Cümə günü, 09 oktyabr 2026
     

“Şimal-Cənub” nəqliyyat dəhlizinin səmərəliliyi Azərbaycandan daha asılı vəziyyətə düşür...

Image


Rusiya Azərbaycanın tezliklə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə qoşulacağına ümid edir. Bunu Rusiya Prezidenti Vladimir Putin İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında deyib.

Putin bu dəhlizin əhəmiyyətini yüksək qiymətləndirib: “Bu saziş Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə imkan verəcək. Yeni xəttin inşasına elə bu il başlanılacaq". Yeri gəlmişkən, Rusiya ilə İran arasında imzalanan sazişə əsasən, bu ölkələr uzunluğu 170 kilometr olan, həmçinin “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizini birləşdirən Rəşt–Astara dəmir yolunun layihələndirilməsi və inşasını birgə maliyyələşdirəcək. İran Astarası ilə Azərbaycan Astarası arasında olan sahə isə Azərbaycan, Rusiya və İranın iştirakı ilə inşa olunacaq. Qeyd edək ki, “Şimal Cənub” dəhlizinin dəmir yolu seqmentinin əsası olan Rəşt-Astara Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Bu yol İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. Avropa ilə Fars körfəzi və Cənub Şərqi Asiya ölkələri arasındakı ticarət əlaqəsi və idxal-ixrac əməliyyatları məhz bu yolla həyata keçiriləcək. Rusiyanın baş nazirinin müavini Andrey Belousov qeyd edib ki, “Şimal Cənub” dəhlizinin əsas seqmentindən biri olan Rəşt-Astara dəmir yolunun tikintisi 2027-ci ilin sonuna kimi başa çatdırılacaq və istismara buraxılacaq. O bildirib ki, razılaşmaya əsasən yolun tikintisi 4 il davam edəcək. Hələlik isə layihə və geoloji işlər həyata keçirilir. Xatırladaq ki, Qəzvin–Rəşt dəmir yolunun davamı olan Rəşt–Astara dəmir yolu “Şimal-Cənub”un əsas seqmentini təşkil edir. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklərin Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacağı nəzərdə tutulur. Eyni zamanda, əks istiqamətdə də yüklərin həmin yolla daşınacağı planlaşdırılır. Bu isə yolun keçdiyi dövlətlərə ikiqat tranzit gəliri gətirəcəyini şərtləndirir. Bu xüsusda siyasi şərhçi Emin Bağırov bildirib ki, Azərbaycan adıçəkilən nəqliyyat dəhlizinin formalaşması ilə bağlı indiyədək bir sıra önəmli layihələr həyata keçirib: “Ələt–Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması, habelə İran Astarası və Azərbaycan Astarası arasında dəmir yolu xətti bağlantısının yaradılması kimi layihələr böyük əhəmiyyət daşıyıb. Azərbaycan, Rusiya və İran tərəfindən Qəzvin–Rəşt–Astara dəmir yolunun tezliklə inşa edilməsinə daim maraq göstərilib və bu layihə diqqət mərkəzində saxlanılıb. Onu da bildirim ki, yolun Qəzvin–Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Rəşt–Astara hissəsində isə işlər davam etdirilib. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım göstərəcəyini də bildirib. İrana tətbiq olunan iqtisadi sanksiyalar yolun tikintisi üçün maliyyə vəsaitinin ayrılmasına maneələr yaradır. Buna görə də Rusiya 160 kilometrlik Rəşt–Astara dəmir yolunun tezliklə istismarı üçün səy göstərir. Çünki bu layihənin reallaşdırılması ilə Rusiya–Asiya ölkələri ticarət əməkdaşlığının genişləndirilməsinə əlverişli şərait yaranır”. Onun fikrincə, “Şimal–Cənub” dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan–Rusiya sərhədindən Azərbaycan–İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Yeri gəlmişkən, Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açılması qarşıya önəmli vəzifə kimi qoyulub.

Region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq bu Zəngəzur dəhlizi Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaradacaq. Dəhliz, eyni zamanda, Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. perspektivdə onun “Şimal-Cənub”a inteqrasiyası da istisan olunmur. “Şimal-Cənub” dəhlizi isə həm Avropaya, həm də Rusiya ilə Fars körfəzi ölkələri arasında malların sürətli və maneəsiz tranzitini təmin edəcək. Sankt-Peterburqdan Mumbaya malların çatdırılması Süveyş kanalı vasitəsilə ənənəvi marşrutlar üzrə 30-45 gün əvəzinə təxminən 10 gün çəkəcək. Dəmir yolu ilə tranzit yüklərin ümumi həcmi ən azı 15 milyon ton təşkil edəcək. Rusiya baş nazirinin müavini Marat Xusnulli qeyd edib ki, dəhlizi eyni zamanda üç marşrut üzrə inkişaf edir: qərb marşrutu - Dağıstan və Azərbaycan, transxəzər - su nəqliyyatı, şərq marşrutu isə Qazaxıstan və Türkmənistan vasitəsilə. Yalnız Rusiya 2030-cu ilə qədər dəhlizin infrastrukturuna təxminən 280 milyard rubl sərmayə qoyacaq. İnvestisiya axını artıq marşrutun inkişaf tempində özünü göstərir. Xusnullin qeyd edib ki, son üç il ərzində bütün yol tikintisi planları yerinə yetirilib. Yaxın illərdə Sankt-Peterburqdan Vladivostoka 56 şəhərdən yan keçməklə, Qazaxıstan, Monqolustan və Çinə çıxışı olan 1-ci kateqoriyalı müasir avtomobil yolu istifadəyə veriləcək. Beləliklə, “Qərb-Şərq” dəhlizi Şimal-Cənub” dəhlizinə inteqrasiya olunacaq. O bildirib ki, Transxəzər marşrutunun inkişafı çərçivəsində gəmilərin keçməsi üçün Volqanın dibinin dərinləşdirilməsi üzrə işlər aparılır. Gələcəkdə sualtı gəmilər Həştərxan limanı vasitəsilə Volqada sərbəst hərəkət edə biləcək. Ümumilikdə, 2025-ci ilə qədər Rusiya ilə Xəzər regionu, Cənubi və Cənub–Şərqi Asiya, Fars körfəzi ölkələri arasında yük dövriyyəsi iki dəfə – 30 milyon tona, 2030-cu ilə qədər 45 milyon tona qədər artmalıdır ki, bu da 2021-ci illə müqayisədə 150 faiz çoxdur. Bütün bunlar Azərbaycana böyük tranzit gəlirlər vəd edir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ