Cümə günü, 16 oktyabr 2026
     

Trampın dollar planı dünyanı hərəkətə gətirdi, Azərbaycana da çağırışlar var...

Image


Son bir ayda dünya iqtisadiyyatında müzakirə predmetinə çevrilən əsas məsələ ABŞ dollarının yaxın aylardakı taleyi ilə bağlıdır. Məsələ burasındadır ki, ABŞ elə bu aydan başlayaraq dolları digər valyutalar qarşısında əhəmiyyətli dərəcədə ucuzlaşdırmağı düşünür.

Proseslər indiki qaydada davam edərsə, dollar digər valyutalar, eləcə də manat qarşısında əhəmiyyətli dərəcədə dəyər itirməli olacaq. Məhz bu səbəbdən bir çox ölkələr indidən dolların mümkün ucuzlaşmasına qarşı cavab tədbirləri hazırlamağa başlayıb. Məsələn, Rusiya ehtiyatında olan dolları daha sürətlə qızıla, avroya və digər valyutalara çevirməyə başlayır. Çində, bəzi Avropa və Asiya ölkələrində də eyni hal qeydə alınır. Ekspertlər hesab edir ki, artıq Azərbaycanın da analoji addımlar atması zərurətə çevrilir. Çünki istənilən halda dolların dəyərdən düşməsi qaçılmazdır.

"Saxo Bank"ın analitikləri də yaranmış vəziyyətdə qeyd edirlər ki, ABŞ Federal Ehtiyat Sistemi dolları zəiflətməyə başlayacaq. Onların fikrincə, Federal Ehtiyat Sisteminin ritorikasında baş vermiş dəyişikliklər ABŞ valyutasının zəifləyəcəyinə dair bir işarədir. Məsələ ilə bağlı Rusiyanın “RİA Novosti” portalı da yazır ki, Federal Ehtiyat Sistemi artıq uçot dərəcələrinin azaldılmasına yönəlmiş yolu seçib: “Analitiklər əmindir ki, uçot dərəcələrinin azaldılması bu il iki dəfə baş verəcək – iyulda və sentyabrda. Yeri gəlmişkən, keçən həftə keçirilən iclas zamanı Federal Ehtiyat Sistemi uçot dərəcələrində heç bir dəyişiklik etməyib. Bundan əvvəl, 2018-ci ildə faiz dərəcələri ardıcıl olaraq dörd dəfə artırılıb. Səbəb kimi o vaxt iqtisadiyyatın özünə gəlməsi və pul stimullarına ehtiyacın olmaması göstərilirdi. Lakin bu ilin martında prezident Donald Trampın təzyiqi altında Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırmaqdan imtina edib. İndi isə növbəti addım uçot dərəcəsinin azaldılması olacaq.

Hələ 1990-cı illərin ortalarından etibarən ABŞ "güclü dollar siyasəti" yürüdüb. Lakin hazırkı prezident Donald Tramp əmindir ki, güclü dollar Amerika iqtisadiyyatına ziyan vurur. Onun fikrincə, həddindən artıq bahalı valyuta malların və xidmətlərin ixracına mane olur və ticarət defisitini artırır. Qeyd edək ki, ticarət defisiti keçən il tarixdə ilk dəfə olaraq 621 milyard dollara çatıb. "Bank of America" hesab edir ki, Tramp valyutaya müdaxilə etmək qərarına gələ bilər: bankın analitiki Mişel Mayerin fikrincə, faiz dərəcələrini azaltmaq kifayət etməsə, valyuta müdaxiləsi baş verəcək. Keçən həftə tvitlərindən birində Tramp yazıb ki, ABŞ dünyada gedən "böyük valyuta oyununa" qoşulmalıdır: "Çin və Avropa böyük miqyaslı valyuta manipulyasiyası ilə məşğuldur – onlar ABŞ-la rəqabət aparmaq üçün öz iqtisadiyyatlarına pul doldururlar. Biz ya müvafiq olaraq hərəkət etməli, ya da tənbəllik edərək başqa ölkələrin artıq neçə illərdir oynadığı bu oyunları nəzakətlə izləməyə davam etməliyik!". Lakin Trampın zəif dollar siyasəti iqtisadi artımı sarsıda bilər. Ekspertlər izah edir ki, bu strategiya uzunmüddətli perspektivdə səhvdir – o yalnız ölkə borclarının dəyərini artırır. Siyasət dolların stabilliyinə qarşı yönəlsə, xaricilər Amerikanın dövlət borcunu maliyyələşdirməyəcək. Dollar isə dünyanın ehtiyat valyutası kimi qəbul edilir və ABŞ da tamamilə bundan asılıdır. Amma vəziyyət dəyişir və elə ABŞ siyasəti nəticəsində dollardan imtina edən ölkələrin sayı artır”.

Onu da qeyd edək ki, dünyada ən böyük iqtisadiyyata malik ölkələrdən biri kimi dəyərləndirilən Çinin xarici ticarətdə tədricən dolllardan imtina etməsi ABŞ üçün artıq ciddi problemə çevrilir. Çinlə ABŞ arasında dərinləşən ticarət savaşı Pekinin dollardan imtinasını sürətləndirir. ABŞ isə Çinlə ticarətdə kəsiri əsas gətiriərək, ticarət savaşını hələ yaxın tezlikdə biitirməyi düşünmür.

Xatırladaq ki, Çinlə ABŞ arasındakı ticarət əlaqələrinin ədalətsizliyi Donald Trampın seçki kampaniyasının mövzularından biri idi və Vaşinqtonun bu məsələ ilə ciddi məşğul olacağı o vaxtdan məlum idi. İki ölkə arasındakı ticari bağ o qədər qüvvətlidir ki, elə o vaxt bütün beynəlxalq iqtisadi qurumlar bu konfliktin dünya iqtisadiyyatını yavaşladacağını və dünya ticarət böhranına səbəb olacağını bildirirdi.  Buna baxmayaraq, ABŞ-ın qəti mövqeyi problemin daha da dərinləşməsinə gətirib çıxardı. ABŞ Çin qarşısında həm iqtisadi, həm də siyasi tələblər qoyur. İqtisadi cəbhədə Tramp administrasiyası hesab edir ki, ABŞ-ın trilyon dollarlarla ölçülən ticarət kəsiri əslində onun sərvətinin xaricilərə transferidir. Xaricilər isə bu sərvətdən istifadə edərək ABŞ-ın aktivlərini əldə edir və belə davam edərsə, ölkə tamamən xaricilərin əlinə keçəcək. Əlbəttə ki, əsas “xaricilər” çinlilərdir. Siyasi müstəvidə isə ABŞ Çinin Rusiyadan uzaqlaşmasını istəyir. Amma Çin bunları qəbul etmir. Hətta bu günlərdə Rusiya və Çin hesablaşmalarda milli valyutalardan – rubl və yuandan istifadəyə keçid barədə hökumətlərarası saziş imzalayıb. Bu saziş əvvəllər vergiqoymada fərq səbəbindən Rusiya biznesi ilə elə də həvəslə əməkdaşlıq etməyən Çin banklarına yaşıl işıq yandırmış olub. İndi isə razılaşma rubl və yuanla ticarət həcmini dəfələrlə artırmağa imkan verəcək. Rus ekspert Vasiliy Kaşin məsələ ilə bağlı bildirir: “Rusiya və Çinin addımı dollardan istifadənin azaldılması yolunda mühüm gedişdir. Hələ ki, nəticələr böyük deyil. Amma artıq Rusiya və Çin arasında ticarət milli valyuta ilə həyata keçirilir. Türkiyə, İran, Avropa da tezliklə onlara qoşulacaq. Bax bu zaman dollar ciddi dəyər itirəcək. Xatırladım ki, Venesuela da neft və neft məhsullarında dollarla ödənişlərdən imtina edir. Dövlət başçısı Nikolas Maduro da Venesualanın digər valyutalardan – rus rublu, yuan, hind rupisi, avro və yapon yenindən istifadə edəcəyini deyib. Bundan əlavə, bu ilin mayında Türkiyə və Hindistan Nyu-York- Dehli biznes forumunda dollardan imtina etmək və ödənişlərdə milli valyutaya keçmək niyyətində olduqlarını bəyan edib”.

Böyük iqtisadi güc mərkəzlərindən sayılan Avropa ittifaqı da xeyli müddətdir ki, avronun gücləndirilməsi ilə bağlı tədbirlər planını həyata keçirir. Portuqaliyanın maliyyə naziri Mario Centenonun sözlərinə görə, bir neçə ay davam edən gərgin danışıqlar, çox çətin və uzun bir görüşdən sonra avronu gücləndirmək üçün geniş bir plan hazırlanıb. Hazırda avrozonada olan dövlətlər özlərinin iqtisadi zəmanət sistemini qurmaq istəyirlər. Çünki ABŞ-la bir sıra ölkələr, o cümlədən İran, Rusiya, hətta Kanada müəyyən iqtisadi və ticarət münasibətlərində problemlərlə rastlaşır. Bu problemlər zaman-zaman avrozonada olan ölkələrin də iqtisadiyyatına dolayı və birbaşa təsir edir. Xüsusilə də ABŞ prezidenti Donald Trampın xarici münasibətlərdə qeyri-sabit davranışları Avropa dövlətlərini bu arada daha çox düşündürməyə başlayıb. İqtisadi zəmanət sisteminin qurulması fonunda isə avroya marağın sürətlə artması, bu vəziyyətdə dolların daha sürətlə sıradan çıxması gözlənir. Bu səbəbdən də ölkələr artıq dollarla bağlı siyasətlərini dəyişərək onu başqa valyutalarla əvəz edir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ