şənbə günü, 07 noyabr 2026
     

“İran bir ildən də tez atom silahı əldə edəcək” - Bir il Azərbaycan üçün də bu cəhətdən təsirli ola bilər...

Image


İranın ABŞ və Avropa Birliyinə verdiyi vaxt başa çatır. Mayın 8-də Tehran xəbərdarlıq etmişdi ki, əgər 60 gün ərzində ona qarşı qoyulan sanksiyalar ləğv olunmasa, nüvə anlaşmasından çıxaraq, uranın zənginləşdirilməsini davam etdirəcək.

Yada salaq ki, İran ilə “Altılıq ölkələri” arasındakı nüvə anlaşması 2015-ci ildə imzalanıb. Müqaviləyə görə, İran özünün nüvə proqramından imtina edir, uranın zənginləşdirilməsini dayandırır, 300 kq-dan artıq uran ehtiyatlarını isə satmağa razılaşırdı. Əvəzində ona qarşı qoyulan bütün iqtisadi və ticari sanksiyalar aradan qaldırılırdı. Amma Tramp hakimiyyətə gələndən sonra, 2018-ci ilin mayında İrana qarşı sanksiyaları yenidən bərpa etdi.

Ötən ayın 3-də İran Prezidenti Həsən Ruhani bəyan etdi ki, qoyulan müddətə qədər sanksiyalar ləğv olunmasa, Arakda yerləşən nüvə reaktorunun işi bərpa olunacaq və uranın 3,67%-dən yuxarı saflaşdırılmasına başlanacaq. Əksər ekspertlər hesab edir ki, İran bu templə işə başlasa, onun mövcud resursları ilə cəmi bir il kifayətdir ki, nüvə silahı hazır vəziyyətə gəlsin. Aydındır ki, İranın nüvə silahını əldə etməsinə dünya birliyi maksimum mane olmağa çalışacaq.  Azərbaycan həmin ölkə ilə qonşuluqda yerləşir. Bu bir il ərzində hansı proseslər baş verəcək və onların bizə nə kimi təsiri ola bilər?

  • Nəzakət Məmmədova: “Rusiya isə bu sahədə İrana nüvə materialları və texnologiyaları göndərə biləcək ən yaxın və etibarlı müttəfiqdir”

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranda uranın zənginləşdirilməsi və nüvə silahı hazırlamağa cəhd ötən ilin 50-ci illərindən, şah rejimi dövründən başlayıb, lakin bu günədək İranın nüvə silahına malik olmasına dair rəsmi məlumat yoxdur: “Hər halda, İranın nüvə silahı ətrafında qalmaqal yaranandan bəri Beynəlxalq Atom Enerjisi Agentliyi vaxtaşırı İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatlarda İran nüvə silahı yaratmağa yaxın olsa da, nüvə silahının olması barədə hər hansı bir qeyd yoxdur. Lakin burada Rusiya amilini istisna etmək olmaz. Rusiya-İran yaxınlaşması hələ 2000-ci ilin payızında Moskvanın islam respublikasına silah satışı və texnoloji əməkdaşlığı genişləndirmək haqda bəyanatından sonra beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etmişdi. Bu qərar İrana hərbi avadanlıq satmamaq barədə 1995-ci il Qor-Çernomırdin paktına son qoydu. İranın öz silahlı qüvvələrini yenidən bərpa etmək planları onun Rusiya ilə bu sahədə yaxınlaşmasına səbəb oldu. XXI əsrin ilk onilliyində regionda nüfuz uğrunda intensivləşən beynəlxalq rəqabət bəzi fikir ayrılıqlarına baxmayaraq, ümumi geostrateji maraqlar naminə bu iki ölkəni strateji tərəfdaşa çevirdi. Transmilli faktorların daha da intensivləşdirdiyi bu alyans daha çox siyasi və təhlükəsizlik məsələlərinə əsaslanır. ABŞ-ın Cənubi Qafqaz, Əfqanıstan və İraqa nüfuz etməsi, regionda dini ekstremizmin güclənməsi kimi təhdidlər bu iki ölkənin ümumi mövqedən çıxış etməsini labüd edir. Lakin dini ekstremizmi gücləndirən ölkələrdən biri də elə İran özüdür”.

Politoloqun sözlərinə görə, ABŞ nüvə sazişindən çıxdıqdan sonra İngiltərə və Avropa Birliyi ölkələrinin yardımına möhtac qalan İran müqavimət göstərib nüvə silahı hazırlamaqda israr etməklə regional və beynəlxalq mövqelərini gücləndirə bilməz: “Üstəlik, dediyimiz kimi, Ermənistan istiqamətindən ABŞ tərəfindən sıxışdırılmaq təhlükəsi ilə üzləşən İran Xəzər qonşuları ilə münasibətləri kəskinləşdirməklə özünü təcrid edə bilər.

Yaxın Şərqdə ABŞ, İsrail, Səudiyyə Ərəbistanı tərəfindən sıxışdırılan, regional ambisiyaları üçün hərbi büdcəsinə milyardlarla dollar ayıran İran sosial problemlər zəminində başlayıb xalqların azadlıq mübarizəsinədək gedib çıxa bilən daxili iğtişaşlardan narahat olaraq, nüvə silahı hazırlamaq məsələsində güzəştcil mövqe tuta bilər.

İran və Rusiya arasında geosiyasi nüfuz sferası arasındakı böyük fərqlər potensial maraqlar münaqişəsinə təsirsiz ötüşmür. Rusiya regional məsələlərə öz transregional və qlobal nəzər nöqtəsindən baxdığı halda, İran onları öz regional maraqları baxımından nəzərdən keçirir. İrana qarşı beynəlxalq silah embarqosu tətbiq ediləndən sonra Rusiya bu ölkənin əsas silah əldəetmə mənbəyinə çevrilib. İranın öz hərbi qüdrətini artırmaq cəhdləri həm onun təhlükəsizliyinə qarşı mövcud real təhlükələrin olmasından, həm də bu ölkənin regionda böyük dövlətə çevrilmə ambisiyalarından qaynaqlanır. İranın İslam dünyasının liderinə çevrilmək ambisiyaları onu İran körfəzində hərbi donanma saxlamağa və kütləvi qırğın silahları əldə etməyə sövq edir. Bu məqsədlərinə çatmaq üçün ölkəyə müasir silah və hərbi texnologiyalar idxal olunmalı, xarici silah təchizatçılarından asılılığı azaltmaq üçün yerli hərbi-sənaye kompleksi təkmilləşdirilməlidir”.

Nəzakət Məmmədova hesab edir ki, Moskva İrana öz silahlı qüvvələrini modernləşdirməyə, eləcə də nüvə, kimyəvi, bioloji silah proqramlarını, ballistik raket texnologiyasını inkişaf etdirməyə yardım edir: “Rusiya habelə İrana yerli silah istehsalını artırmaq üçün hərbi-sənaye kompleksi yaratmağa kömək etməkdədir. Öz potensialına güvənmə İran İslam İnqilabının əsas şüarlarından biridir. İranın Müdafiə Nazirliyinin əsas missiyalarından biri beynəlxalq təcridolunma şəraitində böyük dövlət statusu əldə etmək istəyən İranın xarici bazarlardan asılılığını azaldaraq daxili hərbi-sənaye kompleksini gücləndirməkdir. Ballistik raket bazaları, nüvə zavodları, kimyəvi və bioloji silah qurğuları da daxil olmaqla, ABŞ və İsrail tərəfindən hərbi obyektlərinə raket hücumundan ehtiyatlanan İran hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsinə həyati əhəmiyyətli məsələ kimi baxır. Hərbi donanmanın modernləşdirilməsi də İranın prioritet verdiyi məsələlərdəndir. İran hər il Fars körfəzində 40 manevr həyata keçirir. Lakin ölkənin nizami silahlı qüvvələri sırasında hərbi donanma ən az inkişaf edib. “Jane İntelligence Review”nun məlumatına görə, hərbi donanma lazımi təchizatın olmamasından çətinlik çəkir. ABŞ-ın İrana silah satışına beynəlxalq embarqo qoymasına baxmayaraq, Rusiya Tehranı yalnız müdafiə üçün zəruri olan silah növləri ilə təmin etdiyini və bununla da beynəlxalq müqavilələri pozmadığını, lakin nüvə silahının yayılmaması barədə beynəlxalq müqavilələrlə öz üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyini bildirmişdi. Lakin müdafiə məqsədli silahlar asanlıqla hücum vasitəsinə çevrilə bilər. Məsələn, Moskvanın ABŞ-ın milli raketdən müdafiə sistemi yaratmaq planlarından təşvişə düşməsinin səbəbi Amerikanın həm də bu cür sistemə malik olmasından istifadə edərək raket hücumu edə biləcəyindən ehtiyat etməsidir. İran rejiminin nüvə silahı yaratmaq ambisiyaları hələ inqilabdan əvvəl şah rejiminin Almaniyanın köməyilə başladığı proqrama əsaslanır. Bununla belə, İranın öz nüvə proqramını həyata keçirmək üçün zəruri material və avadanlıq əldə etmək cəhdləri beynəlxalq maneələrlə qarşılaşmış və prosesin gedişi yubanıb. Proqram 1995-ci ildə Rusiya ilə 800 milyon dollarlıq Buşəhrdə 1000 meqavatt reaktor tikilməsi barədə kontraktın imzalanmasından sonra canlanıb. Lakin ABŞ-ın təzyiqləri nəticəsində bir müddət proses yenidən təxirə düşsə də, nəhayət, 2003-cü ilin sonlarından etibarən Buşəhrdə işlər yenidən davam etdirilməyə başlanıb.

ABŞ iddia edir ki, enerji resursları ilə zəngin olan İranın əlavə nüvə enerjisinə ehtiyacı yoxdur və reaktordan İranın nüvə silahı proqramı üçün istifadə edilə bilər. Lakin Moskva iddia edir ki, proqram dinc məqsəd daşıyır və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır. Vaşinqton İranla nüvə əməkdaşlığı edən Rusiya şirkətlərinə və ya Rusiya hökumətinə qarşı sanksiya tətbiq edə bilər. Hələ 1999-cu ildə bir neçə Rusiya şirkətinə və üç nüvə tədqiqatı institutuna qarşı bu cür tədbir görülüb. Bu yaxınlarda RF Prezidenti V.Putin etiraf edib ki, heç də Rusiyadakı bütün dövlət strukturları və institutları ixracat prosesinə ciddi nəzarəti saxlamaq üçün əllərindən gələni etmirlər. İran 1968-ci il Nüvə silahının yayılmaması haqda müqaviləyə tərəfdar çıxan ölkə olsa da, ABŞ, İsrail və Orta Şərqin bəzi ərəb ölkələrilə düşmənçilik münasibətlərinin olması onu nüvə silahı yaratmaqda israrlı olmağa vadar edir. Rusiya isə bu sahədə İrana nüvə materialları və texnologiyaları göndərə biləcək ən yaxın və etibarlı müttəfiqdir. Bundan başqa, Rusiya mütəxəssisləri İrana kimyəvi və bioloji silahların hazırlanmasında da yardım ediblər. Həmin proqram 80-ci illərin ortalarında İran-İraq müharibəsində İraqın kimyəvi silah istifadə etməsindən sonra xüsusi əhəmiyyət kəsb etməyə başladı. Eyni köməyi raket texnologiyalarının inkişafı haqqında da demək olar. İran bu sahədə həm də Şimali Koreya və Çinin də yardımlarından bəhrələnib. Hazırda İran qısa və ortamənzilli raketlər istehsal etməkdədir. Tehran bu ballistik raketlərdən öz siyasi statusunu möhkəmləndirmək və təhdid vasitəsi kimi istifadə etmək niyyətindədir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ