Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın Avropaya uzanan yeni qaz kəmərinin iki böyük hədəfi…

Image


TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin istismara tam hazır vəziyyətə gətirilməsi artıq dünya enerji xəritəsini də əhəmiyyətli dərəcədə dəyişməyə başlayır.  Bununla Azərbaycan həm də iki mühüm məqsədə nail olur. Onlardan birincisi Avropanı tam yeni mənbədən təbii qazla təmin edən mənbə statusunu qazanmaq, ikincisi, Avropa və ümumiyyətlə dünya enerji bazarında daha güclü mövqenin sahibinə çevrilməkdir. Azərbaycan artıq bu istiqamətdə müvafiq addımlar atmaqla Avropa üçün daha etibarlı enerji tərəfdaşı statusu əldə edib.

Ekspertlər hesab edir ki, bütün bunlar Azərbaycanın perspektiv inkişafı baxımından da mühüm önəm kəsb edir. Bu barədə danışmazdan öncə xatırladaq ki, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. “Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirir ki, Azərbaycan Türkiyə və Avropa enerji bazarında yerini möhkəmləndirəcək:"Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik".

Beləliklə, Azərbaycan qazının artıq Avropa yolu da açılır. Türkiyənin Boğaziçi Universiteti Enerji Politikaları Araşdırma Mərkəzinin prezidenti Gürkan Kumbaroğlu bildirir ki, ikinci fazası da tam hazır olan TANAP funksional baxımdan çoxşaxəli missiya daşıyır. Çünki TANAP heç bir kəmərə alternativ deyil, bu xəttin ideyası və gerçəkləşməsi tam şəkildə yenilikdir: “TANAP xətti ilə illik nəql olunacaq 16 milyard kubmetr qazın təxminən üçdə bir hissəsi Türkiyədə istifadə olunacaq. Bu həcmdə qaz əldə etmək Türkiyənin iqtisadiyyatında və sosial həyatında mühüm amildir. Bu da, istər-istəməz, Avropa-Türkiyə münasibətlərinin inkişafına yeni bir yanaşma gətirəcək. Bundan başqa, TANAP Avropanın cənub-şərq bölgəsində yerləşən ölkələrin də iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək”.

Alim əminliklə qeyd edib ki, Türkiyədə kəsişən TANAP və TAP xətləri Avrasiyada bu vaxtadək görünməyən qtisadi inteqrasiya yaradacaq. Bu qaz boru kəmərləri Azərbaycanın təbii qazını Anadoluya və Avropaya nəql etməklə dünya ictimaiyyətinin diqqətini Qafqaz bölgəsinə, o cümlədən Xəzər hövzəsinə yönəldəcək. TANAP-ın baş direktoru Saltuk Düzyol isə xatırladır ki, TANAP layihəsi Azərbaycanla Türkiyənin uzun illər birgə səyləri nəticəsində ərsəyə gəlib. Layihənin həyata keçməsi ilə Azərbaycanın Avropanın yeni qaz tədarükçüsü olmaq hədəfinə çatdığını vurğulayan Düzyol deyib: “Bununla Azərbaycan, eyni zamanda, Türkiyənin də ikinci qaz tədarükçüsü oldu. Türkiyə artıq uzun illərdir qaz ehtiyacını Rusiya və İran qazı ilə qarşılayırdı. Burada Azərbaycan üçüncü tədarükçü idi. Lakin TANAP-la Azərbaycan Türkiyənin qaz ehtiyacını qarşılayan ikinci böyük dövlətə çevrildi”. O bildirib ki, layihə vaxtında başa çatıb: "Azərbaycan və Türkiyənin uzunmüddətli strateji tərəfdaşlığının ən gözəl nümunəsi olan son dərəcə uğurlu bir layihənin nəticəsini görürük. Ən əhəmiyyətlisi odur ki, layihə vaxtında tamamlandı. Nəhəng enerji layihəsinə başladığımız vaxt yola 11,7 milyard dollarlıq təxmini yatırım büdcəsi ilə çıxılmışdı və bu rəqəm 6,5 milyard dollara qədər endirildi. Layihə planlaşdırılmış vaxtda, dəqiqliklə icra olundu. Azərbaycan layihə sayəsində enerji sahəsində bu günə qədər nümayiş etdirdiyi uğurlu işbirliyinin sübutunu ortaya qoydu".

O qeyd edib ki, layihə həm Azərbaycan, Türkiyə, həm də Avropa üçün çox böyük əhəmiyyət daşıyır: "Bununla da Azərbaycan və Türkiyənin strateji mövqeyi çox gücləndi. TANAP-ın Avropa Birliyi ilə əlaqələrin gücləndirilməsi, siyasi mövqeyinin daha da möhkəmləndirilməsi üçün Azərbaycana çox böyük faydalar verəcəyini düşünürəm. Təbii ki, bizim bu layihəni təkbaşına bitirməyimiz bu gün üçün yetərli deyil və bunun üçün TAP boru xəttinin tamamlanması lazımdır. Belə olduqda həqiqi mənada qaz axışı başlayacaq. Hazırda test olaraq qaz verilməsini uğurla icra etdiyimizi deyə bilərik". Saltuk Düzyol qeyd edib ki, TANAP-ın reallaşacağına inanmayanlar və bunu xəyal kimi görənlər də olub. Bütün bunlara baxmayaraq, hər iki qardaş ölkə bir daha sübut etdi ki, birlikdə çox böyük layihələrə imza ata bilər: "Belə meqalayihələr tamamlanmadan yarımcıq qalır. Tarixdə buna nümunələr çoxdur. Düşünürəm ki, bu layihələrin reallaşmasının özəyində Azərbaycan və Türkiyə prezidentlərinin iradəsi və qərarlılığı dayanır. Onların sayəsində Azərbaycanda və Türkiyədə layihəyə çox böyük dəstək verildi. Xüsusilə Türkiyənin dörd bir yanında yol xəritələri olan TANAP-a türk xalqı da dəstək verdi. Bu dəstəyi, həmçinin, Azərbaycanın hər bir fərdindən gördük. Bir sözlə, Türkiyə və Azərbaycan tarix yazdı".

Beləliklə, proseslərin axarı göstərir ki, “Cənub Qaz Dəhlizi”nin ərsəyə gəlməsində mühüm rol oynayan TANAP Azərbaycan təbii qazını Avropaya nəql etməyə tam hazırdır. Avropaya bu fonda yeni mənbədən, yəni ilk dəfə olaraq Xəzərdən təbii qaz 2020-ci ilin ikinci yarısında “Cənub Qaz Dəhlizi” vasitəsilə çatdırılacaq. Açıq dənizlərə çıxışı olmayan ölkəmizin daha bir qlobal layihə ilə dünyanın enerji xəritəsini yenidən tərtib etməsi Azərbaycanın perspektiv inkişafına, valyuta gəlirlərinin artmasına da ciddi surətdə təsir göstərəcək. Eləcə də bu layihə bütün tərəflərin maraqlarının təmin olunmasına və qarşılıqlı faydalı qlobal əməkdaşlıq mühitinin yaradılmasına yeni təkan verir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ