Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda Mehrini, Zəngəzuru itirmək qorxusu kütləvi psixoz yaradıb

Image


Artıq Ermənistanın daxili ictimai rəyində Paşinyanın Dağlıq Qarabağla bağlı tutduğu yanlış mövqedən narahatlıqlar ifadə olunur. Hətta KİV-də açıq mətnlə yazılır ki, belə mövqenin gələcəkdə Ermənistana böyük ziyanı ola bilər.

Erməni hərbi ekspert David Camalyan bildirir ki, Qarabağ məsələsində danışıqlar yolu ilə nəticə əldə olunmasa, Ermənistanı böyük problemlər gözləyir. Onun sözlərinə görə, Ermənistan təkcə Qarabağ üzərində nəzarəti itirməyəcək. O iddia edir ki, Qarabağda hərbi əməliyyatların başlaması Ermənistanın indiki ərazilərindən qopmaların olması ilə də nəticələnə bilər. Burada ekspert, ilk növbədə, Mehri dəhlizinin adını çəkir. Onun sözlərinə görə, Ankara və Bakının strateji hədəfi Mehrini geri qaytarmaqdan ibarətdir: “Rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək. Biz isə hazırda illüziyalar qurmaqdayıq. Ermənistan tərəfi hər cür ssenariyə hazır olmalıdır. Qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycan Rusiya ilə də uğurlu siyasət yürüdür. Kremlə bu gün öz böyük layihələrində Azərbaycanın iştirak etməsi vacibdir. Bakı isə, öz növbəsində, bunu anlayır və Qarabağ məsələsində maksimum irəliləməyə çalışır. Bütün bunlar davam edərsə, bu bizim üçün qəbuledilməz bir ssenaridir.”

Qeyd edək ki, ermənilərin Qafqazda özlərinə dövlət qurmaları üçün Azərbaycanın İrəvan xanlığının ərazisi və İrəvan şəhəri ermənilərə 29 may 1918-ci ildə Azərbaycan parlamentinin qərarı ilə verilib. Mehri, Qafan, Gorus, Dərələyəz və Göyçə ərazisi 1920-ci ildə Ermənistana birləşdirilib. Həmçinin, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb və Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərə Azərbaycan ərazisində muxtariyyət də verilib. Digər tərəfdən, Zəngəzurun, Mehrinin Ermənistana verilməsi ilə Türk dünyası arasında birbaşa coğrafi bağlar da itib. Bu məsələyə Prezident İlham Əliyev cari ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda baş tutan Zirvə görüşündəki çıxışında da toxunub: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk dünyasını coğrafi baxımdan parçaladı”. İndi bu yanaşma fonunda Ermənistanda ehtiyat edirlər ki, yeni Qarabağ savaşı başladıqda Rusiya İrəvana hansısa formada dəstək göstərməsə, böyük Türk dünyası arasında birbaşa coğrafi bağlar bərpa oluna bilər.

Düzdür, Azərbaycan Ermənistandan hansısa ərazi qoparmağa hazırlaşmır. Sadəcə, beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü bərpa etmək istəyir. Ermənistanın bu məsələnin sülh yolu ilə həllinə maneə yaratması isə yuxarıda səslənən fikirlərdən də aydın göründüyü kimi, düşmən ölkənin özünün böyük problemlər məngənəsində qalması deməkdir. Ermənilərin məhz Mehri dəhlizi ilə bağlı keçirdikləri narahatlığı nə dərəcədə əsaslı saymaq olar?

  • Hatəm Cabbarlı: “Sanki Azərbaycan Türkiyə ilə birlikdə hərbi əməliyyatlara başlayacaq kimi rəy formalaşdırmağa çalışırlar”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyanın 2018-ci ildə inqilab nəticəsində hakimiyyətə gəlməsindən sonra Ermənistanın Dağlıq Qarabağ probleminə münasibəti tamamilə dəyişdi: “Paşinyan ATƏT-in vasitəçiliyilə keçirilən görüşlərdə tamamilə fərqli mövqe ortaya qoymağa çalışır. Daha əvvəlki danışıqların predmetini dəyişməyə cəhd edir. Nikol Paşinyanın daxili dayaqları zəif olduğu üçün o, danışıqlar prosesində konstruktivlik nümayiş etdirə bilmir. O hesab edir ki, bu cür radikal mövqe ortaya qoymaqla diqqəti sosial problemlərdən bir qədər yayındırmaq olar. Ermənistanın daxilində isə sosial problemlər öz həllini tapa bilmir. Pensiyalar, müavinətlər vaxtında ödənilmir. Ancaq Ermənistanın Baş nazirinin bu mövqeyi heç də bütün cəmiyyət tərəfindən təqdir edilmir. Bir sıra tanınmış siyasətçilər, ekspertlər hesab edirlər ki, belə siyasətin yürüdülməsi onlara fayda verən deyil. Son günlər erməni mətbuatında Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı fikirlər daha intensiv səslənməyə başlayıb. Hətta bununla bağlı sos siqnalı da verirlər ki, Azərbaycan bunun fonunda Zəngəzuru da ələ keçirə bilər. Burada maraqlı bir nüans da var. Bu yöndə verilən şərhlərdə ermənilər Azərbaycanın yanında Türkiyənin də adını çəkirlər. Sanki Azərbaycan Türkiyə ilə birlikdə hərbi əməliyyatlara başlayacaq kimi rəy formalaşdırmağa çalışırlar”.

Ekspertin sözlərinə görə, Azərbaycanın istənilən vaxt hərbi əməliyyatlara başlamaq haqqı və hüququ var: “Təbii ki, bunu özü edəcək. Çünki ordusuna və Prezidentinə tam güvənir. Azərbaycan Ordusunun son illər ərzində müasir silahlarla təmin olunması baxımından heç bir problemi yoxdur. Bu da onu deməyə əsas verir ki, bizim hərbi əməliyyatlara başlayacağımız təqdirdə hansısa ölkənin hərbi dəstəyinə ehtiyacımız yoxdur. Ermənistandan bu məsələnin dövriyyəyə buraxılması və xüsusilə də məsələdə Türkiyənin adının hallandırılması bizi haqsız çıxarmağa yönəlik strategiyadır. Təbii ki, Azərbaycan sona qədər dözüm nümayiş etdirə bilməz. Azərbaycan işğal altındakı torpaqları azad edməyə başlayacağı təqdirdə Ermənistan istənilən sürprizlərlə qarşılaşa bilər. Hərbi əməliyyatalar başlayandan sonra biz onun detallarını görə biləcəyik. İndidən hansısa rəylər bildirməyi lazımsız sayıram. Azərbaycan qısa zamanda ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, Ermənistandakı ekspertlərin narahatlığı əbəs deyil. Müharibə təhlükəsi hər zaman var və bunun fonunda istənilən ssenari üzrə proseslər gedə bilər. Sonda uğur Azərbaycanın olacaq”.

Məhəmmədəli QƏRİBLİ 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ