Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanın yanaşmaları Qarabağda müharibəni sürətlə yaxınlaşdırır

Image


Ermənistanda mövcud hakimiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ də absurd mövqe sərgiləməkdə davam etməsi İrəvanın məsələnin sülh yolu ilə həllində yenə maraqlı olmadığını nümayiş etdirir. Eyni zamanda, baş verənlər İrəvanın beynəlxalq hüquqa, əldə edilən razılaşmalara yanaşmada növbəti dəfə hörmətsizlik, laqeydlik nümayiş etdirdiyini təsdiq edir.

Məhz bu şəraitdə problemin çözümü üçün savaşdan savayı yol qalmır və bunu artıq Ermənistanda da etiraf edənlərin sayı kifayət qədərdir. Amma bu reallığı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də qəbul edə biləcək lider davranışı nümayiş etdirə bilmir. Belə ki, Rusiya media təmsilçiləri ilə görüşdə Paşinyan yenə sərsəmləyərək, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda tərəf kimi iştirak edib mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Halbuki, beynəlxalq sənədlər, hüquq, danışıqlar formatı bunu birmənalı şəkildə mümkünsüz edir.

Digər tərəfdən o da məlumdur ki, əldə olunan razılığa əsasən, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması danışıqlarda sadəcə maraqlı tərəf kimi çıxış edə bilər. Xatırladaq ki, hələ 1992-ci il martın 24-də ATƏT-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yaradılıb. Minsk Qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Hər iki icma 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib. İndiki halda da Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan tərəfinin Dağlıq Qarabağın erməni icmasını üçüncü tərəf kimi irəli sürməsinin heç bir əsası yoxdur. Qeyd olunduğu kimi, 1992-ci ildə ATƏT-in Helsinki Nazirlər Şurasının sammitində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə birlikdə münaqişənin maraqlı tərəfidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çoxsaylı bəyanatlarında da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları maraqlı tərəfdir. Dağlıq Qarabağın erməni icmasını indiki halda danışıqlarda Ermənistanın təmsil etməsi də İrəvanın öz istəyidir. Əvvəllər danışıqlar prosesində yaxından iştirak edən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov bu məsələ ilə bağlı bildirir: “Robert Köçəryan bir müddət Dağlıq Qarabağdakı separatçı rejimin başçısı oldu. Bölgəyə gələn diplomatları, Minsk Qrupunun həmsədrlərini də inandırmağa çalışırdı ki, Dağlıq Qarabağ Ermənistandan asılı deyil, onun guya öz “konstitusiyası“, “qanunları“ var, bu, “müstəqil bir dövlətdir”. Amma bir müddət sonra o, Ermənistanda işə başladı, əvvəlcə baş nazir oldu, sonra isə Ter-Petrosyanı devirib Ermənistan prezidentinin kürsüsündə oturdu. Ermənistanın da konstitusiyasında qeyd olunur ki, prezidentliyə namizədlər müəyyən müddət ərzində Ermənistanda daimi yaşamalıdırlar. Səhv etmirəmsə, 10 ildən söhbət gedirdi. Həmin müddət ərzində isə Köçəryan Ermənistanda yox, Dağlıq Qarabağda yaşayıb və özünü “Dağlıq Qarabağın rəhbəri” elan edib. Köçəryan Ter-Petrosyanı devirəndən sonra danışıqlarda pat vəziyyəti yarandı. Azərbaycan dərhal həmsədrlər qarşısında sual qoydu: bəs Dağlıq Qarabağ “müstəqil”dirsə, Ermənistandan asılı deyilsə, Ermənistanın konstitusiyası varsa, həmin konstitusiyada ən azı 10 il orada yaşamaq tələbi qoyulubsa, necə ola bilər ki, dünən özünü “Dağlıq Qarabağın rəhbəri” elan edən adam özünü Ermənistanın prezidenti adlandırır? Təbii ki, həmsədrlər bu sualı İrəvanda da Köçəryanın qarşısında qoydular. Onda qoyulan suallara heç bir arqument və cavab tapa bilmədiyindən Köçəryan elan etdi ki, Dağlıq Qarabağın bu danışıqlarda iştirakına heç ehtiyac yoxdur, mən həm Ermənistanı, həm Dağlıq Qarabağı təmsil edirəm. Azərbaycan o vaxt bu vəziyyətdən istifadə edib, ümumiyyətlə, danışıqları dayandıra bilərdi. Ancaq hər halda, onda hesab olundu ki, Ermənistan prezidenti özü faktiki olaraq Dağlıq Qarabağdakı qondarma rejimi danışıqlarda iştirakdan məhrum etmək təşəbbüsü göstərirsə, bu da Azərbaycan diplomatiyası üçün müəyyən əlverişli imkanlar yaradır. Ondan bir müddət sonra ermənilər gileylənməyə başlayanda ki, nəyə görə Dağlıq Qarabağ danışıqlarda iştirak etmir, həmsədrlər də, bəzi hallarda hətta Ermənistan rəsmiləri də açıq etiraf etməyə başladılar ki, bu, İrəvanın qərarı idi”. Bu açıqlamadan bir daha görünür ki, Dağlıq Qarabağın erməni icmasını İrəvan özü danışıqlar prosesindən kənarlaşdırıb. Onun maraqlı tərəf kimi danışıqlara qayıtması isə yalnız Dağlıq Qarabağın azərbaycanlı icması da prosesə qoşulduqdan sonra mümkündür. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, o cümlədən Rusiya da açıq şəkildə bəyan edir ki, danışıqlarda ehtiyac yaranarsa, təkcə Dağlıq Qarabağın erməni icmasının yox, həm də azərbaycanlı icmasının mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu xüsusda bildirir: "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin açıqlamalarında dəfələrlə göstərilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi planı bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu təmin etməlidir". Danışıqlar formatı mövzusuna toxunan diplomat qeyd edib ki, bu sual iştirakçıların tərkibini müəyyənləşdirib razılığa gəlməli olan tərəflərə ünvanlanmalıdır: "İndi danışıqlar prosesi, bildiyiniz kimi, Azərbaycan və Ermənistan səviyyəsində aparılır və iki paytaxt arasında, iki dövlət arasında müvafiq razılaşmalar əldə olunarsa, biz də öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Bir daha qeyd edim ki, iki dövlət arasında əldə ediləcək razılaşmaları dəstəkləyəcəyik". Rusiya xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov da eyni mövqe sərgiləyir: "Mən bundan çıxış edirəm ki, bütün maraqlı tərəflərin razılığı olmadan Dağlıq Qarabağ münaqişəsini nizamlamaq mümkün deyil. Bütün bölgə əhalisinin rəyi nəzərə alınmalıdır. Həqiqətən, nizamlanmanın əsas prinsiplərinin bütün variantlarına əsasən qaçqın və məcburi köçkünlər keçmiş yaşayış yerlərinə qayıtmaq və müvafiq olaraq gələcək talelərinin müəyyənləşdirilməsində iştirak etmək hüququna malikdirlər. Bu hüquq necə və nə vaxt həyata keçiriləcək – buna tərəflər qərar verəcək".  O bildirir ki, Rusiya Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ideyasını dəstəkləmir: "Rusiyanın danışıqlar formatı ilə bağlı mövqeyi hər zaman ardıcıl olub. Biz dəfələrlə demişik ki, danışıqlar formatının tərkibini razılaşdırmağı və müəyyənləşdirməyi tərəflər özü həll etməlidir. Məsləhətləşmələrin və danışıqların ilkin mərhələsində, hərbi əməliyyatlar dayandırılan zaman Dağlıq Qarabağ atəşkəs haqqında sazişin imzalanmasından sonra müvafiq razılaşmanın və danışıqların iştirakçısı olub. Sonra qərara alındı ki, Qarabağın maraqlarını İrəvan təmsil edəcək. Əgər zamanla tərəflər Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesinə qoşulmağa razılıq versə, bu qərarı dəstəkləyəcəyik".

Bütün bu açıqlamalar bir daha təsdiq edir ki, Paşinyanın Dağlıq Qarabağın erməni icmasını danışıqlarda tərəf kimi görmək niyyəti birmənalı şəkildə qəbul edilmir və bu məsələdə Azərbaycanın mövqeyi tam şəkildə dəstəklənir. Ermənistanın əks mövqeydən çıxış etməsi isə savaşdan başqa alternativ qoymur və bunu hətta Ermənistanın keçmiş prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan belə etiraf edir. Sarkisyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan danışıqların indiki vəziyyəti narahatlıq doğurur: “Buna görə ən pis danışıqlar belə müharibələrdən yaxşıdır. Lakin biz Azərbaycanın silahlandığının şahidi oluruq. Ermənistanın indiki rəhbərliyinin mövqeyi isə bu silahlardan istifadə müddətini tezləşdirir”. Ermənistanın “Hayatsk” analitik mərkəzinin eksperti Hermine Mxitaryan da eyni mövqeyni bölüşür: “Azərbaycan dəfələrlə münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll edilməli olduğunu bildirib və bu anlayışı dəfələrlə tədricən beynəlxalq ictimaiyyətin yanında möhkəmləndirməkdədir. Ancaq Ermənistan rəhbərinin və Xarici İşlər Nazirliyinin mövqeyi qəbul edilmir. Qarabağdakı rejimi üçüncü tərəf kimi göstərmək cəhdi iflasa uğrayıb və bunu heç kim qəbul etmir, hətta Rusiya da. Paşinyan, eyni zamanda, bu məsələdə baxışlarını da dəqiq müəyyənləşdirə bilməyib. Baş nazir rus jurnalistlərlə görüşdə birbaşa bu xüsusda sualdan da yayındı və bildirdi ki, yanaşmamızı ifadə etmək konstruktiv olmaya bilər. Belə olan halda, Azərbaycanın savaşa başlamasına əlavə zəmin yaranır və özü də o, burada özünü haqlı tərəf kimi göstərə bilir. Deməli, Paşinyanın yanaşmaları Ermənistanı uçuruma doğru sürükləyir”. Bütün bu qeyd edilənlər bir daha Qarabağ məsələsində Paşinyanın sərsəm mövqeyinin Ermənistanın özü üçün ciddi problem yaratdığını aydın nümayiş etdirir. Ən azı o baxımdan ki, bu sərsəm mövqenin davamı yeni Qarabağ savaşını və bu savaş zamanı Ermənistanın darmadağın olmasını qaçılmaz edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ