çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvan əyalətinin Müfəssəl Dəftərlərində Azərbaycan türkləri barədə yazılar erməni saxtakarlara tutarlı zərbədir...

Image


“Mən Qərbi azərbaycanlıyam” rubrikasında çox maraqlı bir məsələdən danışacağıq. Elə bir məsələdən ki, o, Azərbaycan türklərinin indiki Ermənistanın yerli əhalisi olduğunu birmənalı olaraq təsdiqləyir. Qərbi Azərbaycan türklərin tarixi torpağıdır və onların buranın aborigen əhalisi olduğu haqda yüzlərlə arxiv materialları var.

İrəvan əhalisinin milli, etnik, dini mənşəyini, sayını, neçəsinin qadın, neçəsinin kişi olduğunu özündə ehtiva edən sənədlər içində  “İrəvan əyalətinin müfəssəl dəftəri”nin, “İrəvan əyalətinin icmal dəftəri”nin və “İrəvan əyalətinin kameral təsviri”nin xüsusi əhəmiyyəti var. Bu sənədlərdə Azərbaycan türkləri barədə məlumatlar yer alır. “İrəvan əyalətinin icmal dəftəri” adlı arxiv materialında, eləcə də, "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə və “İrəvan əyalətinin kameral təsviri”ndə verilən faktlar bu gün türksüz Ermənistan yaradanlar qarşısına çox ciddi  faktlar qoyur və sübut edir ki, bu ərazilər ermənilərin tarixi torpağı deyil.

AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı Adil Bağırov “İrəvan əyalətinin icmal dəftəri” barədə yazır: “İstanbul Başbakanlıq Arxivində saxlanılan akad. Z.Bünyadov və tarix elmləri namizədi H.Məmmədov tərəfindən tərcümə edilib nəşr olunan "İrəvan əyalətinin icmal dəftəri" (Bakı, Elm, 1996) xalqımızın soykökünü öyrənmək baxımından çox dəyərli, lazımlı və qiymətli bir mənbədir. Bu mənbədə İrəvan əyalətinin o dövrdəki inzibati-ərazi bölgüsünə görə bütün yaşayış məntəqələri, bu məntəqələrin hansı nahiyə və zonada yerləşməsi, bu günki tədqiqat üçün çox gərəkli və zəruri olan yer adları, əhalidən alınan vergilərin ad və miqdarı və s. haqqında ətraflı məlumat verilir. "Dəftər" 1728-ci ilə aid statistik məlumatlarla yanaşı, 1590-cı ilə aid məlumatları da özündə əks etdirir.
Bu mənbənin verdiyi məlumata görə 1590-cı ildə Osmanlı idarəsində olan Rəvan (İrəvan) əyalətini (bəylərbəyliyi) mərkəzləşdirilmiş qaydada idarə etmək üçün ərazi-inzibati bölgü aparılaraq, yerli idarə aparatı yaradılmış və ərazi İrəvan və Naxçıvan livalarına (Osmanlı imperiyasında əyalətə tabe olan ərazi inzibati-vahidi) bölünmüşdür. Bu dövrdə İrəvan livası: İrəvan, Karbi, Vedi, Aralıq, Talin, Ərmus, Abnik, Abaran, Şərabxana və s, adları ilə 10, Naxçıvan livası isə: Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt adları ilə 16 nahiyədən ibarət imiş.
"Dəftər"dən aydın olur ki, bu nahiyələrə daxil olan yaşayış məntəqə adlarının, demək olar ki, hamısı Azərbaycan-türk mənşəli adlardır. Məlumdur ki, eradan xeyli əvvəl, indiki Ermənistan deyilən ərazidə məskunlaşan, öz dədə-baba yurdlarında yaşayan azərbaycanlılar xalqımızın tərkib hissəsini təşkil etmiş, xalqın mənşəyi ilə sıx bağlı olmuş, onun dilini, tarixini, adət-ənənəsini, məişətini, düşüncə tərzini qoruyub saxlamış və yaşadıqları əraziyə görə ana dillərinə məxsus adları verib onu yaşatmışlar.
Torpağım köksünə əbədi kök salmış bu adlar tariximizin yadigarı, milli mənəvi dəyərlərimizin göstəricisidir. Ona görə də  "Dəftər"də öz ifadəsini tapmış  bu adları həm tarixi, həm də dilçilik baxımından öyrənmək çox vacibdir. Ancaq etiraf edək ki, tarixi coğrafiyamızı, milli ad mədəniyyətimizi əks etdirən belə zəngin bir xəzinəni bir məqalə daxilində hərtərəfli şəkildə təhlilə cəlb etmək imkan xaricindədir. Odur ki, bu yazıda ancaq Naxçıvan qəzasına daxil olan yaşayış məntəqə adlarını linqvistik cəhətdən qruplaşdırmağı qarşıya məqsəd qoymuşuq.
Mənbəyə əsasən deyə bilərik ki, 1590-cı ildə Naxçıvan qəzasına daxil olan nahiyələrdə təxminən 664 yaşayış məntəqə və məzrə adı və 33 yaylaq adı qeydə alınmışdır. (s.159-183). Apardığımız tədqiqata əsasən bu adları aşağıdakı şəkildə qruplaşdıra bilərik...”

Alimin bildirdiyinə görə, bu faktlar sübut edir ki, "İrəvan əyalətinin müfəssəl dəftəri"ndəki yer adları türk mənşəlidir və onun tədqiqata böyük ehtiyacı vardır. O, “bu adların linqvistik təhlili tariximiz və dilimiz üçün bir çox qaranlıq mətləblərin açıqlamasına kömək edər”-deyə bildirir.

  • “Bunlar o torpaqların Azərbaycan türklərinə məxsus olduğunu göstərən ən qiymətli arxiv sənədləridir”

Tədqiqatçı alim Nazir Əhmədli “Bakı-Xəbər”ə şərhində bildirir ki, həm Osmanlılar tərəfindən tərtib edilən “İrəvan əyalətinin müfəssəl dəftəri” və “İrəvan əyalətinin icmal dəftəri”, həm də Çar Rusiyasının tərtib etdiyi “İrəvan əyalətinin kameral təsviri” çox böyük tarixi əhəmiyyətə malikdir. N.Əhmədli hesab edir ki, bu gün bu dəftərlərin mövcudluğu Ermənistanın anti-Azərbaycan siyasətinə çox ciddi ziyan vurur. Əvvəlcə hazırlayıb çap etdirdiyi “İrəvan əyalətinin kameral təsviri”dən danışan N.Əhmədli “Bu “Kameral təsvirlər” həmin ərazilərin pasportu sayılır. Mən 1831-ci ilə aid kameral təsviri çap etmişəm. Bu sənəddə əhalinin adba-ad siyahısı var, kənd, yer yurd adları var. Bu sənədlərdə göstərilir ki, əhalinin 80 faizi Azərbaycan türkləri olub, çüzi faizi erməni olub, sonradan onların sayını artırmaq üçün İrandan və Türkiyədən ermənilər gətirildi. Bu sənəddə bütün faktlar dəqiqliklə qeydə alınıb. O dövrdə İvan Şopenin başçılığı ilə Çar məmurları tərəfindən bu siyahı tərtib edilib. Bir daha sübut olunub ki, İrəvan əhalisinin 80 faizi Azərbaycan türkləri olub, bu fakt da bu ərazinin kimin  vətəni olduğunu açıq-aşkar göstərir. Bunlar o torpaqların Azərbaycan türklərinə məxsus olduğunu göstərən ən qiymətli arxiv sənədləridir. Çar Rusiyasının işğalından üç il sonra tərtib edilib. Son 200 ilə yaxın bir dövr ərzində türkləri ayrı-ayrı mərhələlərdə bu ərazilərdə sıxışıdırıblar, zülmlərə məruz qoyublar, deportasiyaya ediblər və monoetnik Ermənistan yaradıblar. Əhalisinin 80 faizinin türklərdən ibarət olan bir torpağın əhalisi arasında bir nəfər də olsa Azərbaycan türkü qalmayıb. Faciə budur. Bu da bizim diplomatlarımız, siyasətçilərimiz üçün ən qiymətli sənədlərdir və Çar məmurlarının tərtib etdiyi bu sənədlərin də hamısı Ermənistanın Milli Arxivində saxlanılır”-deyə bildirdi.           

“İrəvan əyalətinin icmal dəftəri”ndən və  "İrəvan əyalətinin müfəssəl dəftəri"ndən də danışan N.Əhmədli hesab edir ki, bu sənədlər də tariximiz üçün çox böyük əhəmiyyətə malikdir. “Osmanlılar 1590-cı ildə və 1723-cü ildə bu əraziləri tutduqdan sonra vergi toplamaq və əhali barədə müfəssəl məlumat əldə etməkdən ötrü “icmal dəftəri” və  " müfəssəl dəftər” kimi iki dəftər tərtib ediblər. Orada da əhalinin etnik tərkibi, verdiyi vergilər, kəndlərin adları, vergi sistemi və sair kimi çox qiymətli məlumatlar yer alıb. Osmanlı bu dəftərləri iki dəfə tərtib edib (1590 və 1727-28-ci illərdə-N.Ə). Osmanlının İrəvan əhalisi ilə bağlı tərtib etdiyi “icmal dəftəri” və  " müfəssəl dəftər” bizə çox qiymətli məlumatlar verir. Bunlar çox qiymətli materiallardır, tarix bu sənədlər əsasında öyrənilir. O sənədlərdə vergi sistemindən tutmuş toponimlərimizə qədər hər şey əks olunub”

“Müfəssəl dəftər”lərin qanunnaməsinin olduğunu deyən alimin sözlərinə görə, bu konstitutsiyaya bərabər bir toplu olub. Bu baxımdan, Osmanlı dövlət sənədləri də həddən artıq qiymətlidir. Osmanlılar “icmal dəftəri”ni və “müfəssəl dəftər”i, Çar Rusiyası isə işğaldan sonra “kameral təsvir”ləri tərtib etdi. “icmal” və “müfəssəl” dəftərləri Hüsaməddin Məmmədov nəşr etməyə başlayıb. O vaxtilə AMEA-nın Şərqşünaslıq İnstitutunda işləyirdi, sonra Atatürk Mərkızində işlədi. İndi Kanadada yaşayır. “Müfəssəl dəftərlər”in təxminən 16-17-ni mən hazırlamışam. Bir dənəsini də profressor Tofiq Mustafazadə hazırlayıb. O “Quba əyalətinin kameral təsviri”ni hazırlayıb...” –deyə N.Əhmədli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ