Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanın Azərbaycanla qırıcı təyyarə disbalansını Rusiya hesabına azaltmaq cəhdi iflasa uğrayır

Image


Ermənistan Azərbaycanla müqayisədə hərbi sahədə kifayət qədər geridə qaldığı bir vaxtda Rusiyadan silah almaqla bu istiqamətdə pariteti bərpa etməyə çalışır. Amma görünən budur ki, qeyd edilən səpkidə İrəvanın cəhdləri iflasa uğramaqdadır. Çünki Rusiya Ermənistana sadəcə köhnə silahlarını satır.

Ermənistanın Rusiyadan yeni silahlar almaq istiqamətində də istəkləri iflasa uğramaqdadır. Bu, əsasən də Su-30SM qırıcı təyyarələri ilə bağlıdır. Xatırladaq ki, bu xüsusda daha əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Ermənistan Rusiyadan 100 milyon kredit müqaviləsi çərçivəsində Su-30SM təyyarələri almağa hazırlaşır. 2020-ci ildə 4 ədəd təyyarə Ermənistanın hərbi hava qüvvələrinin arsenalına qatılmalı idi. Bu, Ermənistan üçün “böyük üstünlük” hesab olunur, çünki işğalçı ölkənin hərbi hava qüvvələri nəinki regionda, ümumilikdə dünyada aşağı səviyyəlilər sırasındadır. İrəvanın cəmi 15 ədəd Su-25 təyyarəsi var və bu təyyarələr artıq sıradan çıxmış hesab olunur. Ermənistan hələ gəlib çıxmayan Su-30SM-lərə görə iddia edirdi ki, hərbi hava qüvvələri Azərbaycanla müqayisədə güclənəcək. Lakin indi bəlli olur ki, İrəvanın istəkləri reallaşmayacaq. Bu xüsusda “1-in.am“ saytı yazır: “Əvvəlki məqalə və müsahibələrdə məlumat vermişdik ki, Ermənistan Silahlı Qüvvələrinin komandanlığı hərbi-hava qüvvələrimizi əsaslı yaxşılaşdırmağı planlaşdırır və artıq Rusiyadan çoxtəyinatlı Su-30SM qırıcılarının alqısı haqda anlaşma əldə olunub. Bu haqda Ermənistan müdafiə nazirinn mətbuat katibi və müxtəlif ekspertlər bildirib. İlkin anlaşmaya görə, ilk mərhələdə Ermənistana dörd ədəd qırıcı tədarük olunacaq, amma sonradan bunun sayı çoxalacaq.

Lakin Rusiyanın bəzi ekspertləri iddia edirlər ki, onlarda Ermənistan və Rusiya arasında Su-30SM qırıcılarının alqı-satqısı haqda saziş və ya ilkin razılaşma haqda məlumat yoxdur. Rusiya hərbi siyasətçilər Birliyinin eksperti Aleksandr Perenciyev belə bir fikir ifadə edərək deyib ki, söhbət İrəvanın yaxınlığındakı “Erebuni” aeroportunda yerləşən Rusiya aviabazasının həmin Su-30SM  qırıcıları ilə yenidən silahlandırılacağından gedir: “Söhbət alqıdan deyil, Rusiyanın Ermənistandakı aviabazasının yenidən silahlandırılmasından gedir. Hələlik Ermənistana qırıcı satmaq söhbəti yoxdur. Bu məlumatların haradan yayıldığını bilmirəm. Yeri gəlmişkən, bu, Azərbaycanda əsəbi reaksiya doğurur. Amma bir də deyirəm, Su-30SM qırıcıları hələlik Ermənistana deyil, Rusiya aviabazasına tədarük olunur. Mən Ermənistan müdafiə nazirinin bəyanatından xəbərdaram, amma o, hələlik arzu olunanı gerçəklik kimi qələmə verir. Aydındır ki, bu, Ermənistanda yaxşı səslənir, hamı müdafiə nazirindən sitat gətirir, ona inanırlar, amma mən Rusiyadayam və bilirəm ki, bu hələ ki, sözdür – eynilə Türkiyənin bizdən Su-57 qırıcılarını almağa hazırlaşdığı bəyanatı kimi. Amma hələ heç kim qırıcıları nə Ermənsitana, nə də başqa kiməsə satmağa hazırlaşmır”.

Qeyd edilməlidir ki, Rusiyanın “Erebuni” aviaparkının 18 ədəd MİQ-29 qırıcısının həmin sayda Su-30SM-ə  dəyişdirildiyi haqda qeyri-rəsmi məlumatı Rusiyanın TASS agentliyi Ermənistan Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyəndən iki ay sonra yayıb. Biz Aleksandr Perenciyevlə bu durumu qeyd edərkən cavab verib ki, TASS-ın məlumatı “azdan-çoxdan mötəbərdir”, amma Ermənistana təyyarə tədarükü haqda məlumatları təsdiq edə bilməz: “Mən hələlik bu məlumatı təsdiqləməyə hazırlaşmıram, çünki bu mənim üçün hər hansı bəlli qaynaqlar tərəfindən təsdiq edilməyib”.

Rusiya hərbi mütəxəssisinin sözlərinə görə, “ümumiyyətlə, Rusiya müəyyən hərbi-siyasi yanaşma göstərir – hücum xarakterli texnikanı Ermənistana tədarük etmək niyyəti yoxdur. Mən bilirəm ki, əslində,  təyyarələri Ermənistana tədarük etmək haqda qərar yoxdur. Deməzdim ki, bu yasaqlanıb, amma ən azı, dondurulub. Ermənistan KTMT üzrə müttəfiqimiz olsa da, Ermənistana hava hücumundan müdafiə (HHM) sistemi tədarük edə bilərik. İstənilən HHM sistemini. Burada hər hansı problem yoxdur. Amma zərbə, hücum xarakterli hərbi texnikanı Ermənistana tədarük etməyəcəyik. Bəli, bu, hərbi-siyasi yanaşmadır”.

Bütün bunlar İrəvanın bir daha Azərbaycan qarşısında hərbi cəhətdən aciz durumda qalmaqda olduğunu göstərir. Onu da bildirək ki, Ermənistan Qarabağda baş verə biləcək müharibədə Azərbaycan qarşısında məğlub olacağını anlayır, 2016-cı ilin “aprel müharibəsi” bu təcrübəni gerçəkləşdirdi. Məğlubiyyətdən sonra Serj Sarkisyan hakimiyyəti Su-30SM təyyarələrini almaq və hərbi hava qüvvələrini gücləndirmək üçün Moskvanın qapısını döydü. İki ölkə arasında bağlanan müqavilədə 12 ədəd Su-30SM-in Ermənistana çatdırılacağı qeyd olunsa da, Moskva sonradan prosesi uzatdı və əsas səbəb kimi ermənilərin pulunun olmadığı göstərildi. Rusiya düşməni kimi tanınan Nikol Paşinyan hakimiyyətə gələndən sonra isə Moskva ümumiyyətlə işğalçı ölkəyə silah satışını təxirə saldı, yalnız Paşinyanın Kremldə prezident Vladimir Putinin önündə etdiyi xahişlərdən sonra 100 milyon dollarlıq kredit sazişi çərçivəsində silahların veriləcəyi haqda ehtimallar yarandı. Paşinyan isə ötən ilin iyununda Su-30SM-də çəkilmiş fotosunu paylaşmaqla bu təyyarələri almağa hazırlaşdıqlarını mesajını verdi. Amma mövcud repallıq tamam fərqli mənzərəni üzə çıxarır. İndilikdə Azərbaycan Cənubi Qafqazın hava məkanında mütləq üstünlüyə malikdir. Açıq mənbələrdə yayılmış məlumatlar son illərdə Azərbaycan hərbi hava qüvvələrinin arsenalına 47 döyüş təyyarəsi və 109 helikopterin daxil edildiyi, 30-dan çox PUA-nın alındığını göstərir. Xüsusilə, İsrail istehsalı olan Orbiter-2M, Aerostar, Hermes-450, Searcher və Heron tipli PUA-lar işğalçı ordunun kabusu hesab olunur. Həmçinin, Azərbaycanın müdafiə sənayesi yerli PUA-ları istehsal edir. Erməni ekspertlər də etiraf edirlər ki, ümumiyyətlə, Azərbaycanın son dövrlər nümayiş olunan hava hücumundan müdafiə sistemləri və raket kompleksləri işğalçı Ermənistanı sözün həqiqi mənasında dəhşətə salır.  Qarşıdakı dövr ərzində isə Azərbaycan bu üstünlüyünü daha da artıracaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ