şənbə günü, 07 noyabr 2026
     

Paşinyan eyni vaxtda Putin və Ruhanidən zərbə ala bilər...

Image


Məlumat verildiyi kimi, oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyi (AİB) Ali Şurasına daxil olan dövlətlərin başçılarının iştirakı ilə toplantı planlaşdırılıb. İndi maraq doğuran məsələ Rusiya prezidenti Vladimir Putinin bu toplantıda iştirak edib-etməyəcəyidir. Artıq bu məsələ bir neçə gündür ki, Ermənistanda xüsusi müzakirə predmetidir.

İrəvanda hesab edirlər ki, Rusiya rəhbəri toplantıya qatılmasa, bu, Moskvanın Ermənistana qarşı sərt təzyiq siyasətinə başlamasının mühüm göstəricisi olacaq. Baş verənlərlə bağlı Rusiyanın “rosbalt.ru” portalı yazır: “Rusiya lideri Avrasiya İqtisadi Birliyinin Ermənistandakı sammitinə qatılacaqmı? Onun həbs edilmiş keçmiş prezident Robert Köçəryanla görüşmək arzusu bu səfəri sual altında qoyur.

Putinin “cinayət-icraat müəssisəsi”nə baş çəkməyi üçün Ermənistan tərəfindən təhlükəsizliyə təminat tələb olunub, amma rədd cavabı alıblar. Bunlar o vaxtda baş verir ki, Ermənistan “məxməri” hakimiyyət dəyişikliyindən sonra həmişəki kimi AİB, KTMT-yə qarşı daim iddialar irəli sürür, onun üçün ən böyük qıcıqlandırıcı isə Rusiyadır. Ermənistanın bəzi KİV-ləri bu iki bloku da, Rusiyanı da bir qayda olaraq yamanlamağa, həm də Rusiya liderini “sancmağa” girişib. Ermənistan, bununla yanaşı, yenə də nə KTMT, nə AİB-i tərk etmək, nə də Moskvadan asılı münasibətlərdən can qurtarmaq risqinə gedir. Sadə bir səbəbə görə – əlverişsizdir. Burada qeyd edək ki, AİB sammiti ərəfəsində Ermənistan cəmiyyətinin önəmli bölümündə fal açmağa başlayıblar ki, Putin öz iştirakı ilə Ermənistanı xoşbəxt edəcəkmi, yoxsa sammiti Moskvaya keçirəcək. Və ikincisi – İrəvan AİB-də çoxları tərəfindən Ermənistanı suverenlikdən və iqtisadi azadlıqlardan məhrum edən “rüsvayçılıq”  adlandırılan “köləlikdən” çıxacaqmı.

Hazırda erməni resursları sual edir ki, Putin sammiti Moskvaya keçirərmi? Kreml qaldırılan küy-kələyi hələlik heç cür şərh etmir, Ermənistan xarici işlər nazirinin  müavini Şavarş Köçəryan isə jurnalistlərə əminliklə bildirib ki, Putin İrəvana gələr. Bundan başqa, AİB-ə daxil olan başqa dövlətlərin başçıları kimi, Ermənistan İran prezidenti Həsən Ruhanini də tədbirdə görmək istəyir və bunun müxtəlif səbəbləri var. Ermənistanın baş naziri Nikol Paşinyanın İran mediası ilə söhbətindən də duyulduğu kimi, o, ikitərəfli işbirliyini genişləndirmək haqda Tehranla dil tapmağa bel bağlayır. Amma danışığın baş tutması üçün Ermənistanın çox konkret iqtisadi gündəliyi olmalıdır. Bu isə var: İrəvan istəyir, ancaq Rusiyanın təbii qazından asılılığını hələ də heç cür azalda bilmir.  O, İrandan yanacaq alır, lakin olduqca məhdud miqdarda və əsasən, həmin İrana idxal edilən elektrik enerjisi hasil etmək üçün. Sonuncu tədarükü artırmağa hazırdır, amma bu məsələdə bir neçə “əmma” var.

Məsələn, Ermənistanın İran səfiri Artaşes Tumanyan təsdiqləyib ki, Rusiya qazının qiyməti (min kubmetrə 165 dollar) Ermənistana əlverişlidir, bir də, İran ona daha ucuz yanacaq təklif etməyib. Düzdür, səfir deyib ki, “Başqa ideya var – biz Türkmənistan qazını alıb İran qazıyla mübadilə edə bilərik. Bu çox rahat, əlyetən olardı, qaz almaqla bağlı qısqanclıq səhnələrindən yayınmağa yardım edərdi”. Aydındır ki, səhnələri Rusiya düzəldir. Buna görə də özünü aldatmaq variantı nəzərdə tutulmursa, Türkmənistan qazı ideyası tam aydın deyil: Ruisyanın Türkmənistandan aldığı təbii qazı ondan almaq. Aydındır ki, belə qazın dəyəri Ermənistanın Rusiyadan “qardaşsayağı” ucuz aldığından bahadır. Ümumiyyətlə, Ruhaninin gəlib-gəlməyəcəyi də bəlli deyil. Amma Ermənistanın İran məsələsində ABŞ-la yaxınlaşmaq cəhdlərini də Tehran qəbul etmir və bu da münasibətlərə təsir edir.

Rusiya ilə də əlaqələr pisləşir. Təkcə Köçəryana görə yox. İrəvanda iddia olunur ki, Rusiya Ermənistan vətəndaşlarına münasibətdə “diskriminal qanunlar” qəbul edir və bu haqda artıq xarici işlər nazirinin müavini Şavarş Köçəryan danışır. Məsələ isə burasındadır ki, Rusiya qanunvericiliyi ödənişli iş məqsədilə avtonəqliyyat vasitələrindən istifadə hallarında xarici sürücülük vəsiqəsini tanımır. Yəni Ermənistan vəsiqələri ilə Rusiyaya maşın sürmək olar, amma, bax, onunla taksi, avtobus, yük maşını və sair sürücüsü işləmək olmaz. Bununla yanaşı, Rusiyada AİB-də rus dilinin rəsmi statusa malik olduğu bütün üzv ölkələrin sürücülük vəsiqəsi tanınır. Ermənistan isə Birlikdə yeganə ölkədir ki, burada rus dilinin, ümumiyyətlə, heç bir statusu yoxdur. “Diskriminasiya”dan danışan nazir müavini hesab edir ki, Ermənistanın sürücülük vəsiqələrinin Rusiya tərəfindən tanınmaması AİB haqda müqaviləyə ziddir. Amma o, bununla yanaşı vurğulayır ki, birlik “Ermənistanın başqa ölkələrlə bərabər tamhüquqlu sahib olduğu yeganə qurumdur” və bu birlik çərçivəsində onun iştirakı olmadan heç bir qərar alına bilməz. Və burada öz maraqlarını yeridə bilər. Lakin diplomat bu zaman özünə zidd gedərək bildirir ki, sürücülük vəsiqəsilə bağlı durum AİB-in səlahiyyətlərinə daxil deyil. Sual yaranır: onda o niyə Avrasiya Birliyi haqda müqavilə ilə ziddiyyətə girir və burada “diskriminasiya” haradadır? Və Ermənistanın orada üzvlüyü niyə rüsvayçılıqdır?

Burada İrəvan Dövlət Universiteti politologiya kafedrasının müdiri Qarik Keryanın “Sputnik”lə söhbətdə səsləndirdiyi fikrini iqtibas gətirməyinə dəyər. O, Ermənistanın AİB-ə qoşulmaq qərarını şərh edərək deyib ki, istənilən inteqrasiya mənfi və müsbətləri nəzərdə tutur, amma hərbi-siyasi prioritetlər iqtisadi maraqları həmişə üstələyir. Onun izahatına görə, Avrasiya Birliyinə girmək və Avropa Birliyi ilə assosiasiya haqda saziş imzalamaq arasında seçim Ermənistanın təhlükəsizlik məsələsi ilə birbaşa bağlı idi, iqtisadiyyatın inkişafı isə birinci növbədə daxili siyasətdən asılıdır. Belə ki, “sandıqça asanlıqla açılır”. O deyib: “Avropa Birliyinə girirsənsə, ya da assosiasiya haqda saziş imzalayırsansa, dünyada ən inkişaf etmiş “ailə”yə daha yaxın olursan”. Amma bununla yanaşı o, Ermənistanın geopolitik vəziyyətinə bağlı bir sıra mənfi məqamlara işarə edib. Məsələn, Avropa Birliyinin dördüncü və əhatəli genişlənməyindən sonra uyğun proses “dondurulub” və yeni üzvlərdən söz açılmır. “Bu, Ermənistan üçün həmişə hansısa əlavəni və bu “ailə”nin haçansa üzvü olub-olmayacağını bilməməyi ifadə edir, – politoloq vurğulayıb, – Hətta Ukrayna və Gürcüstan kimi Avropayönlü ölkələrin də yaxın gələcəkdə AB-yə girməyə heç bir ümidi yoxdur”. Bir də, ümumiyyətlə, inkişaf etmiş ölkələrlə eyni iqtisadi blokda olmaq zəif və orta iqtisadiyyatlar üçün ağır durum yaradır. Bu baxımdan Yunanıstan, Portuqaliyadakı iqtisadi böhranlar, Bolqarıstan, Rumıniya, Baltikyanında mühacirət və iqtisadi düşkünləşmə səciyyəvidir.

Onun fikrincə, ən önəmli mənfi məqam budur ki, AB Ermənistana təhlükəsizlik zəmanəti vermir. Amma bax, Rusiya verir. Keryan deyib: “2013-cü ildə o zamankı prezident Serj Sarksyanın AİB-ə girmək haqda bəyanatının səbəblərindən biri məhz bu idi… Başa düşmək gərəkdir ki, hərbi-siyasi planda KTMT-də, iqtisadi planda AB-də olmaq cəfəngiyyatdır”. Bununla bərabər, paradoksal olsa da, faktdır ki, Ermənistanda olan Rusiya kapitalına arabir sərt “basqın edirlər”. Halbuki, nəzərə almaq lazımdır ki, hər necə olsa da, AİB-in gəncliyi onun iştirakçılarına dünyadakı mənfi tendensiyalara əks təsir göstərmək imkanı verən əlavə iqtisadi artımı təmin etməyə mane olmayıb. Bunu da bir başqası deyil, birliyin bütün səhv və nöqsanlarının ən düzgün tənqidçisi kimi məşhurlaşan Belarus prezidenti Aleksandr Lukaşenko boynuna alır. O bunu da təsdiqləyir ki, AİB qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəni genişləndirməkdə, inflyasiya risqlərini önləməkdə, birlik dövlətlərinin uzlaşdırılmış makroiqtisadi siyasət aparmaqda mövqelərini yaxınlaşdırmaqda müsbət rol oynayıb. O deyib ki, ümumiyyətlə, “dünya artıq bizi görməməyə nail ola bilməz”.

Amma Ermənistan təşkilata üzvlüyünün müsbət məqamlarına, sadəcə, məhəl qoymur. Özü də söhbət iqtisadiyyatı inkişaf etməmiş, həm də qonşularla – Azərbaycan və Türkiyə ilə pis münasibətlərə görə yarımblokada durumunda olan ölkədən gedir. Bunların İrəvanda düzgün qiymətləndirilməməsi Rusiyanı və onun liderini ciddi şəkildə narazı salır. Məhz bu səbəbdən Putinin İrəvana gəlişi də ciddi sual altındadır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ