şənbə günü, 07 noyabr 2026
     

NATO-dan Gürcüstana “separatçı ərazilərdən imtina edin” çağırışının zəncirvari təhlükəsi və ziyanı...

Image


NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Gürcüstan hakimiyyətini Abxaziya və Cənubi Osetiya olmadan alyansa qoşulmağı düşünməyə dəvət edib. Rasmussen rəsmi Tiflisi Rusiyanın nəzarəti altında öz müstəqilliklərini elan edən torpaqlardan imtina etməyə çağırıb. Rasmussenin bu fikirləri Gürcüstanda müzakirə mövzusuna çevrilib.

Gürcüstanın Strategiya və İdarəetmə İnstitutunun rəhbəri Petr Mamradze NATO-nun keçmiş katibinin dəfələrlə belə fikir səsləndirdiyini bildirib: “Rasmussen baş katib olanda belə bu barədə danışırdı”.

Politoloqun fikrincə, Rasmussen NATO-nun baş katibi postundan getdikdən sonra təşkilatın bu məsələ ilə əlaqədar mövqeyi dəyişib: “NATO-nun aparıcı ölkələri (ABŞ, İngiltərə, Almaniya, Fransa) arasında heç kim belə bir versiyanı - Gürcüstanı Abxaziya və Cənubi Osetiya olmadan alyansa qəbul etməyi düşünmür. İndi NATO-da tamamilə fərqli yanaşmalar var. Buna görə də Rasmussenin ifadəsi alyansın mövqeyini əks etdirmir”.

Mamradze hesab edir ki, NATO ancaq nəzəri cəhətdən Abxaziya və Cənubi Osetiya olmadan Gürcüstanın alyansa qoşulmasını tələb edə bilər.

Hakimiyyət nümayəndələri Rasmussenin təklifini yolverilməz adlandırıb - Gürcüstan Abxaziya və Cənubi Osetiyasız NATO-ya daxil ola bilməz.

“Gürcüstan istənilən təşkilata beynəlxalq ictimaiyyət, o cümlədən də NATO tərəfindən tanınan əraziləri və sərhədləri nəzərə alınmaqla qəbul edilməlidir”. Rasmussenin təklifinə parlament çoxluğunun lideri, hakim “Gürcü arzusu”nun üzvü Giya Volski belə cavab verib.

Müdafiə və təhlükəsizlik üzrə parlament komitəsinin sədri İrakli Sesişavili bildirib ki, Gürcüstanın ərazi bütövlüyü heç vaxt şübhə altına alınmamalıdır və Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə birlikdə NATO üzvü olacaq. Onun sözlərinə görə, Rasmussenin təklifini Gürcüstan hakimiyyəti rəsmi səviyyədə heç vaxt nəzərdən keçirməyəcək: “Bu mövzu rəsmi olaraq heç vaxt nəzərdən keçirilməyib, ancaq ekspetlərin rəyləri səviyyəsində”.

Keçmiş müdafiə naziri Tina Xidaşelinin sözlərinə görə, Gürcüstanın dostlarından heç biri heç vaxt deməyib ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyasız NATO-ya üzv olsun. Xidaşelinin sözlərinə görə, Anders Foq Rasmussen deyib ki, Gürcüstan işğal olunmuş ərazilər də daxil olmaqla, NATO-ya üzv ola bilər, sadəcə, alyansın nizamnaməsinin beşinci paraqrafı bu ərazilərə aid edilməyəcək.

Müxalif  “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Qiqa Bokeriya deyir ki, Anders Foq Rasmussenin təklifi Gürcüstanın maraqlarına cavab verir: “Vətəndaşlarımızı Rusiya ilə müharibə ilə qorxudan eyni adamlar (təbii ki, heç kim müharibə istəmir və ondan mümkün qədər qaçmaq lazımdır) eyni zamanda da NATO nizamnaməsinin beşinci paraqrafının Abxaziyada qüvvədə olmasının vacibliyindən danışırlar. Amma bu, müharibə deməkdir və məhz buna görə də məhz bu, Gürcüstanın NATO-ya qəbul edilməsinin bloklanması üçün arqumentə çevrilir. Rasmussenin sözləri Gürcüstanın maraqlarına cavab verir, bu halda Gürcüstanın işğal olunmamış hissəsi müdafiə olunmuş olacaq, bu da, ümumilikdə, ərazi bütövlüyünün bərpasının mümkünlüyünü artırır. Almaniya (dəqiq analogiya olmasa da) və bir sıra digər hallarda belə olub”.

Gürcüstana NATO-ya üzv olmaq üçün “separatçı ərazilərdən imtina edin” çağırışının nə kimi  zəncirvari təhlükəsi və ziyanı ola bilər?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rasmussenin təklifi, ən azından, NATO Nizamnaməsinin müddəalarının nəzərə alınmaması deməkdir: “Rasmussen bunu ona görə təklif edir ki, Rusiyanın nəzarətində olan Abxaziya və Cənubi Osetiyanın yaxın perspektivdə Gürcüstanın tərkibinə qaytarılmasının müşkül olduğunu bilir. Ərazi bütövlüyü məsələsinin Gürcüstanın Alyansa üzvlüyü məsələsində maneə olmasını məqsədəuyğun hesab etmir. Gürcüstan və NATO bir-birinə lazımdır, xüsusilə NATO-nun Ukrayna və Gürcüstanı birlikdə Qara dəniz akvatoriyasına daxil etməsi planları fonunda bu məsələnin yaxın zamanlarda öz həllini tapması zəruridir. Rasmussen, əslində, üzvlük üçün real çıxış yolu göstərib. Gürcüstan və onun kimi problemi olan ölkələr çətin seçim qarşısında qalıblar: ya ərazi bütövlüyündən imtina etmək, ya da NATO üzvlüyündən”.

Politoloqun sözlərinə görə, NATO-ya üzvlük Gürcüstan və Ukrayna üçün etibarlı təhlükəsizlik çətiri, müstəqilliyin qarant sütunlarından biri demək olardı: “Rasmussenin təklifi, əlbəttə, Rusiyanın postsovet məkanında yaratdığı status-kvonun nəticələrini aradan qaldırmaq yox, vəziyyətdən alternativ çıxış yolu deməkdir. Lakin bu həm də Ukrayna, Moldova kimi Gürcüstanla oxşar problemi olan ölkələrə ərazi itkisi ilə barışmaq, bunun müqabilində NATO-ya üzvlüklə mükafatlandırılmaq vədidir. Təbii ki, bu, realist, lakin təqdirəlayiq olmayan yanaşmadır. Görünür, Qərb Rusiya ilə ərazi bütövlüyü məsələsində üz-üzə gəlməyin mürəkkəbliyini anlayaraq, ona NATO-nun genişlənməsi, Alyansın bilavasitə sərhədlərində dayanması ilə qarşı durmaq istəyir. Bu həm də NATO-nun və Qərbin postsovet məkanındakı digər ərazi bütövlüyü pozulmuş ölkələrə görə bu məsələ üzrə Rusiya ilə qarşıdurmaya getmək niyyətinin olmadığını göstərir. Xüsusilə də Rusiyanın “Böyük Səkkizliyə” qayıtması barədə razılaşmanın olduğu yaxınlaşma onu göstərir ki, Qərb və Rusiya postsovet məkanında müəyyən məsələlərdə kondominium prinsipi əsasında idarəetmə məsələsində razılaşıblar. Yaxud NATO keçmiş baş katibi Rusiyaya onun bütün təzyiqlərinə baxmayaraq, postsovet ölkələrinin ərazi bütövlüyü bərpa edilmədən də, lazım bildiyi ölkələri Alyansa qəbul edə biləcəyi mesajı vermiş olur. Azərbaycan Qoşulmayanlar Hərəkatında iştirak edən dövlət olaraq NATO üzvlüyünə iddialı olmasa da, hər halda, qonşu ölkələrin hamılıqla qəbul olunmuş ərazisinin itirilməsilə barışmağa çağırış təhlükəli tendensiyadır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ