şənbə günü, 07 noyabr 2026
     

Səudiyyə neftinin vurulması İran-ABŞ toqquşmasını sürətləndirir

Image


Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumdan sonra dünyanın böyük narahatlıqla izlədyi məsələlərdən biri bunun barəsində çoxdan bəhs edilən ABŞ-İran savaşına yol açıb-açmayacağıdır. Pentaqondan yayılan xəbərlərdən belə bəlli olur ki, əslində, ABŞ aktiv savaşa ciddi hazırlıq görür.  ABŞ müdafiə naziri Mark Esper bildirir ki, ölkəsi tərəfdaşları ilə birgə Səudiyyə Ərəbistanının neft obyektlərinə hücuma qarşı cavab tədbirləri hazırlayır: “ABŞ hərbçiləri tərəfdarları ilə birgə çalışır ki, bu görünməmiş hücuma qarşılıq versin və İran tərəfindən pozulan dünya nizamı qaydalarını qorusun”.

“The Wall Street Journal” da ABŞ kəşfiyyatına istinadən yazır ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu Yəməndə fəaliyyət göstərən husi qruplaşması deyil, birbaşa İran həyata keçirib. Qəzetin yazdığına görə, Səudiyyə ərazisində cəmi 19 hədəf vurulub. İran bu məqsədlə 20-dən çox zərbə pilotsuz təyyarəsi və xeyli raket istifadə edib. Analoji məlumatı ABŞ kəşfiyyatına istinadən “ABC News“ telekanalı da yayıb. İran hakimiyyəti Abkaik və Xurays neft emalı zavodlarının vurulması ilə nəticələnən hücumda əli olduğunu qəti inkar edir. Bundan əvvəl Yəməndə İrandan dəstəklənən “Ənsar Allah” şiə qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürmüşdü və Səudiyyənin neft obyektlərinə 10 pilotsuz təyyarə ilə hücum etdiklərini açıqlamışdı. Lakin ABŞ dövlət katibi Maykl Pompeo dərhal bu bəyanatı şübhə altına alıb, hücuma görə İranı günahlandırıb. Yüksək rütbəli ABŞ rəsmisi “The Wall Street Journal”a bildirib: “Bu hücumu İran edib. Husilər eləmədikləri işə görə məsuliyyəti üzərlərinə götürürlər”. Beynəlxalq ekspertlər də peyk görüntülərini təhlil edərək hücumun husilər tərəfindən həyata keçirildiyini şübhə altına alır. Hücumun ardınca çəkilən peyk görüntülərinə əsasən neft zavodlarına ciddi ziyan dəyib. Belə ki, neft emalı zavodlarının mühüm komponenti olan “stabilləşdirici qüllələr”dən bir neçəsi dağıdılıb. Boston beynəlxalq münasibətlər institutundan Coşua Şifrinson deyir: “Bu hücumun arxasında kim dayanırsa dayansın,  o nə elədiyini yaxşı bilib”. Elə bundan sonra ABŞ İrana qarşı hərbi əməliyyatların hazırlığına start verib. ABŞ müdafiə naziri Mark Esper buna məcbur olduqlarını bildirib. İran isə ABŞ-a layiqli hərbi cavab verməyə hazır olduğunu bəyan edib.

Rusiyanın ”rosbalt.ru”  portalı da yaranmış vəziyyətdə savaşın qaçılmaz olacağını yazır: ”Çağdaş dünyada uğurlu hücumlar “ucuz  və acıqlı” baş verir. Sentyabrın 14-ə keçən gecə Səudiyyə Ərəbistanının iki böyük neft emalı zavodu qəfil hücuma məruz qalıb.  Hücum buna gətirib ki, Rusiya və ABŞ-la yanaşı dünya bazarlarına üç ən böyük neft tədarükçüsündən biri olan bu ölkədə neft hasilatı ikiqat azalıb. Bundan başqa, ölkənin şərqində, Əbkaik və ər-Riyaddan şərqdə Hurəysə bölgələrində “Saudi Aramco” dövlət neft-qaz şirkətinə məxsus müəssisələrdə yanğınlar başlanıb. Bundan sonra Səudiyyə Ərəbistanı və ardınca ABŞ da bu hücumun təşkilində, hətta əsla husiləri deyil, çoxlarının bu üsyançı hərəkatın baş sponsoru saydığı İran hökumətini ittiham edib. Heç kim bu kontekstdə Rusiyanın adını çəkməyib, amma yəqin ki, Kremlin Yəməndəki marksçılarla əlaqəsi qalır.

Baş verənlər Rusiya üçün bütövlükdə yaxşı xəbərdir. Birincisi, neft tədarükünə qısamüddətli müqavilələrin qiymətləri artıq bazar ertəsi günü ticarət başlandıqdan sonra yuxarı sıçrayıb. Bunun ardınca avro və Amerika dollarına nisbətdə rublun mübadilə kursu da gözəçarpar dərəcədə yüksəlib. Şəxsən prezident Trampın İrana və onun neft yataqlarına zərbə imkanı haqda dumanlı eyhamları daxil olmaqla Vaşinqton və Tehranın davam etdirdiyi davakar qarşılıqlı bəyanatlar nəzərə alınsa, çox ehtimal ki, dünyanın enerji daşıyıcıları bazarları fırtına qoparmağı davam etdirəcək. Deməli, həm neft qiymətlərinin, həm də rublun kursunun bundan sonrakı artımı təmin olunub.

Və bu, Fars körfəzində inidki kəskinləşmədən Rusiyanın yeganə qazancı deyil. Vladimir Putin neft qiymətlərinin sıçradığı və İran və Amerikanın xarici siyasət ritorikasının yenidən kəskinləşdiyi məhz 16 sentyabrda Ankaraya gəlib və orada yüksək səviyyəli Türkiyə-Rusiya-İran sammitinə qatılıb. Onun mövzusu birinci növbədə Suriyanın nəzərdə tutulduğu “Yaxın Şərqdə münaqişələrin  həlli üçün daimi sabit mexanizm qurmaq” idi. Və burada da, sözsüz, uğur var. ABŞ-la münasibətlərdə gərginliyin kəskin çoxaldığı şəraitdə şübhə etməmək olar ki, iranlılar Suriyada iştirak və nüfuz məsələsi üzrə daha üzüyola olarlar. Başlıcası – belə əlverişsiz məqamda Moskva ilə dalaşmamaq və hərbi münaqişə halında onun özünü, müttəfiq kimi olmasa da, heç olmasa neytral tərəf kimi aparacağına əmin olmaqdır.

Nəticədə husiləri bu təxribata gerçəkdən kimin itələdiyi aydın deyil, amma bütün “zərbələr” İrana sarı uçur, şirin qoğallar isə Rusiyaya qalır. Tehran indi ABŞ-a xəbərdarlıq etməyə məcburdur ki, Amerikanın bir çox bazası və aviadaşıyıcıları İran raketlərinin çatdığı zonada yerləşir – onlar İslam Respublikasının ərazisindən iki min kilometr radiusda yerləşirsə, onlara zərbə vurula bilər.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) hava-kosmik güclərinin komandanı, general Əmirəli Hacızadənin savaşın heç kim gərək olmadığı haqda bəyanat verərək ağzından belə bir söz qaçırması faktı heç kimi aldatmamalıdır. Savaş deyilsə də, sadəcə, durumun kəskinləşməyi təkcə Rusiyaya əlverişli deyil. Məsələn, Səudiyyə Ərəbistanının neft emalı zavodlarındakı problemdən Rusiyadan savayı amerikalılar da udurlar. ABŞ Donald Trampın dönəmində neftin ən böyük ixracatçısı olduqdan sonra Fars körfəzindəki qarışıqlıq üzündən onun gəliri çoxalır. Belə ki, bu bölgənin yenidən əhatəli hərbi münaqişə həddində olmağından mənfəətdarlar bəs edincədir. Və hətta nə İran hökumətinin, nə də Trampın özünün bunu indi başlamaq istəmədiyini fərz etsək də, hər şey onlardan asılı deyil. ABŞ-ın özü deyil, bölgədəki müttəfiqləri – elə həmin Səudiyyə Ərəbistanı – istənilən an oyuna girə bilər. Bu zaman da böyük savaşdan yayınmaq praktik mümkün olmayacaq. Hadisələr də elə buna doğru gedir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ