Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ mediasında islahatlara unikal rəy – “Əliyev köhnə institutları bərpa etmir, yeni təsisatlar qurur”

Image


Ölkədə həyata keçirilən islahatların bu gün ən mühüm nəticələrindən biri qeyri-neft sektorunda ciddi irəliləyişlərin əldə olunması ilə bağlıdır.

Xatırladaq ki, qeyri-neft sektorunun inkişafı məsələsini Prezident İlham Əliyev də daim xüsusi qabardır və iqtisadi inkişafın məhz bu sektor üzərində qurulmasını ön plana çəkir. Bu istiqamətdə atılan addımlar isə, qeyd olunduğu kimi, öz müsbət nəticələrini verir. Təkcə bu ilin ilk 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 16,6 faiz artıb. Gələn il bu göstəricinin daha yuxarı hədlə ifadə olunması proqnozlaşdırılır.

Bu gün ölkənin ixrac potensialının həyata keçirilməsində də qeyri-neft sektoru xüsusi əhəmiyyətə malikdir. Bütün bu proseslərdə isə həyata keçirilən islahailar vacib rol oynayır. Qeyd edək ki, bu islahatlar artıq  beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Nüfuzlu maliyyə qurumları bildirir ki, islahatlar Azərbaycanı daha sürətli və enerji amilindən asılı olmayan tərəqqi yoluna çıxarır. Məsələn, bir müddət əvvəl “The American Interest” nəşri bu xüsusda yazırdı ki, Azərbaycanda islahatların həyata keçirilməsi ilə bağlı səylər 2015-ci ildə dünyada neftin qiymətinin enməsi ilə bağlı olsa da, onlar Azərbaycanda bundan əvvəl də aparılıb. Bildirilir ki, son 4 ildə bu islahatlar daha dinamik xarakter alıb:“2014-cü ildən  fəal islahatlara başlanıb. İqtisadiyyatın şaxələndirilməsinin bəlli metodu Avropa və Asiyanı birləşdirən quru yolu ilə nəqliyyat dəhlizinin inkişafı üzrə Çin və Avropa ölkələrinin planlarında iştirak etmək idi. Özü də Prezident İlham Əliyevin islahatlara yanaşma tərzi həmişə köhnə institutların “təmiri” deyil, mümkün qədər yeni təsisatların yaradılması olub. Azərbaycan hökuməti ölkəni iki nəqliyyat dəhlizinin – Avropa İttifaqı və Çinin həyata keçirdiyi “Şərq-Qərb” və Rusiya-İran və Hindistanı birləşdirəcək “Şimal-Cənub” layihələrinin habına çevirməyi planlaşdırır. Bu kontekstdə Bakının ətrafında yerləşən və azad iqtisadi zona olan Ələt limanı əsas mərkəzdir. Rusiya, Mərkəzi Asiya və ya İrandan Ələtə daxil olan yükləri 2017-ci ilin oktyabrında açılmış Bakı-Tiflis-Qars dəmir yolu marşrutu ilə dərhal Avropadakı təyinat yerlərinə göndərmək mümkündür. Həyata keçirilən bu islahatların nəticəsində Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanın reytinqini 2018-ci ildəki 57-ci yerdən 2019-cu ildə 25-ci pilləyə qaldırıb. Dünya Bankı biznes qurmağın asanlığını, tikintiyə icazə almaq üçün “vahid pəncərə” sistemini, mülkiyyətin qeydiyyatını və vergi və rüsumların ödənilməsi, habelə gömrük prosedurlarının həyata keçirilməsinin elektron və şəffaf sistemini xüsusi olaraq vurğulayıb. Azərbaycanda islahatların keçirilməsi səyləri Vaşinqton və Bakı arasında müsbət istiqamətdə əməkdaşlığa əsaslanan ikitərəfli strateji dialoqun aparılmasına şərait yaradır”.

Nüfuzlu “Emerging Europe” portalı da Azərbaycanda islahatları yüksək qiymətləndirir.  Bildirilir ki, son dövrlərdə ölkənin iqtisadi göstəricilərinin davamlı yaxşılaşması, investisiya mühitinin inkişaf etdirilməsi üzrə aparılan kompleks islahatlar müsbət nəticələrini verir. Portal Azərbaycanda aparılan bu iqtisadi islahatlar modelinin digər inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilə biləcəyini vurğulayıb. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus da bildirir ki, Azərbaycanda çox uğurlu sosial iqtisadi layihələr həyata keçirilir və Dünya Bankı bu islahatları yüksək qiymətləndirir. Onun sözlərinə görə, təmsil etdiyi qurumla Azərbaycan arasında olduqca uğurlu əməkdaşlıq var və  Dünya Bankı bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Bu yaxınlarda Azərbaycana etdiyi səfəri xatırladan Molineus qeyd edir: “Azərbaycanda müzakirə etdiyim layihələr məhkəmə islahatları, bərk tullantıların idarə olunması, təhsil və digər bir sıra sahələri əhatə edib. Bu sahələr Azərbaycanın davamlı iqtisadi inkişafı və ölkədə həyata keçirilən islahatlar üçün böyük əhəmiyyət kəsb edir”.

Ekspertlər isə bildirir ki, islahatların dünya miqyasında yüksək qiymətləndirilməsi mühüm əhəmiyyətə malikdir. Ən azı o baxımdan ki, bu hal ölkəyə yeni sərmayə axınına əlavə təkan verir, investorların diqqətini birbaşa Azərbaycana yönəldir. Belə vəziyyət, öz növbəsində, həm də qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Elə hökumət də hadisələrin məhz bu səpkidə inkişafında xüsusi maraqlı tərəf kimi çıxış edir. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da xüsusi olaraq vurğulayır. O, görülən işlər nəticəsində artıq büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun xüsusi çəkisinin artdığını da qeyd edir:"Növbəti ilin dövlət büdcəsini fərqləndirən bir neçə məqam var və bu məqamlar həm gəlir, həm də xərc parametrlərinə xasdır. İlk olaraq gəlirlərlə bağlı bir neçə amil diqqətə çatdırılmalıdır. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payının çox olması fonunda növbəti ildə qeyri-neft sektorunun daha sürətli artımı nəzərdə tutulub". O bildirib ki, bu, həmin sektordan daxilolmaların ilk dəfə 11 milyard manata yaxın proqnozlaşdırılmasına səbəb olub:"Son illərdə müşahidə olunan meyllərin əksinə olaraq, 2020-ci ildə cari illə müqayisədə Dövlət Neft Fondundan transfertlərin məbləğinin və ümumilikdə transfertlərin büdcə gəlirlərində payının azalma meylli olması gözlənir. Son zamanlar müşahidə olunan vergi ödəyiciləri üzərində inzibati təzyiqlərin yumşaldılması və vergi inzibatçılığının əsasən intizamsız vergi ödəyiciləri üzərində gücləndirilməsi prosesi könüllü bəyanetmənin səviyyəsini artırmaqla qeyri-neft sektorunun potensialından daha səmərəli istifadə olunmasını təmin edir. Bu meyillər bilavasitə dövlət büdcəsi gəlirlərinin bir sıra əhəmiyyətli parametrlərinin müsbət inkişafını şərtləndirməklə 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin proqnoz göstəricilərinin də artım prioritetlərini müəyyənləşdirib.

Eyni zamanda, cari illə müqayisədə 2020-ci il üçün vergi gəlirləri üzrə 10 faizlik (9 milyard 551,4 milyon manata qarşı 10 milyard 507milyon manat), qeyri-neft sektorundan ümumi gəlirlər üzrə 12  faizlik (9 milyard 467,7 milyon manata qarşı 10 milyard  604,5 milyon manat proqnozlaşdırılması islahatların səmərəliliyini göstərir". 

Qeyd edilənlər islahatların artıq Azərbaycan üçün mühüm effekt verdyini də aydın nümayiş etdirir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ