çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Zəngəzur dəhlizinə nəzarət üstündə Rusiya-Ermənistan ziddiyyəti...

Image


Rusiya və Ermənistan arasında Zəngəzur dəhlizinə nəzarətlə bağlı fikir ayrılıqlarının getdikcə dərinləşməsi müşahidə edilməkdədir. Belə görünür ki, bu xüsusda Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatının şərtlərini pozmaq cəhdləri Rusiyada xoş qarşılanmır.

Həmin bəyanata əsasən, dəhlizə Rusiya nəzarət etməlidir. Lakin Ermənistan buna qarşıdır. Ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirir ki, nəzarət Ermənistanın müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Qriqoryan həmçinin qeyd edib ki, Ermənistana uzun müddətdir suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərindən kənar həll yolunun tapılması üçün təzyiqlər edilir, İrəvan bununla razılaşmayacaq.

Belə yanaşma Rusiyada xoş qarşılanmır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fonda Armen Qriqoryanı mövqeyini müəyyənləşdirməyə çağırıb: “Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim: ya Ermənistan tərəfi ilə normal dialoq olmalı, ya da belə bəyanatlar verilməməlidir. Biz birincini seçirik”. M.Zaxarova qeyd edib ki, A.Qriqoryanın bu yaxınlarda şərh etdiyi kommunikasiyaların açılması mövzusu Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri tərəfindən işlənilir: “Buna görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm. Bu, müvafiq nümayəndələrin səlahiyyətidir”. Rusiyalı politoloq Artur Atayevin sözlərinə görə, erməni tərəfinin belə bir bəyanatı anti-Rusiya addımıdır: “İndi postsovet məkanında elə münasibətlər qurulur ki, Rusiyanın öz milli maraqları, Qazaxıstanın, Ermənistanın öz maraqları var və bunlar Avrasiya maraqlarından üstündür”.Atayev bildirib ki, indiyədək sözdən başqa heç bir hərəkət müşahidə edilməyib: “Ancaq əminliklə demək olar ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin səviyyəsi və keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşür və tam müttəfiqlik münasibətləri kimi qəbul edilmir. Bu barədə birbaşa danışmaq lazımdır”. Baş verənlərlə bağlı “armenianreport” portalı isə yazır: “2016-cı ildə Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov müsahibəsində “Rusiya necə inciməyi bilmir” demişdi. Eyni zamanda o, Putinin sözlərini misal gətirib ki, “sevgi” və “dostluq” kimi anlayışlar daha çox şəxsi münasibətlərə aiddir və dövlətin öz maraqları var. “Eyni şəkildə, biz konkret insanlar arasındakı münasibətlər üçün şəxsi gündəlik məsələlərdə inciklik buraxırıq. Dövlətlərarası münasibətlərdə isə incimək, eləcə də sakitləşmək, hirslənmək ümumiyyətlə qəbuledilməzdir. “Qəzəblənən səhv edir” – bu məlum həqiqət əsrlər boyu yaşayır”, - Lavrov deyib.

Görünür, o vaxtdan bəri Sergey Viktoroviçin şöbəsində bir şey dəyişib, çünki orada Ermənistanadan incidilər.. Daha doğrusu, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan incidilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Armen Qriqoryanın Ermənistanın sərhəd xidməti tərəfindən nəqliyyat kommunikasiyalarına nəzarət etməkdən imtina etməsi ilə bağlı sözlərini şərh edərkən bəyanatında da məhz küskünlük və qıcıq hiss olunurdu. Təbii ki, Moskva incidi. Necə ola bilər - Rusiya, deyirlər ki, Ermənistan-Azərbaycan danışıqlarını, o cümlədən Ermənistan ərazisindən keçəcək nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmaq məsələsini mötədilləşdirməyə çalışır . Amma özləri də hər şeyə nəzarət etmək istəyirlər. Belə vəziyyətdə milli maraqların və dövlət suverenliyinin qorunması baxımından məhz bütövlükdə Ermənistanın davranışı və Armen Qriqoryanın bəyanatı məntiqlidir. Ondan başlayaq ki, İrəvan regionda iqtisadi və nəqliyyat əlaqələrinin bloklanmasının əleyhinə deyil – ölkəni blokadadan çıxmaq üçün bizə təcili olaraq bu lazımdır. Ölkəmizdə hər bir ağlı başında olan insan başa düşür ki, bunsuz Ermənistan üçün iqtisadiyyatı inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq çətin olacaq, daha doğrusu mümkünsüz olacaq. Məhz buna görə də Ermənistan hökuməti dəfələrlə regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bəyan edib. Ancaq bir vacib xəbərdarlıqla, onsuz blokun açılması ilə bağlı sonrakı danışıqlar bütün mənasını itirir - hər şey ərazisindən bu kommunikasiyalar keçən tərəflərin suverenliyi və yurisdiksiyası prinsipi çərçivəsində həyata keçirilməlidir. Yəni kommunikasiyalar Ermənistan ərazisindən, xüsusən də rusların və azərbaycanlıların Zəngəzur adlandırdıqları dəhlizdən keçirsə, o zaman ona ölkəmizin müvafiq strukturları nəzarət etməlidir. Zaxarovanın diqqətinə çatdırmaq lazımdır ki, Ermənistan  Rusiya Federasiyasının tərkibində respublika deyil. Ermənistan suveren dövlətdir və biz özümüz öz ərazimizdə bütün nəqliyyat kommunikasiyalarına nəzarəti və təhlükəsizliyi təmin etməyə qadirik. Burada rusların simasında bizə nəzarətçilər lazım deyil. Biz Moskvadan tələb etmirik ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri Transsibir dəmir yoluna və ya Primorsk diyarındakı Rusiyanın dəniz limanları vasitəsilə Çinin şimal-şərq əyalətlərini Asiya-Sakit okean hövzəsi limanları ilə birləşdirən dəhlizlərə nəzarət etsinlər. Yox, onlar Rusiyadan keçirlər, qoy ruslar özləri də nəzarət etsinlər. Amma Zəngəzurdan keçən dəhliz Ermənistan ərazisidir və burada təhlükəsizliyi Moskva istəsə də, istəməsə də ermənilər özləri həyata keçirəcəklər. Beləliklə, Armen Qriqoryan mövqeyini  kifayət qədər aydın ifadə etdi. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Moskvaya ermənilər tərəfindən xəyanətin harada edildiyi aydın deyil. Əgər milli maraqların və suverenliyin müdafiəsi, Zaxarovanın fikrincə, hücumdursa, əlavə etməyə bir şey yoxdur. Heç olmasa müdirinizin sözlərini xatırlayın – “kim qəzəblənirsə, səhv edir”. Ermənistan isə öz milli maraqlarının dediyi kimi hərəkət edəcək”. Beləliklə, Ermənistan mövqeyindən geri çəkilmək niyyətində deyil, bununla da Rusiya razılqşmaq istəmir. Məhz bu səbəbdən tərəflər arasında münasibətlərin daha gərgin xarakter alması gözlənilir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ