Cümə axşamı günü, 05 noyabr 2026
     

Faşizmə pərəstiş məsələsi Rusiya və Ermənistan arasında yeni qalmaqala rəvac verdi…

Image


Azərbaycanın apardığı iş sayəsində Ermənistanın faşizm sevgisinin ifşa olunması düşmən ölkənin diplomatik müstəvidə aldığı ən böyük zərbələrdən biri sayılır. Xatırladaq ki, məhz ölkəmiz tərəfindən erməni faşizminin qabarıdlması məsələsi ilə bağlı olaraq  Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsi sökülüb.

Xatırladaq ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Nasist havadarının xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşdə qanını tökmüş insanların xatirəsinin təhqir olunması kimi qəbul edilirdi. Njde müharibə zamanı həm də arxa cəbhədə strateji obyektlərdə, o cümlədən dəmir yollarında partlayışlar törətməyə qadir diversantların hazırlanması ilə məşğul idi. Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Üçüncü Reyxlə əməkdaşlıq etmiş şəxslərin cinayətkar və vətən xaini hesab edilməsini nəzərə alsaq, faşizmlə əməkdaşlıqda adı hallanan bir satqının xatirəsinin Armavirdə əbədiləşdirilməsi heç bir məntiqə sığmırdı və haqlı narazılığa səbəb olurdu. Beləliklə, xatirə lövhəsinin sökülməsi ilə bu məsələ öz məntiqi sonunu tapdı və ədalət bərpa edildi. Amma erməni tərəfi hələ də aldığı bu zərbəni həzm edə bilmir.

Xatırladaq ki, Njde məsələsindən sonra İrəvanda rus diplomatı, şair və dramaturqu Aleksandr Qriboyedovun abidəsi təhqir olunub. Bununla ermənilər faşist cinayətkarı və başkəsəni Qaregin Njdenin qisasını böyük rus şairindən və diplomatından alıblar. Eyni zamanda, ermənilər indiki coğrafiyada, xüsusən də Dağlıq Qarabağda yaşadıqlarına görə məhz Qriboyedova və onun təmsil etdiyi Rusiya imperiyasına minnətdar olmaq əvəzinə, nankorluqlarından qalmırlar. Abidəni təhqir edən və onun üzərinə qırmızı boya tökən isə yerli millətçi-fəal Şaqen Arutyunyan olub. Bu hadisə rus tərəfini qəzəbləndirib və  Şaqen Arutyunyan barəsində bundan sonra tədqiqat başlanıb. Amma görünən budur ki, erməni tərəfi məsələdə Rusiyanın mövqeyini nəzərə almır və Şaqen Arutyunyan barəsində tədqiqat da, sadəcə, gözdən pərdə asmaq üçündür. İndi isə məlum olur ki, Qriboyedovun İrəvandakı heykəlinin Şaqen Arutyunyan tərəfindən rənglənməsi ilə bağlı cinayət işinin açılması rədd edilib. Ermənistan polisinin yaydığı məlumatda bu xüsusda bildirilir: “Ekspertiza təyin edilib və bu ekspertizanın rəyi əsasında Cinayət Prosessual Məcəllənin müvafiq maddəsinə uyğun cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasına rədd qərarı verilib”. Əlavə edilib ki, törədilən əmələ görə İnzibati Məcəllənin 95-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunur. Erməni politoloq Sarkis Artsruni bildirib ki, bu halda bərabərlik prinsipinə söykənən bir siyasi qərar verilib: “Ümumiyyətlə, tarixə qarşı mübarizə, abidələrə zərbə vurmaqla törədilən təxribat siyasi mübarizənin ən təsirli vasitəsi deyil və ümumiyyətlə keçmişə və ya tarixin yenidən düşünülməsinə dair rasional bir fikir söyləməyə kömək etmir. Bu,  danılmaz bir aksiomadır. Digər tərəfdən, Krasnodar diyarının Armavir şəhərində erməni kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsini qara rənglə boyayan Dumanın deputatı Aleksey Vinoqradovun qəhrəmanlaşdırıldığı bir məqamda Şaqen Arutyunyanın cinayət məsuliyyətinə cəlb edilməsi qeyri-təbii olardı. Şaqen Qriboyedovun heykəlini rəngləməklə məhz ona cavab verib. Burada problem siyasi platformadadır”.
Artsruninin sözlərinə görə, Moskva dövlət vəzifəsi tutan vətəndaşının fəaliyyətini qınamırsa, İrəvandakı bir siyasi fəal da sadəcə rus deputatın hərəkətinə cavab verdiyinə görə eyni əsaslarla təqib edilə bilməz:“Birincisi bu, ən azı, Ermənistan - Rusiya münasibətlərinin heç də bərabər olmadığını və fərqli bir məntiqə çevrildiyini sübut edərək, layiqli cavab prinsipinə zidd olardı. Digər tərəfdən, Rusiya imperiya olduğu postsovet müstəqil dövlətlərinin uzaq diyarları olmasına dair təhlükəli anlayışından tədricən qurtulmaq məcburiyyətindədir. Aydındır ki, Njdeni erməni hərbi-siyasi xadimləri arasında Ermənistanın suverenliyi, öz gündəliyi, başqa sözlə, anti-imperializm mövqeyinə görə hədəfə alıblar. Moskva öz ərazilərindən birinin deputatını cəzalandırmadığı belə bir vəziyyətdə, istər-istəməz, adekvat cavab verilməli olan imperiya gündəliyini təşviq edir, bu da ya İrəvan tərəfindən “həzm olunmalı”, ya da layiqli cavaba məruz qalmalıdır. Amma yerli bir epizodda Ermənistan hakimiyyəti Moskvaya adekvat cavab verdi. Nəhayət, ruslar suverenliyimizə, tariximizə, qəhrəmanlarımıza hörmət etməyi öyrənməlidirlər”.  Amma ekspertlər bildirir ki, İrəvanın məsələyə belə prizmadan yanamasına Rusiya, çətin ki, dözsün və özü də bunların İrəvanın Moskvadan uzaqlaşmaq istiqamətində baş verməsi Kremli daha da qəzəbləndirən faktorlar sayılır. Hər halda, Rusiyanın buna hansısa formada cavab verməsi qaçılmaz sayılır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ