Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan da ABŞ-ın qlobal pul köçürmələr sistemindən çıxa bilər – Avropanın, Rusiya və Çinin alternativ sistemləri artıq işləyir...

Image


Məlumdur ki, ABŞ-ın dollardan və qurduğu ödəniş sisitemlərindən iqtisadi təzyiq vasitəsi kimi istifadə etməsindən sonra bir çox ölkələr alternativlərin yaradılması istiqamətində fəal iş aparır. Artıq bir sıra ölkələr bu fonda qarşılıqlı ticarətdə milli valyutalardan, qismən də olsa, istifadəyə start verib. Eyni zamanda, dollara alternativ olaraq avro və yuandan istifadənin həcmi də durmadan artır. Dünya iqtisadiyyatının bir parçası olaraq baş verənlər Azərbaycanda da diqqətlə izlənilir.

Digər tərəfdən o da bəllidir ki, qonşu ölkələr, xüsusən də Rusiya, Türkiyə, İran artıq xeyli müddətdir Azərbaycanla ticarəti milli valyutalar üzərindən aparmağı düşünür. Bu istiqamətdə, əslində müəyyən addımlar da atılıb. Bundan başqa, Rusiya yaratdığı yeni ödəniş sisteminə Azərbaycanın da qoşulmasını istəyir. Xatırladaq ki, bu günlərdə Hindistan, Çin və Rusiya ABŞ tərəfindən sanksiyaların daha da artması ehtimalı qarşısında öz aralarında ticarət əlaqələrini sadələşdirmək üçün SWIFT-ə alternativ olan xüsusi ödəniş sistemi yaratmağı nəzərdə tutur. Rusiyanın SPFS (Sistema Peredachi Finansovıkh Soobsheniy - Maliyyə Məlumatların Ötürmə Sistemi) həmin daxili ödəniş sistemi ilə Çinin CBİBPS (Cross-Border İnter-Bank Payment System) ödəniş sistemi, həmçinin Hindistanın hələlik hazırlanma mərhələsində olan bənzər sistemi birləşdirilməklə Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq vahid sistem yaradılacaq. Həmin üçtərəfli sistem hər üç ölkənin yerli maliyyə qaydalarına uyğun olaraq, ödənişlərin elektron ismarışların mübadiləsi əsasında fəaliyyət göstərəcək. Hazırda Rusiyanın SPFS ödəniş sistemilə iki xarici bank – Belarusun “Belgazprombank” və Qazaxıstanın Avrasiya Bankı çalışır, daha səkkiz xarici bankla müvafiq müqavilə imzalanıb. Rusiya MDB ölkələrinin, o cümlədən Azərbaycaınn da bu sistemə qoşulması üçün müvafiq danışıqlar aparır. Hesab edilir ki, bu reallaşsa, SWIFT-ə ciddi rəqib meydana çıxacaq və ABŞ-ın bu sistem vasitəsilə təzyiq imkanları azalacaq. Eyni zamanda bu durum dolların istifadəsinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq.

Belə bir vaxtda Avropada da maraqlı proseslər cərəyan etməkdədir. Rusiya və Çinin nümunəsində Vaşinqtonun nəzarətində olmayan ödəmə sistemi yaratmağın real olduğuna əmin olan Avropa bankları burada "Visa" və "Mastercard"ı əvəz etməyə hesablanan işçi adı PEPSI (Pan-European Payment System Initiative) olan layihəyə başlayıb. Əksəriyyəti Fransa bankları və Almaniyanın "Deutsche Bank"ı olmaqla, Avropanın 20 bankı Birləşmiş Ştatların "Visa" və "Mastercard" sistemlərini əvəzləyəcək vahid ödəmə sisteminin yaradılmasını tamamilə mümkün sayır. Məsələ ilə bağlı "RİA Novosti" portalı yazır: "Formal olaraq Avropa İttifaqı müstəqil maliyyə-iqtisadi siyasəti həyata keçirir. Lakin əslində Brüsseldə çox şeyi Kapitoli təpəsində olan əhval-ruhiyyə müəyyənləşdirir. Xarici ticarət sövdələşmələrini dollarla həyata keçirən digər ölkələrlə bağlı vəziyyət də eynilə cürdür.

İlk dəfə avropalılar bununla bağlı çətinliyi 2018-ci ilin ortalarında, rəsmi Vaşinqtonun Tehranla nüvə sazişindən çıxdığı və İran neftinin bütün alıcılarına qarşı sanksiyalar tətbiq edəcəyini bəyan etdiyi vaxt hiss etdilər. Avropa İttifaqı seçim qarşısında qaldı: Amerika sanksiyalarına məruz qalmaq və ya bir gündə 500 min barrel neft idxalından imtina etmək. Vəziyyəti xammala görə hesablaşmaların ABŞ-ın nəzarətində olan SWIFT  banklararası ödəmə sistemi vasitəsilə həyata keçirilməsi daha da çətinləşdirirdi. Vaşinqton sistemə girişi blok edə bilərdi ki, bu da indiki vəziyyətdə biznesin dayanması anlamına gəlirdi.

Rəsmi Vaşinqtonun Brüsseli istənilən məsələ ilə bağlı (istər ticarət müharibəsi, istər Rusiyadan alınan sıxılmış qaza görə) SWIFT sistemindən çıxarmaqla hədələməyə davam edəcəyini anlayan avropalı maliyyəçilər öz banklararası ödəmə sistemi – INSTEX-nin yaradıldığını bəyan ediblər.
Bununla da, Avropa artıq SPFS və CİPS sistemləri olan Rusiya və Çinin yolu ilə getdi. Yeri gəlmişkən, yaxın vaxtlarda Rusiya və Çinin ödəmə sistemləri birləşdiriləcək, daha sonra isə ona hazırda hazırlanma mərhələsində olan Hindistan ödəmə sistemi də qoşulacaq.

Rusiya, Çin və Hindistan bu barədə Braziliyada baş tutan BRİCS sammitində razılığa gəliblər. Ehtimal olunur ki, birləşdirilmiş sistem şəbəkə keçidi modeli üzrə işləyəcək. Belə ki, bu halda ödəmələr haqqında məlumatlar hər bir ölkənin maliyyə sisteminə uyğun olaraq kodlaşdırılacaq. Aqressiv Amerika maliyyə sistemindən azad olmaqla yanaşı, bu cür yanaşma ticarətin dollarsızlaşdırılmasına da yardım edir: məhsullara görə milli valyutalarda ödənişin həyata keçirilməsi üçün geniş imkanlar yaranır.

Bunlara paralel olaraq yaradılan PEPSI Avropa şirkətlərinə İran və Vaşinqton üçün arzu olunmayan digər ölkələrlə təhlükəsiz formada ticarət əməliyyatları aparmağa imkan verəcək. Amerika ödəmə sistemləri isə Avropa İttifaqı ölkələrinin vətəndaşlarının nəyə və nə qədər pul xərcləmələri barədə məlumatlardan da məhrum olacaq. Bu isə, öz növbəsində, ABŞ şirkətlərinin Avropa bazarına ekspansiya imkanlarını zəiflədəcək. Yeni ödəmə sistemi Rusiya üçün də səmərəlidir: ödəmə sistemlərinin qarşılıqlı şəkildə inteqrasiyasına dair Avropa Mərkəzi Bankı ilə razılaşmaq daha asan olacaq. İstisna deyil ki, "Mir" kartı Avropa İttifaqı ölkələrində qəbul olunacaq.

Avropa maliyyə bazarını Birləşmiş Ştatların təsirindən çıxarmaq üçün mümkün alətlərdən biri də rəqəmsal valyutalardır. Noyabr ayının əvvəlində "Deutsche Bank", "Credit Suisse" və "Commerzbank" da daxil olduğu Almaniya Banklar Assosiasiyası avronun rəqəmsal analoqunun yaradılmasını və onu PEPSI ödəmə sisteminə inteqrasiya etməyi təklif edib. Almanlar bu təşəbbüsün kimə qarşı istiqamətləndiyini gizləmir. Assosiasiyadan bildirilir: "Bu, ABŞ tərəfindən olan rəqabət təzyiqinə dözməyin yeganə yoludur". Xatırladaq: hələ avqustun sonunda İngiltərə Bankının rəhbəri Mark Karni bəyan edib ki, ehtiyat valyuta kimi dünyanın dollardan asılılığı olduqca təhlükəlidir və onu qlobal məhsullar səbətinə əsaslanan yeni rəqəmsal valyuta ilə əvəzləməyi təklif edib: "Çoxqütblü dünyada bizə çoxqütblü valyuta lazımdır". Karni əlavə edib ki, hazırda çox ölkələr Amerika iqtisadiyyatının tərəddüdlərindən asılıdır. Bundan əlavə, qlobal maliyyə sisteminin balansı pozulub. Çünki bəzi ölkələr mənfi faiz dərəcələrinə keçib, ABŞ da daxil olmaqla digər ölkələr isə faiz dərəcəsini 0-dan yuxarıda saxlayır. İngiltərə Bankının rəhbərinin fikrincə, sistemi balansa qaytarmaq üçün yalnız yeni valyuta lazımdır: "Yaxşı olar ki, yeni valyuta rəqəmsal olsun". Beləliklə, bu qeyd edilənlərdən aydın görünür ki, dünya maliyyə sektorunda yeni vəziyyət yaranır və Avropada barəsində bəhs edilən ödəniş sistemləri yaradılsa, ona Azərbaycan da qoşulacaq. Çünki Azərbaycanın əsas ticarət tərəfdaşı məhz Avropa İttifaqı, eləcə də Rusiyadır. Onların yaratdığı ödəniş sisteminə ölkəmizin qoşulması isə qarşılıqlı ödənişlərin daha asan həyata keçrilməsinə gətirib çıxaracaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ