Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın pressinq siyasəti Paşinyanın da axırını sürətləndirir...

Image


Azərbaycanın işğalçı Ermənistanı diz çökdürmək üçün tətbiq etdiyi pressinqlər, o cümlədən iqtisadi təzyiq siyasəti bu gün qarşı tərəfin daha acınacaqlı mövqeyə düşməsi ilə müşayiət olunur. Elə bunun nəticəsidir ki, Ermənistanın sosial-iqtisadi çöküşü dinamik xarakter almaqda, ölkəni trək edənlərin sayı sürətlə artmaqdadır. Məsələyə münasibət bildirən “İrs” partiyasının sədr müavini Armen Martirosyan vurğulayır ki, bu gedişlə gələn ildə də Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur.

O qeyd edib ki, Nikol Paşinyan rejiminin siyasəti ölkəni ancaq məhvə aparır: "Ermənistan yenə də sosial-iqtisadi, transmilli layihələrdən kənarda qalıb. Əlbəttə, burada Azərbaycan və Türkiyənin mövqeyi də mühüm rol oynayır. Amma Paşinyan iqtidarı da hansısa transmilli layihələrə Ermənistanı cəlb edə bilmədi. İranla bağlı belə layihələr yenə kağız üzərində qaldı. Ermənistan-İran dəmir yolunun çəkilməsi proqramı, "Şimal-Cənub" avtomobil yolu, ümumerməni bankı və ya Gümrü texnoparkı kimi layihələr haqqında yalnız danışılıb. Belə vəziyyətdə yenə Ermənistanı tərk edənlərin sayı artır. Xarici biznes Ermənistana gəlmək istəmir".

"Çiçəklənən Ermənistan Partiyası"nın  parlament fraksiyasının deputatı Gevork Petrosyan da eyni mövqeni bölüşür: “Ermənistanda hökumət ictimaiyyətə ardıcıl olaraq məhkəmə prosesi və həbslər “yedizdirir”, ancaq əhali hakimiyyəti belə şoulara baxmaq üçün deyil, yaxşı yaşamaq üçün dəyişdirib”. Hakimiyyət dəyişikliyində Nikol Paşinyana və onu dəstəkləyən qüvvələrə dəstək vermiş bu partiyanın lideri, sahibkar Haqik Tsarukyan Ermənistana sərmayə qoymaq üçün mövcud mühitdən razı qalmadığını və xaricilərin ölkədən uzaq durduğunu bildirib. O, iş adamlarının sənədləri tərtib etməsi üçün süründürməçiliyin mövcudluğundan danışıb və Paşinyanın iqtisadi inqilab ifadəsi ilə razılaşmadığını deyib: “İqtisadi inqilab üçün, ilk növbədə, qanunlar dəyişdirilməli, sərmayə qoyuluşuna əlverişli, səmərəli şərait yaradılmalı, vergilər azaldılmalıdır. Amma bunlar yoxdur”. Beləliklə, yerinə yetirilməyən vədlər Ermənistana xarici sərmayənin qoyulmasına imkan vermir.  Ölkə iqtisadiyyatı daha çox Rusiyadakı erməni iş adamlarından asılı vəziyyətə düşür. Onlar da Moskvanın göstərişi ilə Ermənistandan sərmayələrini tədricən geri çəkir.  Yaranmış şərait ölkədə siyasi gərginliyin də artmasına səbəb olub. Rəy sorğularının nəticəsinə əsasən, hökumətin nüfuzu azalmaqdadır. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun 18 yaşdan yuxarı Ermənistanın 1200 vətəndaşı arasında ölkədə keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin yalnız 55 faizi hakimiyyətə dəstək verir.  Halbuki, bundan əvvəl hakimiyyətin dəstəyi əhali arasında 71 təşkil edirdi. Proqnozlara görə, əhali arasında hakimiyyəti dəstəkləyənlərin sayı artıq gələn ilin əvvəlində 50 faizdən də az olacaq.  Mühacir ermənilərin, fəaliyyətinin dayandımağa məcbur olan kiçik və orta biznes obyektlərinin sayınin artması da bunu şərtləndirən başlıca faktorlardan sayılır.

Amma təbii ki, Ermənistanın yaşadığı  mövcud böhranın başlıca səbəbi işğal siyasəti, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasıdır. Artıq düşmən ölkədə də yaxı başa düşürlər ki, Ermənistandakı sosial-iqtisadi böhran və onun nəticələri yalnız sülh, sabitlik və təhlükəsizlik şəraitində aradan qaldırıla bilər. Münaqişənin həll olunmaması və İrəvanın bu konfliktin dinc yolla nizamlanması üzrə danışıqlar prosesini süni şəkildə uzatması regional inkişafı əngəlləyir, təcavüzkar ölkənin özünü iflic edir. Belə olan halda Ermənistanın münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılıq verməsindən başqa yolu yoxdur. Yalnız konstruktiv mövqe sərgiləməklə münaqişənin həllinə zəmin yaradacağı halda Ermənistan regional layihələrə qoşula bilər. Iqtisadi layihələrin iştirakçısına çevrilməklə, təbii ki, İrəvan öz iqtisadiyyatını tənəzzüldən xilas edə bilər. Digər tərəfdən, işğal siyasətindən əl çəkməklə Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına da nail ola bilər. Bu da bu ölkənin uzun illərdən bəri iqtisadi böhranın əsas səbəblərindən biri olan blokada vəziyyətindən çıxması deməkdir. Amma Paşinyan iqtidarının bu reallığı qəbul edib müvafiq addımlar atmaması Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyəti hər keçən gün daha da pisləşdirir. Vəziyyət belə davam etsə, xalqın Paşinyanı da devirmək üçün küçələrə tökülməsi qaçılmaz sayılır. Bütün bunlar bir daha təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana, onun hakimiyyətinə, ən əsası da sadə  ermənilərə heç nə qazandırmayıb. Erməni xalqı bu münaqişənin nəticəsi olaraq yalnız ağır sosial problemlər içərisində qalıb. Yuxarıda qeyd olunduğu kimi, ölkəni tərk edənlərin sayı da bu fonda durmadan artır. Ermənistan mediası da açıq etiraf edir ki, ölkədəki çətin iqtisadi vəziyyət səbəbindən on minlərlə insan evlərini tərk edib və xarici ölkələrə köçüb. Özü də  ölkəni tərk edən erməni ailələri bu addımı sadəcə ac qalmamaq üçün atırlar. Artıq faktdır ki, ölkədə iqtisadi böhran, işğalçı siyasət nəticəsində yaranan hərbi şərait əhalinin öz dövlətində yaşaması üçün problem yaradır. Bu səbəbdən Ermənistanda əhalinin sayının azalması bundan sonra da qaçılmaz sayılır.

BMT-nin Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Sovinar Arutyunyan bildirir ki, vəziyyət sürətlə pisləşir: “Bunun qarşısı alınmasa, 4-5 ildən sonra Ermənistan üzrə ölənlərin sayı doğulanların sayını üstələyəcək”.  Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə qadınlar təşkil edir. Bunun başlıca səbəbi isə emiqrasiya sayılır. Qarşıdakı dövr ərzində fərq nisbətinin daha da böyüməsi gözlənilir. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya bölməsinin rəisi Artak Markosyanın sözlərinə görə də, reproduktiv insanların ölkəni tərk etməsinin ağır izləri Ermənistanda qalıb: “Mühacirət və demoqrafik strategiyanın olmaması 27 ildə acınacaqlı vəziyyəti yaradıb”. Miqrasiya problemini həll edə bilməyən Ermənistan ordusunun perspektivdə daha ciddi şəkildə əsgər, hərbçi  problemi ilə də üzləşəcəyi istisna edilmir. Artıq yaranmış durumda Ermənistanın siyasi-ictimai çevrələrində qadınların hərbi xidmətə çağırılması ilə bağlı müzakirələr genişlənir. Ermənistan ordusuna kütləvi şəkildə qadınların cəlb olunması o deməkdir ki, ordu ehtiyacları üçün qadınlardan yardım dilənir. Təbii ki, bunun da vəziyyətə hansısa formada müsbət təsiri gözlənilmir. Özü də bütün bunlar o fonda baş verir ki, gələn il ərzində yeni Qarabağ savaşının başlanacağına dair maraqlı proqnozlar verilir.  Məsələn, ukraynalı politoloq Nataliya Belous bildirir ki, Azərbaycan 2020-ci ildə antiterror əməliyyatına başlayacaq: “Bunu artıq dəqiq demək olar. Amma bu çoxşaxəli hərbi əməliyyat Ermənistan ərazisində olmayacaq. Çoxları burda səhvə yol verir. Antiterror əməliyyatları Azərbaycanın bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanınmış sərhədləri çərçivəsində, Qarabağda baş tutacaq“. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclü olması bu hərbi əməliyyatların tez bir zamanda və ugurla başa çatmasına zəmanət verir: “Hazırda hər şey geosiyasi dəyişikliklərdən, yəni Rusiya amilinin mövcudluğundan və qaynar nöqtələrin olduğu Yaxın Şərqdəki vəziyyətdən asılıdır. Bütün bunlar prosesə zərər verə bilər, buna görə də Azərbaycan diqqətlə hərəkət edir. Hərbi əməliyyatların necə davam edəcəyi barədə danışmaq çətindir, amma Azərbaycan ilk növbədə heç kimə zərər verməmək üçün diplomatik tədbirlər görür və qarşı tərəfi konstruktiv danışıqlara çağırır. Amma 2020-ci il ermənilərə veriləcək son tarix olacaq. Bakı ən son halda silaha əl atacaq, bu da Ermənistan hakimiyyətinin mövqeyindən asılı olacaq. Bakının hərbi potensialından xəbərdar olan birisi kimi deyə bilərəm ki, hazırda Azərbaycanın çox güclü xüsusi təyinatlılardan ibarət ordusu var. Antiterror əməliyyatlarını da məhz onlar aparacaq. Azərbaycanın bu işdə heç kimin köməyinə ehtiyacı olmayacaq. Hətta ehtiyatda olan hərbçilər belə çağırılmayacaq”. Ekspertin bu fikirlərini Ermənistana ünvanlanmış xəbərdarlıq kimi də qiymətləndirmək olar. Amma çıxış yolu da yox deyil. Bu yol Ermənistanın Qarabağın işğalından əl çəkməsindən, qonşulara yersiz və əsassız ərazi iddiaları irəli sürməkdən imtinasından, başqalarının əlində alət olmaqdan qurtulmasından keçir. Ermənistan bu istiqamətdə irəliləyərsə, ilk növbədə özünü xilas edər. Dağlıq Qarabağın işğalının davamı isə Ermənistanın indi ən yüksək səviyyədə  mövcudluğunu təhdid edir. Bunlar bir daha təsdiq edir ki, Ermənistan dövlətçiliyinin gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır. Münaqişə davam edəcəyi təqdirdə isə bu ölkənin iqtisadi tənəzzülü səngiməyəcək, əksinə, daha də dərinləşərək sosial-iqtisadi fəlakət həddinə çatacaq. Digər tərəfdən o da faktdır ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən yayınmaqla destruktiv mövqe tutması bütövlükdə Cənubi Qafqazda təhlükəsizliyə, iqtisadi inkişafa maneə yaradır. Bu isə regionda maraqlı qüvvələrin də istəklərinə cavab vermir. Elə bu səbəbdən son dövrlərdə beynəlxalq miqyasda Ermənistana Qarabağ təzyiqlərinin artması da aydın müşahidə olunur.

Tahir TAĞIYEV 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ