Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi...

Image


“Bəziləri deyir ki, kiminsə xoşuna gəlmək, ya da donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya olmalıyıq. Sual olunur, biz hansı Avropaya inteqrasiya olmalıyıq? Bugünkü Avropa göz qabağındadır… Biz böhrana inteqrasiya olmalıyıq?! “Müsəlmanlara stop” deyilən yerə inteqrasiya olmalıyıq?! Qaçqın müsəlmanlara münasibətdə ikili standartlar tətbiq edənlərin cəmiyyətinə inteqrasiya olmalıyıq?! Müsəlmanları qəfəsdə saxlayanların cəmiyyətinə inteqrasiya olmalıyıq?!”

Bu sözləri Prezident İlham Əliyev bir müddət öncə Rusiyanın nüfuzlu “Kommersant” qəzetinə müsahibəsində avrointeqrasiya mövzusunu şərh edərkən deyib. Qəzetin keçmiş SSRİ ölkələrinin dövlət başçılarına həsr olunmuş yeni layihəsinin ilk müsahibi seçilən Azərbaycan Prezidenti bu fikirlərilə əslində Avropanın bugünkü vəziyyətini çox düzgün xarakterizə edib. Məsələ burasındadır ki, Sovetlərin tərkibindən qopan bütün respublikalar ilk dönəmdə üzünü Qərbə tutaraq bu istiqaməti özünün gələcək inkişafında prioritet kimi görürdü və bu hardasa başadüşülən idi. Tam 70 illik dönəmdə sovetlərin “dəmir pərdəsi” ilə dünyadan təcrid olunmuş bu respublikalar üçün o zaman Avropanın inkişaf səviyyəsinə çatmaq işıqlı bir arzu idi. Çünki o dönəmdə inkişaf sözü az qala Avropa, Qərb sözləri ilə assosiasiya olunurdu. İndi isə...

  • “Bugünkü Avropa göz qabağındadır...”

İndi isə, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, bugünkü Avropa göz qabağındadır və elə məsələlər var ki, o məsələlərdə biz Avropaya deyil, Avropa bizə inteqrasiya etməlidir. Lakin təbii ki, dünya birliyi tək Avropa demək deyil və dünya birliyinə inteqrasiya dövrün, zamanın tələbidir. Azərbaycan isə müstəqillik illəri ərzində özünün irimiqyaslı layihələri ilə, demək olar ki, bütün postsovet ölkələrini geridə qoyaraq dünyanın aparıcı dövlətləri sırasında layiqli yerini tutmağı bacarıb. XXI yüzillikdə - dünyanın “inteqrasiya dalğası” yaşadığı bir dövrdə Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü, müxtəlif təyinatlı qlobal forumlara, dünya miqyaslı idman və mədəni tədbirlərə ev sahibliyi etməsi və bu missiyaların öhdəsindən layiqincə gəlməsi nəticəsində ölkəmiz nəinki dünya çapında tanınır, hətta bir sıra qlobal, xüsusən enerji məsələlərində onun mövqeyi eşidilir.

  • Azərbaycanın dünyaya inteqrasiyasında əhəmiyyətli faktorlardan biri – regional üstünlük...

Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasında dayanan ən önəmli faktorlardan biri ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Bakı-Tiflis-Qars dəmir yolunun açılması ilə Asiya ilə Avropanı ən optimal yükdaşıma marşrutu ilə təmin edən Azərbaycan getdikcə bu marşruta daha çox ölkənin diqqətini cəlb etməkdədir. Bunun əsas səbəbi isə həmin marşrutla yüklərin hər iki istiqamətə daşınmasının daha çevik və daha az maliyyə ilə həyata keçirilməsidir ki, bunda əsas udan tərəf rolunda elə Azərbaycan özü çıxış edir. Çünki daha çox yük daha çox gəlir deməkdir. Bundan başqa, ölkəmizin təşəbbüsü və bilavasitə vasitəçiliyilə TAP, bu günlərdə istifadəyə verilən TANAP kimi transmilli enerji marşrutları da var ki, həmin kəmərlər Azərbaycanı bir çox dövlətlərin maraq dairəsinə gətirib. Beləliklə də Azərbaycan dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

Əslində, gənc ölkə olmasına rəğmən, Azərbaycanın yürütdüyü balanslı siyasət ABŞ-ın və Avropa İttifaqının diqqətini cəlb edir. O üzdən Qərb özü də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Azərbaycanın geostrategiyasının ana xəttini təşkil edən qonşularla sıfır problem konsepsiyası isə günümüzün ən aktual problemlərindən olduğundan, aparıcı dünya dövlətlərinin diqqət mərkəzində daha çox yer almaqdadır. Hərçənd, zaman-zaman dünya dövlətlərinin bir çox hallarda Azərbaycanın ən ağrılı yeri olan təcavüzkar Ermənistana münasibətdə ikili standartlardan çıxış etdiyinin, nələrinsə və ya kimlərinsə xətrinə həqiqətdən yan keçdiklərinin şahidi oluruq. Bununla belə, Azərbaycan, hər nə qədər ikili standartlarla üzləşsə də, beynəlxalq təşkilatlarla və onların üzvü olan dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlıqda maraqlı olduğunu hər addımda göstərməkdədir.

  • Təcavüzə təmkinli yanaşma – regionda təhlükəsizliyin prioritetliyi...

Maraqlıdır ki, əsasını ötən əsrin 90-cı illərindən götürən inteqrasiya prosesinin aparıcı qayəsini Avropaya çıxış və dünya birliyi ölkələrilə bir sırada dayanma məqsədi təşkil etsə də, Azərbaycan öz siyasətində regional əməkdaşlığa da geniş üstünlük verir. Bunun zəruriliyinin isə isbata ehtiyacı yoxdur, çünki Azərbaycan regionun ən böyük enerji ehtiyatlarına malik, eyni zamanda iri iqtisadi layihələrin gerçəkləşdirildiyi məkan olduğundan, qonşu ölkələrlə dinc yanaşı yaşama və əməkdaşlıq regionun, beləliklə də beynəlxalq əhəmiyyətli layihələrin təhlükəsizliyinin qarantı kimi çıxış edir. Faktdır ki, bu konsepsiyanın xarici siyasətinin ana xəttini təşkil etməsi nəticəsində müstəqil Azərbaycan dövləti yeni dünya düzənində öz layiqli yerini tutmağı bacardı. Baxmayaraq ki, özü işğala məruz qalmış ölkədir və torpaqlarının 20 faizi hələ də işğal altındadır. Azərbaycanın məruz qaldığı işğal faktı əslində aparıcı dünya dövlətləri tərəfindən də etiraf olunur və ölkəmizin dilbər guşəsi Qarabağda qurulan qondarma rejim bu günə kimi, elə təcavüzkar Ermənistan da daxil olmaqla, heç bir dövlət tərəfindən tanınmayıb. Bununla belə, yürütdüyü sülhsevər və tarazlı siyasət Azərbaycanı məsələnin hərbi yolla çözümünü ən son variant kimi nəzərdən keçirməyə sövq edir. Bu təmkinli yanaşmanın əsasında isə regionda təhlükəsizliyin təmin edilməsi məsələsində məsuliyyətin dərk olunması və onsuz da narahat dünyamızda daha bir müharibə ocağının yaranmasına səbəb olmamaq kimi humanist bir qayə durur.

  • Avropa Birliyi, Avrasiya İqtisadi Birliyi, Qoşulmama Hərəkatı...

Yerləşdiyi coğrafiyada balanslı, qarşılıqlı faydalı əməkdaşlığa söykənən partnyorluq siyasəti yürüdən Azərbaycan dövləti hazırda həm Avropa Birliyi, həm Rusiya və onun əsas partnyorlarının təmsil olunduğu Avrasiya İqtisadi Birliyi ilə, həm də Qoşulmama Hərəkatı ilə uğurla əməkdaşlıq edir. Lakin bu o demək deyil ki, Bakı bu beynəlxalq təşkilatların hər bir siyasi addımına birmənalı dəstək verir. Elə Ermənistan kimi ölkələrdən fərqimiz də ondadır ki, Azərbaycan heç kəsin diqtəsi ilə hərəkət etmir, yalnız əməkdaşlıq etdiyi təşkilatların yürütdüyü siyasət ölkənin maraqlarına uyğun olduqda onlarla birgə hərəkət edir, əksi olduqda isə özünün dövlət maraqlarını təmin edən daha rasional siyasətə üstünlük verir.

Ümumiyyətlə, yerləşmiş olduğu regionun geosiyasi, geostrateji və iqtisadi cəhətdən dünyanın siyasi xəritəsində mühüm yer tutmasında Azərbaycanın rolu danılmazdır. Üstəlik, yürütdüyü balanslı siyasət nəticəsində bölgənin aparıcı ölkəsinə çevrilməsi ölkəmizin hər zaman qabaqcıl dünya dövlətlərinin baxış bucağında yer almasına səbəb olur. İstər qonşu dövlətlər, istərsə də Qərb və Şərq ölkələri ilə olan münasibətlərində siyasətinin ana xəttini isə özünün milli maraqlarını öndə tutmaq strategiyası təşkil edir. Belə olmasaydı, bu gün Azərbaycan dünyada hegemonluq savaşı aparan iki supergücdən birini seçmək zorunda qalardı ki, nəticədə qan qoxulu cəbhələşmədə tərəf olmaq taleyi yaşayardı. Bu supergüclərin hər ikisinə “xoş gəlmək” kursu götürən Ermənistanın isə durumu ortadadır. Lakin Azərbaycan istər ABŞ, istərsə də Rusiya ilə münasibətlərdə elə bir tarazlaşdırılmış siyasət xətti götürdü ki, həm özünün sabitliyini və təhlükəsizliyini qoruya bildi, həm də adıçəkilən ölkələrlə istənilən sahədə əməkdaşlığını yüksək səviyyədə davam etdirməkdədir.

  • Qonşuluq siyasətinin əsas qayəsi – sıfır problem...

Eyni sözləri yaxın qonşularımız olan regional ölkələrlə aparılan qonşuluq siyasəti haqqında da demək olar. Faktdır ki, artıq neçə illərdir yaxın qonşumuz İran İslam Respublikası dünya birliyinin tətbiq etdiyi beynəlxalq iqtisadi sanksiyalar altındadır. Onsuz da qlobal iqtisadi böhranın gətirdiyi çətinliklərin təsirini üzərində hiss edən bir ölkənin üstəlik iqtisadi sanksiyalara məruz qalmasının onun durumuna və gələcək inkişafına hansı təsirləri göstərəcəyini təsəvvür etmək çətin deyil. Bir çox ölkələrin dəstək verdiyi bu sanksiyalara, faktdır ki, Azərbaycan istər qonşuluq münasibətlərini, istərsə də humanizmi əsas gətirərək qoşulmadı. Çünki Azərbaycan Prezidenti hər zaman beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin vacibliyini xüsusi qeyd edib və onun bu mövqeyi İran kimi ABŞ sanksiyaları altında əzilən ölkə tərəfindən xüsusi razılıqla qarşılanır. Bunu həmin ölkənin mediasında yer alan fikirlər də təsdiq edir. İRNA agentliyi bu xüsusda yazır:"Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin hər zaman İran əleyhinə qoyulan embarqolara qarşı olduğunu və bunu bütün beynəlxalq tədbirlərdə dilə gətirdiyini söylədi". Təbii, belə münasibətlər qonşu ölkələrdə yüksək qiymətləndirilir və gələcəkdə həmin ölkələrlə bütün sahələrdə əməkdaşlığın daha möhkəm təməllər üzərində qurulmasına və inkişafına öz töhfəsini verir. Üstəlik, bu ölkədə hələ də xatırlayırlar ki, cəmi bir neçə il öncə dünya birliyi İslam Respublikasına qarşı sözün həqiqi mənasında silahlananda İlham Əliyev Azərbaycandan bu ölkəyə qarşı platsdarm kimi istifadə olunmasına yol verilməyəcəyini birmənalı şəkildə bəyan etdi. Yüksək səviyyədə verilən bu tip bəyanatlar isə öz həqiqi qiymətini alır və ölkələr arasında istər münasibətlərin, istərsə də əməkdaşlığın daha da inkişaf etdirilməsində baza rolunu oynayır. Çünki hər bir dövlətdə dərk edirlər ki, ölkənin gələcək inkişafı onun daxili sabitliyindən və təhlükəsizliyinin qorunmasından asılıdır. Bu sabitliyin qarantı isə qonşu ölkələrlə balanslı siyasətin qurulmasından, dinc yanaşı yaşama prinsiplərinə əməl olunmasından birbaşa asılıdır. Lakin o da var ki, qonşu dövlətlər arasında ədavət yoxdursa, onlar bir-birinin daxili siyasətinə qarışmırsa, bu hələ məsələnin tam həlli deyil. Çünki bu halda bu dövlətlərdən birinin, tutaq ki, ərazi bütövlüyünə təhlükə yaranırsa və digər dövlət ona dəstək vermirsə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sivil qaydada onun haqq səsinə səs vermirsə bu da normal qonşuluq siyasəti sayıla bilməz. Bu mənada Azərbaycan, işğala məruz qalan dövlət kimi, məsələnin mahiyyətini daha dərindən dərk edir və qonşu dövlətlərə yönəlik haqsızlıqlara sivil qaydada etiraz etməyi bacarır desək, yəqin ki, mübaliğə sayılmaz. Elə Azərbaycanın xarici siyasət kursunda bu aspektin əsas götürülməsinin nəticəsidir ki, Xocalı soyqırımını uzun illər görməzdən gələn dövlətlər bu gün bu faciəni öz adı ilə çağırır. Bu il fevralın 26-da Xocalı soyqırımının 27-ci  ildönümü ilə bağlı kütləvi ümumxalq yürüşündə Rusiyadan böyük bir nümayəndə heyətinin iştirak etməsi, Azərbaycan Prezidentinin bu ölkənin ən populyar telekanallarından olan “Rossiya-24”ə soyqırım barədə Ermənistanı özündən çıxaran ifşaedici geniş açıqlama verməsi və bu müsahibənin nəinki Rusiyada, hətta qonşu Ukrayna və Orta Asiya ölkələrinin televiziyalarında nümayişi dediklərimizə əyani sübutdur.

  • Azərbaycan – Şərqlə Qərbi qovuşduran məkan…

Prezident İlham Əliyev çıxışlarının birində deyib ki, "Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Bütün bunlar regionda və onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir" və bu reallıqdır. Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələr reallaşdıran dövlət olaraq qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilir. Azərbaycanın istər beynəlxalq əməkdaşlıq sahəsində, istərsə də tranzit ölkə kimi əhəmiyyəti artıq dünya miqyasında qəbul olunur. Bunun isə praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu şübhəsizdir. Və o da şübhəsizdir ki, Azərbaycan özünün regiondakı nüfuzlu mövqeyini daim inkişaf etdirməklə qlobal inteqrasiya siyasətini bundan sonra da uğurla davam etdirəcək.

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ