şənbə günü, 07 noyabr 2026
     

Gürcüstana növbəti Cavaxetiya zərbəsi…

Image


Qonşu Gürcüstanın NATO sıralarına qəbul olmaq niyyəti və bu istiqamətdə addımlar atması heç kimə sirr deyil. Elə NATO-nun bir sıra aparıcı üzvləri, o cümlədən ABŞ da Tiflisin bu niyyətinin reallaşması istiqamətində müvafiq addımlar atır. Hətta belə görünür ki, Gürcüstan ərazi bütövlüyü problemi yaşasa da, NATO-nun sıralarında onu bu şəkildə görmək istəyənlər də tapılır.

Hətta bu günlərdə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Gürcüstan hakimiyyətini Abxaziya və Cənubi Osetiya olmadan alyansa qoşulmağı düşünməyə dəvət edib. Rasmussen Tiflisdə keçirilən “İndi nə?” beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Gürcüstanda ölkənin Abxaziya və Cənubi Osetiya bölgələri olmadan NATO-ya üzvlük məsələsi müzakirə olunmalıdır. ABŞ dövlət katibi Mayk Pompeo da bildirir ki, ABŞ Gürcüstanın NATO-ya qoşulması istiqamətində işlər aparır: “Gürcüstanın NATO-ya üzv olması üçün işləyirik”. Gürcüstanın baş naziri Georgi Qaxariya da bildirir ki, Gürcüstan Avropa Birliyi və NATO-ya inteqrasiya etməlidir. Xatırladaq ki, bu xüsusda Qaxariya parlamentə hökumət proqramını təqdim edib. Proqramın əsas istiqamətləri Gürcüstanın AB və NATO-ya inteqrasiyası, demokratiyanın inkişafı, iqtisadi tərəqqi, ərazi bütövlüyü və suverenliyin müdafiəsidir. Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze isə bildirir ki, Gürcüstan NATO-ya üzv olmaqla Abxaziya və Cənubi Osetiyanı tam itirəcək:

“Mən hər zaman demişəm ki, bizim NATO-ya üzvlüyümüz xəbəri gündəmə gəlsə, Abxaziya və Cənubi Osetiyanı unutmalıyıq. Hazırda bu bizə təklif olunur. Bizim bu alyansa üzvlüyümüz faciəvi nəticələrə səbəb olacaq. Abxaziya və Cənubi Osetiyada Rusiya hərbi bazaları yerləşir. NATO-ya üzvlük ərazimizdə alyansın hərbi bazalarının yerləşdirilməsi demək olacaq. Bu qüvvələr arasında istənilən konflikt Gürcüstanı məhv edəcək. Biz bütün ölkələrin qaçdığı hər şeyi edirik, Gürcüstanı iki filin qarşıdurma yerinə çeviririk”. Amma görünür ki, Gürcüstanın NATO üzvlüyü təkcə Abxaziya və Cənubi Osetiya problemi ilə məhdudlaşmayacaq. Bu vəziyyətdə Cavaxetiya probleminin yenidən qabarması da gündəmdədir. “Cavaxk” vətənpərvər birliyinin sədri, Serj Sarksiyanın sədri olduğu Respublika Partiyasının üzvü Şirak Torosyan belə bir vaxtda maraqlı açıqlama verərək bildirib: “Gürcüstan NATO-ya üzv olduğu təqdirdə erməni etnosu türk qoşunlarının orada mövcudluğuna dözməyəcək”. Onun dediklərindən belə bəlli olur ki, Gürcüstanın NATO-ya üzvlüyündən sonra bölgədə türk qoşunları yerləşdirilə bilər və bu baş verəcəyi təqdirdə Cavaxetiya erməniləri müstəqillik tələbilə çıxış edəcək:
“Gürcüstanın NATO-ya üzvlüyü qlobal problemdir. Yeni Rusiya-NATO qarşıdurması ehtimalı ortaya çıxacaq və Rusiya-Gürcüstan əlaqələrinin gərginləşməsi müşahidə olunacaq. Lakin türk qoşunlarının təmsil edilməsi tamamilə başqa platformada nəzərdən keçirilir”.  Onun sözlərinə görə, əlbəttə, Gürcüstanın öz problemləri mövcuddur və NATO-ya üzv ola bilər: “Lakin hər hansı vəziyyətdə erməni etnosu türk qoşunlarının orada mövcudluğuna dözməyəcək”.
Şirak Torosyan daha sonra qeyd edib ki, erməni separatizmini proqnozlaşdırmır, lakin türk qoşunları ərazidə yerləşdiriləcəyi təqdirdə ciddi üsyan olacaq: “Mən buna şübhə etmirəm”.

Şübhə yox ki, NATO-ya israrla can atan Gürcüstana qarşı yeni Qarabağ təhdidinə bənzər Cavaxetiya problemi həm də ən çox Rusiyaya lazımdır.

Qeyd edək ki, hələ 2014-cü ildən gürcü mətbuatı Cavaxetiyada ermənilərə rus pasportları paylandığı haqda informasiya yaymışdı. Ümumiyyətlə, Gürcüstan erməniləri bir neçə ildir Rusiya pasportları alır və belələrinin sayı durmadan artır. Bu prosesdə İrəvan da Rusiyadan gələn sifarişləri can-başla yerinə yetirir. Çünki hazırda Rusiyanın siyasəti Ermənistanın siyasəti ilə üst-üstə düşür. Məsələ burasındadır ki, Moskvanın niyyəti Tiflisə təzyiq üçün istədiyi vaxt Ermənistan tərəfdən Cavaxetiyaya hərbi müdaxilə təşkil etməkdir ki, bunda da məqsəd, guya Cavaxetiyada Rusiya vətəndaşlarını müdafiə etməsinə dair fon yaratmaqdır. Beləliklə, Abxaziya və Cənubi Osetiyadan sonra Moskva Cavaxetiya vasitəsilə də Tiflisə təzyiq imkanları əldə etməyə çalışır. Bununla da real vəziyyət Rusiyanın Gürcüstanı əzmək üçün daha çox vasitəyə malik olduğunu göstərir.

Hazırda Cavaxetiyada ermənilərə ən böyük dəstəyi Ermənistan kəşfiyyatı verir. Erməni kəşfiyyatı insanlar arasında hay-küy yaratmağa və istənilən halda onları Gürcüstandan soyutmağa çalışır. Bu xüsusda onlar Rusiya tərəfi ilə sıx işbirliyi qurub. Bu ərazidə 250 min erməni yaşayır. Cavaxetiyada əhalinin 55%-ni təşkil edən ermənilər hakimiyyətdən narazıdır və onlar hər an təxribat törətməyə də hazırdır. Cavaxetiya əhalisinin silahalanması da ciddi təhdid kimi göstərilir. Burada aparılan vaxtaşırı əməliyyatlarda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən çoxlu sayda silah və döyüş sursatı yığılır.

Qeyd edək ki, Cavaxetiya probleminin qabarması və bununla Gürcüstanın əzilməsi isə Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu ölkə, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan üçün əsas tranzit məkandır. Hazırda Rusiya separatçı ocaqlar vasitəsilə burada istədiyi siyasəti həyata keçirir. Xatırladaq ki, 2008-ci ildə Rusiya və Gürcüstan arasında kiçik müharibə baş verdi və bu, Cənubi Osetiya və Abxaziya regionlarının Gürcüstandan ayrılması ilə nəticələndi. Moskva məqsədinin rusdilli əhalini qorumaq olduğunu bildirsə də, əhalinin çoxu osetin və abxaz dillərində danışanlardır. Ancaq çoxları Rusiya pasportuna sahibdir və Tiflisdəki Gürcüstan hökumətinə qarşı çıxır. İndi eyni ssenari ermənilərin kompakt yaşadığı Cavaxetiyada da reallaşmaq üzrədir. Xatırladaq ki, Ermənistan özü də dəfələrlə Cavaxetiya regionunda yaşayan erməni əhalinin Gürcüstan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalmasına dair ittihamlarla çıxış edib. Ermənilərin fikrincə, bu ərazilər əslində Gürcüstan ərazisi deyil. Dünya erməniləri də hesab edir ki, vəziyyət belə olacağı təqdirdə Gürcüstan hakimiyyətinin gedə biləcəyi yeganə yol Samsxe-Cavaxetiyaya muxtariyyət vermək və bu regionda erməni dilini ikinci dövlət dili elan etməkdir. Lakin rəsmi Tiflis buna qarşı çıxır. Buna rəğmən, ermənilər Rusiyadan aldıqları dəstəklə məkrli niyyətlərini burada reallaşdırmaqda maraqlı tərəf olaraq qalır. İndi isə Gürcüstanın NATO-ya üzvlük niyyətindən istifadə etməyə çalışan ermənilər bu məsələdə yaranmış vəziyyəti öz xeyirlərinə yönəltməyə çalışır. Bunun üçün onların hətta Rusiya ilə işbirlyini möhkəmləndirdiyi də məlumdur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ