şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın ən axırıncı “müharibə bəyanatı”nın arxasında pozuculuq planı hər kəsə aydın görünür...

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında Vaşinqtonda baş tutan görüşü ərəfəsinə təsadüf edən Qarabağ açıqlamaları işğalçı ölkənin hələ də sülh prosesində maraqlı tərəf qismində çıxış etmədəyini bir daha təsdiqləyir.

Ermənistan Silahlı Qüvvələrin hazırlıq səviyyəsini artırmalı olmasına diqqət çəkən Paşinyan çıxışında ölkəmizi danışıqlar zamanı konstruktiv olmamaqda günahlandırıb və rəsmi İrəvanın son günlər cəbhə xəttində vəziyyəti kəskinləşdirməsinə toxunmayıb. O, Ermənistanın müharibə istəmədiyini bildirməklə yanaşı, ehtimal edilən hərbi əməliyyatlardan guya qorxmadığını ifadə edib: “Lakin müharibə təhdidi ilə heç kim Ermənistanı qorxuda bilməz. Yenə də atəşkəs rejiminin pozulması mexanizminin zəruriliyi məsələsi gündəmdədir və Ermənistan tərəfinin bu məsələdəki mövqeyi dəyişməz olaraq qalır”. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü fonunda Paşinyanın son günlər cəbhə xəttində erməni təxribatlarını gözardına vuraraq yuxarıdakı ifadələri səsləndirməsi danışıqlar prosesinə birbaşa müdaxilə sayılmaqla, Mnatsakanyanın İrəvandan hansı təlimatlarla göndərildiyini də aşkara çıxarır.

Ekspertlərə görə,  Paşinyan və erməni cəmiyyəti qorxur ki, Azərbaycan gec-tez müharibə edəcək və torpaqlarını geri qaytaracaq. Buna görə də Ermənistan bu danışıqların uzanmasında maraqlıdır. 26 ildir davam edən danışıqlarda nəticə əldə edilməyib. İndi Paşinyan bu bəyanatla dünyaya belə bir mesaj ünvanlayır ki, danışıqların getməsinə baxmayaraq, Azərbaycan müharibə etmək istəyir və siz buna mane olmasanız, müharibə başlayacaq. Çünki düşmən tərəfi bilir ki, müharibə olarsa, ordumuz torpaqlarımızı geri alacaq. Azərbaycan ordusunun buna kifayət qədər imkanları var. Lakin beynəlxalq durum müharibəyə mane olur. Bundan əvvəl də Azərbaycan müdafiə naziri Zakir Həsənov bir açıqlamasında bildirdi ki, bizə aprel döyüşlərində beynəlxalq durum imkan vermədi ki, torpaqlarmızı geri qaytaraq. Həmin bu vəziyyətdən erməni tərəfi, belə demək olar ki,  həyasızcasına sui-istifadə edir.  Bunun davam etməsini istəyən Paşinyan müharibə barədə qeyd olunan fikirləri səsləndirməklə, əslində, daha çox müharibə qorxusunu göstərir və dünyanı yeni savaşa mane olmağa çağırır. Amma aydındır ki, İrəvan Qarabağ məsələsində konstrkutiv mövqeyə gəlməsə, yeni savaş qaçılmaz olacaq. Ermənistan parlamentinin sabiq deputatı, xarici əlaqələr üzrə daimi komissiyasının sabiq sədri Armen Aşotyan da yeni və ölkəsi üçün dağıdıcı olacaq savaşın başlanmasını istisna etmir. Onun sözlərinə görə, Azərbaycan Ermənistanı dar halqaya salmaq üçün ikinci nəfəs alıb: “Vaşinqtonda bizim şansımız gətirmədi. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü isə Qarabağ münaqişəsinin nizamlanmasındakı Paşinyan mərhələsində dönüş ola bilər.  
Artıq 1 ildir fəaliyyətdə olan hakimiyyət tərəfindən Qarabağ münaqişəsinin nizamlanması prosesində yürüdülən danışıqlar strategiyası yalnız keçmişdə Ermənistanın xoflandığı diplomatik kapitalı sıxışdırıb. Vyana-Sankt Peterburq-Cenevrə danışıqlarındakı mövqe Düşənbə lift anlaşması ilə əvəz edildikdə məlum oldu ki, Azərbaycan bizi dar halqaya salmaq üçün ikinci nəfəs alıb”. O qeyd edib ki, bu, danışıqlar masasından kənar qalan oyun kartını geri qaytarmaq üçün son fürsətdir:
“Minsk Qrupunun həmsədrləri tərəfindən yalnız keçirilən görüşlərdə əldə edilmiş razılaşmaların icrası tələbləri yox, həmçinin nizamlama üzrə baza prinsiplərinin xatırladılması, o cümlədən öz müqəddəratını təyin etmə hüququ da söz ehtiyatından kənarda qalıb. Təkrarən tələb edirəm, ölkədən kənarda Qarabağ məsələsi ilə bağlı Ermənistanın söz və davranışı sərtləşdirilsin. Amma bunu görmürük. Əvəzində Ermənistan diplomatik müstəvidə məğlubiyyətə düçar olur, ölkə yeni savaşa sürüklənir. Azərbaycanın da istədiyi elə budur”.

Beynəlxalq məsələlər üzrə mütəxəssis, rus analitik Qriqori Trofimçuk da İrəvanın mövqeyi üzündən savaşı istsina etmir. Onun sözlərinə görə, cəbhə xəttində və ümumiyyətlə Qarabağ məsələsi ətrafındakı vəziyyət getdikcə kəskinləşir: “Əslində, bu gün baş verənlər çoxdan ehtimal edilirdi. Ermənistanda keçən ilin aprel-may aylarında baş verən siyasi dəyişikliklərdən sonra Azərbaycan rəhbərliyi ümid edirdi ki, Ermənistanın yeni rəhbərliyi Nikol Paşinyanın simasında Bakının gözlədiyi güzəştlərə gedəcək, yaxud ehtimal edirdi ki, onlar Ermənistanın əvvəlki hakimiyyətinə nisbətən daha konstruktiv olacaq. Lakin gedişatda məlum oldu ki, İrəvan və Bakı arasında prinsipial məsələlərdə əks mövqelərə sahibdirlər. Danışıqlar formatı və münaqişənin nizamlanması üzrə tərkib məsələləri ətrafında fikir ayrılıqları mövcuddur. Elə bu da savaş ehtimalını artırır”.

Hələlik isə Azərbaycan danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyir. Amma bu mümkün olmadıqda, hərbi yol istisna deyil. Azərbaycan tərəfinin mövqeyi konkretdir, yəni məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənilər işğal etdikləri torpaqdan çıxmalıdır, daha sonra digər məsələlərlə bağlı danışıqlar mümkün sayılır. Bakının Vaşinqton  görüşündə Azərbaycanın mövqeyini bir daha ortaya qoymasından sonra Ermənistanın lazımi nəticə çıxarıb müvafiq addım atmaması isə, qeyd olunduğu kimi, sadəcə savaşı körükləyir. Savaş yenidən başlanacaığ təqdirdə bunun nəyə gətirib çıxaracı isə hələ aprel döyüşlərindən düşmənə məlumdur. Müdafiə naziri Zakir Həsənov isə elə bu günlərdə bildirib ki, ordumuz istənilən an aprel ddöyüşlərini təkrarlamağa hazırdır: “Azərbaycan ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır. Ordumuz gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur. Azərbaycan Ordusu daim inkişaf edir, döyüş qabiliyyətini, psixoloji hazırlığı daim yüksəldir. Ermənistan isə bu sahədə çox zəifdir”. Təbii ki, belə vəziyyətdə yeni savaş Ermənistanın darmadağın olması ilə nəticələnəcək. Buna rəğmən, düşmənin müharibəyə zəmin yaradan bəyanatları, cəbhə təxribatları isə daha çox Ermənistan daxilində artan ziddiyyətlərlə bağlıdır. Bunu Müdafiə Nazirliyinin şöbə müdiri Rauf Dəmirov da təsdiq edir. O bildirib ki, Ermənistan hakimiyyəti ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir: "Son zamanlar atəşkəs daha tez-tez pozulur, Azərbaycan ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki, Azərbaycan ordusu istər silah baxımından, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir".

Ekspertlər də hesab edir ki, bu gün Ermənistanın daxili və  xarici siyasəti həmişəki kimi reallıqdan uzaq olub, qeyri-konstruktiv və əsassız prinsiplərə söykənir. Son zamanlar bu tendensiya daha da güclənib. Nikol Paşinyanın özündən əvvəlki rəhbərlərdən fərqi isə daxili ziddiyyətlərin artmasına səbəb olmaqla yanaşı, ölkənin ABŞ və Rusiya ilə də münasibətlərini pisləşdirməsidir. Onun fəaliyyəti ancaq sözlərdən ibarətdir. Onların heç birinin yerinə yetirilmədiyi də göz qabağındadır. Məsələn, ölkədə heç bir real iqtisadi islahat aparılmır. Xaricdən sərmayə sıfır səviyyəsindədir. Korrupsiya və vətənə xəyanət adı altında həbs etdiklərini Kreml bir işarə ilə azadlığa çıxarır. Xarici siyasətdə Dağlıq Qarabağdakı terrorçu-separatçıları danışıqlar prosesinə qoşmaq kimi əsassız iddiaları da özünü doğrultmur. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, hər kəs bu məsələdə Paşinyana qarşıdır. Bu və digər problemləri, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı uğursuzluqlarını gizlətmək üçün isə Paşinyan getdikcə daha çox radikal mövqe nümayiş etdirir. Amma bu radikallıq Ermənistanın özü üçün kəskin problemlər yaradır. Eyni zamanda, Ermənistanın bu mövqeyi regionda kifayət qədər təhlükəli vəziyyət yarada bilər. Burada müharibə risqi artır. Ekspertlər hesab edirlər ki, hansısa məqamda regionda hərbi əməliyyatlar başlaya bilər. Bu məqamın regiondakı duruma təsiri isə daha çox dərəcədə mənfi ola bilər. Çünki qlobal miqyasda geosiyasi güc mərkəzlərinin qarşıdurması daha da kəskinləşib. Hər şeydən əvvəl ABŞ-Rusiya münasibətləri xeyli gərgindir. Onlar dünyanın müxtəlif regionlarında sərt şəkildə mübarizə aparırlar. Hətta silah tətbiqindən belə çəkinmirlər. Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəviyə keçməsi isə bu mənada böyük dövlətlərin öz aralarında problemə səbəb olmaq iqtidarındadır. Amma Ermənistan üzündən regionda geosiyasi mənzərənin qeyri-müəyyənliyə salınmasının qarşısını asanlıqla almaq olar. Bunun üçün Minsk Qrupunun həmsədrləri olan ABŞ və Rusiyanın Ermənistandan Qarabağ münaqişəsinə dair qəbul edilən sənədlərin müddəalarına əməl etməsi tələbini qəti qoyması kifayətdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar bu fonda daha tez nəticələr verə bilər. Əks təqdirdə savaş qaçılmaz sayılır və Azərbaycanın sürətli inkişafı, hərbi sahədə nailiyyətləri savaşın nəticələrinin necə olacağını da indidən müəyyən etməyə əsas verir. Amma indilikdə reallıq göstərir ki, Paşinyan məntiqdən uzaq hərəkət edərək, mövcud durumu, Azərbaycanın gücünü nəzərə almır. Daha doğrusu, ölkə daxilində yaratdığı xaos səbəbindən bunu etmək istəmir. Eyni zamanda, əvvəlki iqtidar Qarabağdakı əlaqələrindən istifadə edərək, indiki Ermənistan hakimiyyəti haqqında yalan məlumatlar yayır. Hətta hərbi əməliyyatların başlaması üçün şantaja da əl atır. Məqsədləri Azərbaycanı hərbi əməliyyatlara təhrik etməkdir və torpaqların bir qismini azərbaycanlılara qaytarmaq planları mövcuddur. Bunu erməni mediası da açıq etiraf edir. Bütün bunlardan aydın görünür ki, Ermənistan real sülh danışıqlarından uzaqdır və elə bu səbəbdən hərbi əməliyyatların yenilənmə ehtimalı getdikcə artır. Özü də sırf Ermənistan üzündən.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ