şənbə günü, 07 noyabr 2026
     

Ermənistan Rusiyanın Azərbaycana silah satışına heç cür mane ola bilmədi – Ordumuza Su-35-lər gəlir

Image


ABŞ və Rusiyanın Ermənistana getdikcə dəyişən münasibəti İrəvanda artıq xüsusi narahatlıq predmetinə çevrilməkdədir. Məsələ burasındadır ki, Vaşinqton və Moskva İrəvanı arxa plan aatdıca onların Bakı ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Hadisələrin məhz bu səpkidə inkişafı Dağlıq Qarabağ münaqişəsinin də gedişinə mütləq mənada öz təsirini göstərəcək və Ermənistan da məhz bundan ciddi narahatdır.

Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, indi həm ABŞ-da, həm də Rusiyada Ermənistan rəhbərliyi özünü tam gözdən salıb. Elə bu səbəbdəndir ki, erməni rəsmiləri Vaşinqton və Moskvada qəbul edilmir. Məsələn, okeanın o tayında İrəvan rəsmilərinin qəbul edilmədiyi birmənalı faktdır. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın da etirafları bu xüsusda çox maraqlıdır: “Ermənistan baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampla görüşmək istəyir, bu məsələ hələ də gündəlikdədir”. Amma erməni nazir onu da etiraf edir ki, bundan əvvəl Trampla görüşün təşkili üçün edilən səylər nəticə verməyib: “Bu görüş ötən il sentyabrda Nyu-Yorkda keçirilən sammit çərçivəsində olmalı idi, lakin baş tutmadı. Amma belə bir görüşün keçirilməsini istəyirik”. Əlavə edək ki, Ağ Ev ötən il rəsmi İrəvanın Donald Trampla görüşlə bağlı iki müraciətini rədd edib. Rəsmi Vaşinqtondan verilən açıqlamada Paşinyanla görüş üçün Trampın vaxtının olmadığı bildirilmişdi. Cari il üçün də eyni mövqe sərgilənir. Bunların əvəzində ABŞ Ermənistana və separatçı Qarabağ rejiminə maliyyə yardımlarını kəsir, eyni zamanda erməni şirkətlərini “qara siyahı”ya salır. Xatırladaq ki, artıq bu siyahıya Ermənistanın “Markel” QSC və İrəvan Rabitə Vasitələri Elmi Tədqiqat İnstitutu da daxil edilib.
ABŞ-ın Fedral qeydiyyat jurnalının saytında yayılan sənəddə bildirilir:
“İrəvan Rabitə Vasitələri Elmi Tədqiqat İnstitutu ABŞ-ın sənaye və təhlükəsizlik bürosunun “Ticarətə nəzarət siyahısı”dan mal alıb və zəruri lisenziyasız təkrar ixrac edib. İrəvan Rabitə Vasitələri Elmi Tədqiqat İnstitutunun icraçı direktoru və “Markel” QSC-nin sədri olan şəxs, ABŞ-ın tətbiq etdiyi sanksiyalar siyahısında olan İran təşkilatı ilə bizneslə məşğul olur. Bununla da ABŞ və İran arasında gərginliyin Ermənistana təsiri barədə ekspertlərin proqnozları doğrulmaqdadır. Problem iki erməni şirkəti və onların fəaliyyətində deyil, problem ondadır ki, bundan sonra erməni şirkətləri, geniş mənada Ermənistan faktiki olaraq ABŞ-ın sanksiyaları siyahısına düşüb. Erməni mediası bu xüsusda yazır: “Aydındır ki, bu, siyasi qərar nəticəsində baş verib və bunun siyasi davamı olacaq. Məsələ burasındadır ki, Ermənistanda İranla əməkdaşlıq edən şirkətlər daim olub. Təbii ki, ABŞ-ın bu barədə məlumatı olub. Lakin İranın təcrid edilən Ermənistan üçün əhəmiyyətini nəzərə alaraq, məsələyə lokal yanaşılıb. Bu münasibət Ermənistan-ABŞ münasibətlərinin təzahürü, hər hansı şəkildə isə bilavasitə Ermənistana kömək kimi qələmə verilib. Lakin bu gün artıq reallıqlar dəyişib və ABŞ hakimiyyəti İran tərəfi ilə münasibətləri olan erməni şirkətlərini nəzərə alır. Lakin vəziyyətin bu şəkildə dəyişmə səbəbini Ermənistan-ABŞ yox, Ermənistan-Rusiya münasibətlərində axtarmaq lazımdır”. Xatırladaq ki, inqilabdan sonra da Ermənistanın yeni hakimiyyəti xarici siyasətdə Rusiyameylli addımlar atır və artıq bu da Vaşinqtonda xoş qarşılanmır. Elə bundan irəli gəlir ki,  ABŞ Ermənistana yardımın həcmini azaltdı, qondarma quruma ayrılan yardımı isə faktiki olaraq dayndırdı. ABŞ-ın bu addımı ilk növbədə Ermənistanın Suriyadakı addımına cavab idi. “Amulsar” mədənində ən böyük ABŞ-dan gələcək invenstisiyanın dayandırılmasını da nəzərə alsaq, o zaman mənzərə daha da aydın olur. Ekspertlər ABŞ-ın bu addımnın davamlı olacağını pronozlaşdırır. Amma ABŞ-la yanaşı, Rusiya ilə də bağlı hadisələrin inkişaf axarı İrəvanın lehinə deyil.

Baş verənlərlə bağlı erməni ekspert Armen Bədəlyan bildirir ki, İrəvanın nümayişkaranə jestlərinə rəğmən, Ermənistan-Rusiya münasibətlərində bir sıra qaranlıq məqamlar var: “Moskva Ermənistanda baş verənləri rəngli inqilab sayır, amma hər bir halda hakimiyyətin dəyişməyi ilə bağlı bir sıra anlaşılmaz məqamlar mövcuddur. Nikol Paşinyan əlindən gələn hər şeyi edir ki, Rusiyanın dəstəyi və etibarını qazansın. Ermənistan hakimiyyəti özünün sələflərindən daha çox rusiyayönlü xətt həyata keçirir. Amma bunlar Moskvanı qane etmir və Kreml Paşinyan getməyənə qədər Ermənistan qarşı təzyiq dilində danışmağa davam edəcək. Bu fonda Ermənistana Rusiyadan gətrilməsi gözlənilən hərbi texnikanın verilməsi də ciddi sual altındadır. Moskva İrəvana yeni hərbi kredit ayırmağa tələsmir”. “1in.am” saytı yazır ki, bütün bunların əvəzində Rusiya Azərbaycana müasir texnikalar verməyə hazırlaşır. Özü də Ermənistanın ciddi narazılığan rəğmən. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfəri fonunda bu məsələ yenidən gündəmə gətrilib. Ermənistan Təhlükəsizlik Şurasında keçirilən görüş zamanı bu məsələ qaldırılsa da, Nikolay Patruşev silah satışının hansısa pozuntu olmadığı halda reallaşdığını bildirir. “1in.am” qeyd edir ki, bu durumda Rusiya yeni müasir silahlarını həm birbaşa, həm də dolayı yolla Azərbaycana satmağa hazırdır və bu məsələdə İrəvanın narahatlığı onun zərrə qədər də vecinə deyil. Qeyd olunur ki, İrəvan Rusiyadan Su-30 qırıcılarını almağa çalışdığı, amma bunun hələ nə vaxt reallaşacığının bilinmədiyi bir vaxtda Bakı daha üstün olan Su-35 təyyarələrinə yiyələnə bilər: “Yaranmış durumda türk mətbuatı yazır ki, Türkiyə çoxfunksiyalı Su-35 rus qırıcı təyyarələrini əldə etmək imkanlarına baxır. Əvvəllər rus hərbi-sənaye kompleksinin yüksəkçinli bir məmuru bu qırıcıları Türkiyəyə təmin etməyə hazırlıq haqqında bəyanat vermişdi. Bu təyyarələrin əldə edilməsini şərtləndirən odur ki,  ABŞ sanksiyalar kontekstində Ankaraya yeni amerikan F-35 təyyarələrini verməkdən imtina edib. Vaşinqtonun bu qərarına da səbəb o olub ki, Ankara, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, rus S-400  sistemi almaqdan imtina etməyib.

Yeni rus-türk hava anlaşmasının reallaşma imkanının nə qədər mümkün olub-olmaması hələlik aydın deyil, lakin Ermənistan üçün bu anlaşma, ehtimal ki, S-400 sisteminə nisbətən daha böyük qayğıya səbəb olur. Çünki S-400 sistemi müdafiə təyinatlı silah sistemi olduğu halda, çoxfunksiyalı Su-35 qırıcı təyyarələri ən yeni rus hücum silahlarıdır. Problem də ondadır ki, Ermənistan özünün yeni müdafiə strategiyasında əsasında hava hakimiyyəti duran hücum strategiyasına keçdiyini bəyan edib. Ermənistan buna nail olmaq üçün də Rusiyadan çoxfunksiyalı Su-30 təyyarələri alır, onların ilk partiyasının gəlişi 2020-ci ilin yanvar ayında gözlənilir. Amma bunun o vaxt reallaşmasına da tam təminat yoxdur. Hələ ilkin mərhələdə bir sıra rus ekspertlərində erməni-rus anlaşmasının mümkünlüyü haqqında belə bir fikir vardı: Moskva bu təyyarələri İrəvana ona görə satır ki, sonra Bakıya Su-35-ləri satsın. Yeri gəlmişkən, rus hərbi-sənayeçiləri onların Bakıya tədarük edilməsinə hazırlıq haqqında da danışırdılar. Əlbəttə, onların, necə deyərlər, peşəkar hazırlığı bir şeydir, məsələnin siyasi həlli aspekti isə başqa bir şey. Hərbi-sənayeçilər hazır ola bilərlər, ancaq bunu etmək və ya etməmək məsələsini siyasi rəhbərlik həll edəcək. Rusiyanın  siyasi rəhbərliyi aprel müharibəsindən və Ermənistanda “məxməri inqilab”dan sonra, müəyyən şərtlərə görə, Bakıya belə strateji əhəmiyyətli silahların satışında çətinlik çəkir. Çünki İrəvan “məxməri inqilab”dan sonra mümkün və ya möhtəməl müharibəyə görə siyasi məsuliyyəti Rusiyanın üzərinə qoyub.

Burada problemlər, həqiqətən, ciddidir. Lakin eyni zamanda narahatlıq üçün səbəb də ciddiləşir. Belə ki, müəyyən reallıqlara görə, İrəvan qarşısında çətinlik çəkən Rusiya Bakını, necə deyərlər, Türkiyə vasitəsilə silahlandıra bilər. Məhz bu, İrəvan üçün ciddi siyasi diqqət predmeti olmalıdır. Bakının maraqlarının dolayısilə təmin edilməsinin, xüsusilə hər hansı bir sövdələşmə olduğu halda, silah tədarükünün istisna olunması üçün preventiv tədbirlər görülməlidir. Bununla birlikdə, hətta Rusiya özü ümumiyyətlə Bakı ilə hərbi-texniki ticarətdə Türkiyədən vasitəçi kimi istifadə etmə variantına baxmasa da, İrəvan istənilən halda preventiv tədbirlər görməlidir ki, Ankaradan silahların üçüncü ölkəyə verilməyəcəyi barədə təminatın alınması şərti çərçivəsində satışın baş tutmasıyla üzləşməsin. Belə bir praktika mövcuddur və hətta Rusiya onu İrəvanla münasibətlərdə tətbiq edib. Bu səbəblə, əgər o, Su-35-lərin satışınadək gedəcəksə, həmin şeyi Türkiyə ilə hərbi ticarətdə də etməlidir. Amma bunun İrəvanın istəydi kimi nəticələnəcəyi də ciddi sual altındadır. Çünki indiyə qədər olan təcrübə göstərir ki, İrəvanın narahatlığına əksər hallarda Moskva heç məhəl də qoymur. Məsələn, Rusiya Türkiyəyə S-400 satıb ki, bu sistem Rusiyanın hərbi bazası yerləşən və vahid regional hava hücumundan müdafiə sisteminə malik olduğu Ermənistanın hava məkanını örtür və Ermənistanın təhlükəsizliyini təhdid edir. Moskvada bununla bağlı hansı hesablamaların aparıldığını və türk tərəfindən hansı zəmanətlərin əldə etdildiyini yalnız ehtimal etmək qalır. Lakin baş verənlər onu göstərir ki, Rusiyada növbədi dəfə Ermənistanın maraqları nəzərə alınmır. Öz müttəfiqinin rəqiblərinə silahlar verilməsinə Moskvada sadəcə olaraq yaxşı münasibət göstərirlər”. Bu fonda hesab edilir ki, Azərbaycan istədiyi təqdirdə Rusiyadan, Su-35-lər də daxil olmaqla, digər müasir silahları tədarük edə bilər. Bütün bunlar həm də onun təsdiqidir ki, İrəvanın Kremlə də münasibətlərində ciddi problemlər hökm sürür və Ermənistanın mövqeyi Rusiyada nəzərə alınmır. Rusiya, eləcə də ABŞ-la pisləşən münasibətlər isə Ermənistanı regionda daha zəif duruma salır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ