çərşənbə günü, 21 oktyabr 2026
     

Türk Kiprin 41-ci ildönümündə TDT daha fəal olmalı idi...

Image


Azər Həsrət: "Türk Dövlətləri Təşkilatının rəhbərliyindən, təmsilçiliyindən kimlərsə orda iştirak da, çıxış da edə bilərdi"

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 41-ci ildönümü çərçivəsində Dr. Fazıl Küçük Bulvarında rəsmi parad keçirilib. 

Mərasimdə prezident Ersin Tatar, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adından millət vəkili Cevdet Yılmaz, Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər, Türkiyə Böyük Millət Məclisi adından BMM-in sədr müavini Cəlal Adan, Baş nazir Ünal Üstel, Yargıtay sədri Bertan Özerdağ, 2-ci prezident Mehmet Əli Tələt, 3-cü prezident Derviş Eroğlu, TC Lefkoşa səfiri Yasin Ekrem Serim, KTBK komandiri general-mayor Sebahattin Kılınç, GKK Komandiri, general-mayor İlker Görgülü, ana müxalifət partiyası CTP sədri Tufan Erhürman, Türkiyənin ana müxalifət partiyası CHP sədri Özgür Özəl, nazirlər, bəzi millət vəkilləri, ordu rəsmiləri, qurum, təşkilat, dərnək nümayəndələri və vətəndaşlar iştirak edib.

Mərasimə Türkiyə və Azərbaycandan bəzi siyasi partiyaların nümayəndələri və nümayəndə heyətləri də qatılıb. 

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür, ona bu status verilib. ŞKTC-nin yaradılmasının 41-ci ildönümü münasibətilə keçirilən hərbi paradda TDT-yə üzv olan türk dövlətlərindən, Orta Asiyanın türk respublikalarından, Azərbaycandan rəsmilərin iştirak edib-etmədiyi hələ bilinmir, amma ediblərsə, heç çıxış da etməyiblər. Etsəydilər, bu, yayılan xəbər mətnində öz əksini tapardı. Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin nümayəndələri o cür toplantıda iştirak və çıxış etməli idilərmi?

Çıxış etsəydilər nə olası idi, burada yanlış bir şey yoxdu ki. Bu çox yaxsi hal olardı və dünyaya bir mesaj olardı ki, biz Şimali Kipr Türk Cumhuriyyətini  tək qoymuruq. Nəzərə alsaq ki, Qərb yunan Kiprinə hər cür dəstək olur, biz niyə türk Kiprinə dəstək olmayaq ki?

Şimali Kipr Türk Cümhuriyyətini Türk Dövlətləri  Təşkilatına üzv qəbul etmişiksə, ən azı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin adından kimsə çıxış etməli idi. Belə fikirlər var. 

"Amma dəqiq məlumatlı deyiləm ki, ümumiyyətlə dəvət ediliblərmi, ediliblərsə, iştirak ediblərmi, ediblərsə hansı səviyyədə ediblər"

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Quzey Kıbrıs Türk Cumhuriyyəti böyük türk ailəsinin ayrılmaz bir hissəsidir, yəni bizdəndir, yad-yabançı deyil: "Onun statusu ilə bağlı şəxsən məndə heç bir sual yoxdur. Mən özüm bir türk dövlətinin-Azərbaycanın vətəndaşı olaraq Quzey Kıbrıs Türk Cumhuriyyətini tamhüquqlu dünya dövlətlərindən biri kimi tanıyıram, qəbul edirəm və onun prezidenti prezidentimdir, dövləti dövlətimdir. Qaldı ki, bu tədbirdə türk dövlətlərindən kiminsə iştirak edib-etməməsi məsələsinə,  Azərbaycanın belə bir probleminin olduğunu sanmıram, elə qardaş Türkiyənin də. Orta Asiya Türk Dövlətləri hələ ki, bu məsələdə bir az ehtiyatlıdılar. Onları da hardasa başa düşürəm. Amma dəqiq məlumatlı deyiləm ki, ümumiyyətlə, dəvət ediliblərmi, ediliblərsə, iştirak ediblərmi, ediblərsə hansı səviyyədə ediblər. Ondan savayı, Türk Dövlətləri Təşkilatının  rəhbərliyindən kimlərsə orda iştirak edibmi? Mənə elə gəlir ki, bu kimi şeylər həlli mümkün məsələlərdir. Türk Dövlətləri Təşkilatının rəhbərliyindən, təmsilçiliyindən kimlərsə orda iştirak da, çıxış da edə bilərdi. Buna da heç kəs heç nə deyəsi deyildi.  Yəni mən düşünürəm ki, artıq türk dövlətləri bir qədər daha cəsarətli davranmaq üçün özlərində güc tapmalıdırlar. Misal üçün, elə sonuncu zirvə toplantısı qardaş Qırğızıstanda - Bişkekdə oldu. Düzdür, Quzey Kıbrıs Türk Cumhuriyyətinin cumhurbaşkanı Ersin Tatar orda iştirak və çıxış etdi. Amma təəssüflər olsun ki, həmin toplantıda Quzey Kıbrıs Türk Cumhuriyyətinin bayrağını biz görmədik. Artıq bu ikili oynamağı, kimdənsə qorxub çəkinməyi dayandırmaq lazımdır. Biz türk dövlətləriyik, biz türk millətiyik, biz diqtə edən tərəfə çevrilməliyik. Kiminsə xoşuna gəlməyəcək deyib  Quzey Kıbrıs Türk Cumhuriyyəti ilə bağlı bu cür davranmaq doğru deyil. Eyni zamanda xüsusi olaraq vurğulamaq istəyirəm ki, artıq  Azərbaycan   Respublikası qardaş Quzey Kıbrıs Türk Cumhuriyyətinin dövlət müstəqilliyinin tanınması prosesini başlatmalıdır. Müvafiq prosedur başlanılmalıdır. Biz nəyi gözləyirik, niyə gözləyirik?"

A.Həsrət qeyd etdi ki, Yunanıstanla Ermənistan can bir qəlb qardaşdı, Kıbrısın rum kəsimi Ermənistanla qardaşdır, ermənilərin bütün antitürk hərəkatlarında açıq şəkildə iştirak edirlər. "Necə olur ki, onlar heç nədən çəkinmirlər, Azərbaycanı birdən incidərik deyə düşünmürlər. Biz durub düşünürük ki,  birdən yunanları, rum kəsimini incidərik, xətrinə dəyərik. Mənə elə gəlir ki, artıq Azərbaycan özəlliklə də COP29-a möhtəşəm ev sahibliyindən sonra Quzey Kıbrıs Türk Cumhuriyyətinin dövlət müstəqilliyinin tanınması prosedurunu başlatmalıdır. Bunun üçün Azərbaycanda yetərincə ictimai rəy də var. Yəni alt yapı hazırdır, xalq bunu qəbul etməyə hazırdır. Ona görə düşünürəm ki, qardaş Türkiyənin bu yöndə təcrübəsini nəzərə alaraq Quzey Kıbrıs Türk Cumhuriyyətini dövlət kimi tanımalıyıq. Ümumiyyətlə, bundan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Quzey Kıbrıs Türk Cumhuriyyətinin bayrağı Azərbaycanda və digər türk dövlətlərində daim dalğalanmalıdır. Xatırlayırsınızsa, cumhurbaşkanı Ersin Tatar Azərbaycana gələndə Azərbaycan Prezidenti açıq mətnlə demişdi ki, Quzey Kıbrıs Türk Cumhuriyyətinin bayrağı, əlbəttə, burda dalğalanmalıdır. Düşünürəm ki, məhz buna uyğun olaraq da biz o dövləti tanımalıyıq" - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ