çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanda bəzi Qərb təşkilatları hələ də destruktiv fəaliyyətə can atır

Image


Müxtəlif ölkələrdə ictimai müzakirələrdə "beşinci kolon" kimi ifadəni getdikcə daha çox eşitmək olar. Xatırladaq ki, rəsmi versiyaya görə, ilk dəfə “beşinci kolon” termini 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi ilə əlaqədar olaraq istifadə edilib. Həmin vaxt ölkədə hakimiyyətə mühafizəkar baxışların nümayəndələrinin son dərəcə bəyənmədiyi sol-liberal qüvvələr gəlmişdi. General Fransisko Frankonun başçılığı ilə buna üsyan başladı. Üsyançıların ilk hədəfi paytaxt Madrid idi.

Üsyanda iştirak edən general Emilio Mola radio vasitəsilə yerli əhaliyə müraciət edərək dörd hərbi kolonun şəhərə doğru hərəkət etdiyini, beşincisinin isə onun içərisində olduğunu və birləşməni gözlədiyini bildirdi. Beşinci kolon deyərkən o, frankoçularla oxşar mövqe tutan insanlar şəbəkəsini, muzdlu casusları və təxribatçıları nəzərdə tuturdu. Həmin vaxtdan da "beşinci kolon" ifadəsi dəbə minib. İndi də "beşinci kolon" qismində fəaliyyət göstərənlərin sayı az deyil və  belə kolonun sıralarına daxil edilənlərin tərkibində də yeniliklər var. Buna elə Azərbaycan təcrübəsində rast gəlmək mümkündür. Xüsusən də Qərbin müxtəlif təsisatlarının fəaliyyəti fonunda bunu görmək olar. Ölkəmizdə Qərbi təmsil edən ABŞ və Avropanın bir çox təsisatları  uzun müddət fəaliyyət göstəriblər və onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirirlər. Onlar üçün ölkəmizdə hər cür şərait yaradılıb. Amma o da diqqətdən yayınmır ki, bəzi belə təşkilatlar Azərbaycanda  vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətməyi fəaliyyətlərində ön plana çıxarırlar. USAİD başqa olmaqla bunu bəzi qurumların timsalında görmək olar. Faktdır ki, hazırda qeyri-hökumət təşkilatı (QHT) və ya digər vətəndaş cəmiyyəti institutu simasına girən, məqsədi isə heç də demokratik cəmiyyət quruculuğuna yardım etmək yox, əksinə, siyasi, dini, etnik zəmində vətəndaş qarşıdurması və idarə olunan xaos yaratmaq olan, beynəlxalq və lokal səviyyələrdə fəaliyyət göstərən təxribatçı qurumlardan təzyiq aləti kimi istifadə olunması halları geniş yayılıb. Əməli fəaliyyətdə müəyyən siyasi, iqtisadi mərkəzlərin sifarişi və maliyyə dəstəyi ilə ayrı-ayrı ölkələrdə daxili sabitliyi pozmaqla məşğul olan çoxlu sayda beynəlxalq QHT-lər, təşkilatlar  mövcuddur. Azərbaycanın inkişafını qəbul etmək istəməyən müəyyən xarici qüvvələr onlar vasitəsilə ölkəmizə təsir etməyə can atırlar. Beləliklə, sözügedən təsisatların “vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, çoxpartiyalı siyasi sistemin və müstəqil medianın inkişafına dəstək” adı altında həyata keçirdikləri çoxsaylı layihələrin hədəfi heç də elan edilən istiqamətlərdə Azərbaycan dövlətinin maraqlarına və müstəqil inkişaf perspektivlərinə uyğun nəticələr əldə etmək deyil. Məqsəd başqadır. Ötən illərin təcrübəsi sübut edir ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları vətəndaş cəmiyyəti strukturuna yeni nəfəs gətirməkdən, onların inkişafına təkan verməkdən daha çox, siyasi proseslərə pozucu müdaxilə etməklə, cəmiyyəti yanlış tərəfə istiqamətləndirməklə, ictimai-siyasi proseslər üzərindən manipulyativ mühit formalaşdırmaqla bütövlükdə olduqca təhlükəli və məkrli hədəflərə xidmət edən dövlətçilik prinsiplərini, bu sarsılmaz halqanın zəncirlərini zəiflətmək məqsədi güdürlər. Siyasi davranışın bir çox izahında insanların maddi qrup və ya şəxsi maraqlar, yaxud daha geniş prinsiplər və ideoloji öhdəliklərlə motivasiya edildiyi güman olunur. Bu amildən çıxış edərək, müstəqilliyimizin ilk illərindən başlayaraq USAID, NED, Fridrix Nauman, Marşall, IREX və bu qəbildən olan digər təsisatlar, qurumlar ölkəmizdə “beçinci kolon” yaradaraq ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diqtə etmək, güzəştlərə nail olmaq üçün istifadə ediblər. Əsas fəaliyyət istiqamətləri və planları isə müxtəlif kanallar vasitəsilə radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə maliyyə dəstəyi vermək olub.  Onu da xatırladaq ki, 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. Məhz bu cür milli mənafeyə zidd fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Həmin dövrdə QHT-lər vasitəsilə siyasi partiyaların maliyyələşdirilməsi adi praktikaya çevrilmişdi. Radikal müxalifətin zaman-zaman təsis etdiyi SİDSUH, Demblok, İctimai Palata, Milli Şura və digər bu kimi qurumlar məhz Qərbin dəstəyi sayəsində fəaliyyət göstərirdi. Lakin bu yolla hakimiyyətə qarşı müxalifətin birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri baş tutmadı, xalq süni şəkildə stimullaşdırılan bu prosesi və onun pozucu aktorlarını qəbul etmədi. Qeyd edək ki,  xarici qüvvələr Azərbaycanda onların buyruğu ilə hərəkət edən QHT və siyasi partiyalara Gürcüstan üzərindən pul çatdırıblar. Maliyyə vəsaitləri Gürcüstana göndərilir, oradan isə bəzi QHT nümayəndələrinin vasitəsilə Azərbaycana ötürülürdü. AXCP funksioneri Gözəl Bayramlı, jurnalist Əfqan Muxtarlı kimi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi də məhz bu kimi neqativ hallara qarşı mübarizə çərçivəsində baş verib.

Təəssüf ki, hələ də ABŞ-ın maliyyə yardımı adı altında qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri davam edir. Əvvəlcə Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Ermənipərəst Samanta Poverin rəhbərlik etdiyi USAİD-in Azərbaycanda fəallaşmağa çalışması təsadüfi deyil.  Milli Məclisin deputatı Vüqar İskəndərov da hesab edir ki, 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərən USAİD-in hazırda yenidən fəallaşmağa cəhd göstərməsi bəzi suallar yaradır: “Suallar ifadəsini təsadüfən işlətmədim. Məsələ burasındadır ki, rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan (halbuki, bu missiyaya nə qədər sadiq qalındığının özü də başqa bir müzakirə mövzusudur) bu təşkilatın o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var? Təşkilat Azərbaycan kimi inkişaf etmiş dövlətə sərf etdiyi vəsaiti həqiqətən ehtiyac olan ölkələrə, məsələn, yardıma möhtac Ermənistana xərcləsə, daha məntiqli olar. Deməli ki, USAİD-in və bu təşkilatın arxasındakı bəlli güclərin məqsədi bəllidir. Lakin onlar bilməlidirlər ki, indi Azərbaycan dövləti də, Azərbaycan cəmiyyəti də 1991-ci ildəki deyil. Dövlətimiz güclü, xalqımız isə qaranı ağdan seçməyi bacaran xalqdır”. Bəli həqiqətən də Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Zaman, məkan, mahiyyət və keyfiyyət, ən çox isə insanların şüuru baxımından mühüm dəqyişikilkər baş verib. Azərbaycan indi elə bir mərama və məqama çatıb ki, bir çox dövlətlərə bir neçə istiqamətlərdə yardım edir. Odur ki, nə USAID-in özünə, nə də onun hər hansı maliyyəsinə, sözün bütün mənalarında isə heç bir layihəsinə lüzum və ehtiyac yoxdur. Deməli, USAID Azərbaycan kimi inkişaf etmiş dövlətə sərf etdiyi vəsaiti həqiqətən ehtiyac olan ölkələrə xərcləsə, bu daha məntiqli olar. Hər halda, Azərbaycana belə qurumlar vastəsilə təsir göstərilməsi mümkün deyil. Bunu Qərb təsisatları mütləq nəzərə almalıdır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ