Cümə axşamı günü, 22 oktyabr 2026
     

Bundan sonra Azərbaycanda iri məmurlar bu üsulla cəzalandırılacaq...

Image


Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Səhv etmiriksə, ilk dəfə belə hadisə olur. Bu, Azərbaycan idarəçilik praktikasında çox nadir hallarda rast gəlinən bir cəza üsuludur. Son 15-20 ildə bunun analoqu görünməyib, tanınmayıb. İşində nöqsana yol verən yüksək vəzifəli şəxsi ya tutublar, ya da işdən çıxarıblar. Hətta vəzifəsinin endirilməsi kimi bir cəzanı da xatırlamırıq. Yəni indi çox nadir səciyyə daşıyan belə cəza üsuluna əl atılıb. Bu nə deməkdir?

Azər Həsrət: “Hər kəs burdan öz dərsini çıxarsın”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, işlərində yol verdikləri nöqsanlara görə məmurların cəzalandırılması praktikasının daha geniş səviyyədə tətbiq edilməsi yerinə düşər. “İndi müəyyən səbəblərdən bəlli dövrdə Azərbaycan Prezidenti məmurlara, vəzifəli şəxslərə yetərincə şans verib. Yəni onların öz vəzifələri yerinə yetirməsi üçün imkanlar tanıyıb. Tapşırıqlar verib, şəraitlər yaradıb, bircə işləmək qalıb. Bəzən olub ki, məmurlar işləməyiblər, yaxud nöqsanlara yol veriblər. Bəlli bir müddətdən sonra onlar ya işlərindən azad olunublar, ya da həbsə atılıblar və sair. Biz bu dəfə başqa bir cəzalandırmanın şahidi oluruq. Bu cəzalandırma, təbiidir ki, əsassız deyil, Prezidentin əlində ciddi dəlil-sübut olmasa belə sərt addım atmaz. Hesab edirəm ki, bu cəzadan o məmur nəticə çıxarmalıdır. Vəzifəsində qalıb işləyəcəksə, burda, yaxud başqa işdə olcaqsa nəticə çıxarmalıdır. Bu başqaları üçün bir dərs, örnək olmalıdır. Yəni artıq müəyyən səbəblərdən bəzi insanların öz işini normal yerinə yetirməməsinə göz yumma mərhələsi arxada qalıb. Azərbaycan hamımıza bəlli olan problemlər mərhələsini arxada qoyub. İndi yeni bir səhifədən başlayırıq. Bu səhifədə o cür yaramazlıqlara yer yoxdur. Hər kəs burdan öz dərsini çıxarsın”.

İlqar Hüseynli: “Bu tipli cəza mexanizmləri...”

Sosial Strateji Tədqiqtlar və Analitik Arașdırmalar Ictimai Birliyinin rəhbəri İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, dövlət idarəçilik sistemində, aparatında işləyib korrupsiya cinayətlərinə yol verən məmurlar var. “Məsələn, icra başçılarının silsilə həbsi bu kateqoriyaya aid olan cəza mexanizmləri sırasındadır. Onlar birbaşa həbs olunublar, əmlakları müsadirə olunub. Konkert olaraq onların törətdiyi iqtisadi cinayətlarlıq, koorrupsiya, vəzifə səhaliyyətlərindən sui-istifadə halları açıq-aşkar göz önündə olub. Buna görə də cəzalanıblar. Digər kateqoriyalı dövlət məmurlarının vəzifə səlahiyyətləri var ki, onlar işlərinin öhtəsindən gələ bilməyiblər, səlahiyyətlərindən qanunsuz istifadə edərək müxtəlif sərəncamlar və tapşırıqlar icra ediblər, özəlləşmə proseslərində aktiv iştirak ediblər. Bu tip məmurların da sadəcə işdən azad edilməsi ilə bağlı Prezident tərəfindən müvafqi sərəncamlar və cəza mexanizmi işə salınıb. O ki qaldı Fuad Nağıyevə verilən şiddətli töhmət məsələsinə, artıq burda məmurun potensialı, tutaq ki, nəyə cavab verir, onun iş imkanları nəzərə alınır, sadəcə olaraq işində yol verdiyi nöqsanlar sırasında məmurun reabilitasiyası üçün hardasa bir imkan yaradılır. Hələlik ona şiddətli töhmət verilir. Bu tipli cəza mexanizmləri Sovetlər dönəmindən mövcud olan bir cəza mexanizmidir. Düşünürəm ki, əgər məmur hansısa potensila malikdirsə ona bir şans verilir, o işdən azad olunmur, onun korrupsiya faktları hələ ki, mövcud deyil. Ona görə də bu məmura bu tipli cəzalar verilir ki, işində daha da məsuliyyətli olsun, yol verdiyi nöqsanları aradan qaldırmış olsun, daha da səmərəli idarəetmə sistemini öz rəhbərlik etdiyi qurumda tətbiq edə bilsin. Bilirsiz ki, turizm sahəsində vəziyyətimiz ürəkaçan deyil. İstər xarici turistlərin cəlb olunması, istərsə də yerli turistlərin məmnuniyyət məsələlərində çox ciddi böhranlı bir vəziyyət var. Fakt budur ki, daxili turizm də bizdə yüksək səviyyədə deyil. Yalnız pullu məmurlar və bizneslə məşğul olan bir qrup insanlar var ki, onlar yalnız Azərbaycan daxilində turistik məkanlardan yararlana bilirlər. Turizm Agentliyinin burda yenilikçi, innovativ təklifləri mövcud deyil ki, bütün Azərbaycan xalqı daxili turizmdən bəhrələnə bilsin. Hesab edirəm ki, bu sahənin inkişafı ilə bağlı agentlik bütün imkanlarını ortaya qoymalıdır və bu məsələdə irəliləyişə nail olmalıdır. Görünür, bu irəliləyişi, bu inkişafı görə bilməyən ölkə Prezidenti şiddətli töhmət elan etməklə Fuad Nağıyevə sonuncu bir şans verib”-deyə İ.Hüseynli bildirdi.

Aydın Xan Əbilov: “Mən müstəqil Azərbaycanın tarixində şifahi şiddətli töhmətlər görmüşdüm, amma yazılı töhmət görməmişdim”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilovovun fikrincə, təəssüflər olsun ki, bir sıra sahələrdə olduğu kimi turizm sahəsində də ciddi problemlər mövcuddur. “Turzim intibahı baş verdi, amma bu proses indi istənilən səviyyədə deyil. Ölkə başçısı turizmin inkişafı ilə bağlı çox böyük proqramlara imza atdı. İstər müxtəlif beynəlxalq idman yarışlarının, istər Avroviziyanın, istərsə də digər beynəlxalq tədbirlərin, mədəniyyət forumlarının Bakıda təşkil edilməsi daxili və xarici turizmin inkişafına böyük təsir etdi. Əslində bu təsir həm də turizm, əyləncə biznesinin get-gedə genişlənməsinə aparıb çıxarmalı idi. Amma əksini gördük. Hətta struktur dəyişikliklərinə də gedildi, Turizm Agentliyi yaradılıdı. Əvvəlcə bu, Mədəniyyət Nazirliyinin tabeliyində idi, sonradan ayrıca bir qurum kimi fəaliyyət göstərməsi üçün dövlət təşkilatı kimi Turizm Agentliyi yaratdılar. Orda işləyən məmurlardan çox şey gözlənilirdi. Təəssüflər olsun ki, o məmurlar və o quruma rəhbərlik edən şəxslər onlara həvalə edilmiş belə məsul vəzifələri layiqincə yerinə yetirə bilmədilər. Bu səhv idarəetməyə görə də agentliyin rəhbəri ölkə başçısı tərəfindən çox ciddi tənbeh növü sayılan şiddətli töhmət aldı. Əslində şiddətli töhmət kimi cəza növləri vaxtilə çox böyük təsirə malik idi. Bu o deməkdir ki, sənə tapşırılan məsul vəzifəni yetirməsən, elədiyin nöqsanları düzəltməsən yaxın vaxtlarda fəaliyyətinlə bağlı araşdırma aprılacaq, sənin işlərin yoxlanılacaq, yeyintilərə, yaxud hansısa qanun pozuntularına görə həbs oluna da, işdən çıxarıla da bilərsən. Mən müstəqil Azərbaycanın tarixində şifahi şiddətli töhmətlər görmüşdüm, amma yazılı töhmət görməmişdim. Məsələn, rəhmətlik Heydər Əliyev məmurları səhvlərinə görə danlayırdı, onları məzəmmət edirdi, şifahi töhmət elan edirdi, daha sonra işdən çıxarırdı. Bəziləri hətta həbs olunurdu. Cənab Prezident İlham Əliyevin daxili siyasətində bu bir ilk idi. Düşünrəm ki, bu şiddətli töhmət öz vəzifələrini layiqincə yerinə yetrməyən digər məmurlar üçün də bir növ dövlət başçısının silkələdiyi barmaq idi. Unudulmasın ki, bu barmaq dəmir yumruğun barmağıdır” - deyə bildirən A.X.Əbilov qeyd etdi ki, azad ərazilərin turizm bölgəsinə çevrilməsi əsas hədəflərdən biridir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 12:57
Ermənistan TRIPP dəmir yolu və avtomobil yolunun layihələrini yaxın vaxtlarda açıqlayacaq...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ