Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Rəşad Baxşəliyevin döyüş yolu... - MÜSAHİBƏ

Image


“Qələbə xəbərini Qubadlının dağlarında eşitdik”

Döyüş alnına yazılanlardan, Zəfər yürüşünün yolçularından, jurnalist kimi deyil, zabit olaraq 44  günlük Vətən müharibəsində qələbənin təmin edilməsində əməyi olan həmkarlarımızdan biri də “Azərbaycan” qəzetinin Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru Rəşad Baxşəliyevdir.

- Bizi zəfərə aparan 44 günlük Vətən müharibəsinin ikinci ildönümündən keçən günləri yaşayırıq və o günlərin qəhrəmanlarından biri də sizsiniz. 27 sentyabr 2020-ci ilə qədər Aprel döyüşləri,  Tovuz döyüşləri baş verdi. Həmin dövrlərdə də ön cəbhədə olmaq istəyin vardımı? Müharibə ilə taleyin necə birləşdi?

- Mən 2012-ci ildə “Azərbaycan” qəzetinə gələndə qarşıma belə bir məqsəd qoydum ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın ordu quruculuğu siyasəti barədə yazılar yazım. Bu istəyimi baş redaktorumuz Bəxtiyar müəllimə bildirdim və o da məqsədimi təqdir etdi. O vaxt müdafiə nazirinin müavini olan və hazırda baş qərargah rəisi cənab Kərim Vəliyevə müraciət etdim, o mənim müraciətimə müsbət cavab verdi. Ayda iki-üç dəfə bu istiqamətdə yazılar hazırladım . 2012-ci ildən müharibə başlayana qədər Naxçıvan Əlahiddə Qoşunundan başqa Azərbaycanda elə bir səngər qalmadı ki, ora baş çəkməyim. Hər bir səngərə gedirdim, orada əsgərlərlə görüşürdüm, ünsiyyətdə olurdum, onların şəraiti, nə ilə qidalandıqları və sairlə maraqlanırdım. Bəlkə də 5-10 min əsgərlə, zabitlə ünsiyyətdə oldum. Çox maraqlı məqamlar olurdu.

- Onlarla görüşlərdə, söhbətlərdə nələri hiss edirdiniz?

- Mən ordumuzun get-gedə gücləndiyini görürdüm. Özümü orada həm də ehtiyatda olan zabit kimi yox, fəaliyyətdə olan zabit kimi hiss edirdim. Hər dəfə də Gədəbəyin ən yüksək zirvəsindən, Murovdan, Qazaxdan, Quşçu Ayrımdan, Ağdamdan, Lələ Təpədən Ali Baş Komandana əsgər raportu gətirirdim: “Əmr verin, cənab Ali Baş Komandan, biz irəli getmək istəyirik”. Onların necə hazırlıqlı, necə vətənpərvər olduqlarını görürdüm. 2016-cı ildə Lələ Təpə döyüşlərindən sonra Lələ Təpə zirvəsinə qalxan ilk mülki jurnalist mən oldum. Oradan da reportaj hazırladım və bir daha əmin oldum ki, ordumuz tam olaraq döyüşə hazırdır. Mən də əsgərlərlə birgə binoklla səngərdən baxırdım, deyirdim ki, görəsən burdan nə qədər vaxta qabağa gedə bilərik. Həmişə Allaha yalvarırdım ki,  kaş mən orada olanda döyüş başlayardı və həm reportaj canlı alınardı, həm də onlara qoşulub əlimdə silah düşmənə qarşı döyüşərdim.

- Amma niyyətiniz çin oldu, müharibəyə getdiniz, zəfərə gedən yolun yolçularından biri oldunuz...

- Mən nə biləydim ki, gün gələcək, zabit kimi əlimdə silah düşmənə qarşı döyüşmək istəyim gerçəyə çevriləcək?! Tovuz döyüşlərindən sonra səfərbərlik xidmətinə getdim, müraciət etdim. Amma səfərbərlikdən mənə dedilər ki, ehtiyatda olan zabit olmağınıza baxmayaraq, siz jurnalistsiniz və burada, informasiya cəbhəsində bizə daha çox lazımsınız, həqiqətləri dünyaya çatırmalısınız. 27 sentyabrda Ermənistanın təxribatlarına cavab olaraq Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu günlərdə yerimdə dayana bilmirdim. Ehtiyatda olan zabit kimi Vətən müharibəsində iştirak etmək üçün üç dəfə səfərbərlik xidmətinə müraciət etdim ki, məni də aparın. Onlar da hey “gözlə” deyirdilər. Oktyabrın 20-də Ağdamda reportaj hazırlayırım. Əynimdə bronejilet də yoxdur. Raketlər gəlib Quzanlıya düşür. Amma görürdm ki, camaat qorxmur, öz işində-gücündədir.

- Bəs müharibəyə çağırılanda harda idiniz?

- Müharibəyə çağırılanda Ağdam rayonunda atəş altında reportaj hazırlayırdım. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mənə zəng gəldi və dedim ki, Ağdamdayam. Dedilər gəlmə, zabitlərimiz çoxdur. Dedim, səhər tezdən ordayam. Gecə ilə Bakıya qayıtdım. Ağdamdan hazırladığım reportajı hazırlayıb redaksiyaya təhvil verdim və getdim ailəmlə halallaşıb səfərbərliyə gedəm. İş elə gətirdi ki, qızım xəstələndi. Təsəvvür edin ki, hansı vəziyyətə idim. Bir tərəfdə övladımın vəziyyəti, bir tərəfdə də müharibə. Həkimlər qızıma böyrək çatışmazlığı diaqnozu qoydu. Sağ olsun qəzetimizin baş redaktorunun müavini İxtiyar Hüseynli, övladımın xəstəxanaya yerləşdirilməsinə çox böyük kömək etdi, qayğısına qaldı. Biz bədii əsərlərdə oxuyurduq ki, qəhrəmana Vətən sevgisi hər şeydən üstün gəldi. Bu boş bir fikir deyil, mən onu həyatımda yaşadım. Vətən sevgisi övlad sevgisinə üstün gəldi və övladımı xəstə vəziyyətdə qoyub Vətən müharibəsinə getdim. Müharibədən qala bilməzdim, çünki mən bunu hər an gözləyirdim.

- Birbaşa ön cəbhəyə getdiniz?

- Əvvəlcə məni Ağcabədiyə apardılar. Orada ayrı-ayrı hərbi hissələrə bölündük. Çox qəribə bir hadisə oldu. Bilmirəm təsadüf idimi, yoxsa həyatın qanunu idi, 17 il əvvəl zabit kimi xidmət etdiyim hərbi hissəyə düşdüm və məni tağım komandiri seçdilər. Bilirsiz, çoxları, o cümlədən dostlarım məni qəhrəman kimi qiymətləndirir. Çünki mən savaşa gedərkən, dediyim kimi, övladım ağır xəstə idi. Uşağı xəstəxanaya yerləşdirib cəbhəyə yollandım...Dostlarım məni qəhrəman olaraq qiymətləndirirdi, amma mən ön cəbhədə yüzlərlə, minlərlə qəhrəman gördüm,  Vətən müharibəsində Azərbaycan əsgərlərinin, zabitlərinin əzmkarlığının bir daha şahidi oldum. Hər kəs bir qəhrəman idi. Müharibə çox dəhşətli şeydir. Gözlərimin önündə o qədər qəhrəman oğullar şəhid oldular ki... Elə dəhşətli anlar olurdu ki, yer-göy lərzəyə gəlirdi. Düşünürəm ki, mən müharibəyə şəhid olmağı gözümün önünə alıb getmişdim, qazi kimi deyil, şəhid kimi geri dönmək istəyirdim. Amma Allah bunu qismət etmədi. Bilirsiz Allah məni niyə bağışladı? O məni bağışladı ki, yaşayım, gördüklərimi jurnalist kimi yazım, tarixə çevirim, qəhrəmanlarımızın şanlı döyüş yolunu yazılarda əks etdirim. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində jurnalistləri ön cəbhəyə buraxmadılar. Mən bir tərəfdən ona görə xoşbəxtəm ki, müharibəni jurnalist kimi yox zabit kimi yaşadım. Hətta müharibəyə gedəndə özümlə bloknot da götürmüşdüm ki, qeydlər edim. Amma mən qeydlərimi etməyə vaxt tapmırdım, çünki proseslər çox sürətlə gedirdi, sürətlə irəliləyirdik. Qubadlıda biz sanki daşların üstündə mamıra çevrilmişdik.

Vətən mənə oğul desə nə dərdim?

Mamır olub qayasında birtərdim. 

- Mən Qubadlıda döyüşmüşəm. Qubadlıda qayaların, daşların üstündə dayanıb gözlərimizi də qırpmırdıq ki, sayıqlığımızı itirməyək. Biz özümüz diri olmalıydıq ki, əsgər də diri olsun. Təminat gecə saat 12-dən sonra gəlirdi. Çünki düşmən canlı hərəkət görən kimi vururdu, ona görə də təminat gecə 1-də - 2-də gəlirdi. Təminat gələnə qədər susuzlayırdıq, amma saat 5-dən, 6-dan sonra Qubadlıda dağlara, meşələrə çən çökürdü, bir-iki saatdan sonra duman dağlardan aşağıya, bizim ayaqlarımızın altına çökürdü və yarpaqların şehi yağış kimi üstümüzə tökülürdü. Biz su kimi şehdən də istifadə edirdik. Şeh içirdik. Duman çöküb ayaqlarımızın altına sürüşürdü, deyirdik ki, görəsən dumanın üstündə yeriyə bilərikmi? Elə yüksək zirvələrdə idik ki, sanki buludlar bizim ayaqlarımızın altında idi. Biz Qarabağı görməmişdik ki...Qubadlının uca zirvələrindən qarşı dağlara baxıb deyirdik ki, ordumuz bu dağlarda düşmənlə savaşır. Bizə oranı saxlamaq, qorumaq barədə ciddi tapşırıq verilmişdi. Biz oranı qorumalıydıq. Tutaq ki, ermənilər Gorus – Qafqan yolunu yenidən ələ keçirsəydilər, bizim öndə Laçın istiqamətində gedən xüsusi təyinatlılarımız pusquya düşə, bizim planlarımız məhv ola bilərdi. Qabaqda gedənlər bizə arxalanıb gedir, hücuma keçirlər, biz oranı qorumasaydıq düşmən onları arxadan pusquya  sala bilərdi. Çünki dağların içində Bayrakdar və digər texnikalar işləmirdi, orada ancaq yüngül silahlarla üzbəsurət döyüşlər gedirdi. Ordumuz torpaqlarımızı kəndbəkənd alırdı... Qələbə xəbərini də elə Qubadlının dağlarında eşitdik...

- Əsgərlərin əhval-ruhiyyəsi necə idi?

- Hələ mən bir nəfər də olsun, müharibədən, döyüşdən, düşməndən qorxub ağlayan əsgər görmədim. Amma zəfər xəbərini alanda nə qədər göz yaşları gördüm. Onlar qalib olduğumuza sevinirdi, hamısı sevinc göz yaşı idi. İçimdə yalnız bir qüssə var ki, şəhid qardaşlarımız qələbəni görə bilmədilər. Amma bir təsəllim var ki, şəhid qardaşlarımızın ruhu sevindi. Bizim tabor komandirimiz vardı, polkovnik Nail Orucov. Onun ruhu şad oldu ki, mənim taborum Qubadlını sona qədər qorudu. Bizdən də qabaqda hərbi hissələrimizin taborları vardı. Onlar da çox şəhid verdilər, amma bir qarış geri çəkilmədilər. Sona qədər, müharibə bitib başqa hərbi hissəyə təhvil verilənə qədər biz yerimizdən bir addım geri çəkilmədik. Yaralılar da, qanı axan da, hətta həkimə “tez ol sarı, nə baxırsan” deyən də gördüm... Heç kəs hospitala getmək istəmirdi ki, ora gedəndən sonra birdən öz hərbi hissəsinə geri dönə bilməz. Müharibə bitdi, noyabrın 16-da biz aşağı düşdük. Bir neçə gün sonra verilən tapşırığı yerinə yetirmək məqsədilə yenidən dağa qalxdıq. Çünki erməniyə etibar yoxdur, hiyləgər millətdir. Nə olsun sənədə qol çəkiblər, amma yenə nə isə edə bilərdilər. Necə ki, edirlər... Sentyabrın 27-dən Cəbrayıldan başlayıb Qubadlıya gələn və 3 ay dağlarda qalan əsgərlərin hamısı qəhrəmandır. Bərgüşad çayının qırağına endik, su görəndə sevindik...Bir gün orada qaldıq. Sonra başqa hərbi hissəyə təhvil verildik və Hadrut istiqamətinə getdik. Həmin vaxt, məncə noyabrın 16-na təsadüf edirdi, Ali Baş Komandan Xudafərin körpüsünə gəlmişdi. Hadruta getdikcə yollarda düşmənin məhv edilən texnikalarını və sair gördükcə bizim igidlərin hansı döyüşlərdən keçdikləri ilə fəxr etdik. Bu qəhrəmanlıq sanki bizim uşaqların alnına yazılmışdı, taleyinə biçilmişdi. Deyirəm ki, bilirsiz müharibəni kimlər qazandı? Müharibəni şagird vaxtı əlini ürəyinin üstünə qoyub “səndən ötrü can verməyə cümlə hazırız” deyən uşaqlar qazandılar. Onlar o himni oxumurdular, canlarına, qanlarına çəkirdilər, ürəklərinə hopdururdular.

- Ordumuz, əsgərlərimiz ən çox nədən ruh alırdılar?

- Əsgərlərimiz ən çox Ali Baş Komandanın tvitlərindən ruhlanırdılar, bu tvitlərdən çox böyük güc, stimul alırdılar.

- Təltifləriniz barədə eşidəndə evə qayıtmışdınız, yoxsa hələ cəbhədə idiniz?

- Şəbəkə tuturdu, evə zəng etdim, yoldaşım dedi ki, səni təbrik edirəm. Dedim nə üçün? Bildirdi ki, Ali Baş Komandan səni “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edib. Amma məndən əvvəl döyüşən əsgərlərim “Cəbrayılın azad olunmasına görə” medalı da almışdılar, sonra “Qubadlının azad olunmasına görə” medalını da aldılar. Bizim hərbi hissə həm Cəbrayılın, həm də Qubadlının işğaldan azad edilməsində iştirak edib. Onların arasında “Cəsur döyüşçü” medalı da alanlar vardı. Mən özüm sonradan “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif edildim. Həqiqətən də döyüşdə iştirak etmək qürurvericidir...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ