıxarmalıdır. Azərbaycan problemin kökündə nəyin durduğunu dünya ictimaiyyətinə çatdırdı. Bir daha bilindi ki, Dağlıq Qarabağ və işğal altında olan rayonlar beynəlxalq hüquqla təsdiq olunmuş Azərbaycan torpaqlarıdır. Beynəlxalq ictimaiyyət onu da yaxşı başa düşür ki, Azərbaycan indi 30 il bundan əvvəlki ölkə deyil. Diplomatik, hərbi, siyasi, iqtisadi və digər istiqamətlərdə Azərbaycan kifayət qədər güclənib. Bütün bunların münhendə bir daha öz təsdiqini tapması isə erməni tərəfinin narahatlığını artırıb. Onlar bilir ki, Paşinyan kimi avantürist bir liderlə Qarabağ məsələsində Azərbaycana uzun müddət müqaviəmt göstərmək mümkün deyil. Elə bu səbəbdən Münhen görüşündən sonra Paşinyana qarşı tənqidi münasibətlər səngimir. Bu həm də Azərbaycan diplomatiyasının qələbəsidir. Hər halda hadisələrin gedişi göstərir ki, Münhen debatı istənilən halda Qarabağ münaqişəsinin sonrakı gedişinə öz təsirini göstərəcək. Çünki məhz bu olay erməni tərəfinin indiyə qədər gətirdiyi bütün arqumentlərin əsassızlığını aydın nümayiş etdirdi. Hesab edilir ki, yaranmış vəziyyətdə qarşıdakı dövr ərzində erməni tərəfi dünya miqyasında Qarabağ məsələsində daha çox müdafiə mövqeyinə çəkilməli olacaq. Amma bu da ermənilərin Qarabağ məsələsində uduzmasını əngəlləmək iqtidarında deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ