Bazar günü günü, 08 noyabr 2026
     

Qarabağlı-ermənistanlı qarşıdurması şiddətlənməyə başladı, “Daşnaksütyun” da Paşinyanın qarşısına dikildi...

Image


Ermənistanda baş verən son olaylar bu ölkədə əvvəlcədən də mövcud olan qarabağlı-ermənistanlı qarşıdurmasının getdikcə daha da dərinləşdiyini üzə çıxarır. Elə sabiq Robert Köçəryanın azadlığa çıxmasından sonra baş nazir Nikol Paşinyanla separatçı rejimin rəhbəri Bako Saakyan arasında olan gərginliyin artması da bunun daha bir təzahürü sayılır. Görünən budur ki, indiki şəraitdə Bako Saakyanın Robert Köçəryanla birləşməsi Paşinyan hakimiyyətini çox narahat edir. Çünki Paşinyan bu gedişlə qarabağlıların mövqeyinin daha da gücləncəyindən əndişələnir.

Xatırladaq ki, separatçılarla Paşinyan arasında uzun müddətdir qarşıdurma gedir. Bu qarşıdurmada təkcə Köçəryan iştirak etmir, həmçinin “Daşnaksütyun“ Partiyası və ölkənin xaricində olan lobbi qüvvələri də separatçıların Paşinyana qarşı revanşını gücləndirir. Belə vəziyyətdə Ermənistanda klanlararası çəkişmə daha da şiddətlənir. Rus politoloq Stanislav Tarasov da hadisələrin məhz bu səpkidə inkişaf edəcəyini proqnozlaşdırır. Ekspert vurğulayır ki, indiki durumda Paşinyan dalana dirənir. Onun sözlərinə görə, Ermənistanda məhkəmə sahəsində böhran qarabağlı-ermənistanlı qarşıdurmasını şiddətləndirən əsas faktorlardan birinə çevrilib: “İstənilən inqilabın öz janrı, epizodları, xarici düşmən, xəyanətkarlıq və digər əlamətləri var. Yəni ictimai problemləri həll etmək yox, öz təsirini saxlamaq istəyən hakimiyyətlər bu cür davranırlar. Ermənistan baş naziri Nikol Paşinyan 1 ildir ki, hakimiyyətdədir. Məhkəmə sistemi hakimiyyətin ən vacib qollarından biridir və bu sahədə islahatlar ilk dövrlərdən aparılmalı idi. Lakin o bunu etmədi. Köhnə sistem fəaliyyət göstərməyə davam edir. Müxtəlif hadisələr baş verdi. Məhkəmələr fəaliyyətini hələ də davam etdirirdi. Lakin Paşinyanın heç bir sualı yaranmırdı. Elə ki məhkəmə Köçəryanı azad etdi, Paşinyan məhkəmə sahəsindəki böhran barədə məlumat verdi”. Ekspert bu vəziyyəti qarabağlılar klanının Ermənistanda təsir dairəsini saxlamasının təzahürü kimi qiymətləndirib. Tarasov bildirir ki, separatçıların mövqeyini zəiflətmək üçün Paşinyanın gedişləri də qarabağlıların xoşuna gəlməyib: “Paşinyan öz şəxsi əmri ilə “Qarabağ müdafiə nazirini” tutduğu vəzifədən azad etdikdə bu, qondarma qurumun daxili işlərinə müdaxilə edilməsi idi. Digər tərəfdən Paşinyan qeyd edir ki, Qarabağ ayrıca ərazidir. Bunlar artıq bu cəmiyyətdə qüvvədə olmayan ikili standartlardır. Bu, siyasətin deyil, publisistikanın krizisi, janrın böhranıdır. O, dalana dirənib, lakin bundan çıxmaq lazımdır. Ona görə ki, mövcud dəstəyin səviyyəsi əvvəlki kimi deyil. Bu dəfə insanlar onun çağırışına cavab verərək küçələrə çıxdılar. Lakin keçən ilin yazında baş verən hərəkətlilik, say çoxluğu baş vermədi. Bundan əlavə bir çox orqanlar, o cümlədən prezident qanunun tələblərinə əməl etməyə çağırdı. Paşinyan yavaş-yavaş təcrid içərisinə düşür və “Qarabağ klanı” da bundan istifadə etməyə çalışır”.

Ekspert vurğulayır ki, “Daşnaksütyun“ Partiyasının da indiki vaxtda “Qarabağ klanı”nın yanında yer alması Paşinyan üçün ciddi çətinliklər yaradır. Yeri gəlmişkən qeyd edək ki, “Daşnaksütyun“ Partiyası ölkədə baş verənlərlə bağlı mayın 23-də mitinq planlaşdırır. Partiyanın ali orqanının təmsilçisi İşxan Saqatelyan ölkədə yaşananlara seyrçi qalmaycaqalarını bildirib.  İndilikdə görünən budur ki, “Daşnaksütyun“ Partiyası “Qarabağ klanı”ilə birləşmək qərarına gəlib. Bunlarla bağlı “1-in.am“ portalı yazır: “Daşnaksütyun“ Partiyası mitinq təşkil edəcəyini elan edib. Yəqin ki, parlamentdən kənarda qalan “Daşnaksütyun“ Partiyasının siyasi yanaşmalarında artıq çoxdan, yeni şəraitdə Robert Köçəryanın siyasi fəaliyyətinə münasibətdə necə mövqe tutacağı istisna olmaqla, maraqlı bir şey yoxdur. Bu məsələ iki səbəbdən xüsusilə maraq doğurdu.

Birincisi odur ki, “Daşnaksütyun“ Partiyası elə bu günlərdə Qarabağda iştirakçılarının mütləq əksəriyyəti Köçəryanın qeyri-formal komandasının və ya bu qanadın təmsilçiləri olan forum təşkil etdi. Bundan əlavə, tərkiblə birlikdə forumda edilən çıxışların əksəriyyətində siyasi vurğular bu yöndə idi. Bu tədbir siyasi kuluarlarda 9 may bayramı ətrafında baş verən hadisələr kontekstində xüsusilə maraqlı oldu. Bu hadisələrin inkişafı bir tərəfdən Robert Köçəryanın azad olunmasına, digər tərəfdən də, bununla birlikdə, Nikol Paşinyanın məlum çıxışında əks olunduğu kimi, ədalət məhkəməsinin yaradılmasına keçidin və inqilabın yeni mərhələsinin sürətlənməsinə gətirib çıxardı. “Daşnaksütyun“ Partiyasının siyasi mövqeyilə bağlı hələlik yeganə maraq doğuran intriqanı önə çıxaran ikinci səbəbsə Robert Köçəryanın “Reuters” agentliyinə verdiyi müsahibədir.

Həmin müsahibəsində Köçəryan, əmin etdiyi kimi, yeni hakimiyyətə əlcək atacaq yeni və güclü müxalifət qüvvəsinin formalaşdırılmasından söz açır. Ölkənin ikinci prezidenti bəyan edib ki, onun özü də bu qüvvəyə birləşəcək. Bu, həmin qüvvənin onun özü tərəfindən yaradılmasının elan edilməsidir, sadəcə, hələlik format məlum deyil. Çünki böyük hesabla, yalnız Robert Köçəryanın özü tərəfindən yaradılan qüvvə onun dəstəyini, özü də statusundan asılı olmayaraq, onun birbaşa iştirak etməsilə almaq istəyər. Doğrusu, siyasi planda Köçəryan amili ictimai kapitalın toplanması baxımından elə də uduşlu deyil. Ona görə də, yalnız onun özü tərəfindən yaradılan bir qüvvə ikinci prezidenti birbaşa dəstəkçi və ya iştirakçı amil kimi qəbul edər.

Buradan da ortaya belə bir sual çıxır:  Robert Köçəryan daha öncül siyasi statusda olacaqsa, “Daşnaksütyun” Partiyası harada olacaq? “Daşnaksütyun“ Partiyası bu qüvvənin özəyi olacaqmı? Yoxsa yalnız bir hissəsi olacaq? Əks halda sual yaranır: bu qüvvəyə münasibətdə “Daşnaksütyun“ Partiyası hansı mövqeni tutacaq? Çünki, böyük ehtimalla, ikinci prezident özünün bu siyasi proqramını həyata keçirdiyi təqdirdə “ultimatum” siyasəti aparacaq və məsələni belə qoyacaq: mənimləsən, yoxsa mənə qarşısan? Beləliklə, “Daşnaksütyun” Partiyasının qarşısında da bu sual duracaq: Köçəryanlasan, yoxsa Köçəryana qarşısan? Görünən budur ki, partiya Köçəryanı seçib və bu da Paşinyanı qarşıdakı günlərdə daha çətin günlər gözlədiyini deməyə əsas verir”.

Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ