şənbə günü, 07 noyabr 2026
     

Xankəndidə Paşinyanın sərsəm bəyanatlarına Ermənistanın özündə etirazlar başladı

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə meydanda çıxışı zamanı səsləndirdiyi son fikirlər İrəvanın Dağlıq Qarabağ münaqişəsini hələ də dinc müstəvidə həll etməkdə maraqlı tərəf kimi çıxış etmədiyini göstərir. Burada Paşinyan “Qarabağ elə Ermənistandır” şüarını səsləndirməklə həm sülh fəaliyyətinin üzərindən xətt çəkdyini, həm beynəlxalq hüquqa qarşı çıxdığını, həm də Ermənistana ondan əvvəl rəhbərlik edən Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyandan daha səriştəsiz olduğunu meydana qoymuş oldu.

Eyni zamanda baş verənlər onu göstərir ki, yaranmış vəziyyətdə İrəvan Bakıya konflikti güc tətbiq etməklə çözməkdən başqa seçim imkanı da qoymur. Hadisələrin məhz bu səpkidə inkişaf edə biləcəyi Ermənistanın özündə də dərk edilir və müəyyən qüvvələr tərəfindən böyük ajiotajla qarşılanır. Məsələn, Ermənistan Kommunist Partiyasının yaydığı bəyanatda bildirilir ki, Nikol Paşinyanın Qarabağa səfərindən sonra vəziyyətin getdikcə gərginləşməsi Ermənistanın əleyhinə işləyəcək amil olacaq: “Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış gərginlik Ermənistanı narahat etməlidir. Nikol Paşinyanın Qarabağa səfərindən sonra vəziyyətin getdikcə Ermənistanın əleyhinə dəyişməsi qaçılmazdır. Ermənistan Kommunist Partiyası hesab edir ki, Ermənistan rəhbərliyi proseslərin bu səpkidə inkiaşfının qarşısını almaq üçün Rusiya və İranla hərəkət etməlidir”. Amma Paşinyanın real fəaliyyəti Rusiyanın, ABŞ-ın və digər ölkələrin də Ermənistandan üz döndərdyini meydana qoyur. Rus politoloq Fyodor Lukyanov qeyd edir ki, Moskva artıq İrəvana münasibətdə fərqli siyasət yürüdür:“Ermənistanda hakimiyyət dəyişikliyinin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, bu, Rusiyada bir  çoxlarında xoşagəlməz xatırlatmalara səbəb olub və postsovet ölkələrindən bəzilərində baş verən hadisələri yada salıb. Belə ki, həmin ölkələrdə “rəngli inqilab” adı alan ənənəvi hakimiyyət dəyişiklikləri həmişə Rusiya ilə münasibətlərdə böhrana səbəb olub. Məhz bu səbəbdən Ermənistanda baş verənlər müəyyən gərginliklərə gətirib çıxardı. Rusiya prezidenti hələ çox illər öncə deyirdi ki, özü mühafizəkardır. Rusiyada üstünlük təşkil edən ideologiya isə mühafizəkarlıqdır. Rusiya rəhbərliyinin anlayışına görə, mühafizəkarlıq istənilən inqilabla ziddiyyət təşkil edir. Ona görə də, məhz bu kontekst münasibətlərinin nizamlanması üçün əlverişli deyil. Rusiya bu fonda Ermənistana əvvəlki münasibət bəsləmir və aydındır ki, bu yanaşma Qarabağ məsələsində də özünü büruzə verməlidir”.

Rusiyanın “rosbalt.ru” portalı isə yazır ki, təkcə Moskva yox, Vaşinqton da İrəvana dirsək göstərir və bu şəraitdə Ermənistanın Qarabağ məsələsində Bakı və beynəlxalq ictimaiyyəti qane etməyən mövqe sərgiləməsi heç də ermənilərin lehinə deyil. O da vurğulanır ki, Moskva və Vaşinqtonun mövqeyi Ermənistanın durumunu daha da ağırlaşdırır: “Amerikalılar Paşinyanın anlaşılmaz xarici siysətinə görə İrəvanın “pulunu kəsib”, Bakı ilə vəziyyət fərqldir. Əlbəttə, ABŞ-ın yardımı, demək olar, çox deyil, amma məsələ prinsipdədir. Hələlik isə real olan budur ki, Ermənistan pərəstiş etdiyi, böyük ümidlər bəslədiyi ABŞ-dan kədərli xəbər alıb. Bəlli olub ki, “dünya hegemonu”nun “Foreign Assistance” xətti üzrə 2020-ci ildə respublikaya xarici yardımı cəmi 6,75 milyon dollar olacaq. Düzdür, bu il də Ermənistana əliaçıqlıq etməyiblər – 6,4 milyon dollar ayrılıb, amma bu iki məbləği Ermənistanın  ABŞ-dan, təxminən, 26,5 milyon dollar aldığı 2017-ci illə tutuşduranda sarsıdıcı təzad alınır. Bu, 2011-ci illə müqayisədə gözə daha çox girir – o zaman Amerika yardımının həcmi “yaşıl” valyutada 45 milyonu bir qədər aşırdı. Ermənistan gələn il əldə edilən vəsaitdən 100 minini təhsil sahəsində mənimsəməli və 800 minini iqtisadiyyatın inkişafına yönəltməlidir. Göründüyü kimi, amerikalılar üçün yoxsul Ermənistandakı bu sahə prioritet deyil: onlar üçün acqarına “demokratiya və insan haqlarına dəstək” xeyli önəmlidir, onlar buna 3 milyon dollardan çox verirlər. İkinci yerdə münaqişələrin tənzimlənməsi də daxil olmaqla təhlükəsizlikdir. Yeri gəlmişkən, məlumat yayılıb ki, ABŞ hər il əraziləri minasızlaşdırmaq üçün nəzərdə tutulan, demək olar, beş milyon dollar dəstək verdiyi tanınmamış “Dağlıq Qarabağ Respublikasına” əvvəlki həcmdə yatırım qoymağa daha meylli deyil.

Ümumiyyətlə, Ermənistan Ştatlardan bərk inciyib və indi respublikada fal açırlar ki, ABŞ-ın “düşmən” Azərbaycana maliyyə yardımını 100 milyon dollara çatdırmaq vədi fonunda o niyə belə gözdən düşüb. Bu vəsait təhlükəsizlik məsələlərinin həlli üçün nəzərdə tutulub. Ermənistan ekspertləri iddia edirlər ki, ABŞ öz “əliaçıqlığı” ilə Azərbaycana maliyyə yardımını məhdudlaşdırmaqda özünün qəbul etdiyi düzəlişi pozur. Bunu müəyyən qədər erməni lobbiçilərinin Konqres və Ağ Evdəki passivliyinin ayağına yazırlar. Bundan başqa, ABŞ prezidenti Donald Trampın ölkəsi üçün car çəkdiyi xarici sahədə maliyyə “zahidliyi” prinsipini də hesabdan atmırlar. Amma onda niyə bəziləri amerikalıların yardımına layiq görülür, başqaları isə yox? Bəlkə, ola bilsin, inqilabçı baş nazir Nikol Paşinyan onlara xoş gəlmir və məsələ “şəxsi” xarakter daşıyır? Axı Paşinyan elə hey ABŞ-ın tərifini göylərə çıxardır və az qala, ona sevgi və sədaqət andı içir! And içməyinə içir, amma Ermənistan bununla yanaşı, hesab edildiyi kimi, Rusiya ilə birgə ABŞ-a antoqonist bloklarda durur: hərbi – KTMT və iqtisadi – AİB. Respublika sərhədlərinin bir qismini Rusiya sərhədçiləri qoruyur və Ermənistan ərazisində Rusiyanın hərbi bazası mənzillənib. Və Ermənistan arabir Rusiyanı söysə də, ona o cümlədən beynəlxalq arenada badalaq vursa da və ümumiyyətlə “hüquqi vəz etsə” də, Rusiyanın orbitindən qeyb olmağa risq eləmir. Deməli, Vaşinqtonla səsləşən xarici siyasət aparmır. Bu azmış kimi, Ermənistan Rusiya ilə birgə Suriyada humanitar durumu yaxşılaşdırmaq üzərində işləməyə “cürət edib” – ora 85 istehkamçı və həkim göndərib. Paşinyanın izah etdiyi kimi, ölkəsi humanitar missiya ilə Suriya xalqına “tarixi borcu”nu qaytarır, çünki o, “soyqırım”dan qurtulan ermənilərə sığınacaq verib. Diaspora məsələləri üzrə komissar Zare Sinanyan Ermənistanın Suriyada məhz Rusiya ilə əməkdaşlığında Amerika yardımının cüziliyi kontekstində israr edir. Onun “Sputnik”lə söhbətdə dediyi kimi, erməni icması ABŞ-da mütəşəkkildir və balanslaşdırılmış siyasət yürüdülməsi üçün Dövlət Departamentinə və ABŞ prezidentinə hər cür təsir etməyə çalışır. “Amma ABŞ Ermənistan və Rusiyanın Suriyadakı əməkdaşlığını çox ağır qəbul edir ki, bu da əsassızdır”.

Sinanyanın sözlərinə görə, mütəşəkkil erməni icmasının qalıqlarını yalnız Rusiya, İran və başqa ölkələrin səyləri sayəsində xilas etmək mümkün olub. O yada salıb ki, Ermənistanın Suriyada iştirakı ancaq humanitar xarakter daşıyır və dinc əhalini xilas etməyə yardım edir. Buradaca qeyd edək ki, Suriyada münaqişə başlanana qədər erməni icması əsas qismi – 60 min nəfər – Hələbdə yaşayan 110 min nəfər idi. 90 min erməni savaş nəticəsində Suriyanı tərk edib, Ermənistan Suriyanın 22 mindən çox vətəndaşına sığınacaq verərək Suriyadan qəbul edilən qaçqınların sayına görə Avropada üçüncü dövlət olub. Amma görünür, bu, ABŞ üçün arqument deyil. Və yardımın həcmindən göründüyü kimi, Vaşinqton üçün Ermənistandansa Azərbaycan daha çox maraq kəsb edir – o cümlədən Cənubi Qafqazda və Xəzər dənizinin sahillərində möhkəmlənmək səyləri kontekstində. 

Yüz milyon dollar Azərbaycan üçün heç nəyi bildirir, bölgədə hərbi güclərin balansı baxımından bir önəmi yoxdur, Azərbaycan Ermənistanla savaş üçün yetərincə güclü orduya malikdir. Bundan başqa, ABŞ-ın İrana hücumu halında Azərbaycan ona hərbi dəstək vəd etməyib və antiiran əməliyyat meydanı olmayacaq. Çox ehtimal ki, Vaşinqton Amerika hərbçilərinin Əfqanıstan ərazisindən qismən və ya tam çıxarmağın Azərbaycan üzərindən təhlükəsiz olmasında maraqlıdır (belə bir marşrut isə nəzərdən keçirilir). Təhlükəsizliyin təmini isə xərc tələb edir.

Lakin hətta Amerika qoşunlarının Əfqanıstandan çıxarılması olmayacaqsa da, fərq etməz, ABŞ Azərbaycanı ələ almağa və özünə sarı döndərməyə çalışacaq, çünki bu ölkədə rejimi dəyişməyə ehtiyatlı səylər heç bir nəticə verməyib. Və xüsusən də amerikalıların ayırdığı pul Ermənistan üçün, planlaşdırıldığı kimi, “demokratiyaya və insan haqlarına dəstək”də heç bir rol oynaya bilmir: böyük inam payı ilə Qərbyönlü qeyri-hökumət təşkilatları şəbəkəsi ilə. Azərbaycan isə belə “hoqqaları” alqışlamır. Hər necə olur-olsun, Ermənistanın açıqca gözdən düşməsi ondan xəbər verir ki, ABŞ bu respublikanın xarici siyasətindən narazıdır və onu Rusiyadan və “Rusiya məsələləri”ndən aralanmağa itələyir. Lakin  İrəvanda Amerika yardımının artacağına ümidlərini yenə də itirmirlər. Amma bunun üçün sübut etmək gərəkdir ki, Ermənistan Vaşinqtonun sözdə deyil, işdə “etibarlı tərəfdaşıdır”. Bəs indiki geopolitik durumda bunu necə etməli? Heç cür. Sadəcə bununla barışmalı ki, indiki mərhələdə Ermənistanın salamat qalmağına yeganə yol – hərfi mənada – Rusiyadan keçir. Amerikalıların yardımının sıfırlaşması üçün bu yetərlidir. Amma Ermənistan yenə də onun “başqa zərflər” hesabına 40 milyon dollara qədər kəskin artımına ümid edir. Bəs Ermənistan bu pulu əldə emək üçün nə etməlidir? Görünür, Rusiya, KTMT, AİB-lə münasibətləri qırmalı və özünü məhv etməlidir. Paşinyanın seçim üçün nəyisə var”. O da qeyd edilir ki, məhz bu şəraitdə Vaşinqtonun dəstəyindən məhrum olan Ermənistanın güclü Azərbaycan qarşısında tab gətirməsi daha müşkül olacaq. Yuxarıda qeyd olunduğu kimi isə, baş verənlər fonunda Rusiya da Ermənistandan üz döndərməkdədir. Məhz bu durumda Paşinyanın Xankəndidə sərsəmləməsi və Azərbaycanı savaşa təhrik etməsi Ermənistan üçün çox baha başa gələ bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ