Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər daxil, bir neçə ölkə politoloqlarının ortaq rəyi – Paşinyanın konkret Qarabağ strategiyası yoxdur

Image


Ermənistanın hələ də Dağlıq Qarabağ münaqişəsi ətrafında sərgilədiyi mövqe konfliktin dinc müstəvidə həllinə olan bütün ümidləri getdikcə daha sürətlə aradan qaldırır. Belə görünür ki, düşmən ölkədə, əslində, Qarabağ münaqişəsinin həllinə hesablanmış real yanaşma yoxdur və bu da hərbi həll yolunu tətikləyən başlıca amillərdən biri sayılır.

Elə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Ermənistan rəhbərliyinin son bəyanatlarına və cəbhə xəttində törədilən qanlı təxribatlara toxunaraq, belə məsuliyyətsiz davranışın danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayır. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir işğal edilmiş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməlini təşkil etdiyini söyləyir. Lakin Ermənistanın bu məsələdə real yanaşma tərzi sərgiləməməsi müharibə ehtimalını artırır.

Əslində, Ermənistanın özündə də belə bir fikir getdikcə daha çox hakim olmağa başlayır ki, Nikol Paşinyan iqtidarının Qarabağ məsələsində dəqiq yanaşmalarının yoxluğu savaşın yenilənməsindən başqa heç nəyə xidmət etmir. Məsələn, erməni ekspert Karen Vrtanesyan bu xüsusda bildirir: “Paşinyan hakimiyyətinin yanlış siyasəti üzündən Qarabağa qarşı mövqelərimiz getdikcə zəifləyir”. Vrtanesyan son zamanlar ordumuz tərəfindən həyata keçirilən genişmiqyaslı hərbi təlimlərin də burada öz sözünü dediyini etiraf edir.  O qeyd edib ki, bu təlimlərə paralel olaraq cəbhə xəttində vəziyyət getdikcə gərginləşir: “Bu vəziyyətdə bizim daxili zəifliklərimiz var və Qarabağa qarşı mövqelərimiz getdikcə zəifləyir. Bu durumda Azərbaycan Qarabağ məsələsində hədəfinə çatacaq”.

Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə daha açıq danışaraq vurğulayır ki, Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı strategiyası yoxdur.  Onun sözlərinə görə, Paşinyan Qarabağ məsələsində danışıqlardakı məsuliyyətdən qorxur: "O, müharibədən qorxur və doğru edir. Çünki istənilən ağıllı adam müharibəni istəmir. Lakin bu qorxu ilə yanaşı o, Ermənistanın üzləşdiyi çağırışlara layiq, daxili və xarici siyasət həyata keçirilməsi üçün addımlar atmır. O, ölkə daxilində və xaricində reallıqla əlaqəsini itirib. Onun yanında elə bir insan yoxdurmu ki, üzünə həqiqətləri desin, izah etsin, razı salsın, nəhayət təkid etsin?" Aşotyan qeyd edib ki, Ermənistanla Qarabağdakı rejim arasındakı hərbi-siyasi çat çoxsaylı təhlükələrlə doludur və bu uçurum Paşinyan hakimiyyəti hesabına yaranıb.  Bütün bunlar isə, Aşotyana görə, Qarabağda yeni savaş üçün əlverişli şərait yaradır. Digər ekspertlər də vurğulayır ki, indiki durumda Ermənistan işğalçı siyasəti ilə həm özünün, həm də ümumən bölgənin inkişafı üçün əsas əngəl olaraq qalır. Təəssüf ki, Ermənistan və onun rəhbərləri bir-birini əvəz eləsə də, öz xalqının əzab-əziyyətini görsələr də, Azərbaycan torpaqlarının işğalına son qoymağa tələsmirlər. Halbuki, onlara da yaxşı məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT qətnamələrinə uyğun şəkildə həll oluna bilər. Amma bu reallığa uyğun addımlar atılmaması, əksinə, məsələnin dinc həllinə yeni əngəllər yaradılması Ermənistanın yeni savaşa şərait yaratmasından başqa heç nəyə xidmət etmir. Bunu rus ekspert Stanislav Tarasov da təsdiq edir: “Düşənbə və onun ardınca davam edən görüşlər, sərhəddəki sakitlik Azərbaycanın istəyi üzərində qurulmuşdu. Məqsəd Ermənistanın yeni hakimiyyətindən danışıqlar masasında güzəşt əldə edilməsi olub. Amma Ermənistan hələ də istənilən mövqeni sərgiləmir.  Düzdür, bağlı qapılar arxasında nə müzakirə edildiyindən xəbərimiz yoxdur. Biz bilmirik ki, danışıqlar zamanı tərəflər mövqelərini necə dəyişir və ya formalaşdırır, hansı məqamlardan söhbət aparılır, xəbərimiz olmadığından da, hazırda məntiqli bir nəticə çıxarmağa çətinlik çəkirik. Çünki son açıqlamalardan, xüsusən də cəbhədə baş verənlərdən sonra belə məlum olur ki, tərəflər hələ də ortaq məxrəcə gələ bilməyib. Azərbaycan tərəfinin açıqlamalarından bəlli olur ki, bunun məsuliyyəti erməni tərəfinin üzərinə düşür. Vəziyyətin indiki şəkildə davam etməsi isə müharibənin başlanma ehtimalını yüksəldir. Hamıya məlumdur ki, müharibə yolu ölkələr və bölgə üçün nəzərdə tutulmayan itkilərə gətirib çıxarır. Buna görə də Azərbaycan danışıqlar yolu ilə irəliləməyi qərara alıb. Amma görünən budur ki, Ermənistanın belə mövqeyə alternativ yanaşması yoxdur. Hazırda danışıqlar prosesinin məntiqi onu deməyə əsas verir ki, real gözləntilər yoxdur. Danışıqlarda müəyyən proses hökm sürür və fəal təhlükəli cəbhə xətti mövcuddur. Yarımmüharibə şəraitində istənilən səbəb münaqişə tərəflərindən birinə fürsət kimi faydalı ola bilər. Bunu Ermənistan mütləq nəzərə almalıdır. Çünki Azərbaycanın kifayət qədər güclü ordusu var”.  Bütün bunlar fonunda aydın görünür ki, Ermənistanın siyasi rəhbərliyi çox çətin və ziddiyyətli vəziyyətə düşüb. O, atdığı addımlarla bir tərəfdən Qarabağ münaqişəsinin hərbi həllini tətikləyir, digər tərəfdən isə döyüş meydanında Azərbaycana məğlub olacağını yaxşı başa düşür. Çünki Azərbaycan bütün sahələrdə, o cümlədən ordu quruculuğunda Ermənistandan dəfələrlə irəlidə olduğunu əyani göstərib. Bu, həm yeni silahlarla təminatda, həm də məhşur aprel və Naxçıvan döyüşlərində özünü göstərdi. Hər iki döyüşdə Azərbaycan ordusu hərbi-texniki, strateji və taktiki baxımdan Ermənistandan xeyli güclü olduğunu sübut etdi. Bu məqamlar Ermənistan rəhbərliyinə anlatdı ki, artıq hərbi gücə arxalanmaq mümkün deyil və istənilən anda Azərbaycan Ermənistanı məhv edə bilər. İkincisi, Azərbaycan xarici siyasətdə də o dərəcədə uğurludur ki, hətta Ermənistanla eyni hərbi-iqtisadi blokda təmsil olunan dövlətlər belə onu müdafiə edir. Rusiya, Belarus və Qazaxıstanın prosesə yanaşması da qeyd edilənlərin əyani təsdiqidir.  Amerika və Avropa ölkələri də Azərbaycanla əməkdaşlığa çox ciddi münasibət göstərir. Buradan aydın görünür ki, Cənubi Qafqazda artıq lider dövlət kimi Azərbaycan Qarabağ məsələsində beynəlxalq münasibətlər sistemində maraqlarına cavab verən şərait yaradıb. Bu durumda Ermənistanın daha sürətlə tənəzzülə və xaosa yuvarlanması işğalçı ölkəni çətin duruma salır. İndi belə vəziyyətdə cəbhədə təxribatlara getməklə Ermənistan əslində üzləşdiyi xaosun daha da böyüməsinə səbəb ola bilər. Elə bu səbəbdən xəbərdarlıq edilir ki, yaranmış vəziyyətdə cəbhədə vəziyyəti gərginləşdirmək İrəvan üçün heç də münasib deyil. Buna indi beynəlxalq ictimaiyyət də Ermənistan üçün münasib olmayan reaksiya verir. Rusiyalı politoloq Qriqori Trofimçuk da hesab edir ki, yaranmış vəziyyətdə Ermənistan üçün ən yaxşı yol danışıqlar masasında real addımların aıtlması və bununla müharibə təhlükəsini aradan qaldırmaqdır: “Bunu vasiətçilər, o cümlədən Rusiya da istəyir. Konkret Rusiya tərəfinin Qarabağ nizamlanması üzrə mövqeyi artıq bəllidir. Belə ki, Kremlin İrəvana nə təklif elədiyindən danışsaq, prinsipcə, bu təkliflər çoxdan məlumdur. 2016-cı ildəki aprel müharibəsinin yekununa dair müvafiq sammitlərdə qərarlar qəbul edilib, müstəsna olaraq diplomatiya və danışıqlardan istifadə eləməklə onları yerinə yetirmək lazımdır. Burada yeni heç nə yoxdur”. Politoloq vurğulayır ki, bu şəraitdə İrəvan mütləq güzəştə getməlidir. Amma onun sözəlrinə görə, hələ də yanlış mövqe sərgiləyən Paşinyan Qarabağ məsələsində güzəştə getməyə açıq-aşkar hazır deyil: “Düşünürəm ki, Rusiya da daxil, danışıqlar prosesinin bütün tərəfləri özləri üçün bu faktı qeyd edirlər ki, Paşinyan sülh prosesinin gedişini və mahiyyətini öz xeyrinə dəyişmək istəyir. Ona görə, fikirləşmək ki, bu cür davam edəcək, sadəlövhlük olardı”. Politoloqa görə, N.Paşinyan Azərbaycanı bilərəkdən yeni müharibəyə təhrik etmək üçün əlindən gələn hər şeyi edib və Bakıya mesaj verib ki, torpaqları heç bir şərtlə qaytarmağa hazırlaşmır:  “Hamı anlayır ki, Qarabağ danışıqlarının real nəticəsi yoxdur. Qarabağda böyük müharibə baş versə, bu artıq lokal olmayacaq, partlayış bütün regionu bürüyəcək. Özü də maraqlıdır ki, Ermənistan belə addımları Azərbaycanın kifayət qədər gücləndiyi bir vaxtda atır”.  Ekspertlər xəbərdarlıq edir ki, belə yanaşma Ermənistanın Qarabağ məsələsində intiharı da sayıla bilər. Çünki məhz yeni Qarabağ savaşının başlanması Ermənistanın çöküşünü qaçılmaz hala gətirəcək. Bütün bunların qarşısını yalnız Ermənistanın işğal altındakı torpaqları azad eləməyə başlaması ala bilər. Amma təəssüf ki, İrəvan hələ də məsələyə sağlam məntiqlə yanaşa bilmir. Bununla bağlı ukraynalı ekspert Vitali Portnikovun fikirləri olduqca diqqət cəlb edir: “Ermənistanda problemlərin əsas səbəbi heç də hansısa klanın hakimiyyəti və korrupsiya deyildi. Klanların hakimiyyəti və korrupsiya, təbii ki, pisdir. Amma reallıqda Ermənistanın düşdüyü vəziyyət Qarabağ münaqişəsinə görədir. Qarabağ problemi Ermənistanın boynuna atılmış ilgəkdir və ona nəfəs almağa imkan vermir. Lakin ən pisi odur ki, erməni dövləti bu ilgəyi xəfiflətmək əvəzinə, onu bir az da sıxır”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanın Qarabağ siyasətində dəyişiklik olmasa, düşmən ölkə bununla məhvini daha da sürətləndirəcək. Hər halda, bu xüsusda Ermənistana artıq çoxsaylı xəbərdarlıqlar da edilir. İndi seçim erməni tərəfinindir. Düşmən ölkə intihara bərabər Qarabağ siyasətini davam etdirsə, Azərbaycanın güc yolu ilə düşməni məhv etməsi qaçılmaz olacaq. Bunu önləmək üçün Ermənistanın yeganə çıxış yolu danışıqlar masasında real iradə nümayiş etdirib, artıq məsələnin həllinə yönəlik əməli addımlar atmaqdır. Əks təqdirdə düşmən sərt zərbələrə hazır olmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ