Cümə axşamı günü, 12 noyabr 2026
     

İrəvan istəməsə də Bakının sülh şərtlərini ona qəbul etdirəcəklər....

Image


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşündən sonra ölkəmizin hansı şərtlər əsasında qarşı tərəflə sülh müqaviləsi imzalaya biləcəyilə bağlı erməni mənbələri maraqlı məlumatlar açıqlayıb. Mənbə qismində Ermənistan baş nazirinin ailəsinə məxsus “Aykakan Jamanak” qəzeti çıxış edib.

Qəzet yazır ki, Azərbaycan Ermənistan qarşısında beş əsas tələb qoyur və bunlar aşağıdakılardır: Qarabağdakı separatçı “ordu”nun buraxılması; Qarabağı heç bir status olmadan Azərbaycanın bir hissəsi kimi tanımaq; Zəngəzur dəhlizinin açılması; 1919 və ya 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesinin başladılması; itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi. Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya da kompromis tapılmalıdır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan isə qeyd edir ki, dərc olunan Azərbaycanın şərtləri Ermənistan-Azərbaycan sülh müqaviləsinin mətninin bir hissəsidir: “Bu tələblərin dərci Ermənistanda müxalifətlə iqtidar arasında dialoqa başlamaq təklifinə mənfi cavabdır. Bu, əslində, Ermənistan-Azərbaycan sülh müqaviləsinin mətninin Azərbaycan layihəsindən başqa bir şey deyil. Onun təfərrüatları yalnız baş nazirə və hakimiyyətin ən yüksək eşelonunda olan insanlara məlum idi. Təbii, Ermənistan da siyasi səbəblərdən təfərrüatları açıqlanmayan oxşar layihə hazırlayıb ki, bu da düzgün qərardır. Aydındır ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinə yönəlmiş diplomatik təmaslar yerində də oxşar layihələr hazırlanır. Bu halda böyük sürprizlər gözlənilmir. Ermənistan-Türkiyə razılaşması Davudoğlu ilə Nalbandyan arasında 2009-cu il oktyabrın 10-da imzalanmış Sürix protokollarından çox da fərqlənməyəcək. Qeyd edək ki, bütün ermənilərin katolikosunun təşəbbüsü ilə hakimiyyətlə müxalifət arasında platformaya ehtiyac sonlanmış hesab oluna bilər. Bu isə katolikosun israrlı səylərini heç də azalda bilməz. Katolikosun təşəbbüsü sayəsində əlamətdar hadisə baş verdi: 1998-ci ildən bəri ilk dəfə Ermənistanda ilk ciddi siyasi debat baş tutdu”. Erməni mediası yazır ki, İrəvan Rusiya, həm də Qərbdə lazımi dayaqlara malik deyil. Bu səbəbdən Bakının sülh tələbləri yerinə yetriləcək. Rəsmi İrəvan narahatdır ki, başı Ukraynada apardığı müharibəyə qarışmış ənənəvi hərbi və siyasi müttəfiqi Rusiya daha ona kömək edə bilməyəcək. “Azatutyun” radiosu yazır ki, 13-14 sentyabr toqquşmalarından sonra Ermənistan yardım üçün üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etsə də, heç bir kömək almayıb: “1990-cı illərdə, birinci Qarabağ müharibəsi dövründə Ermənistana hərbi və təchizat dəstəyi verən Rusiya münaqişədə vasitəçidən çox, Ermənistanın güclü arxası kimi çıxış edirdi. Moskva hər iki tərəfə silah satsa da, Ermənistana silahları ya ucuz satır, ya da pulsuz verirdi. Rusiyanın Ukraynaya hücumu fonunda Qafqazda geosiyasi güc balansı dəyişir. Bəzi erməni təhlilçilərin fikrincə, Azərbaycanın son hücumları Rusiyanın Ermənistanın köməyinə gəlib-gəlməyəcəyini yoxlamaq üçün bir testdir. Son toqquşmalar həqiqətən də Ermənistanın nə qədər zəif olduğunu hər iki tərəfə nümayiş etdirdi. “Qafqaz İnstitutu” adlı beyin mərkəzinin təhlilçisi Aleksandr İskəndəryan  bildirir: “Müharibədə heç kim köməyimizə gəlmədi. İndi insanlar soruşur ki, Rusiya nəyimizə lazımdır. …Bu, Azərbaycan üçün yaxşı məqamdır. ABŞ, Britaniya və İranın başları qarışıqdır”.

İskəndəryan  deyir ki, Azərbaycanın məcburedici diplomatiyası Ermənistanı çətin durumda qoyur: yəni ya tələblərimizlə razılaş, ya da yeni hücumlarla üzləş.

Azərbaycan isə son toqquşmaları Ermənistanın provokasiyası ilə izah edir. Həm Rusiya, həm də Avropa İttifaqının münaqişənin həlli, o cümlədən Qarabağın gələcək statusu ilə bağlı sülh sazişləri hazırladığı bildirilir. Zəif Ermənistanın indiki durumda bu danışıqlara hansı rıçaqlarla qatılacağı aydın deyil. Erməni ekspert Tatev Hovhannisyan bildirir: “Hazırda özümüzü kiçik və düşmənlər arasında sıxışdırılmış hiss edirik. Türkiyə ilə sərhədlərimiz bağlıdır, Azərbaycanla isə müharibədəyik”. Ermənistanda Azərbaycanın Zəngəzur dəhlizini zor gücünə ələ keçirməyə hazırlaşması ilə bağlı qorxu var. 2021-ci ilin may və noyabr aylarında Ermənistan rəsmiləri Azərbaycan silahlı qüvvələrinin Ermənistanın cənubunda 40 kvadrat kilometrlik ərazini ələ keçirdiyini bildiriblər. Azərbaycan tərəfi bu iddianı rədd edir. O zaman da Rusiya heç bir reaksiya verməmişdi. Ermənistan rəsmiləri son toqquşmada da daha 10 kvadrat kilometr ərazinin ələ keçirildiyini deyiblər. Belə vəziyyətdə, KTMT-nin adət halını almış fəaliyyətsizliyinə rəğmən. Ermənistanın bu qurumdan rəsmən çıxması ehtimalı çox aşağıdır. Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin təsisçi direktoru Benyamin Poğosyan qeyd edir ki, KTMT-ni tərk etmək Rusiya tərəfindən düşmənçilik hərəkəti kimi qəbul olunardı: “İran da bunu Qərbyönlü jest kimi görərdi. Nəticədə Ermənistanın yeganə dost qonşusu da ondan təcrid olunardı”. KTMT-nin yanvarda Qazaxıstan rəhbərliyinə kömək üçün bu ölkəyə ordu göndərməsi, ancaq Ermənistana yardım etməməsi faktı erməniləri daha çox qəzəbləndirməyə başlayıb. KTMT-nin bütün üzvləri Qazaxıstana ordu göndərdi. Putinsə bu addımı regionda “rəngli inqilabın” qarşısının alınması adlandırdı. Nəzərə alınmalıdır ki, KTMT-nin yalnız xarici hücuma məruz qalan suveren əraziyə kömək etmək öhdəliyi var. Rusiyanın Ermənistanın dadına çatmamasının daha bir səbəbi onun Qərb sanksiyaları fonunda Türkiyə və Azərbaycandan get-gedə daha çox asılı olması ola bilər. Hətta Putinin Ukraynaya hücumundan əvvəl Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında diplomatik və hərbi əməkdaşlığı dərinləşdirən geniş saziş imzalamışdılar. Erməni siyasi təhlilçi Tiqran Qriqoryan bu xüsusda qeyd edir: “Qərb bunu anlamır. Azərbaycanın Rusiya ilə daha sıx əlaqələri var. Azərbaycan Rusiyanın ondan asılılığını anlayır. Rusiya Azərbaycan və Türkiyə ilə qarşıdurma istəmir. Rusiya nə Azərbaycanın qarşısını almağa qadirdir, nə də bunu istəyir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ