Cümə axşamı günü, 12 noyabr 2026
     

Həsən Səbbahın ardıcılları Qumda terrorçu hazırlayır...

Image


Həsən Səbbahın Ələmut-həşşaşi terror məktəbini bu gün Qum hövzəsi davam etdirir. Qum təkcə Azərbaycanı, İslam ölkələrini yox, bütün bəşəriyyəti zəhərləyir.

Vaxtilə Fatimilər zamanında Həşşaşilər Səlcuqlulara, Əyyubilərə, digər müsəlman dövlətlərinə qarşı hansı terroru, hansı çirkin siyasəti yürüdürdüsə, bu gün Qum terror məktəbi də eynilə davam edir.

Əslən Qumdan olan terrorçu Həsən Səbbah Səlcuqlu vəziri Nizamülmülkü terror etdirib qətlə yetirmişdi. Məhz Qum məktəbinin təsiri ilə Ziya Bünyadovu da eynilə Azərbaycanda qətlə yetirmişdilər. Bu müqayisələri kifayət qədər artırmaq olar.

Həsən Səbbah Misirdə Fatimilər dövlətinə gedərək orada yetişmiş, siyasi planlar quraraq, guya hansısa anlaşmazlıq nəticəsində İrana qayıdaraq Ələmut qalasını alıb orada yerləşmişdi. O Fatimilər dövləti ki, 3 dönəm vəziri (əslində dövləti de-fakto idarə edən) Bədr əl Cəmal erməni idi və Fatimilər Qüdsü müsəlmanlardan alıb səlibçilərə təslim etmişdilər, minlərlə günahsız müsəlmanı qılıncın qabağına vermişdilər.

Həsən Səbbah üçün belə bir ssenari qurmuşdular: guya Fatimi xəlifəsindən sonra onun Nizar adlı oğlunun vəliəhd olmasının tərəfində olan Səbbah xəlifənin vəfatından sonra erməni vəzirin kürəkəni olan xəlifənin digər oğlu Müstəlininin hakimiyyəti ələ almasına etiraz etmişdir və təzyiqə məruz qalıb İrana qayıtmışdır. Bu, əslində təqiyyə edilərək Həsən Səbbahın İranda yerləşməsi üçün qurulmuş zahiri səbəb idi. Onlar Batini idi. Batinilərdə planı, niyyəti, amalı, əsl məqsədi açıqdan bildirmək qadağandır. Nə məqsəd varsa, özünü gizlədərək tam onun əksini deməlisən. Məhz Həsən Səbbah daha əlverişli mövqedən, ikinci cəbhə açaraq (əslində o sonradan Suriya ərazisində də bir neçə qalanı zəbt edərək üçüncü, dördüncü və daha çox cəbhələr də açdı müsəlmanlara qarşı) türk-müsəlman dövlətlərinə terrora başladı.

Yəni zahirdə, üzdə guya Həsən Səbbah Fatimi dövlətinə zidd mövqedədir, onları dəstəkləmir, ancaq ideoloji cəhətdən Fatimilərin İsmaili - batini, anti - İslam məfkurəsini başqa bir coğrafiyada yayır, dailər yetişdirir və terror edir. Tapşırıq Fatimilərdən gəlir, ancaq məsuliyyət Həşşaşilərin üzərində qalır. Fatimilər də dara düşəndə köməyə çağırdıqları müsəlman dövlətlərinə elan edir ki, Həsən Səbbah bizə müxalifdir, biz onun işinə qarışmırıq. Fatimilər vaxtilə səlibçilərin Misiri tutmaq üzrə olduqları vaxt Zəngi dövlətinin başçısı Nurəddin Zəngidən kömək istəmiş, Nurəddin bəy də ən yaxın adamını, Əsədüddin Şirkuhu ora köməyə yollamış, nəticədə səlibçilər Misirdən çıxarılmışdı. (Əslində əvvəlki vaxtlarda Fatimilərin səlibçilərlə ittifaqa girib müsəlmanlara zərbə vurmaları nümunələrini bildiyindən, buna bir daha  imkan verməmək üçün qabaqlayıcı tədbir gördü). Şirkuhun vəfatından sonra Səlahəddin Əyyubi 1169 - cu ildə Fatimilərin vəziri oldu, onların əslində bütün islam ümmətinə qarşı xəyanət siyasəti yürütdüyünü tam anladı və 1171 - ci ildə rəhbərliyi ələ aldı, dərhal Abbasi xəlifəsinə mənəvi bağlılıq elan etdi, bütün gücünü anti-müsəlman olan düşmən qüvvələrə, səlibçilərə yönəltdi. Beləliklə, Fatimi dövləti süqüt edərək yerində Əyyubilər dövləti quruldu.

Fəqət Həsən Səbbah davam etdi, bir çox fəsadlar törətdi, özündən sonra da yerinə keçənlər həm İslamı, İslam ideoloji xəttini siyasi cəhətdən zədələdi, həm də İslam ümmətinin arasında böyük nifaq və fitnələr yaydılar. Axır ki, Ələmut qalası sonralar Hulaku Xan tərəfindən partladılıb Həşşaşilərə son qoyuldu.

Hazırda İran Fatimilərin siyasətini yürüdür. Sadiq Şirazini, guya özünün siyasi xəttinə zidd, müxalifət elan edərək, Fatimilər Həsən Səbbahı etdiyi kimi, zahirən tənqid edirlər. Ancaq özləri deyə bilmədiyini, edə bilmədiklərini onun dili ilə deyirlər, onun əli ilə edirlər. Azərbaycanın Britaniya səfirliyinə Şiraziçilərin basqını və onun arxasında dayanan planlar İran ideoloqları tərəfindən səlibçi arxadaşlarının iştirakı ilə hazırlanıb.

Təbrizli Ayətullah Şəriətmədarini vaxtilə müxalif fikirlərinə görə, demək olar ki, siyasi, mənəvi və fiziki cəhətdən tam məhv edən, inqilabın və hakimiyyətin faktiki olaraq ikinci siması olan Ayətullah Müntəzirini edamlara qarşı çıxdığına görə ölənə kimi  ev dustağı edən, böyük alim Ayətullah Əllamə Burquini xurafatı, batil inancı, məzhəbçiliyi İslam adı ilə ideologiya seçmələrini tənqid etdiyinə görə terror etdirən rejim nə əcəb bir ayağı Londonda, bir ayağı İranda olan, guya ziddi-inqilabçı Ayətulla Sadiq Şirazini də başqa alimlər kimi öldürüb tualetdə basdırmır? Demək aydındır ki, Sadiq Şirazi İranın Avropada, Qərb dövlətlərindəki Həsən Səbbahıdır.

Ayıq olmalı, doğru anlamalı və vaxtilə yer üzündə, İslam aləmində çox böyük fəsadlar, terror törətmiş bu tüğyançı düşüncəyə, dağıdıcı ideologiyaya qarşı mübarizəyə hazır olmalıyıq.

Həsən Səbbahın yetişdirdiyi kəşfiyyatçılar, terrorçular, fədailər, dailər elə olub ki, 20 il sultanlarının sarayında özlərini gizlədiblər. Sifariş gələnə qədər zahirdə içlərinə girdikləri dövlətin mövqeyində olublar, o dövlətin bayraqlarını qaldırıblar, öpüblər, gözlərinin üstə qoyublar, hətta Həsən Səbbahı lənətləyiblər də...

Lakin sifariş, ismarış gələndə Səlahəddin Əyyubinin yastığına xəncər sancıblar, Nizamülmülkü öldürüblər və. s.

Ona görə unutmaq lazım deyil ki, ən qorxulu düşmən açıq düşmən yox, gizli düşməndir!

Tural İRFAN
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ