Cümə axşamı günü, 05 noyabr 2026
     

Hərbi büdcəmizin böyüməsi təcavüzkarı lərzəyə saldı

Image


İqtisadi müstəvidə Azərbaycanın əldə etdiyi uğurlar onun müdafiə qabiliyyətinə də birbaşa təsir göstərib ölkəni daha güclü hala gətirməkdədir. Elə gələn il üçün müdafiə xərclərinin artırılmasına bu prizmadan yanaşılması da təsadüfi sayıla bilməz.

Məlumat üçün bildirək ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2020-ci ilin dövlət büdcəsi xərclərinin 21,6 faizi həcmində və ya 5 milyard 826,7 milyon manat vəsait nəzərdə tutulub. 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində qeyd olunur ki, bu istiqamətə ayrılan vəsait 2019-cu ilə nisbətən 1 milyard 70,7 milyon manat və ya 22,5 faiz çoxdur. Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 3 milyard 853,6 milyon manatı və ya 66,1 faizi  müdafiə va milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönələcək. Bu da o deməkdir ki, gələn il orduya ayrılan xərclər 2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çox olacaq. Təbii ki, bu həcmdə vəsait ordumuzun gələn il üçün maddi-tezniki təminatından tutmuş digər istiqamətlərə qədər tələblərinin ən yüksək səviyyədə qarşılanacağını göstərir. Proseslərin bu səpkidə inkişafı isə işğalçı Ermənistanda indidən böyük təşvişə yol açıb.

Düşmən ölkədə hesab olunur ki, belə vəziyyət Azərbaycanın hərbi üstünlüyünün daha da artmasına gətirib çıxaracaq və bu hal Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli halında nəticələrə bilavasitə təsir göstərəcək. Hərbi məsələlər üzrə erməni ekspert Karen Vrtanesyan da vurğulayır ki, ölkəsinin Azərbaycanla ayaqlaşması getdikcə daha mümkünsüz hala gəlir və Bakı bu üstünlüyündən mütləq istifadə edəcək: “Hərb sahəsində iki ölkə arasında fərq artır. Ermənistanın baş naziri Nikol Paşinyan isə seçkiqabağı çıxışları zamanı bildirirdi ki, Ermənistan hərbi büdcəsi artmalıdır və indi bu vəd, deyəsən, unudulub”. Ekspert 2020-ci il Ermənistan dövlət büdcəsi xərclərində hərbi müdafiə xərclərinin 0,8% artması məsələsinə toxunarkən bildirib ki, əvvəllər müxalifət durmadan vəd verirdi ki, hakimiyyətə gəlsə yeni silahların alınması, hərbi büdcənin artması və digər məsələlər üçün çox tezliklə pul tapılacaq: “Biz bunu xatırlayırıq. İndi bütün bu vədlər, deyəsən, unudulub və tamamilə başqa rəqəmlər qeyd edilir. Büdcədən hansısa anlaşılmaz xərclər ödənilir. Məsələn, baş nazirin hansısa qanadlı sözləri bilbordlara çap etdirilir, lakin hərbi xərclər artmır. Əvvəllər hərbi xərclərin artırılması haqqında danışılırdı. Qeyd edilirdi ki, silahlanma yenilənməlidir, təcili yeni silahlara zərurət var, lakin indi edilmir. Sual verirəm, niyə?”. Vrtanesyan qeyd edib ki, Azərbaycanın 2020-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinin təxminən 20% artdığı nəzərə alınarsa, Ermənistandakı artım olduqca cüzidir və bu, balansın pozulmasına, problemlərin ortaya çıxmasına səbəb olacaq.

Ekspertlər vurğulayır ki, Azərbaycanın hərbi xərclərinin belə artımı fonunda Ermənistanın çox arxa planda qalması və bu səpkidə düşmən ölkədə həyəcan təbili çalınması heç də təsadüfi deyil. Çünki münaqişənin həllinin uzanması Azərbaycanı güc variantına əl atmağa vadar edir və bu halda maddi-texniki təminatı yüksək olan ordumuzun düşmən üzərində qısa zaman kəsiyində qələbə çalması qaçılmazdır. Məhz bu səbəbdən Azərbaycanın artan hərbi xərcləri Ermənistanda belə təşviş yaradır. Məsələ ilə bağlı millət vəkili Hikmət Babaoğlu qeyd edir: "Nə qədər ki Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, hər zaman müharibənin başlaması məsələsi gündəmdə qalacaq. Hər zaman Azərbaycan büdcəsində dinamik olaraq hərbi xərclər artır. Ordunun texniki təchizatı və kadr resursları yaxşılaşdırılır. İşğalda olan bir ölkənin hərbi xərclərini artırmasını təbii hal hesab etmək olar. Bilirik ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısındadı və öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bunu dost və düşmən də çox yaxşı bilir”. Xatırladaq ki, Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusundan biridir. Ölkəmizin hazırda regionda ən güclü ordusu və texnikası var. Bu durumda  hərbi xərclərin artırılması ordumuzun mövqeyini daha da yaxşılaşdırır, döyüş hazırlığını yüksəltmək üçün əlavə təkan verir.

Qeyd edək ki, hərbi xərclərin artması nəticəsində ötən dövr ərzində ordunun arsenalının 80 faizindən çoxu yenilənib. Eyni zamanda böyük həcmdə yeni silah və hərbi texnikaların satın alınması baş tutub. Bunlar həm də  milli müdafiə sənayesinin yaradılması istiqamətində mühüm addımlar atılmasına imkan verib. Yuxarıda qeyd olunduğu kimi, indinin özündə də dövlət büdcəsində müdafiə xərcləri və hərbi sahə üçün nəzərdə tutulan vəsaitin həcmində hər il artım müşahidə olunur.  Xatırladaq ki,  2003-cü ildə müdafiə xərcləri 135 milyon dollar təşkil etdiyi halda, hazırda bu rəqəm milyardlarla dollar həcmindədir. Araşdırmalar göstərir ki, 2010-2015-ci illərdə isə hərbi xərclər pik həddə, illik 3 milyard dolların üzərində olub. Məhz həmin illərdə hərbi sahədə böyük miqdarda satınalmalar və inşaat-quruculuq işləri gerçəkləşdirilib. Yeni texnologiyaların alınması və tədbiqi işləri ilə paralel olaraq, hərbçilərin sosial məişət şəraitinin yaxşılaşdırılması da daxil olmaqla, ölkəmizin müdafiə qabiliyyəti gücləndirilib. Bunlar həyata keçrildikdən sonra illik müdafiə xərcləri 2 milyard dollar civarında olmağa başalyıb və bu, işğalçı Ermənistanın analoji xərclərindən təxminən 4 dəfə çoxdur. Belə vəziyyətdə aparıcı beynəlxalq mərkəzlərin dəyərləndirmələrində göstərilir ki, Azərbaycan müdafiə xərclərinin səviyyəsinə, silahlanma və ordunun döyüş qabiliyyətinə görə nəinki mövcud olduğu regionda, eləcə də postsovet məkanında, Cənub Şərqi Avropada ilk yerlərdə dayanır. Ekspertlərin analizlərinə görə, Azərbaycanda ordunun silah və texnika parkının yenilənməsi üç istiqamətdə aparılır. Bunlardan birincisi xaricdən satınalmalar, ikincisi yerli istehsalın yaradılması, üçüncü istiqamət isə yerli müəssisələrin bazasında modernləşmə layihələrinin həyata keçirilməsidir. Dövlət rəhbərliyinin siyasi iradəsi və təşəbbüsü nəticəsində qurulan milli müdafiə sənayesinin əsas hədəfi də məhz ordunun xarici hərbi asılılığını azaltmaqdır. Ötən dövr ərzində Azərbaycan bu istiqamətdə böyük uğurlar əldə edib və indi ölkəmizdə 1200 addan çox hərbi təyinatlı məhsul istehsal edilir. Özü də burada istehsal məhsulları ən qabaqcıl tələblərə cavab verir. Bu fonda Qarabağ münaqişəsinin təhlili göstərir ki, müasir silahlar, yeni texnologiyaların tətbiqi müharibələrin taleyini birbaşa həll edən başlıca amillərdəndir. Bunun üçün həm milli, həm də xaricdən yeni silah və texnologiyanın alınıb tətbiq edilməsi vacib şərtdir. Məhz Azərbaycanın artan hərbi büdcəsi bütün bunlara lazımi şərait yaradır. Ermənistanda isə tamam əks vəziyyətdir.

Düşmən ölkədə hesab olunur ki, baş verənlər Azərbaycanın Qarabağ məsələsində mövqelərini daha güclü hala gətirir. Erməni ictimai-siyasi xadim Qriqori Ayvazyan bildirir ki, bu kimi hallar  Azərbaycanın artıq sözdən işə keçməyə hazır olduğuu xatırladır. O, hərbi xərclərin artımı ilə yanaşı, Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Klubunun iclası zamanı etdiyi çıxışın da burada çox söz dediyini vurğulayır: “Oktyabrın 3-də Soçidə, “Valday” Beynəlxalq Klubunun iclasında Azərbaycan prezidenti İlham Əliyev erməni xalqına və dövlətçiliyinə qarşı bəyanatlar verdi. O, avqustun 6-da Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə baş tutmuş mitinqdə ifadə etdiyi “Qarabağ Ermənistandır, vəssalam” bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” şəklində cavab verməklə bəyanat səsləndirdi. Bu, müttəfiqimiz Rusiyanın rəsmi nümayəndələrinin iştirakı ilə baş tutdu. Əlbəttə, bu kimi fəaliyyətlər eyni zamanda xatırladır ki, Azərbaycan artıq sözdən işə keçməyə hazırdır. Bu müddət ərzində Bakıda türk ölkə rəhbərləri və xarici işlər nazirləri arasında görüşlər baş tutdu. Türkiyə Azərbaycanın Qarabağa və Ermənistana hücum etmək kimi hərbi planlarına tam dəstək verdi. Eyni zamanda bu dövrdə Minsk Qrupunun həmsədrləri regional səfərə gəlib, lakin həmişə olduğu kimi, konkret ünvanlar əvəzinə neytral, ünvansız bəyanatlarla təcavüzkar hərəkətləri qınaqdıqlarını, sakitliyin və sülhün hazırlanmasına çağırış etdiklərini bildirirlər. Yaranmış vəziyyətdə Azərbaycan savaşa başlasa, Minsk Qrupunun həmsədrləri onu durdurmayacaq. Biz müharibə astanasındayıq və sülh perspektivləri getdikcə bulanır. Minsk Qrupunun həmsədrləri isə ümumi bəyanatlarla Azərbaycanın o mövqeyini daha çox təşviq edirlər ki, məsələ müharibə yolu ilə həll edilməlidir və bunun üçün beynəlxalq cəmiyyət onları qınamayacaq”.

Beləliklə, Azərbaycanın hərbi əməliyyatlara start verdiyi təqdirdə Ermənistanın çox böyük problemlərlə üzləşəcəyini düşmən ölkədə də açıq etiraf edirlər. Burada o da vurğulanır ki, Ermənistanın Azərbaycanla hərbi sahədə hansısa balans yaratmaq cəhdləri iflasa uğrayıb və qarşıdakı dövr ərzində ölkələr arasında bu istiqamətdə fərq daha da böyüyəcək. Elə buna görə də düşmən üçün ən yaxşı çıxış yolu Qarabağ münaqişəsinin həllini məhz dinc müstəvidə Azərbaycanla razılaşdırmaqdır. Əks təqdirdə məsələyə ordumuzun müdaxiləsi qaçılmazdır ki, bunun da Ermənistan üçün nəticələri kifayət qədər sarsıdıcı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ