çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan geosiyasi güc olmasaydı, Avropa Siyasi Zirvəsinə ləyaqətlə çıxa bilməzdi... - Aydın QULİYEV yazır...

Image


Avropa qitəsində əməkdaşlığın yeni böyük formatı sürət götürməkdədir. Həm də coğrafi Asiyanın Azərbaycan kimi ölkəsini də öz içinə almaqla sürət götürür. 100 il əvvəl Leninin hətta ayrıca əsər həsr etdiyi "Avropa Birləşmiş Ştatları" (Amerika yox, Avropa) kimi fantastik şüar altında bütün Avropa dövlətlərini birləşdirmək mümkün olmasa da, bu məkanda ayrı-ayrı iqtisadi, siyasi, hüquqi və sair xarakterli birliklər zaman-zaman gerçəkləşə bildilər.

Bəlkə də bir vaxtlar Avropa İqtisadi Birliyindən on illər sonra Avropa Siyasi Birliyinin də yaranacağı kimsənin ağlına gəlməzdi. Avropa Siyasi Birliyinin təşəkkül prosesinin fəal və detonasiyalı qüvvələrindən birinin məhz Azərbaycan olacağı isə heç ağıllara gəlməzdi... Ancaq inanılmazlar gerçək olurmuş...

Avropa İB yarananda hələ müstəqil dövlət olmayan Azərbaycan indi Avropa Siyasi Birliyi proseslərinin önəmli iştirakçısına çevrilə bilib. "Heç bir inkişaf və təhlükəsizlik layihəsinin Azərbaycansız mümkün olmadığı" həqiqəti burada bir daha təsdiqlənir...

Avropa Siyasi Birliyinin ideya müəllifləri başqa qüvvələr olsalar da, prosesin Azərbaycansız uğur şanslarının yoxluğu ilk əvvəldən bəlli idi. Ötən il Birliyin Praqadakı ilk, bu il Kişinyovdakı 2-ci sammitinə Azərbaycan Prezidentinin xüsusi dəvət edilməsi təkcə Prezidentin şəxsiyyətinə və siyasi çəkisinə verilən böyük önəmlə izah olunmur. Həm də onunla izah olunur ki, bu gün Azərbaycan həqiqətən təsirli geosiyasi gücə çevrilib və bununla hesablaşmamaq mümkün deyil. Geosiyasi gücə çevrilmək mücərrəd anlayış deyil. Bunun arxasında Azərbaycanın iqtisadi, maliyyə, hərbi, demoqrafik gücü, milli-mənəvi faktorları və əlbəttə ki, bənzərsiz geosiyasi üstünlükləri dayanır. İlham Əliyevi Siyasi sammitdə fəal təsir mövqeyində görmək istəyən Avropa liderləri yaxşı bilir ki, hər bir ölkənin özünün müxtəlif coğrafi yerləşmə və mövcudluq göstəriciləri olsa da, bunları bir yerə toplayaraq ölkənin ümumi geosiyasi üstünlüyünə çevirmək heç də hər ölkəyə qismət olmur. Məsələn, bir sıra bəlli ərəb ölkələrinin nefti, qazı yox idimi?! Rusiyanın misilsiz enerji və xammal ehtiyatları yoxdurmu?! Nə üçün onlar önəmli və vazkeçilməz geosiyasi məntəqəyə çevrilə bilmirlər? Dünya onlardan hətta bəzən imtina edir, daha əlverişli və etibarlı alternativlər axtarır...

Bakıda Enerji həftəsində İlham Əliyevin bir fikrini maraqlı uyğunluğa görə, yada salmaq istəyirəm: "Ukraynada müharibə başlayandan Avropa dövlətləri Azərbaycandan qaz təchizatını 40 faiz artırıblar". Təqdirəlayiqdir ki, Azərbaycan kimsənin qırmızı xətlərinə toxunmadan, kimlərisə toqquşdurmadan, kimlərləsə toqquşmadan özünün geosiyasi önəminin yeni-yeni ifadə və təsdiq məkanları tapır və ya yaradır. Beləliklə, Azərbaycan  və onun Prezidenti Avropanın Siyasi Birlik proseslərində indiki yerini və rolunu təsadüfən əldə etməyib, bu mövqe Azərbaycana hədiyyə də edilməyib. Bütün bunlar Azərbaycanın malik olduğu müxtəlif saysız göstəriciləri ümumi geosiyasi üstünlüyə çevirmək səylərinin real nəticəsidir ki, bu siyasətin müəllifini xüsusi aksentlə Siyasi Birlik zirvəsinə dəvət edirlər...

ASB 2022-ci ilin mayında əsasən Almaniyanın və Fransanın səyləri ilə yaranıb. Azərbaycan lideri bu birliyin köklərini və hədəflərini təbii ki, əla bilir. Məhz buna görə də Azərbaycan Avropanın yeni format əməkdaşlıq prosesindən kənarda qala bilməzdi. Çünki Birliyin hədəflərini əla təsəvvür edir. Azərbaycanı bu prosesdən, hətta bunu istəyənlər olsaydı da belə, kənarda saxlaya bilməzdilər. Çünki Azərbaycan Prezidenti ölkəsinin ən yeni Avropanın əməkdaşlıq və inteqrasiya proseslərindən kənar saxlanmasını mümkünsüz edən işləri çoxdan, həm də öncədən görməyə başlayıb. Gəlin baxaq, Avropaya yeni enerji təhlükəsizlik xəritəsi lazım idimi? Kim bunu yaratdı? Avropaya Şərq-Qərb, Şimal-Cənub marşrutlarının regional seqmentlərini qabaqcadan  yaratmaq lazım idimi? Kim bunları yaratdı? Avropa özünə ən yeni alternativ enerji mənbəyi axtarmırdımı? Bunu kim ona verdi? Avropa özünün xristian sivilizasiya dəyərləri ilə tarix boyu acı qarşıdurma səhnələri yaşadığı islam dəyərlərinə doğru mütərəqqi tərpənişləri arzu etmirdimi? Bu imkanı Avropaya kim açdı? Bakı prosesi deyilən prosesin içində Avropa Şurasını və İslam Əməkdaşlıq təşkilatını bir araya kim gətirdi? Bunlar öz başına əmələ gəlmiş işlər deyildi və Avropanın siyasi birləşmə proseslərində Azərbaycanın da ləyaqətli iştirakını zəruri etmiş faktorlardır. Axı siyasi birləşmə təkcə "quru siyasətdən" ibarət deyil. Siyasi Birlik prosesini iqtisadiyyatsız, enerjisiz, təhlükə sığortalarından kənarda təsəvvür etmək olmaz...

Avropa Siyasi Birliyi prosesi Avropanın son 70 ildə müxtəlif sahə və istiqamətlər üzrə yaratdığı əməkdaşlıq və inteqrasiya formatlarının hamısının yeni bir çətir altına alınma prosesidir. Burada Avropa Birliyi, Şərq Tərəfdaşlığı, NATO, ATƏT, Avropa Şurası, bunların hansındansa və ya indiyədək hamısından kənarda qalmış ölkələrdən söz gedir. Bu geniş coğrafiyada indiyədək kiminsə Avropa Birliyinə üzv olmağa iqtisadi göstəriciləri yetmirdi, kiminsə NATO üzvlüyünə hərbi göstəriciləri kifayət etmirdi, kiminsə hər ikisinə doğru yolu tam açıq deyidi. Kimə hansı qurum sərfəli və mümkün idisə, onun da üzvü olurdu. Ən unikal amil odur ki, kimlərsə bu mövcud əməkdaşlıq və inteqrasiya sxemləri ilə bağlı konkret seçim etməyə sadəcə lüzum görmürdü. Məsələn, bu gün Azərbaycanın NATO və ya Avropa İqtisadi Birliyinə doğru konkret üzvlük seçimi etməsi şəraitin tələblərinə uyğun olmazdı. Onu xüsusi əlavə edək ki, Azərbaycan özünün  Avropa siyasi prosesində sərbəst hərəkətlərinə mane olan əvəlki dövrlərə aid heç bir addım atmayıb. Yəni Ermənistan kimi, həm KTMT, həm NATO, həm Avrasiya İB, həm də Avropa İB üzvlüyü kimi ziddiyyətli və özünü girova çevirən gedişlər etməyib. Avropa Siyasi Birliyi proseslərində Ermənistan liderinə xüsusi önəmin verilməməsinin  səbəblərindən biri budur. Bir əli ilə NATO-dan, digəri ilə KTMT-dən tutmuş bir ölkənin  başçısına Avropa siyasi proseslərində xüsusi dəvət personası kimi baxmaq həqiqətən təəccüblü olardı... Əminəm ki, Ermənistan Avropa Siyasi Birliyi prosesində hansısa qeyri-adi göstəricilərə görə yox, məhz ona görə iştirak edir ki, sadəcə SSRİ-dən yarımçıq  qopmuş ölkə kimi ATƏT-in, Avropa Şurasının, Şərq Tərəfdaşlığının üzvü olub və Rusiya təsirlərindən hələ də  tam ayrıla bilmir. Başqa heç nə... Bu meyarları Azərbaycana baxaraq nəzərdən keçirəndə isə Avropa Siyasi Birliyində İlham Əliyevin iştirakına təşkilatçılar tərəfindən xüsusi önəm verilməsi həqiqətən təbii və zəruri görünür. Demək, Azərbaycan təsirli geosiyasi güc, Ermənistan isə sadəcə geosiyasi alət  olduğu üçün Avropa Siyasi Birliyi prosesində iştirak edir.

Avropa Siyasi Birliyi prosesində Azərbaycanın bəlkə də hələ heç bir ölkənin bu formatda qazanmadığı siyasi Zəfərə sahiblənməsi də təsadüf deyil. Azərbaycan tarixdə ilk dəfə geosiyasi-geoiqtisadi anlamda bütün Avropanı əhatə edən məkanda öz ərazi bütövlüyünün tanınmasına və bunun konkret beynəlxalq sənədlə təsdiqlənməsinə nail oldu. İndiyə kimi bunu Avropanın ayrı-ayrı inteqrasion qurumlarının çərçivəsində, həm də yarımçıq tanınma səviyyəsində görmüşdük. Məsələn, Avropa Şurası, Avropa Parlamenti, NATO Parlamenti Azərbaycanın ərazi bütövlüyünü daha öncələrdə  tanımışdılar. Lakin bu tanınmalar yarımçıq idi, keçmiş Dağlıq Qarabağı Azərbaycanın hüdudlarında xüsusi qeyd etmirdi və bu yarımçıqlıq yalnız Avropa Siyasi Birliyi sammitində Praqada aradan qaldırıldı...

Əvvəla, bu tanınma bir qurumun yox, bütün Avropanın çətiri altında baş verdi. İkinci, İlham Əliyev bu prinsipin Ermənistan tərəfindən də qəbul edilməsinə nail oldu. Üçüncü, bu tanınmanın möhkəm hüququ əsası kimi 1991-ci il Alma-Ata sazişi təsdiqləndi. Artıq mötəbər dünya kürsülərində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü keçmiş Dağlıq Qarabağla birlikdə tanımasının siyasi-diplomatik məkanı kimi ASB-nin Praqa sammiti deyilir. Bu, Azərbaycan Prezidentinin ASB proseslərində tarixi qələbəsidir...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ