Cümə axşamı günü, 05 noyabr 2026
     

İdlibdə açıq Türkiyə-Suriya müharibəsi yetişir – İran və Rusiya da müdaxiləyə hazırlaşır

Image


Yaxın Şərqdə cərəyan edən hadisələr dünyanın diqqətini yenidən bura yönəldib. Belə görünür ki, qardaş Türkiyə və Suriya artıq yaxın tezlikdə genişmiqyaslı hərbi əməliyyatlara start verəcək. İndilikdə baş verən hadisələr də artıq tərəflərin savaşa start verdiyini göstərir. Belə görünür ki, bu savaş istənilən vaxt daha dəhşətli xarakter ala bilər.

Həllik isə tərəflər bir-birinə qarşı müxtəlif ölçülü hücum əməliyyatları həyata keçirir. Qeyd edək ki, Suriya qüvvələrinin İdlibdə yerləşən Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə 14 hərbçi həlak olub. Cavab hücumları nəticəsində ümumilikdə 250-dən çox suriyalı hərbçi zərərsizləşdirilib. Türkiyənin Müdafiə Nazirliyi bəyan edir ki, əməliyyatlar Suriya qüvvələrinin Türkiyə ordusunun mövqelərinə endirdiyi top atışlarına cavab olaraq təşkil edilib. Bildirilib ki, hücum zamanı Suriya ordusuna məxsus 2 tank, 1 ağır silah və 1 silah anbarı sıradan çıxıb. 1 tank isə ələ keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edir ki, Suriya ordusunun hücumu nəticəsində İdlibdə həlak olan türkiyəli hərbçilərin qisası alınır və alınacaq. Ərdoğan Əsəd rejiminin artıqlaması ilə cəzalandırılacağını bildirib:“Rejim ciddi mənada İdlibdə artıqlaması ilə cəzasını aldı. Amma kifayət deyil. Davamı gələcək. Bizim “Mehmet”imizə hücum etdikcə, bədəlini çox ağır ödəyəcəklər. Fevral ayının sonuna qədər rejimi müşahidə məntəqələrimizdən uzaqlaşdırmaqda qətiyyətliyik. Quruda və havada heç bir yolaverməyə meydan vermədən bunu edəcəyik. Onların məqsədi meydanı tamamilə boşaltmaqdır. Heç kimin təxribatına göz yummayacağıq. Rejim ünsürlərini hər yerdə vuracağıq”. Türkiyənin Suriya ordusuna vurduğu son ağır zərbələrdən sonra Suriya prezidenti Bəşər Əsəd də mətbuata açıqlama verib. Əsəd Türkiyəni ölkəsinin ərazilərini işğal etməkdə ittiham edib:“Türkiyə öz sərhədlərinin yaxınlığındakı terror təhdidlərini bəhanə edərək ölkəmizi işğal edir. İndi də İdlib və Hələb ətrafına xeyli hərbi texnika və canlı qüvvə yığıb. Biz bunu cavabsız qoya bilmərik. Türkiyənin İdlibə həmlələrinə sakit yanaşmayacağıq. Ordumuz buna hücumla cavab verəcək”.

Son məlumata görə, həm Türkiyə, həm də Suriya İdlib ətrafına böyük sayda qüvvə cəmləyir. Bu isə tərəflərin istənilən an qanlı savaşa başlamasını istisna etmir. Baş verənlərlə bağlı “Əl-Monitor” dərgisi yazır ki, prosesə NATO və Rusiyanın, eləcə də İranın qoşulması gözlənir. Bu isə artıq bölgədə genişmiqyaslı savaşın çıxması deməkdir: “Rusiya və Suriya qırıcı təyyarələrinin hava dəstəyi ilə Bəşər Əsədə sadiq qüvvələr keçən həftə rejimin nəzarətinə keçən strateji Saraqib şəhərindən İdlibin mərkəzinə doğru irəliləyişi davam etdirir. İran tərəfdarı hərbçilər isə Hələbin qərbindən vilayətə doğru irəliləyirlər. Türkiyə də, öz növbəsində, məkanda hərbi gücünü artırır. Əraziyə 100-dən çox hərbi konvoy göndərilib. İdlibin müdafiəsini cənub və şərq cəbhələrindən gücləndirmək üçün bu, Türkiyənin 2011-ci ildən bəri bölgədəki ən böyük hərbi mövcudluğuna işarədir. Hazırda bölgədəki türk əsgərlərinin sayı təxminən 9 minə çatıb. Suriya rejimi tərəfindən mühasirəyə alınan türk müşahidə postlarının sayı da Tell Tuqan, əl-Ays və Saraqibin süqutu ilə yeddiyə çatıb. Türkiyə 2018-ci ildə Ankara və Moskva arasında deeskalasiya sazişi çərçivəsində İdlibdə və ətrafında 12 hərbi post qurmuşdu. Bu qədər ölümcül qarşıdurmalara baxmayaraq, Türkiyə niyə ərazidə qoşun saxlamaqda israr edir?

Ankaranın strategiyası sadədir: Türkiyə İdlibdə və ətrafında hərbi iştirakını Suriya rejiminin təcavüzünə qarşı Rusiyanı hərəkətə keçirməyə məcbur etmək üçün məcburi diplomatiya olaraq artırır. Türkiyə İdlib probleminin sonda sərt danışıqlar yolu ilə həll olunacağına əmindir. Beləliklə, Suriyanın digər bölgələrində maraqlarını qorumaq üçün Ankara hava məkanına nəzarət etmədiyi bir bölgədə əsgərlərini artıraraq mövqeyini gücləndirir. Türkiyə risqli strategiyası ilə iki məqsədə çatmağı hədəfləyir. Birincisi, Moskvanı İdlibdə barışıq üçün yeni danışıqlar masasına oturtmaq. İkincisi, masada Rusiyadan Suriya rejiminin Türkiyənin Afrin bölgəsindəki hərbi varlığını, həmçinin Cerablus, əl-Ray və əl-Babı qorumasına icazə təminatı almaq.

Türkiyə üçün kabus ssenarisi – 2017-ci ildə “Fərat Qalxanı” əməliyyatı və 2018-ci ildə “Zeytun Budağı” əməliyyatı ilə nəzarət altına alınan şimal bölgələrini itirməkdir. Suriya rejimi İdlibə nəzarəti təmin etdikdən sonra bu bölgələrə keçə bilər. Beləliklə, Ankaranın Rusiyanı atəşkəsə dair danışıqlar masasına oturmağa razı salmaq üçün hərbi varlığını artırmaqdan başqa yolu qalmır. Türkiyə ilə Rusiya arasında gərgin keçən həftədə, fevralın 1-də Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu”nun nəzarətində olan İdlibin şimalında 4 Rusiya əməliyyatçısı öldürülüb. Rusiya nümayəndə heyəti fevralın 8-də deeskalasiya danışıqları üçün Ankaraya gəlib, ancaq Suriyanın şimal-qərbindəki Taftanaz şəhərində türk mövqeyinə hücum atəşkəs ümidlərini öləziləşdirib. Qeyd edək ki, bu görüşlərdə Türkiyə hava və quru qüvvələrindən dörd generalın olması Türkiyənin Rusiya ilə hərbi koordinasiyaya verdiyi yüksək önəmdən xəbər verir. Fevralın 8-də keçirilən ilk danışıqlarda Türkiyə tərəfi, Suriyanın rejim qüvvələri fevral ayının sonuna qədər İdlibdəki deeskalasiya zonasından çəkilməkdən imtina etdiyi təqdirdə, əks-həmlə həyata keçirəcəyini bildirib.

Ankara Əsəd qüvvələrinin İdlibin mərkəzinə çatmasından əvvəl siyasi prosesi sürətləndirmə məqsədilə Rusiya, İran və Türkiyə arasında mümkün yeni bir sammit üçün əsaslar qurur. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Qazaxıstan paytaxtında 3 il əvvəl başlanmış Suriya danışıqlarına toxunaraq deyib: “Mart ayında Astana danışıqlarının yeni mərhələsi keçirilə bilər”. Prezident Vladimir Putinin Türkiyənin məcburi diplomatiyasına necə təpki verəcəyi hələ məlum deyil. Putinin türk vəzifədaşı ilə təkbətək görüşə hazır olub-olmaması da cavabsız sualdır, çünki Rusiya lideri yanvarın 23-də Moskvada Türkiyə və Suriya kəşfiyyatçıları arasında görüşdən sonra da Ankara-Dəməşq yaxınlaşmasını təmin edə bilməyib.

Ərdoğan və Putin görüşsə, yəqin ki, qoşunlarını strateji M4 və M5 magistral yollarının cənubundan çəkmə qarşılığında Türkiyə Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsi və Afrin üzərində nəzarəti davam etdirməsini tələb edəcək. Ankara İdlibin mərkəzini Suriya müxalifətinin nəzarətində saxlamaq yollarını da axtarır, halbuki, Əsəd qüvvələri hədəfdən cəmi 10 kilometr məsafədədir, 2012-ci ildən bu yana ən yaxın məsafədə. Danışıqlar masasının qurulması çətindir. Dəməşq hədəfinə çatana qədər Moskva onun üçün vaxt udmağa çalışacaq”. Belə bir vaxtda Türkiyənin NATO-ya müraciət etməsi də diqqətdən yayınmır. Məsələyə NATO müdaxilə etsə, Rusiya və İran daha aktiv şəkildə Əsədə yardım edəcək. Elə bu da Yaxın Şərqdə daha təhlükəli bir savaşa rəvac verir. 

BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi Departamenti isə bildirir ki, silahlı qarşıdurma davam edərsə, İdlib qəbiristanlığa çevrilə bilər:“Ötən ilin dekabr ayından bəri, əsasən qadın və uşaq olmaqla, 700 min nəfər İdlibdən köç edib. Bu, Suriyanın İdlib şəhərində yaşanmış ən böyük köç sayılır. Hazırda ən böyük köçlə qarşı-qarşıyayıq. İdlibin qəbiristanlığa çevrilməməsi üçün qarşıdurmalar dərhal dayandırılmalıdır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ