Cümə axşamı günü, 12 noyabr 2026
     

İran rejiminin güneyli soydaşlarımıza qarşı ekoloji terroru yenidən gündəmdə...

Image


İranda davam edən etiraz aksiyaları fonunda Güney Azərbaycanda xüsusi diqqət mərkəzinə gələn məqamlardan biri də Urmiyə gölü ilə bağlıdır. Azərbaycanında ətraf mühit müdafiəçiləri, türk fəallar və sosial media istifadəçiləri tamamilə məhv olmaq üzrə olan Urmiyə gölünə diqqət ayrılmasını vacib hesab edirlər.

Bu su ekosistemi özünəməxsus ekoloji xüsusiyyətlərinə görə 1967-ci ildə “mühafizə olunan ərazi”, 1970-ci ildə “milli park”, 1976-cı ildə isə UNESCO tərəfindən “biosfer qoruğu” kimi qeydə alınıb. 25 il öncə altı min yüz kvadrat kilometr ərazisi olan bu su hövzəsi İranın ən böyük daxili gölü və dünyanın ikinci ən böyük duzlu gölü idi. İndi isə Urmiyə gölü öz ərazisinin 60%-dən çoxunu və su həcminin 90%-ni itirərək tamamilə qurumaq ərəfəsindədir. Əsas səbəb İran hakimiyyətinin göllə bağlı yanlış siyasətidir. Qanunsuz quyuların qazılmasının genişləndirilməsi, Urmiyə gölünün su hövzəsi ərazisində çoxlu bəndlərin tikintisi, gölün ortasında Şəhid Kələntəri körpüsünün tikintisi, yağışlı əkin sahələrinin geniş şəkildə təsərrüfatlara çevrilməsi ekoloji fəlakətə səbəb olub. Son aylardakı eturazlardan sonra İran hakimiyyəti yenidən Urmiyə gölü məsələsini qabartmaqla Güney Azərbaycan əhalisinin könlünü almağa çalışır. İranın energetika naziri Seyid Salman Zakir İSNA-ya müsahibəsində qeyd edib ki, Urmiyə gölünə bu ilin sonuna kimi 600 milyon kubmetr su nəql olunacaq. O, açıqlamasında Urmiyə gölünün bərpasının milli tələb olduğunu bəyan edib: “Vilayətin 13 nümayəndəsinin hamısı Urmiyə gölünün bərpası və gölə su nəqli layihələrinin tamamlanmasında həmfikirdir. Bəzi insanlar göl yatağından faydalı qazıntıların çıxarılması səbəbindən bərpa əməliyyatının dayandırıldığını iddia edir. Bu doğru deyil. Faydalı qazıntıların çıxarılmasına görə insanların həyatını təhlükəyə atmaq olmaz. Urmiyə gölünə su nəqli problemlərinin həlli son mərhələdədir. Gölün quruması prosesinin davam etməsinə imkan verməməliyik. Bunun baş verməsi 15 milyondan çox insanın həyatının itirilməsi deməkdir. Su nəqli ilə yanaşı vilayətdə əkinçilik üsulunun dəyişdirilməsi, təzyiqli və damcılı suvarma Urmiyə gölünün bərpa edilməsi üçün strateji variantlardan biridir”. İranın şimal-qərbi nümayəndələr məclisinin sədri Seyid Məhəmmədrza Mirtac əd-Dini isə bildirib ki, Urmiyə gölünün bərpasının davam etdirilməsi hələ də hökumətin prioritet məsələsidir: “Urmiyə gölü ilə bağlı mühüm layihələrindən biri 36 kilometrlik Kani Sib bəndindən suyun köçürülməsidir və onun tamamlanmasından sonra hər il gölə 700 milyon kubmetrdən çox su axacaq. Sözügedən layihələrin əhəmiyyətli hissəsi bu qış istifadəyə veriləcək. Buna qədər bir milyard kubmetrdən çox su gölə nəql ediləcək”. Güney Azərbaycanda isə hökumətin vədlərinə inanmırlar. Çünki son 15 ildə çoxsaylı analoji vədllər verilsə də reallıqda heç bir addım atılayıb. Tehran rejimi Güney Azərbaycanın ekologiyasına və təbiətinin qorunmasına da laqeyd yanaşır. Məhz  İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiyə gölü də quruyur. Xatırladaq ki, qurumazdan əvvəl Urmiyə gölünün uzunluğu 140 kilometr, eni 55 kilometr, ümumi sahəsi  5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Urmiyə gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələri olmaqla Güney Azərbaycanın torpaqlarının beşdə birini əhatə edirdi. Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. İran hakimiyyətinin məsələyə biganə yanaşması Urmiyə gölünün quruması ilə nəticələnib. Artıq o ərazidə Urmiyə duzluğu, Urmiyə şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Sakinlər həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Güney Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Tehran hakimiyyəti bununla Güney Azərbaycanda ekoloji terror törədib. 

Siyasi şərhçi Məhsa Mehdili hesab edir ki, Urmiyə gölü ətrafındakı ekoloji faciənin insanlar üzərində buraxdığı psixoloji təsirlər də diqqətə alınmalıdır: “Bu məsələdən sosial psixoloji olaraq da hamımız təsir alırıq. Yəni bunun iqtisadi tərəfini, siyasi və ictimai tərəfini, çevrəyə və həyatımıza verdiyi zərərlərini danışırıq. Amma bir yandan da bir dəryamız məhv olur. Qocaman bir dəryamız məhv olur. Uşaqlığımız, keçmişimiz və gələcəyimiz gedir. Mən bunu özümüzə böyük bir ruhi zərbə görürəm və bu çox ağır bir zərbədir. Bu yönü ilə də baxa bilərik məsələyə. İnsanlara bunun bizim həyatımızla bağlı olduğunu göstərməliyik. Mən hətta düşünürəm ki, bizim hamımızın qüruru inciyib. Göl anlayışına görə bu bəlkə də kiçik bir şey kimi nəzərə gələ bilər. Amma qocaman bir dəryadır ki, kənarında duranda dibini, bucaqlarını görə bilməzdik. Özünə görə zənginlikləri olan, özünə görə bitkiləri olan, özəl Artemiası olan, quşları olan bir dünya idi”. O, 2010-cu ildən bəri Urmiyə gölü ilə bağlı təşkil olunan etiraz aksiyaları və kampaniyalara işarə edərək əlavə edir: “Urmiyə gölü məsələsində bizim xalqımız həqiqətən yetərincə etiraz etdi. Onlarla insan həbs edildi. Onlarla insanın taleyi dəyişdi, əziyyət gördü. İran dövləti bu etirazlara təhlükəsizlik məsələsi kimi baxdı. Yəni insanların çevrəni qurutmayın, bu dəryanı qurutmayın deməsini öz təhlükəsizliyinə təhdid olaraq gördü və gölə diqqət yetirmədi. Biz də diqqət yetirməsini gözləmirdik”. Urmiyə gölünün böhranı geri dönüşü olmayan həddə çatır. Qərbi Azərbaycan Əyalətinin Ətraf Mühit Nazirliyinin yaydığı hesabatda qurumuş göl yatağından qaynaqlanan duz fırtınalarının qonşu rayonlarda kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərəcəyi və insanların sağlamlığını təhdid edəcəyi bildirilib. Gölün cənub hissəsinin yayın sonuna qədər tamamilə quruması gözlənilir. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı sənədi imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ