çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistan Rusiya və Qərbin yeni toqquşma məkanına çevrilir

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən son iclasında da Azərbaycana qarşı heç nə əldə edə bilməyən Ermənistan indi bu qurmdam uzaqlaşmağı düşünür. Lakin bunun nəticələrinin Ermənistan üçün ağır olacağına dair artıq çoxsaylı proqnozlar verilir. Çünki Rusiya baş verənlərə səssiz qalmaq niyyətində deyil.

Qeyd edək ki, bir müddət öncə Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Onun fikrincə, sənəd kifayət qədər işlənməyib.

Elə bu fonda Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov qeyd edir ki, İrəvan qeyri-sabitliyin yeni vektoruna çevrilə bilər.

Onun fikrincə, qlobal tənəzzül prosesinə başlamaq istəyən elitalar Ukrayna ssenarisi üzrə Cənubi Qafqazda böhran təşkil edə bilərlər: “İrəvanda baş verənlər qlobal beynəlxalq proseslərin əksidir. Beynəlxalq böhran, qlobal sabitlik böhranı Cənubi Qafqazdakı vəziyyətdə də özünü göstərir. Bu kiçik münaqişə deyil, bu bütün dünyanı öz cənginə alan yeni qeyri-sabitlik vektorudur. Eyni zamanda, Türkiyənin Suriya və İraqla sərhədində qeyri-sabitlik artır, Belqrad və Priştina, Çin və Tayvan arasında vəziyyət gərginləşir, Ukrayna münaqişəsi hələ də davam edir. Cənubi Qafqazda da dünya nizamının dağılması ssenarisini işə salmaq istəyənlərin qızışdırdığı növbəti münaqişə baş qaldıra bilər”. Ekspert Cənubi Qafqazda münaqişəni süni və səhnələşdirilmiş adlandırıb: “Bu oyun – əvvəlcə mitinqlər, sonra isə Nikol Paşinyanın artıq razılaşdırılmış sazişləri pozması KTMT-nin səmərəsizliyini mediada nümayiş etdirmək üçündür. Vəziyyət Ukrayna ssenarisinə bənzəyir: İnsanları küçələrə çıxarmaq və küçənin təzyiqi altında rəhbərliyi qəbul etdiyi qərarlardan boyun qaçırmağa sövq etmək”. Eyni zamanda o əlavə edib ki, hazırda Ermənistanın KTMT-dən çıxması sərfəli deyil. İnstitut direktorunun sözlərinə görə, baş nazir Nikol Paşinyan ölkənin gələcəyini risqə atmayacaq: “Ermənistanı Avrasiya İqtisadi İttifaqından və Rusiya ilə müttəfiqlikdən ayırmaq vəzifəsi qarşıya qoyulsa, bu baş verəcək. Lakin sabah Ermənistanın bugünki Ukraynaya çevrilməməsi vacibdir”. ABŞ-da yaşayan erməni professor Arman Qriqoryan isə hesab edir ki, sənəd əvvəlcə diplomatik kanallarla müzakirə edilməli, razılaşdırılmalı, yalnız ondan sonra KTMT-nin sammitinə çıxarılmalı idi: “Əgər imzalanmayacaqdısa, bu, sammitin gündəliyinə salınmamalı idi. Paşinyanın sənədi imzalamaması Rusiya prezidenti Putini çox çətin vəziyyətə saldı. Belarus prezidenti Aleksandr Lukaşeno da bu qərardan qəti razı qalmadı. Əlbəttə, Lukaşenkonun narazılığından xüsusi narahatlığa əsas yoxdur, ancaq Putinin narazılığından narahat olmaq lazımdır. Mən Ermənistanın KTMT-dən ummağa haqqı olduğu barədə fikirləri bölüşürəm, ancaq bu formatda, bu cür yanaşmanı qəti qəbul etmirəm. Əgər sən düşmənə, partnyora və yaxud müttəfiqə qarşı demarş edirsənsə, bunun nəticələrini düşünməlisən: vəziyyətdən çıxa bilərsənmi və bunun alternativi varmı?!”.

Arman Qriqoryan onu da vurğulayır ki, Ermənistanda vəziyyət çox ağırdır. Ekspert qeyd edib ki, ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır: “Gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyəyə, Azərbaycana, Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar kimi illüziyalar, boş ümidlər olmamalıdır”. Rus politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə bunlar fonunda daha maraqlı məqamlara diqqət edir. Onun sözlərinə görə, KTMT ilə ixtilaf Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında Parisdə keçirilən görüş zamanı əldə olunan razılaşma üzrə baş verib. Politoloq qeyd edib ki, Ermənistan KTMT üzvlərini Azərbaycanla münaqişədə ona kömək etməyə çağırıb: “KTMT üzvləri isə Ermənistana kömək etməyə hazırdırlar, lakin Azərbaycanla münaqişə olmadan. Paşinyan tələb edir ki, KTMT Azərbaycanın Ermənistan ərazisinə zorla girməsini etiraf etsin. KTMT üzvləri isə hesab edirlər ki, bu, zorla girmə deyil, mikromünaqişədir, bunun səbəbi də indiyədək sərhədlərin demarkasiya və delimitasiyasının keçirilməməsidir”. Markovun fikrincə, Ermənistanın baş naziri Qərbin Rusiya ilə münaqişəsi şəraitində Ermənistanı və KTMT-nin digər üzvlərini Qərbin, ilk növbədə, Fransanın müttəfiqinə çevirmək istəyir. Bunu da Rusiya ona bağışlamayacaq. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqnessa Xamoyan hesab edir ki, yaranmış vəziyyətə görə günahkar Paşinyandır. O qeyd edib ki, Ermənistan hökuməti heç vaxt günahını etiraf etmir: “Onların fikrincə, nə müharibəyə təhrik etməkdə, nə danışıqların uğursuzluğunda, nə də Azərbaycan qoşunlarının “Ermənistan ərazisi”ndə qalmasında günahları yoxdur. Onların heç bir günahı yoxdur. İndi elə bir vəziyyət yaranıb ki, Azərbaycanın KTMT-də Ermənistandan daha çox dostu var. Bu suallar Ermənistan hökumətinə verilməlidir”. Erməni deputat KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı KTMT-nin nüfuzuna xələl gətirən cinayət işini xatırladıb: “Bu həmin Nikol Paşinyandır ki, 2019-cu ildə Putini hava limanında “qəhrəmancasına” qarşılamamışdı. Onun bütün addımları öz hakimiyyətini saxlamaq məqsədi daşıyır. Əgər zamin Rusiyadırsa, o zaman Ermənistanı Rusiya ilə münasibətlərin inteqrasiyası istiqamətində aparacaq, zamin Qərbdirsə, Qərb istiqamətində aparacaq. Əgər hakimiyyət bizim siyasi qüvvəmiz olsaydı, Paşinyanın dövründəki kimi bir vəziyyət qətiyyən olmazdı”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ