çərşənbə günü, 11 noyabr 2026
     

Sovet dövrü Qərbi Azərbaycanda ana dilli məşhur qəzetlər - deportasiyaya ittiham faktları...

Image


Qərbi Azərbaycanın tarixi torpağımız, ərazimiz olduğu, Azərbaycan türklərinin isə bu yerlərin aborigen əhalisi olduğu şübhəsizdir. Bu ərazilərdə soydaşlarımız çox böyük maddi-mədəni irs yaradıb, bu yurdun ziyalıları, aydınları mədəni-maarifçilik sahəsində çox böyük işlər görüblər.

Azərbaycan dilində təhsil, Azərbaycan dilində mətbuat orqanlarının nəşri görülən işlər sırasındadır. Əlbəttə, XX əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycanda da ana dili mətbuat orqanları yaranmağa başladı. Şübhəsiz ki, bu işdə yerli ziyalılar, maarifçilər xüsusi rol oynayıblar.

“İrəvanda izim qaldı” rubrikasında Qərbi Azərbaycanda nəşr olunan Azərbaycan dilli mətbuat orqanlarından danışacağıq.

Bu gün Ermənistan adlanan Qərbi Azərbaycanda “Kommunist”, “Rəncbər”, “Qızıl Şəfəq”, “Zəngi”, ”Sovet Ermənistanı”kimi qəzetlər nəşr olunub ki, bunların da hər biri azərbaycanlılar tərəfindən yaradılıb. Tədqiqatçılar qeyd edirlər ki, Qərbi Azərbaycanda ana dilimizdə ilk qəzet  "Kommunist" adlıanıb ki, o da 1921-ci ildə görkəmli ziyalı Süleyman Nurinin baş redaktorluğu ilə işıq özü görüb.

  • “Kommunist”dən “Sovet Ermənistanı”na qədər...

Mətbuat tariximizi tədqiq edən alim, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı bu barədə yazır: “...İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistan İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. Mustafa Sübhinin başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman Nuri Bakıda qalmış, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü kimi İrəvana göndərilən Süleyman Nuri Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə Xalq Ədliyyə Komissarı və Ali Məhkəmənin sədri təyin edilir. Süleyman Nurinin xatirələrindən belə aydın olur ki, o, eyni zamanda, tərkibi İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri yazırdı: "Təklifim əsasında Ermənistan Kommunist Partiyası mərkəzi Komitəsi Bakıya məktub göndərmiş, qəzetəçi Semih Hüseyn adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin dilində çıxan bu qəzetin yayımları daha yaxşı hala gəlmişdir”.

Süleyman Nuri xatirələrinin başqa bir yerində yazırdı: "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sərəncamında Semih Hüseyn adlı istanbullu türk zabitinin komandanlığında bir ehtiyat polis taboru var idi”. Semih Hüseyn də bəzi türklər kimi, Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda qalmış, kommunist partiyasına üzv olmuş, Süleyman Nuri ilə birgə çalışmışdı. Çox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur. Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların "Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxs olması haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid Qənizadə "Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən "Rəncbər” qəzetinin redaktoru olmuşdur.

1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış, İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da "Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı. Aprel ayında İrəvanda sovet hakimiyyəti yenidən bərpa edilmiş, may ayında yeni hökumət - Xalq Komissarları Soveti təşkil edilmişdi. Erməni dilini bilməyən, tərcüməçi vasitəsi ilə Ədliyyə Komissarı vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən Süleyman Nuri yenidən İrəvana qayıtmaqdan imtina etmişdi. 1921-ci ilin iyul ayında Azərbaycandan göndərilən Bala Əfəndiyev Xalq Daxili İşlər Komissarının müavini vəzifəsinə təyin edilmişdi. Bala Əfəndiyev 1922-ci ilin yanvarından Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində türk seksiyasının müdiri vəzifəsində işləməklə yanaşı, Ermənistan KP MK-nın və İrəvan şəhər Partiya Komitəsinin orqanı olan "Rəncbər”, sonra isə "Zəngi” qəzetinin redaktoru olmuşdu. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak edirdi. O, "Rəncbər” qəzetinin ilk qadın müxbiri olmuşdu. Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan "Rəncbər” qəzetinin 1921-ci ildə 31 sayı, 1922-ci ildə isə 46 sayı işıq üzü görmüşdür. "Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırmışdır. Ermənistanın bolşevik qiyafəsinə girmiş millətçi-şovinist rəhbərləri Azərbaycan dilində qəzetin buraxılmasını heç istəmirdilər. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan "Rəncbər”in abunəçilərinin az olmasını bəhanə edərək, qəzetin bağlanmasına göstəriş vermişdi. Digər tərəfdən, 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi Zaqafqaziyada nəşr edilən bir sıra qəzetlərin vəziyyətini müzakirə edərək, qərar qəbul etmişdi. Qərarda deyilirdi: "İrəvan və Batumidə türk dilində nəşr edilən qəzetlərin çıxarılması dayandırılsın. Zaqafqaziya türkləri üçün ümumi bir ölkə qəzetinin nəşri zəruri hesab edilsin. Gürcüstan K(b)P MK-nın orqanı olan "Yeni fikir” qəzeti Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr edilsin”.

Ermənistan K(b)P MK-nın nəzdindəki türk seksiyasının müdiri Bala Əfəndiyev seksiyanın 1922-1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi: "1923-cü ildən Ermənistan KP MK-nın orqanı olan "Rəncbər” qəzeti Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə bağlanmış, əvəzində "Yeni fikir” qəzeti alınmışdır, hansı ki, Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilmirdi”. Bunları Q.Dünyaminqızı yazıb.

Tədqiqatçılar “Qızıl şəfəq” qəzeti barədə də bəhs edirlər. 1929-cu ildə çap olunan qəzetin redaktoru Ələkbər Rzayev (Rizayev), 1929-1930-cu ildə Əli Tağızadə, 1930-cu ikdə Əli Əkərəkli, 1930-32-ci illərdə Əli Tağızadə, 1932-1936-cı illərdə Mustafa Hüseynov, 1936-1937-ci illərdə isə Səfər Alməmmədov “Qızıl şəfəq”ə rəhbərlik edib.

1921-ci ildə nəşr olunan sonra isə qapadılan "Kommunist" qəzetinin ikinci həyatı  1937-1938-ci illərdə represiya maşının var gücü ilə işlədiyi dövrə təsadüf edir. Qəzetin redaktorları Əkbər Rzayev (Rizayev) və Cəfər Vəlibəyov (1938–1939)  olub.

  • Azərbaycanlıların mədəni həyatının güzgüsü…

Bildirək ki, Qərbi Azərbaycanda nəşr olunmuş mətbu orqanlar barədə mövcud “Vikipediya” məqaləsində Sənan Nəcəfov və Cəlal Allahverdiyevin tədqiqatlarından istifadə edildiyi qeyd edilir. 

“Sovet Ermənistanı” qəzeti Ermənistan SSR-də Azərbaycan dilində respublika qəzeti olub.

Qərbi Azərbaycanda çap olunan azərbaycan dilli mətbuat orqanları sırasında, deyərdik ki, ən populyar olanı “Sovet Ermənistanı” qəzeti olub ki, bu qəzet milli siması ilə yadda qalıb. Bu nəşrdə milli düşüncənin təbliği də hər zaman vurğulanır. Dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın daim təbliğ olunduğu bu nəşr Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi, Ermənistan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı olub.

Tədqiqatçılar yazırlar ki, "Sovet Ermənistanı" qəzeti indiki Ermənistanda Mərkəzi Komitə, Nazirlər Soveti və Ali Sovetin orqanı olan azərbaycan dilində qəzet idi. Qəzet 1921-ci ildə "Kommunist", 1922-ci ildə "Rəncbər", 1925-ci ildə "Zəngi", 1929-cu ildə "Qızıl şəfəq", 1937-ci ildə yenidən "Kommunist" və nəhayət 1939-cu ildə "Sovet Ermənistanı" adı ilə işıq üzü görüb. Bu illərdə H.Qənizadə, B.Əfəndiyev, R.Vəlibəyov, Ə.Tağızadə, M.Hüseynov, S.Alməmmədov, Ə.Rzayev, R.Allahverdiyev kimi görkəmli azərbaycanlı ziyalılar qəzetin məsul redaktorları olublar. Qəzet Ermənistanda yaşayan azərbaycanlıların ictimai-siyasi, mədəni həyatının güzgüsü, Azərbaycan dilində çıxan yeganə qəzet kimi orada yaşayanların tribunası idi. Mətbu orqanda azərbaycanlı şair və yazıçıların əsərləri, ədəbi-tənqid məqalələri, teatr tamaşaları haqda resenziyalar, yubiley tədbirləri, əmək qəhrəmanları haqda yazılar, cəbhədə igidlik göstərən döyüşçülər haqda oçerklər dərc olunurdu. Bakıda Məmməd Zəki, Naxçıvanda Qulam Şərifov, Gəncədə Məhərrəm Əliyev qəzetin müxbirləri olmaqla yanaşı, əsas təbliğatçıları kimi daha çox xidmət göstəriblər. 1933-cü ildə İrəvanda Kamunyan küçəsi 23-də kök salan qəzet sonradan, 1934-cü ildə İrəvan Firqə Komitəsinin ikinci mərtəbəsinə, sonra isə 1936-cı ildə Qnuni küçəsi 32-yə Mənzil Koperativ binasına daşınır. Bu isə son olmur. Keçən əsrin 70-ci illərinin sonlarında əvvəlki yerindən Qızıl Ordu küçəsi 41-ə, oradan da "Mətbuat Evi"nə (Orconikidze küçəsi, mənzil 9, 9-cu mərtəbə) köçürülüb. Bura isə, təəssüf ki, qəzetin son ünvanı olub.

Tədqiqatçılar vurğulayır ki, qəzetin Əkbər Rzayev, Rəhim Allahverdiyev, Cəfər Vəlibəyov kimi vətənsevər redaktorları olub. Bundan başqa Ermənistan KP MK-nın üzvü, SSRİ və Ermənistan SSR Ali Sovetinin deputatı, Ermənistan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini Cəfər Vəlibəyov, Ermənistan SSR Ali Soveti Rəyasət heyəti aparatında məsul işçi, Vedi Rayon Komitəsinin birinci katibi, Zəngəzur İcraiyyə Komitəsinin sədri Əli Məmmədov, Vedi, Zəngibasar, Ağbaba Rayon Komitələrinin birinci katibi Hüseyn Məmmədov, Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini, Ermənistan KP MK üzvlüyünə namizəd, SSRİ və Ermənistan SSR Ali Sovetinin deputatı Yunis Rzayev, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, teatr tənqidçisi Sabir Rzayev, Ermənistan SSR Rəyasət Heyətinin sədr müavini, MK üzvü, SSRİ Ali Sovetinin deputatı Məhərrəm Bayramov. Bunlardan Cəfər Vəlibəyov, Əli Məmmədov, Məhərrəm Bayramov Ermənistan hökumət və partiya liderlərinin imzaladığı nekroloqla dəfn ediliblər. Bundan başqa Nəcəf Şabanov, İsmayıl Əliyev, Sabir Əsədov, Teymur Əhmədov, Suren Şərifov, Cəlil Hüseynov, Hüseyn Həsənov, Hüseyn Nəcəfov, Nüsrət Sadıqov, Rza Əsgərov, Allahyar Rəhimov, Vidadi Quliyev, Hüseyn Sadıqov, Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Ibiş Abbasov, Nəcəf Şabanov, Əsgər Əsgərov, Abdulla İbrahimov, Kazım Kazımov kimi tanınmış ziyalılar kollektivin formalaşmasında, fəaliyyət göstərməsində öz sözlərini deyiblər. Texniki işçilərdən: Elmira, Kifayət, Laləzar, Tamilla, Şəmsiyyə, Əntiqə, Rəfiqə, Şamama, Sevda. Onların əməyi də yüksək qiymətləndirilməlidir. Qadın "Ədəbi işçilər"dən Mənzərə Sadıqova və Sabirə Qurbanova çalışmışdır. Redaksiya tarixində qadın müxbir kimi yalnız iki nəfər çalışıb.

Qəzetin sonuncu redaktoru tarix elmləri namizədi İsrafil Məmmədov olub. Hidayət Orucov, Salman Vilayətoğlu da "Sovet Ermənistanı" qəzetində çalışıblar. AzTV-də çalışan Bəxtiyar Bayramov da o vaxtkı kollektivdə gənc nəslin nümayəndəsi olmuşdur. Hazırda BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Odərin atası Fərman İsmayılov "Sovet Ermənistanı" qəzetində şöbə müdiri olub, Mübariz Tağıyevin anası Rübabə Babayeva isə uzun illər "Sovet Ermənistanı" qəzetində çalışıb.

Qeyd edilir ki, qəzetin 11 min abunəçisi olub.

Milli mədəniyyətimizin, ana dilimizin aynası olan bu nəşrlərin hər birinin tarixdə izi var. Bu gün Qərbi Azərbaycanda Ermənistan adlı qondarma dövlət qurulsa da, o torpaq da, oradakı qədim mədəniyyət də Azərbaycan türklərinə məxsus olub. Biz orada öz dilimizdə qəzet çıxarmışıq, öz dilimizdə təhsil almışıq, mədəniyyətimizi formalaşdırmışıq. Bu nəşrlər də, başqa məsələlər də bütün dünyaya o torpaqların əsl sakinlərinin bizlər olduğunu bir daha göstərir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ